Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

 
 
57
düşür. Həyat onun üçün mənasız olur. Əli heç bir şeyə 
çatmayan insanın bircə gümanı Allahı olur. Əlini 
Allahın dərgahına uzadıb imdad istəyir. Allahım, mənim 
nə idi günahım? Mənə bu qədər kədər, qəm vermisən. 
Sevinci mənə damla-damla, kədəri isə başıma yağıştək 
tökmüsən. Niyə, nəyə görə xoşbəxtliyi tac edib mənə 
pislik edənlərin başlarına qoymusan?  
 
Görən, nə imiş mənim günahım? 
Heç kəsə gəlməyir mənim pənahım, 
Qəlbim kibritsiz də od tutub yanır, 
Özümü yandırır mənim öz ahım. 
 
Həmdəmim dörd divar olubdur mənim, 
Dünya həyatıma kəsilib qənim. 
O qədər acı gün görmüşəm deyə, 
Yaxşı gün görməyə deyiləm əmin. 
 
Deyirlər, Allah hamını görəndir. Xoşbəxtlikdən, ha-
ram qazancdan aşıb-daşan, özünə yer tapmayıb, heç 
kəsə  əl uzatmayan, heç kəsin könlünü almayan, in-
sanların həmişə qəlbini qıranlara budur Sənin hörmətin? 
Elə bil, dərgahlardan səda gəlir. “Ey bəndəm! Mən sənə 
də xoş günlər, firavan həyat bəxş etmişdim, lakin bəzi 
insani xüsusiyyətlərdən kənar olan xəbis insanlardır ki, 
sənin xoşbəxtliyini özlərinə calayıblar. Sənin pis günün 
üçün nələrdən keçməyiblər? Onlar hələ hiss etməyiblər 
ki, onlara artıqlıq edən sevinc payı onların deyil, səbrli 
ol. Məğrur, dəyanətli ol! Axirət günü həmin insanlar öz 
sevinclərindən məhrum olacaqlar. Elədikləri pisliklərin 
cəzasını çəkəcəklər. Pislik etdikləri insanların qarşısında 


 
 
58
qul olacaqlar. Onlar da sənin kimi əllərini Allahın dər-
gahına uzadıb imdad istəyəcəklər o zaman. “Keç 
günahımdan, ya Rəbbim” deyəcəklər. Amma artıq gec 
olacaq. Elədikləri əməllərə görə alışıb yanacaqlar.” 
 
PAYIZ SİMFONİYASI 
 
Payızın son ayı. Dekabr ayı. İlin son günləri. Payızın 
son akkordları. Ağacların bəzisi yarpaqlarını töküb, bə-
zisi isə hələ də öz qızılı libaslarından əl çəkmək istəmir. 
Sanki soyuqdan, şaxtadan özünü qorumaq üçün libasla-
rını bərk-bərk özünə sıxır. Fəqət mümkün deyil. Əgər o 
yarpaqlar cücərib böyüyübsə, öz vaxtını bitiribsə, müt-
ləq töküləcək. Günəş  zərif  şəfəqlərini yığıb çox-çox 
uzaqlara üz tutur. Xəfif, bəzən də güclü küləklər ovucla-
rındakı son yarpaqları bir-birinə  çırparaq, sanki vida 
nəğməsi oxuyur. Qəmli bir simfoniya ətrafa yayılır. 
Ayaqlar altında qalan xəzəllər sanki insanlardan mərhə-
mət istəyir. Topa-topa qalaqlanmış yarpaqları kibritlə 
yandırdıqda məyus olub sarı alov şöləsini seyr edən 
ağac deyir: “Dünənəcən yamyaşıl yaraqlarım altında ye-
yib-içən, istirahət edən insanlar siz deyildinizmi? Sizə 
qızmar günəşin şüalarından çətir tutan mənim yarpaqla-
rım deyildimi? Məni nə tez unutdunuz? Budurmu sizin 
vəfanız?  
...Təbiətlə insanlar arasında bir uyğunluq, harmoniya 
var. Uşaqlıq (bahar), gənclik (yay), orta yaş dövrü (pa-
yız), ahıl çağı (qış) dövrünə təsadüf edir. Amma burada 
da nə isə bir paradoks var. Qışda insanlar isti geyimləri-
ni geyəndə, ağaclar soyunur. Onlar qışın şaxtasını, qıro-
vunu özünə  çəkir, sanki qüvvət toplayır gələn bahara 


 
 
59
qədər. Fəqət insan ömrünü geri qaytarmaq olmur. İnsan 
ömründən qopan qızılı  kərpiclər xıncım-xıncım olur. 
Yaşı insan ömründən uzun olan tut ağacına baxanda nə-
lər düşünmürəm. Keçən günlər kino lenti kimi gözümün 
önündən gəlib keçir. Sən kimləri görməmisən? Kimləri 
yola salmamısan? Yenə də başını dik tutub əngin səma-
lara baxırsan. Sizə qibtə edirəm. Fikirdən, dərddən, pa-
xıllıqdan, riyadan, tamahdan uzaq olan, ağaclar. Dadlı-
tamlı meyvələriniz neçə-neçə insanların evinə sovqat 
gedəndə sevinirsiniz. O böyük ürəyinizə qibtə edirəm. 
Kaş ki, insanlar da sizin kimi bir qəlbə malik olaydılar.  
Görən, niyə payız gələndə insanlar kədərlənir? Çünki 
ilin bu fəslində insanların qəlbi payız kimi təlatümlü 
olur; tutqun hava, bomboz səma insanın ruhunda ehtiva 
edir, yağan yağış onun qəlbinə yağır, qəm karvanı yol 
alıb gedir, həzin bir musiqi ətrafa yayılır. Musiqisi, söz-
ləri eyni müəllifə aid olan bu melodiya insanı yerdən 
alıb əngin səmalara qaldırır. Orada son akkordlarını vu-
rub sonsuzluğa qovuşur. Budur, payızın, insanın qəmli 
simfoniyası...  
...Bir neçə aydan sonra bu simfoniya bitəcək, şaqraq, 
nikbin bir melodiya başlayacaq. Bahar gələcək. Günəşin 
zərrin  şəfəqləri, quşların  şən nəğməsi  ətrafa yayılacaq. 
Ağaclar yenidən yaşıl köynəyini geyəcək, insanların is-
tirahəti üçün çətirə dönəcək. Bahar müjdəçiləri nəğmə-
lər oxuyaraq, sanki deyəcək - “Həyat davam edir, qəm-
lənməyi, sevinməyi bizdən öyrənin...” 
... Budur, həyatın qanunauyğunluğu... 
 


 
 
60
 
 
PÜNHAN SƏDA 
 
Axundzadə Nəzakət Mehdi qızı (Pünhan Səda) 1960-
cı ildə Maştağada ziyalı ailəsində anadan olmuşdur. 
1978-ci ildə 128 saylı orta məktəbi bitirmişdir.  Şeirləri 
və kiçik həcmli nəsr əsərləri dövri mətbuatda, o cümlə-
dən “Azərbaycan” jurnalında, “Nəbz”, “Paklıq” və s. 
qəzetlərdə çap olunmuşdur. “Bir yağış istəyirəm” adlı 
ilk kitabı 2003-cü ildə xalq yazıçısı, professor Ə.Cəfər-
zadənin rəyi ilə işıq üzü görmüşdür. 2008-ci ildə “Gəl, 
açılsın da sabah” adı ikinci kitabı çapdan çıxmışdır. 
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 
 
RƏSUL RZA 
 
Önümdə bir kitab var: Rəsul Rza “Sabir sağ olsaydı”, 
Anar “Molla Nəsrəddin–dünən bu gün”. Ön sözün mü-
əllifi Rəfael Hüseynovun sözlərilə desək, necə olmama-
ğı və necə olmağı öyrədən dərs kitabı, gülə-gülə oxunan 
kitab, ağrıya-ağrıya, ağrıda-ağrıda oxunan kitab. Millət 
kitabı. Rəsul Rza və Anar–yazıya başlamaq məqamında 
bu iki ədib haqqında düşüncələrimi fikrimdə cəm edər-
kən nə vaxtsa “Azərbaycan” jurnalında oxuduğum bir 
yazı yaddaşımda canlandı. Jurnalın “Ədəbi əlaqələr” bö-
lümündə  Ə.Rəsulovun “Azərbaycan türk yazarlarının 
gözü ilə” məqaləsində məşhur türk publisisti M.C.Anda-
yın “Anadoluda və sosialist ölkələrində” adlı  səyahət 
oçerkləri kitabından misal götürülmüş bir məqam Rəsul 
Rza yaradıcılığının  əlçatmazlığı, Rəsul Rza qələminin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə