Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   12   13   14   15   16   17   18   19   20

 
 
90
qalması ilə nəticələnə bilər. Beləliklə də ekosistemlərə
biosferə, xüsusilə flora və faunaya ağır dağıdıcı  zərbə 
təhlükəsi yaranır. XXI əsrin başlanğıcında dünyada bir 
gün  ərzində  səhralaşma və  şoranlaşma nəticəsində 44 
min hektar torpaq sahəsi öz münbitliyini və  təsərrüfat 
əhəmiyyətini itirir, 28 min hektar, son məlumatlara görə 
isə 50 min hektar (yeni salınan meşə sahələrindən 10 
dəfə çox) dünyanın ən qiymətli təbii sistemlərindən biri 
sayılan və planetimizin “ağ ciyərləri” adlandırılan tropik 
meşə sahəsi məhv olur, 40 mindən artıq uşaq ölür. Me-
şələri qırıb oksigen ehtiyatını azaldan insan ilin sonunda 
evinə hava təmizləyicisi almaq üçün pul toplayır. Ətraf 
mühitin çirklənməsi əsasən iri sənaye şəhərlərinin (əha-
lisi 5-10 milyon nəfər və daha çox), fabrik və zavodla-
rın, kombinatların, emal müəssisələrinin payına düşür. 
Dünya üzrə  ətraf mühitin ümumi çirklənməsinin 70-
80%-i şəhərlərin, o cümlədən 34%-i metallurgiya səna-
yesi obyektlərinin, 27%-i energetikanın, 12%-i neft 
məhsullarının, 9 %-i kimya zavodlarının və 7%-i təbii 
qazların, yalnız 11%-i digər istehsal sahələrinin hesabı-
na yaranır. Aqrar sahədə  işlədilən pestisidlər, kimyəvi 
maddələr, heyvandarlıq fermalarının tullantıları da mü-
hitin çirklənməsində çox böyük rol oynayır. Dünyada 
hər il orta hesabla ətraf mühitə atılan müxtəlif tullantıla-
rın miqdarı bir nəfərə 20 tondur. 
“Stern” hesabatına əsasən, dünyada 2050-ci ilə qədər 
ekoloji səbəblərdən qaçqın düşəcək insanların sayı indi-
ki çirklənmə səviyyəsi davam edərsə, 200 milyona çata-
caq. Odur ki, bəşəriyyət indiki ekoloji, sosial və iqtisadi 
problemlərin həlli üçün yeni yanaşmalardan istifadə et-
məlidir. Ekoloji proseslər, eyni zamanda onların məntiqi 


 
 
91
nəticəsi olan təhlükəli hidrometeoroloji hadisələr hər il 
iqtisadiyyata milyonlarla dollar zərər vurur. Elmi-texni-
ki inkişafın, əhali artımının sürətlə getdiyi bir dövrdə iq-
tisadi böhranı tənəzzül səviyyəsinə gətirib çıxaran amil-
lər kimi ilk olaraq mövcud ekoloji durum qiymətləndi-
rilməlidir. Tullantısız texnologiyanın tətbiqi, təkrar is-
tehsala əsaslanan metodların təkmilləşdirilməsi, alterna-
tiv enerji mənbələrindən istifadənin genişləndirilməsi və 
s. ekoloji qanunauyğunluq nəzərə alınmaqla iqtisadi 
əsaslarla həyata keçirilməlidir. Iqtisadiyyatın bu tip 
perspektivlərlə inkişafı “yaşıl iqtisadiyyat” anlayışını 
meydana gətirir. “Yaşıl iqtisadiyyat” əmtəələrin və xid-
mətlərin istehsalı, bölgüsü və istehlakı ilə bağlı olan iq-
tisadi fəaliyyətlərin elə bir sistemidir ki, burada gələcək 
nəsilləri ciddi ətraf mühit riskləri və ekoloji çatışmazlıq-
larla qarşı-qarşıya qoymadan uzunmüddətli rifah artımı-
na və davamlı iqtisadi inkişafa nail olunur. “Yaşıl iqtisa-
diyyat” həm də davamlı inkişafa və ekoloji iqtisadiyyat 
biliklərinə əsaslanan bir iqtisadi inkişaf modelidir. “Yaşıl 
iqtisadiyyat”ın formalaşması üçün göstərilən bütün xid-
mətlərin məcmusu “yaşıl biznes” adlanır. Hazırda bey-
nəlxalq miqyasda “yaşıl iqtisadiyyat” üzrə mal və xid-
mətlər bazarının dövriyyəsi 1,370 trilyon dollardır. Bu, 
dünya iqtisadiyyatının 2,4 faizinə  bərabərdir. BMT-nin 
hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə 
“yaşıl iqtisadiyyat”ın inkişafı üçün hər il 40 milyard dol-
lar investisiya tələb edilir. “Yaşıl iqtisadiyyat”a qoyulan 
hər 1 dollar investisiya 60 dollar olaraq geri dönür. 
Hər bir biznesmen, iş adamı dövrün tələblərinə uyğun 
olaraq, “yaşıl” qaydaları  tətbiq edə,  ətraf mühitdən 
mümkün qədər zərər yetirmədən istifadə edə bilər. Bu-


 
 
92
nun üçün yalnız təbiəti sevmək, planetimizi – evimizi 
qorumaq təşəbbüsü olmalıdır. Yalnız özünü düşünmək, 
şəxsi mənafeyini güdmək artıq dəbdə deyil. Axı hər bir 
iş adamı  dəblə ayaqlaşmaq – bahalı avtomobillər sür-
mək, böyük evlərdə yaşamaq, xəz dərili paltarlar gey-
mək istəyir. Düşünmürsünüz ki, artıq XXI əsrin dəbi də-
yişmişdir? İndi yaşıl rəng dəbdədir... 
“Yaşıl iqtisadiyyat"ın inkişafına insanların cəmiyyət 
və gələcək nəsillər qarşısında daşıdığı sosial məsuliyyət 
də təsir göstərə bilər. Sosial məsuliyyət hissinin yüksək 
olduğu bir cəmiyyətdə fərdi nəqliyyatdan istifadə imka-
nı olan şəxslər bir çox hallarda ictimai nəqliyyatdan isti-
fadəyə üstünlük verirlər. Bu insanlar hər gün mağazada 
satıcının verdiyi plastik torba ilə  ərzaq ala biləcəkləri 
halda, özləri ilə bir neçə dəfə istifadə oluna bilən kağız 
torba aparan insanlardır. Cəmiyyətin bu üzvləri xəz dəri 
geyimlər kataloquna həsədlə baxan insanlar deyil, onlar 
soyuq qış günlərində quşlar üçün yem qoyan, küçə hey-
vanlarına sığınacaq verən insanlardır. Bu insanlar bahalı 
avtomobilləri ilə öyünən yox, kifayət qədər az yanacaq 
sərf edən avtomobillərdən istifadə edənlərdir. Bu insan-
lar bahalı dekorativ ağac  əkmək üçün neçə-neçə yaşlı 
ağacı qıranlar deyil. Bu insanlar “yaşıl” düşüncə sahib-
ləri, təbiəti qorumaqla gələcəyi qoruyanlardır. Belə bir 
sosial məsuliyyətli seçim, “yaşıl” təfəkkür yollarda nəq-
liyyatın azalması, təbii ehtiyatlardan qənaətlə istifadə və 
ətraf mühitin qorunmasına yönəlmiş “yaşıl həyat tərzi” 
anlamı daşıyır. Bu aspektdə yaradılan iş yerləri dünyada 
“yaşıl” iş yerləri adlanır. Dünyada hazırda 2,5 milyon 
“yaşıl iş yeri” mövcuddur. Bu, alternativ enerji istehsalı 
və xidməti sahəsində çalışanlardır. 


 
 
93
Təbiətə qayğı–gələcəyə qayğıdır; planetimizi qoru-
maq–övladlarımızı qorumaqdır. Hər bir valideyn dünya-
ya gətirdiyi övladının gələcəyini təmin etmək üçün ona 
bankda hesab açır; illər keçdikcə ona bir ev qurmağa çalı-
şır. Hər doğulan körpənin adına bir ağac əksək, bu, daha 
etibarlı bir əmanət sayılmazmı? Onun yaşaması üçün tə-
biətin kiçik bir guşəsini qorumağa çalışsaq, bu, onun evi 
olmazmı? Axı hamımızın planet boyda bir evimiz var... 
...sabah övladımıza mavi səmasında quşlar uçan şeir-
lər öyrədəndə, ya da göy qurşağının altından keçib əbədi 
xoşbəxtlik qazanılan nağıllar danışanda başlarını göyə 
qaldırıb “Hanı dediyin mavi səma?” soruşsalar, nə ca-
vab verəcəyik? Bəlkə şeirlərdən “mavi səma”, nağıllar-
dan “göy qurşağı” sözlərini çıxardaq? Yox, yaxşısı bu-
dur, boz səmaya aid şeirlər yazaq... Ya bəlkə heç onlara 
şeir oxumayaq? 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə