Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 
 
37
Bu olmamalıydın, sən bu deyildin
Səni bu olmağa məcbur edən var. 
Bəlkə də özünə qayıda bildin, - 
Hə, sənin içində bir ayrı sən var! 
 
Kimsə görə bilməz mən görən səni, 
Kimsə mən biləni bilməyəcəkdir. 
Nə zamansa sən də anlarsan məni, 
O günə inamım ölməyəcəkdir. 
 
İÇİNİ AÇDIM 
 
Mən heyrətə gəldim, - sənin dilində 
Öz kəlməmi gördüm, sözümü gördüm. 
Bu sirrlərlə dolu söz aləmində 
Ən böyük bir sirrə çözümü gördüm. 
 
Sən keçib gəldiyin ömür yolunda, 
O hədər bildiyin ömür yolunda, 
Ölüb-dirildiyin ömür yolunda 
Mən öz ləpirimi, izimi gördüm. 
 
Hər şeyə gözüm tox, bir sözə acdım, 
Sənintək həmdəmə çoxdan möhtacdım, 
Bir az qurdalayıb içini açdım, 
Mən sənin içində özümü gördüm. 
 
 


 
 
38
 
 
 
MEHPARƏ SƏYYAF 
 
Bağırova Mehparə Ağasadıq qızı 1955-ci ildə Maşta-
ğada ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə qə-
səbədəki 187 saylı orta məktəbi bitirmiş, Bakı Pedaqoji 
texnikumuna daxil olmuşdur. Eyni zamanda Əbilov adı-
na mədəniyyət evində modelyer-rəssam peşəsinə də yi-
yələnmişdir. Texnikumu fərqlənmə diplomu ilə bitirən 
Mehparə  hələ  tələbəlik illərində N.Həsənzadənin rəh-
bərliyi ilə fəaliyyət göstərən poeziya dərnəyində dinləyi-
ci kimi iştirak etmişdir. Hal-hazırda 21 nömrəli “Təbəs-
süm” uşaq sanatoriyasında pedaqoq-müəllim vəzifəsin-
də çalışır.  
 
 
MƏHƏBBƏTİ  
AXTARMAYIN 
 
Çox dərində axtarmayın, üzdə olur, 
İlk sevgi də, məhəbbət də gözdə olur.  
Həqiqəti imtahana çəkməyin ki, 
Acılıq da, şirinlik də düzdə olur. 
 
Məhəbbətin vurması var, bölməsi var, 
Ünvanı var, dalanı var, döngəsi var. 
Bəzisinin ürəyində yaşasa da, 
Bəzisinin xəyalında özgəsi var. 
 


 
 
39
Taleyi Tanrı öz hökmüylə yazır, 
Baxma ki, hey səbr kasası daşır. 
Gah yoluyla gedir, gah yolun azır, 
Necə istəyirsə, qoyun yaşasın, 
Məhəbbət yaşasın, sevgi yaşasın. 
 
 
BAHAR SEVİNCİ 
 
Eşitdim bir körpə nəvəniz olub, 
Bahar öz payını göndərib sizə. 
Ürəyim sevinclə, fərəhlə dolub
Qoy sevinc bəxş etsin ailənizə. 
 
Üzündən təbəssüm əskik olmasın, 
Nəvə sevincini dadandan sonra, 
Özgə ləzzəti var çox yaşamağın,  
Hələ toylarını görəndən sonra. 
 
Bu qədər uşağın qayğısın çəkən, 
Ey həkim, anamız Məleykə xanım. 
Həyatda nəsibin xoşbəxtlik, uğur, 
Bahar ömrün boyu bələdçin olsun. 
 
Üzündən təbəssüm əskik olmasın, 
Özü “Təbəssüm”ü yaşadan qadın. 
Taleyin qəribə qisməti varmış, 
Mənim də bu yurdda çəkilir adım.  
 


 
 
40
ƏSİL MƏHƏBBƏT 
 
İnsanın qəlbində min arzusu var, 
Məhəbbət olmasa, yaşamaq olmaz. 
Küləyin xəzrisi, gilavarı var, 
Təbiət olmasa, həyat da olmaz. 
 
İlk sevgi anadan başlayır fəqət, 
Sonrakı sevgi də qismətimizdir.  
Məhəbbət yaşayır, yaşadır əlbət, 
Onun ilk ünvanı ürəyimizdir. 
 
Ürəkdə olmasa çılğın məhəbbət, 
Dayanar, döyünməz, yatar saat tək. 
Yaşamaq bir qara qəpiyə dəyməz 
Ancaq başqa şeydir əsil məhəbbət. 
 
İlahi bir sevgi gəzdir qəlbində, 
Məncə, onda olmaz fikrin, qəmin də. 
Əbədi deyildir hər insan ömrü 
Bu gün öz evində, öz mənzilində. 
 
MÜƏLLİM ÖMRÜ 
 
Necə əzəmətli, necə vüqarlı, 
Necə hikmətlidir müəllim ömrü. 
Necə dövlətlidir, necə də varlı, 
Yanar bir ürəkdir müəllim ömrü. 
 
İlk dəfə yazdırıb “ana” sözünü, 
Anatək sevdirir sənə özünü. 


 
 
41
Həyat yollarında ömrü uzunu 
Zəhmətdir, əməkdir müəllim ömrü. 
 
Heyranam ondakı eşqə, həvəsə, 
Öyrədir elmini daim hər kəsə. 
Bu boyda zəhmətə hədiyyə isə
Bir dəstə çiçəkdir müəllim ömrü. 
 
Həyat yollarında addımlayırsan, 
Həmişə sən onu xatırlayırsan. 
Sən onu ömrünə mayak sanırsan, 
Hamıya örnəkdir müəllim ömrü. 
 
 
KÖRPƏ BEŞİYİ 
 
Hər gül açılanda uşaq bilirəm, 
Sevinmək, sevinmək istəyirəm mən. 
Səhər açılanda oyaq bilirəm,  
Yatdığım qaranlıq gecələri mən. 
 
Bir uşaq görəndə gözlərim dolur, 
Şirin bir nemətdir hər evdə uşaq. 
Günlər bir çiçək tək soluxur, solur, 
Çətindir uşaqsız evdə yaşamaq. 
 
Özüm müəlliməm, tərbiyəçiyəm, 
Sənətim uşaqla bağlıdır mənim. 
Ən vacib varlığın həsrətindəyəm, 
İşim həyatımla düz gəlmir mənim. 
 


 
 
42
Baxırdım evimdə hər şey yerində
Bir körpə beşiyi çatışmayırdı. 
Nədi, söylə mənə günahım nədi, 
Bunca il burnumun ucu göynədi. 
 
Hər zaman Allaha şükr edirəm mən, 
Odur bəxş eləyən mənə balamı. 
Allah, özün saxla gözdən, nəzərdən, 
Mənim oğul payım Əhməd balamı. 
 
SON ZƏNG 
 
Bu gün məktəbi bitiririk biz,  
Sevincə qarışıb qəm-kədərimiz. 
Hər gün səsləyirdi bizi qoynuna, 
Anatək sevimli, şən məktəbimiz. 
 
Ayrılıq məqamı çətindən çətin, 
Kövrəlib qəlbləri müəllimlərin. 
Bir az da ağarıb saçları bu gün, 
Qayğıkeş, mehriban müəllimlərin. 
 
İllər arxasınca gətirir illər
Hanı ötən ilim, ötən aylarım. 
Şirin xatirəyə çevrilir illər, 
Dil açır sinəmdə xoş arzularım. 
 
Qayğılı günlərə səsləyir bizi, 
Son zəngin vüqarla çalınan səsi. 
Anatək sevirdik məktəbimizi, 
O zəngin bir aləm, elm xəzinəsi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə