Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   12   13   14   15   16   17   18   19   20

 
 
77
Bu sükut adi sükut deyildi. Bu sükutda donmuş  səbr-
lərin ölümə qarşı  səssiz inqilabı, çağırışı  eşidilirdi. Bu, 
Heydərə layiq ehtiram idi. Bu, bütün dünyaya Heydərin 
xalq, xalqın da Heydər olduğunu sübut edən həqiqət idi. 
Heydərin xalq yaşadıqca varlığını, yaşadığını  təsdiq 
edən həqiqət!  
15.12.2003 
  
75-ci BAHARIN MÜBARƏK! 
 
Dünya yaranandan üzü bəri inkişafa yol alıb. On il-
lərlə, yüz illərlə təkmilləşən insanlar həmişə yenilik ax-
tarışında olub. İnsanların xeyrinə yönələn yenilik dün-
yanın inkişafına, xalqların mədəniyyətinin daha da yük-
səlişinə xidmət edir. Bu məsuliyyəti Allah-təalanın hər 
bir xalqa bəxş etdiyi xalqın yükünü çəkən, sözünü ifadə 
edə bilən, lazım gələn anda öz xalqını təmsil etməyi ba-
caran tək-tək  şəxsiyyətlər daşıyır. Bu, Allahın o xalqa 
lütfüdür... 
Allah-təalanın lütfü ilə Azərbaycan xalqına bəxş olu-
nan nadir insanlardan biri də xalq yazıçısı Anardır. Bu 
gün xalqımızın fəxri olan Anar da dünyadakı bütün 
uşaqlar kimi doğulub. Dünyaya göz açandan hamı kimi 
böyüsə  də gördüklərini dərk süzgəcindən keçirdikcə 
başqa uşaqlardan seçilib. Anar adi uşaqlar tək doğulsa 
da, yaşadığı mühit adi olmayıb. Çünki o, dünyada fərqli 
ömür yaşamış böyük ürəyə malik xalq şairi Rəsul Rza-
nın, qadınlığa xas bütün gözəl xüsusiyyətləri özündə 
cəm edən, kişi qeyrətli, lakin qəlbi ən incə, ən zərif duy-
ğularla köklənən  şairə xanım Nigar Rəfibəylinin oğlu 
idi. Bu bir-birinə dərin tellərlə bağlı iki qəlbin sevgisin-


 
 
78
dən doğulan uşaq da məhz Anar kimi olmalıydı...  
Adıyla ilkinlik qazanan Anar, çox keçmir ki, yaradı-
cılığı ilə də seçilir. Adından yüzlərlə körpə adına məna 
gələn Anar yaradıcılığı ilə də bir çox gənc yazarlara isti-
qamət verir.  
Anar Azərbaycan mədəniyyəti üçün o qədər böyük 
şəxsiyyətdir ki,onun haqqında tariximiz irəliləyincə, onu 
oxuyub dərk eləyənlər, zaman-zaman Anarı ananlar, 
onun əsərlərinin dərinliyində bəlkə bizim edə bilmədiyi-
miz kəşflər etdikcə yeni-yeni kitablar yazılacaq. Mən 
Anarın  əsərlərinin dərinliyinə heyran bir Azərbaycanlı-
yam. Bu heyranlıq məni illər boyu izləyib. Anarın adi 
hekayəsinə belə  mən böyük əsər kimi yanaşmışam. 
Oxuduqca vaxtı, zamanı unutmuşam. Mən Anarın əsər-
lərini oxuduqca özümü onunla həmyaşıd hesab edirəm 
və onun haqqında danışanda həmyaş insan kimi danışı-
ram. Budur Anarın yaradıcılıq qüdrəti! O, bütün zaman-
larda onu sevənlərlə, oxuyub dərk edənlərlə, onu anla-
yanlarla həmyaş olacaq. Mən Azərbaycanın fəxri olan 
Anar haqda həmişə  fəxrlə danışıb və yazıram.  Əsərləri 
ilə tanışlığımdan sonra elə sanıram ki, o böyük sənətkar-
la hələ gənclik çağından tanışam. Anarı əsərləri ilə sev-
mişəm, sevgimi yazdıqlarımda sübut etməyə çalışmışam 
və ömrüm qədəri də sevəcəyəm. Çünki Anar sevilməyə 
layiq sənətkardır. Ulularımız “Dünya bir pəncərədir, hər 
gələn baxıb keçər.”-deyib, Anar bu pəncərə önündə dün-
yaya nə üçün gəldiyini dərk edərək düşünməyi bacardı. 
Düşündüklərini zamanın sürətilə eyniləşdirə bildi. Dü-
şüncələriylə yanından ötüb keçənlərdən fərqləndi, seçil-
di. Dünya pəncərəsindən görüb dərk etdiklərini düşünən 
beynin təxəyyül süzgəcindən keçirərək dərk etmək istə-


 
 
79
yənlərə miras qoymağı düşündü və dünyanın gözünə ba-
xa-baxa zamanı  əlinə alıb zamansızlıq sehrini oxudu. 
Anar Azərbaycan mədəniyyətini öz əsərləriylə bir pillə 
də yüksəldə bidi. Xalqın mədəniyyəti toxunulmaz bir 
qalaya bənzər. Nə qədər ki, bu dünyanın pəncərəsi var, 
nə qədər ki, insanlar bu pəncərə önündən gəlib keçir, bir 
o qədər də xalqımızın mədəniyyət qalası hörülməkdə 
davam edəcək, ta zaman öz sözünü deyənəcən... Bu hör-
güdə Anarın da bir ömür yazdıqları var. Bu əsərlər 
yazıldıqca oxunur. Sabah da bu yazılanları zaman özü 
vərəqləyib yeni-yeni nəsillərə oxudacaq. 
Bu gün ömrünün 75-ci pilləsinə qədəm qoyan xalqın 
sevimli yazarı Anara Allahdan yaşadığı ömür qədər də 
sağlam həyat arzulayırıq. Qoy ömrünün pillələri artdıq-
ca, bu pillələri qalxan sevimli Anarımız gənc nəslin sev-
gisiylə qarşılaşsın. Qoy keçmişiylə bu günü arasında 
ömrünün hissələri həkk olunmuş cild-cild əsərləri gənc 
nəsli salamladıqca, Anar yaşadığı ömrün nə  qədər də-
yərli, gərəkli olduğunun bir daha şahidi olsun. Qoy öm-
rünün qapısı hər il bahar qoxusuyla, bahar təravətilə, ba-
har sevgisiylə açılsın! Amin!  
  
QƏDİR DÜNYASI 
 
Sənət aşiqi Qədir Rüstəmovun ecazkar, cazibədar 
məcnunanə  səsi... O səs gücünü ilahi qüdrətdən alır. 
Ona görə də o qədər ürək titrədən, ürək göynədəndir. O 
səs sanki səhrada tək-tənha dolaşıb nakam sevgisini si-
nəsinə basaraq, ilahi qüdrətlə danışırmış kimi əllərini 
göyə açıb ah-nalə edən aşiqin ürək yanğısını xatırladır. 
Qədir yanğısını yerə-göyə  əyan edir. Qədiri dinlədikcə 


 
 
80
sanki sən də özünü səhrada kənardan dayanıb onu dinlə-
yən kimi hiss edirsən. Sən də yanırsan onu duyan, onu 
sevən bir ürək kimi. Məcnunlaşırsan Qədiri dinləyə-din-
ləyə. Özün də bilmədən o səsə vurulub ondakı qeyri-
adiliyə qibtə eləyirsən.  
 Qədir dünyası... Çoxlarının dərk etməyə qadir olma-
dığı bir İnsan dünyası. O dünyanın qeyri-adiliyini yalnız 
onu sevən, duyan, bütün varlığıyla qəbul edən Qədir ki-
mi məcnunlar hiss edə bilər.  
 Qədir dünyasında bir ocaq yanır. Xalqının, millətinin 
dərdiylə, ağrı-acısıyla, iç dünyasına sıza bilən qəm-kə-
dəriylə alışan bir ocaq. Bu ocağın istisində  Qədir üşü-
yür. Xalqının dərdini–çörəyimizi, suyumuzu yeyib-içən 
düşmənlərimizin zəbt etdiyi torpaqlarımızın ah-naləsini 
dinlədikcə bir İnsan dünyası aşiqanə nalə çəkir. Qədirin 
səsindəki nalə əzəlidir. Sanki Qarabağlı, Şuşalı, Ağdam-
lı, Laçınlı günlərimizdə bu torpaqların bir gün bizsiz, 
yetim qalacağı günü əvvəlcədən hiss edib içindəki yan-
ğısını səsinə axıdıbmış. Qədir xalqının əzablı, məşəqqət-
li gününü görüb onun dərdiylə əriyən bir sənətkardır. Bu 
millətin dərdi həmişə olub və olacaqdır. Nə  qədər ki, 
onun Qədir kimi vətən, millət, xalq dərdi çəkən aşiq sə-
nətkarları, yazıçı-şairləri, yaradıcı insanları var. Nə 
qədər ki, xalqımız ürəyiyumşaq, dostuna, düşməninə 
məhəl qoymadan həmişə, hər yerdə hamının köməyinə 
qaçan, dadına yetəndir, bu millətin dərdi tükənməz. 
Qədir sevgisi, Qədir naləsi tükənmədiyi kimi. 
 Bəzən Allahın ilahi vergi bəxş etdiyi yaradıcı insan-
lar olacaqları öncədən hiss edib duyur. Elə vaxt olur ki
hiss etdiyini, qabaqcadan duyduğunu dilə gətirməyə çə-
kinir. Susur, öz-özünə bunların həqiqət olmayacağıyla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə