Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   12   13   14   15   16   17   18   19   20

 
 
94
 
 
NİSƏ AZİKQIZI 
 
1993-cü il noyabrın 6-da Bakıda anadan olub. 2011-
ci ildə Maştağa qəsəbəsindəki 108 saylı orta məktəbi 
bitirib, Bakı Dövlət Universitetinə daxil olub. Yazıları 
“Paklıq” qəzetində dərc olunub. 
 
MƏNİM İDEALIM 
 
 Dünyada bir çox gözəl və vacib olan peşələr vardır. 
Bu peşələr və peşə sahibləri olmazsa, cəmiyyət inkişaf 
edə bilməz və hər bir sahə getdikcə tənəzzül edər. Lakin 
bu peşələr içərisində elə bir peşə var ki, o olmazsa, yer 
üzündə mükəmməl nə  həkim, nə hakim, nə mühəndis, 
nə kosmonavt, nə də alim ola bilməz. Bu müəllimlikdir. 
Müəllim sənəti, peşəkar müəllimlər olmasa, heç bir sahə 
üzrə mütəxəssis yetişə bilməz. Lakin danılmaz faktdır 
ki, hər müəllim boynuna düşən vəzifəni layiqincə yerinə 
yetirməyə səy göstərmir.  
 Müəllimlik  ən məsuliyyətli,  ən vacib və müqəddəs 
bir işdir. Əsl müəllim təkcə fənni tədris etməklə kifayət-
lənməməlidir. O həm də  şagirdə öz fənnini sevdirməli, 
ona düzgün istiqamət verməli,  ən  əsası özündən güclü 
kadrlar yetişdirməyə çalışmalıdır. 
Biz çox xoşbəxtik ki, orta məktəb həyatımızda belə mü-
əllimlər ilə rastlaşmışıq. Mən bu yazımda müəllim adını 
şərəflə daşıyan, şagirdlərinə daima doğru yol göstərən, öz 
vəzifə borcunu heç vaxt unutmayan, şagirdlərinin idealına 
çevrilən bir müəllim haqqında danışmaq istəyirəm. 


 
 
95
 Haşiyə: Dadaşova Samirə Davud qızı 1971-ci il no-
yabrın 30-da Maştağa qəsəbəsində anadan olmuş, 1978-
88-ci illərdə  qəsəbədəki 255 saylı orta məktəbdə  təhsil 
almışdır. Hələ  məktəb illərində  fəallığı, dərslərə ciddi 
münasibəti, bilik və bacarığı ilə yoldaşlarından seçilmiş, 
müəllimlərinin hüsn-rəğbətini qazanmışdır.  
 1989-cu  ildə Bakı Dövlət Universitetinin filologiya 
fakültəsinə daxil olan Samirə tələbəlik illərində də özü-
nəməxsus cəhətlərilə seçilmiş, 1994-cü ildə universiteti 
fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən indiyə 
kimi qəsəbədəki C.Nurməmmədov adına 108 saylı orta 
məktəbdə ana dili və ədəbiyyatı fənnini tədris edir. 
 Samirə müəllim uşaqlara təkcə doğma dilimizin 
qrammatikasını və milli mədəni sərvətimiz olan ədəbiy-
yatımızı öyrətməklə kifayətlənmir. O sadəcə müəllim 
deyil. Millətin gələcəyi olan şagirdlərə sirdaş, onların 
sevincinə, kədərinə şərik olan, onları daim düzgün yola 
çağıran, istedadlarının üzə çıxarılmasında yardımçı olan 
gözəl bir dostdur. O bizə təkcə savadı ilə deyil, cəsarəti
daim öncüllüyü, ağlı-kamalı, mənəvi dəyərlərimizə olan 
münasibəti ilə örnək olub. Məktəbdə çalışdığı on bir il-
də bütün müəllim və  şagird kollektivinin sevimlisinə 
çevrilib. Ona qibtə edənlər də az deyil. Yetirmələri onun 
adını daim uca tutmağa çalışır. Məktəbdə oxuyanların 
hər biri Samirə müəllimənin şagirdi olmağı arzulayır və 
bu arzusuna çatanlar isə öz müəllimi ilə fəxr edir.  
 Belə bir kəlam var: ”Valideyn uşağı göydən yerə en-
dirir, müəllim isə onu yerdən göyə qaldırır”. Əsl müəl-
lim olmaq üçün ilk öncə gözəl mənəvi dəyərlərə malik 
olmaq lazımdır. Bu müsbət xüsusiyyətlər də Samirə mü-
əllimdə cəmləşib. O əslində Allahın çox xöşbəxt bəndə-


 
 
96
sidir ki, əlində çox qiymətli bir xəzinənin–elm xəzinəsi-
nin açarını tutub. Elm ilə insanlığın vəhdətində müəllim 
də ideallaşa bilir. Bütün həyatları boyu ondan nümunə 
götürən, onun yolunu davam etdirən, onu özü üçün ide-
allaşdıran şagirdlər bu gün də var, sabah da olacaqdır.  
 
ELXAN ELATLI İLƏ MÜSAHİBƏ 
 
“Paklıq” qəzetinin bu dəfəki qonağı tanınmış detektiv 
yazıçı, bu gün gənc oxucuların sevimlisi Elxan Elatlıdır. 
1962-ci il dekabrın 19-da Şamaxı rayonunda anadan 
olub, 1985-ci ildə BDU-nun mexanika-riyaziyyat fakül-
təsini bitirib. 157 saylı orta məktəbdə müəllim kimi çalı-
şır. On üç romanı çap olunmuşdur. Azərbaycan Yazıçı-
lar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. 
F.Köçərli adına uşaq kitabxanası onu “İlin yazıçısı” elan 
etmişdir. Qəzetimizin əməkdaşı Nisə Azikqızının yazıçı 
ilə müsahibəsini oxuculara təqdim edirik. 
-Sonuncu  əsərinizdə o biri əsərlərdən fərqli olaraq 
oxucularınıza yeni detektiv obrazı  təqdim etdiniz. Bu 
obraz oxucular tərəfindən nə dərəcədə bəyənildi? 
-Əslində, bu obraz da digər iki obraz kimi sevildi və 
qəbul olundu. Düzünü desəm, Ayxan Asayev Qasımlı 
və Ələmdarı əvəz edə bilmədi. Məncə o biri qəhrəman-
lar olmasaydı, Ayxan daha çox sevilərdi. 
-Əsərləriniz real həyatda baş verən hadisələrin, yoxsa 
öz fantaziyanızın məhsuludur? 
-Real həyatda baş verən hadisələri tam olaraq roman-
da vermək olmaz. Bu heç də maraqlı alınmaz. Təbii ki
müəyyən oxşarlıqlar var. Əsasən də “Cəhənnəmdən gə-
lən səs” və “Qisas gecəsi” romanlarında daha çox real 


 
 
97
hadisələr üstünlük təşkil edir. 
-Sizin əsas ixtisasınız riyaziyyatdır. Siz riyaziyyatçı-
sınız. Bəs necə oldu ki, bədii əsər yazmağa başladınız? 
-Uşaqlıqdan detektiv janrına xüsusi marağım olub. 
Şamaxıda rayon qəzetində kiçik şeirlərim və  məqalələ-
rim dərc olunurdu. 2000-ci ildən isə artıq detektiv yaz-
mağa başladım.  
-Bədii yaradıcılığınız sizi öz ixtisasınızdan ayırır? 
-Bəli. Hətta demək olar ki, artıq öz sahəmdən uzaqla-
şıram. 
-Oxucularınız  əsərlərinizi nə vaxtsa film kimi görə-
cək? 
-Təkliflər çox olub. Amma məni qane edən təkliflər 
olmayıb. Təbii ki, nə vaxtsa ola bilsin ki, əsərlərimdən 
film və ya serial çəkilsin. 
-Niyə məhz “Elatlı” təxəllüsünü seçdiniz? 
-Bu təxəllüsdən hələ  şeir yazanda istifadə edirdim. 
“Elatlı” el-obalı deməkdir. Çox bəyənmişdim. Sonralar-
sa dəyişmək istəmədim. 
-Milli qəhrəman Mübariz İbrahimova həsr etdiyiniz 
“Qisas gecəsi” romanı oxucular tərəfindən çox sevildi. 
Hansısa qəhrəmana əsər həsr etmək fikriniz var? 
-Hələ ki, dəqiq bilmirəm. Amma Ramil Səfərova həsr 
olunmuş bir əsər yazmaq istərdim. 
-Sırf Qanbay Qasımlının öz həyatı haqqında roman 
yazmaq istəyirsiniz? 
-Bəlkə də nə vaxtsa yazdım. Hal-hazırda isə belə bir 
fikrim yoxdur. 
-“Ələkeçməz yaquar” romanında təqdim etdiyiniz de-
tektiv Melisa obrazı oxucular tərəfindən çox sevildi. Ye-
nə də əsərlərinizdə detektiv qadın obrazları olacaq? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə