Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

 
 
61
qüdrətini, Rəsul Rza şəxsiyyətinin aliliyini bir daha təs-
diq edir:  
“Moskovaya vardığımız gün sormuşdum: 
-Sovetlər birliyinin şimdi ən ünlü ozanı kimdir? 
Bir az düşündükdən sonra: 
-Rəsul Rza - demişlərdi.” 
Ədibin Rəsul Rza haqqında ötən əsrin 60-cı illərində 
Sovet imperiyasının tüğyan etdiyi bir zamanda imperi-
yanın mərkəzində Moskvada rus yazarlarının öz dilin-
dən aldığı bu ifadəni iftixarla öz kitabında işlətməsi bi-
zim qəlbimizi də qürurlandırmaya bilmir.  
Bizim nəslin nümayəndələrinin Rəsul Rza yaradıcılı-
ğı ilk tanışlığı “Lenin” poeması vasitəsilə olmuşdur. O 
zamankı ruhda tərbiyə alan hər bir çalışqan məktəblinin 
sevə-sevə oxuyub əzbərlədiyi bu poema indi də hafizə-
mizdə  həkk olunmuşdur. Amma Rəsul Rzanı daha ya-
xından tanımağıma Anarın “Sizsiz”i kömək etdi. “Siz-
siz”dən köçürdüyüm Rəsul Rzanın, Nigar xanımın şeir-
lərindən nümunələr indi də  vərəqləri saralmış blokno-
tumda durur. 
Rəsul Rzanın novatorluğu  şeirə, poeziyaya gətirdiyi 
yeni üslub, yeni tərzdən ibarət idi. Doğrudur, sinəsi qə-
zəl, qoşma, gəraylılarla çağlayan xalqın qulağı  əruza, 
hecaya alışdığından, sərbəst şeir öz müəllifinin yollarını 
yetərincə daşlı-kəsəkli etdi. Amma Rəsul Rza şeirinin 
sadə, anlaşıqlı xalq dili ətrafında ona qarşı olan ab-hava-
nı təmizləməkdə, ayağı altına diyirlənən daş-kəsəyi dəf 
etməkdə ona yardımçı oldu.  
 
Torpaq bomboz 
elə bil ki, üzünə 
                                        dəmrov düşüb. 


 
 
62
           
Bir yanda cadar-cadar, 
                      bir yanda doxsan yaşlı  
qoca üzü kimi  
                                                   büzüşüb. 
 
Dövrün haqsızlıqlarından, acılıqlarından ağzı acı dad 
almış, Anarın təbirincə desək (“Sizsiz”), bu acıdil ədibin 
şeirindəki şirinlik oxucunu özünə cəlb etdi. Axı torpağın 
təsvirini bundan da güclü, bundan da gözəl necə vermək 
olardı.  
Azərbaycan poeziyasında öz xüsusi yeri olan fəlsəfi-li-
rik şeirin öncül yazarlarından biri də Rəsul Rza olmuşdur. 
Ümumiyyətlə, Rəsul Rza yaradıcılığı  fəlsəfi poeziya 
nümunələri ilə zəngindir desək, bəlkə də təkrara yol ver-
miş olarıq. Amma bu, belədir. Hələ Sovet dövründə Azər-
baycan lirik şeirinə  fəlsəfi cərəyanın daşıyıcıları sayılan 
şairlər içərisində Rəsul Rzanın yeri əvəzedilməzdir.  
Və bir də Sabir məktəbinin müdavimi Rəsul Rza vardı. 
“Şairəm, dövrümün ayinəsiyəm” deyən Sabirin davamçısı 
olmaq Rəsul Rza qələminin qüdrətindən, Rəsul Rza 
şeirinin kəsərliyindən xəbər verirdi. Rəsul Rza özünün 
dediyi kimi, “olar-olmaz” çərçivəsindən (“Darısqallıq”) 
çıxmağı bacaran bir şair idi. “Təsbeh dənəsi kimi bir-
birinə  bənzəyən  şeirlərdən” (“Mənim arzum”) yaxa qur-
tarmağa can atan şair darğasız  şeir-sənət, azad, ləkəsiz 
sevgi, könül dolusu sevinc, nəsrin, nəzmin hər sətrində 
qəlbin çırpıntısını, nəbzin döyüntüsünü eşitmək istəyir.  
Kitabı vərəqlədikcə şairin bir-birindən mənalı şeirləri 
insanı buraxmır, xüsusi bir qüvvə ilə dəfələrlə oxumağa 
məcbur edir. “Qaranquş və sərçə”, “Qoca timsah” şeirlə-
ri alleqorik olmaqla yanaşı, həm də  dərin siyasi-fəlsəfi 


 
 
63
məna kəsb edən şeirlərdir. Hər iki şeirdə qoyulan mövzu 
bu günün özündə  də aktualdır. Yaxud başqa bir misal. 
İndi məgər “tapşırıqlı mərdiməzar”, yaxud “bəzi bəziçi” 
yoxdur? “Sabir sağ olsaydı” qeydi altında yazılan  şeir-
lərdə sabiranəlik daha çox hiss olunur. Xüsusilə “Qor-
xuram”, “Qora ikən mövüc olanlar” şeirlərində. Ümu-
milikdə götürsək, Rəsul Rzanın  əksər  şeirlərində Sabir 
nəfəsi duyulur, amma şair satiranı öz tərzi, öz dəsti-xətti 
ilə yazır. Sabir cığırı ilə gedir, lakin Sabiri təkrar etmir. 
Sabir dövrünün eybəcərlikləri Rəsul Rza dövründə  də 
yox deyil. Şair bunları satira atəşinə tutur, amma Rəsul 
Rza dilində; sığalsız, ənlik-kirşansız.  
Kitabın əsas qayəsi bu dörd ustad sənətkarı - hər biri 
öz dövrünün böyük mütəfəkkiri olan Mirzə Cəlil, Sabir, 
Rəsul Rza, Anarı bir kitabda görüşdürmək idisə, bu 
məqsəd uğurla nəticələnmişdir. Mirzə  Cəlilin “Molla 
Nəsrəddin”i Mirzə  Ələkbəri Sabir kimi sevdirdiyindən, 
Sabiri Mirzə Cəlilsiz təsəvvür etmək qeyri-mümkündür. 
Eyni zamanda Sabiri “yeni Azərbaycan  şeirinin böyük 
yaradıcısı, Sabir yolunu isə  nəinki Azərbaycan  ədəbiy-
yatında yeni bir yol, ümumilikdə bir çox millətlərin ədə-
biyyatına görə inqilab” adlandıran Rəsul Rzanı da Sa-
birsiz təsəvvür etmək mümkünsüzdür. Rəsul Rzanı “Sa-
bir sağ olsaydı” deməyə sövq edən cəmiyyətdəki çatış-
mazlıqlar, cəmiyyətin eybəcərlikləri islah olunanadək 
normal düşünən hər bir beyin sahibini “Rəsul Rza sağ 
olsaydı” deməyə vadar edəcək. 
Anarı isə bu üç sələfsiz təsəvvür etmək olmur. Heç 
bir mübaliğəyə yol vermədən deməliyik ki, Anar müasir 
nəsrin Rəsul Rzasıdır. Amma öz üslubundaca, öz tərzin-
dəcə, təkrarsız-filansız. Anarın Azərbaycan  ədəbiyyatı 


 
 
64
tarixində  ən böyük xidmətlərindən biri ədəbiyyatımızı 
“Molla Nəsrəddin”siz qoymamağı oldu. Ədibin felye-
tonlarını oxuyan hər kəs ölməz Mirzə Cəlil nəfəsini, ru-
hunu duyur, onun səsini eşidir. Bu felyetonlarda Mirzə 
Cəlil Anar dilində danışır. Mirzə Cəlil 1932-ci ildə dün-
yasını dəyişmişdir. Anarın “Ürəyim ağrayır” adlı ilk he-
kayəsi isə 1958-ci ildə yazılıb. Cəmi 26 il. Tarix üçün 
bu çox da uzun müddət deyil. Sanki 26 ildən sonra 
“Molla Nəsrəddin”in yeni cücərtiləri torpaq altından baş 
qaldırmağa başladı. 1966-cı ildə isə “MollaNəsrəddin – 
66” Mirzə  Cəlili yenidən dünyaya gətirdi. Istər Cəlil 
Məmmədquluzadə, istər Sabir, istər Rəsul Rza, istərsə 
də Anar–onların dördü də elə insanlardan, elə hadisələr-
dən yazmışlar ki, bunu hər kəs görə bilərdi və görürdü, 
amma məhz bu ədiblər yazmışlar bu hadisələri, bu hadi-
sələrdəki eybəcərlikləri. Hamı bilir, filankəs rüşvət alır, 
hamı bilir, filankəs süründürməçidir, bürokratdır, mən-
səbpərəstdir, yaltaqdır, saxtakardır, böhtançıdır və s. 
Hamı bilir, amma dinmir. Ya dinməyə iqtidarı çatmır, 
ya dinir, lakin kütləyə çatdıra bilmir. Sənətkarın böyük-
lüyü ondadır ki, bütün təhlükələri göz önünə alaraq sö-
zünü deməyə özündə qüdrət tapır. Anar tarixi romanlar 
yazan bir yazıçı, sevgi pyesləri yazan bir dramaturq, Rə-
sul Rza uzun-uzadı poemalar yazan bir şair, Sabir öz 
dövrünə müvafiq güldən, bülbüldən yazan qəzəlxan
mərsiyələr yazan növhəzən, Cəlil Məmmədquluzadə isə 
zəmanəsinin meşşan həyatını  tərənnüm edən jurnallar 
nəşr etdirən naşir ola bilərdi. Amma bu dörd ədibin heç 
biri hər kəsin edə biləcəyini etmədi, hər kəsin getdiyi 
yolla getmədi. Məhz heç kimin edə bilməyəcəyini etdi-
lər, heç kəsin cürət edib gedə bilməyəcəyi yolu getdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə