Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi


SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA!



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

 
 
69
SƏNİ SEVMƏK ÜÇÜN GƏLDİM DÜNYAYA! 
 
“Mən səni sevirəm!” Cəmi-cümlətanı üçcə kəlmədən 
ibarət olan bu kiçik cümlə dinindən, dilindən, irqindən, 
millətindən asılı olmayaraq bütün sevgililərin “qəlb” ad-
lanan dünyasına daxil olmaq üçün bir vasitə, həmin 
dünyanın bağlı qapılarının “Sim-sim, açıl!” deyərək 
açacaq bir qüdrətə malik hər kəsin bildiyi gizli bir parol-
dur. Gizlidir ona görə ki, sevgi gizli, xəlvəti, dəruni 
hisslərin təzahürüdür. Bu parol “Mən səni sevirəm” şək-
lində deyilənə qədər şəkildən-şəklə düşür. “Mən səni se-
virəm!” demək üçün O olmalıdır. Və bu “o” elə böyük-
lükdə olmalıdır nəzərində ki, onun fövqündə Yer, Göy-
Asiman, canlı-cansız ALƏM öz böyüklüyünü itirsin. 
Belə ki, sən ancaq “O”nu görürsən, “O”nu düşünürsən, 
“O”nu eşitmək istəyirsən.  Əvvəl ehtiyatla “Onu sevi-
rəm!”, sonra qəlbinin bütün cəsarətilə “Mən onu sevi-
rəm” deyirsən. Çünki  
 
Gözlərdən gözlərə salınan körpü, 
Daşıyır eşq yükü, məhəbbət yükü. 
 
Aşiqin gizli-gizli tək daşıdığı  eşq yükü o qədər ağır 
olur ki, zaman gəlir onu ikinci bir şəxslə - sevdiyi bir 
kəslə bölməyə, bu yükü onunla birlikdə daşımağa ehti-
yacı olur.  
İndi mən qəlbimin bütün cəsarətini toplayaraq mema-
rı qəlbim, mühəndisi beynim olan, gözlərimdən gözləri-
nə qədər salınan dünyanın bu ən ülvi, ən pak körpüsün-
dən keçərkən, ahlarla, oflarla daşıdığım bu eşq yükünü 
çəkməkdə sənin köməyinə ehtiyac duydum. Çünki qəl-


 
 
70
bimin tam əminliyilə  dərk etdim ki, səni sevmək üçün 
gəldim dünyaya. 
Sənsiz gecələrin acısını, sənli gündüzlərin  şirinliyi 
unutdursaydı, nə gözəl olardı. Amma yenə ümidimi itir-
mirəm, çünki hər halda hər sənsiz gecənin sonu, bir sən-
li nurlu sabaha açılır. Sənin xəyalınla keçirdiyim hər 
sənsiz gecə özüm-özümü inandırıram ki, sənin mövcud 
olduğun sənli səhərdə səni görəcəyəm, qəlbimin dərinli-
yində qoruduğum bu sözləri qəlbimin aynasına həkk 
edəcəyəm: “Səni sevmək üçün gəldim dünyaya!”  
Hər gün səninlə qarşılaşdığım məkana gələnə  qədər 
günəş daha parlaq olur, ətraf daha işıqlı, insanlar kimli-
yindən asılı olmayaraq daha nurlu, daha mehriban olur 
gözümdə. Yol boyu qarşılaşdığım adi, tanımadığım in-
sanlara belə müjdəverici bir sevinclə hayqırıb bildirmək 
istəyirəm: “Onu görməyə, sevdiyim insanı görməyə ge-
dirəm.” Bu eyni hal hər gün baş verir. Bu sevinci, bu fə-
rəhi sən yaşadırsan mənə. Bax, elə bu anın özündə “Səni 
sevmək üçün gəldim dünyaya” demək istəyirəm sənə. 
Amma nədənsə səni görüncə nitqim tutulur, dilim ki-
lidlənir, sənə deyəcəyim, demək istədiyim bütün sözlər 
qəlb səltənətimdən çıxa bilmir. 
 
Bu necə sirdirsə, ey zərif gülüm, 
Səni görən zaman lal olur dilim. 
Oxu bircə-bircə, ay ömrüm-günüm
Qəlbimin yazılı varağıdır göz. 
 
Bircə baxışın ruhuma sığal, bircə gülüşün qəlbimə 
məlhəmdir. Dünyamı qaraldar qaşın çatımı. O zaman 
demək istəyirəm 
 


 
 
71
Kaş günəşin zərrəsindən ayrılan 
Atəş olam, kədərinə od vuram. 
 
Çünki  
 
Uca dağın zirvəsi sən, yolu mən, 
Bağ-bağçanın ağacı sən, kolu mən. 
Bu dünyanın ağası sən, qulu mən. 
Əfsanəni sənin eşqin yaratdı. 
 
Dünyanın məlum məhəbbət dastanları içində ən ülvi, 
ən pak, ən mükəmməl yazılmamış bir dastandır sənə 
olan sevgim. Amma sənə olan diləklərimi hələ də gizli-
gizli keçirirəm qəlbimdən.  
Sənə olan sevgim ruhumun qidası, qəlbimin pünhan bir 
sədasıdır. Çünki qəlbimdən gələn bu əzəli,  əbədi susma-
yan hələlik pıçıltı qədər kövrək, eşidilməyəcək qədər zəif 
olan bu səs vaxt gələcək güclənəcək. Bulaq kimi çağ-
layacaq, qəlbimdən dilimə süzülüb “Səni sevmək üçün 
gəldim dünyaya!” deyəcək. Inanıram, bu gün gələcək! 
Amma kaş ki, günlərin birində sənin də dilindən eşi-
dəydim: 
 
“Səni sevmək üçün gəldim dünyaya!” 
“Səni sevmək üçün gəldim dünyaya! 
 
MƏN SƏNİ SEÇDİM Kİ... 
 
Mən səni seçdim. Seçdim ki, həyatın dik yoxuşunu, sərt 
enişlərini keçərkən yanımda olasan. Həyat girişi asan, 
çıxışı min bir sirli olaylarla dolu olan labirintə bənzər. Bu 
sirli-sehrli labirintin dönəmlərini adlayıb nura aparan yolu 


 
 
72
axtararkən insanın yanında kiminsə olması onu mənən 
mətinləşdirir. “Sən tək deyilsən, mən səninləyəm” 
ifadəsinin insan həyatındakı əhəmiyyəti ölçüyəgəlməzdir.  
Dizlərin qanaya-qanaya, dişinlə-dırnağınla ömrün yo-
xuşuna qalxarkən qurumuş kol-kos, xırdaca daş-kəsək 
axtaran zaman köməyə uzanan əli görüb “ver əlini” səsi-
ni eşidən an həyat necə də gözəlləşir, ömür necə şirinlə-
şir! Bu gözəlliyi görmək, bu şirinliyi duymaq bütün acı-
ları unutdurur sənə!.. 
...Mən səni seçdim ki, qəlbimin odunu, ürəyimin hə-
rarətini səninlə paylaşım. Səni seçdim ki, soyuq ocağını 
qəlbimin odu ilə yandırım, üşüyən qəlbini ürəyimin hə-
rarətilə isidim. Dünyanın bir üzü gündüzdürsə, bir üzü 
gecədir. Gecə gündüzü arzuladığı kimi arzula məni. Ye-
tər ki, arzulayasan məni! O vaxt qəlbimi Dünyanın Gü-
nəşinə çevirib səni nura qərq edərəm!.. 
...Mən səni seçdim ki, sənlə bölüşüm dərya qədər se-
vincimi, zərrə qədər kədərimi. Səni seçdim ki, hər uğu-
rumu, hər nailiyyətimi əldə edərkən sən yanımda olasan. 
Bu uğurdan duyduğum sevinci ilk əvvəl sən görəsən. Bu 
dərya sevincdən qucaq-qucaq sənə pay verim. Ulduzla-
rın sevincini birgə seyr edək, göylərin alqışına birgə ca-
vab verək.  
...Mən səni seçdim ki, Günəş daha parlaq olsun, Ay 
daha nurlu, ulduzlar daha əsrarəngiz olsunlar. Səni seç-
dim ki, bu seçimdən vəcdə  gələn ulduzlar sevinsin, çi-
çəklər gülsün. Ulduzlar halay qursun, çiçəklər dəstələn-
sin, ulduzlara peyğam göndərilmək üçün mələklər bu 
şadyanalığa seyrçi olsun.  
...Mən səni seçdim ki, ləpələrin pıçıltısını, dalğaların 
ötüşməsini, sahillə dənizin öpüşməsini birgə seyr edək: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə