Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

 
 
65
Onlar dördü də - Cəlil Məmmədquluzadə “Ah, unudul-
muş vətən”, “Ah, yazıq vətən”, “Ah, gözəl Azərbaycan 
vətənim, harda qalmısan?” deyərək alışa-alışa, Sabir 
“Daş qəlbli insanları neylərdin, ilahi?” sora-sora, Rəsul 
Rza “Neyləyim ki, belə kür taleyim var, məni nadanlara 
ürcah eylədi” söylənə-söylənə, Anar “Cəlil Məmmədqu-
luzadə babalarımızın, atalarımızın, bizim mənəvi yaşıdı-
mız idi. Bizim nəsil də gedəcək, hamımız öləcəyik, am-
ma o qalacaq və oğlumun, nəvəmin yaşıdı olacaq” deyə-
deyə bu yolun yolçusu oldular. Həqiqət yolunun yolçu-
ları. Bu yol isə ucalığa, aydınlığa gedən yoldur.  
  
O MƏNİM ANAM İDİ... 
 
Yazıya başlamazdan  əvvəl fikrimdə  bəzəkli-düzəkli 
sözlər, təmtəraqlı cümlələr tərtib etdiyimdən, fikirləşir-
dim ki, çox gözəl bir yazı alınacaq. Amma əlimə qələm 
alan kimi həmin sözlər, həmin cümlələr avtomatik ola-
raq beynimdən silindi. Qəribə idi, günlərdən bəri içimə 
dolub yazılmasına hazır duran sözləri, kəlmələri yadda-
şımın bataqlığından çəkib çıxara bilmirdim. Bəlkə  də 
bu, ona görə idi ki, haqqında yazacağım şəxs hər cür bə-
zək-düzəkdən, hər cür təmtəraqdan, dəbdəbədən uzaq 
bir  şəxsiyyət idi. Bəli, sözün əsil mənasında  şəxsiyyət. 
Bu səbəbdən çox sadədən sadə, beynimdə yaranan ilk 
cümləni sərlövhə seçdim: “O, mənim anam idi...” 
İlk görüşümüzdən son görüşümüzə qədər hər bir ha-
disə, hər bir an belə yadımdan çıxmayıb, çıxmayacaq 
da. Havaların yaxşı keçdiyi vaxtlarda hər həftə görüşür-
dük. Hər bir görüş  mənim üçün Azərbaycan tarixi, 
Azərbaycan  ədəbiyyatının səhifə-səhifə  vərəqlənməsi 


 
 
66
demək idi. Hər görüş unudulmaz idi, hər görüş möhtə-
şəm idi. Bu görüşlərin hər birindən nələr yazmaq olmaz-
dı?! Amma nədənsə ilk və son görüşümüzdən yazmaq 
keçdi qəlbimdən... 
...Təsadüfdən ilk görüşümüz Əzizə xanımın ad günü-
nə düşmüşdü. Əzizə xanımın hər kəsin üzünə açıq olan 
qapısından içəri girən anda özümün sehrli aləmə düşdü-
yümü zənn etdim. Sehrli otaq, sehrli əşyalar və bunların 
əhatəsində sehrli ağsaçlı  pəri! Mənimlə gedən xanım 
dil-boğaza qoymadan dil-dil ötürdü. Qadın sözünə ara 
verən kimi anam: 
-Qızım, danış görüm, niyə  gəlmisən, hardan gəlmi-
sən? – deyə məni dilləndirdi. 
Bütün cəsarətimi toplayıb, həyəcanımı boğmağa çalı-
şa-çalışa haradan gəldiyimi, gəlişimin səbəbini söylə-
dim. 
-Qızım, gözüm yenicə əməliyyatdan çıxıb. Həkimlər 
yazıya baxmağa icazə vermirlər. Narahat olma, dəftəri 
qoy get, - anam dəftəri məndən alıb vərəqləyərək ona 
ötəri nəzər saldı.  
Sonda bayatılarımı görüb: 
-Bayatı da yazırsan?–deyə soruşdu.  
-Hərdənbir olur–dedim və otağa girəndən bəri bey-
nimdə yaranıb cövlan edən bir bayatını deməyə ondan 
icazə istədim.  
-Buyur, buyur, qızım, bu nə sözdür? 
Anamın iznindən sonra bayatını söylədim: 
Bu gün nədir? – Ərəfə! 
Qibləm Məkkə tərəfə. 
Can qurban kəsiləydi 
Anam gələn tərəfə! 


 
 
67
Bayatını dinləyən anamın gözlərində sanki bir cüt gü-
nəş parladı. Əvvəllər bu parıltını televiziya verilişlərini 
seyr edərkən ekranın bu tayından görürdümsə, indi əya-
ni  şəkildə, üzbəsurət gördüyüm üçün özümü dünyanın 
xoşbəxti sanırdım.  
Qəribəsi budur ki, anamla son görüşümüzdə  də bir 
bayatı söyləmişdim. Daha doğrusu, son görüşdən əvvəl-
ki görüşdə, xəstəxanada. Bayatı belə idi: 
 
Dəryalar züm-züm, anam. 
Qol atım, üzüm, anam. 
Yanına gec gəlmişəm 
Qaradır üzüm, anam. 
 
Bayatını eşidən Əzizə ana xəstəliyinə uyuşmayan bir 
coşquyla: 
-Ayıb, ayıb, qızım!–dedi–sən kənddə, mən  şəhərdə, 
gediş-gəliş, çətinlik. 
Amma gec gəlməyimin səbəbi çətinlik, yaxud yolun 
uzaqlığı deyildi. Məsələ anamın xəstəxanaya düşmək 
xəbərini gec eşitməyimdə idi. Bu bayatı isə Əzizə ana-
mın məndən eşitdiyi son bayatı oldu... 
Əzizə xanımın xəstəxanadan çıxdığını eşidib evə yo-
luxmağa getdiyim zaman o bulaq kimi çağlayan, həyat 
eşqi ilə dolu Əzizə anamdan əsər-əlamət görmədim. Sa-
kit, səssiz oturmuşdu oturduğu yerdə. Birdən özlüyümdə 
onu kükrəyib-kükrəyib sakitləşmiş vulkana, tufandan, 
fırtınadan çıxmış  dənizə  bənzətdim. Sanki vulkandan 
sonra içində nə vardısa atmış, sakitləşmiş dağ idi nəzə-
rimdə anam. Amma yox! Sən demə, hələ narahatçılığı 
var imiş anamın. 


 
 
68
-Əzizə xanım, niyə susursunuz? Nə düşünürsünüz? – 
sualıma anam: 
-Qorxuram, ölümdən qorxuram–dedi.  
-Ay ana, ölüm nədir?–deyib söhbətin səmtini dəyiş-
mək üçün zarafata keçdim.  
Həmişə zarafatlaşdığımız anlarda anamın gözlərində 
bərq vuran və ona çox yaraşan coşqu bir anlığa yanıb 
söndü. Baxışlar yenidən öz dalğınlığına qayıtdı: 
-Qorxum işlərimin yarımçıq qalmağındandır. Onsuz 
da hamımızın bir can borcumuz var.  
Anamın sözləri titrətdi məni. Aman Allah, necə  də 
səhv etmişəm. Sən demə, o, nə vulkandan sonra sakit-
ləşmiş dağ, nə də tufandan çıxmış yorğun dəniz imiş. O, 
sözün  əsil mənasında qoynu nadir tapıntılarla zəngin 
möhtəşəm bir dağ, təki qənirsiz incilərlə dolu əvəzsiz 
dəfinələr saxlayan, əzəmətli dalğalarla çağlayan ucsuz-
bucaqsız bir ümman imiş. Əzizə anam Ulu Pərvərdiga-
rın doğma Azərbaycanımıza bəxş elədiyi misilsiz bir 
möcüzəsi idi.  
Əvvəllər deyərdilər, bahar yer üzünə pərilərin qanad-
larında gəlir. Anam, baharın  əlindən tutub o çərşənbə-
dən bu çərşənbəyə çatdıran nurani bir pəri idi. Illər ke-
çir. Yay yazı, qış payızı əvəzlədikcə fəsillər dəyişir, ay 
ayı qovur, il ilə qovuşur. Yenə yer üzünə bahar gəlir. 
Amma gələn hər bahar qışın soyuğunu, sazağını isit-
məkdə  çətinlik çəkir. Çünki indi baharları  pəri qızları 
gətirmirlər. Və bu baharların əsdirdiyi rüzgarlar da pəri-
lərin nəfəsləri ilə isinmirlər. Çünki baharı yer üzünə gə-
tirən sonuncu pəri artıq səkkiz ildir ki, bu dünyanı tərk 
edib və O, mənim anam idi... 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə