Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 
24
Zülm edir, min hiylə, min cür tor qurur, 
Dərk edən insana zindandır dünya. 
 
Əvvəl əzizləyir gələn qonağı, 
Sonra ortalığa salır fərağı, 
Dəmbədəm ölümdən verir sorağı, 
Dərk edən insana zindandır dünya. 
 
Hər kəsə bir ömür yazdı İlahi, 
Biçarə insanın artdı günahı, 
Ya Rəbbim, İnsafın sənsən pənahı, 
Dərk edən insana zindandır dünya. 
 
 
 
 
 


 
 
25
 
 
YEGANƏ 
 
Yeganə  Həmid qızı Hadiyeva 1973-cü il sentyabrın 
23-də Bakı  şəhəri Maştağa qəsəbəsində anadan olub. 
1990-cı ildə Sabunçu rayonu 96 saylı orta məktəbi, 1998-
ci ildə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texni-
kumunu klub tədbirləri rejissoru ixtisası üzrə bitirib. 
2002-2005-ci illərdə Bakı Yeyinti Sənayesi Texnikumun-
da marketinq ixtisası üzrə təhsil alıb. 
2000-2003-cü illərdə Nardaran qəsəbə klubunda küt-
ləvi işlər təlimatçısı, 2006-2007-ci illərdə Hacıağa Ab-
basov adına Maştağa Mədəniyyət Evində metodist vəzi-
fələrində  işləyib. 2009-cu ildə Natiqlərin I Ümumres-
publika Müsabiqəsinin qalibi olub. 
İlk  şeirini II sinifdə oxuyarkən yazıb. 1993-cü ildən 
dövri mətbuatda şeirləri və publisistik yazıları ilə müntə-
zəm çıxış edir. Yazıları “Ulduz”, “Yazıçı qadın” jurnalla-
rında “Paklıq”, “Real-Press”, “Azərbaycan XXI əsr”, 
“Kaspi”, “Aydın fikir”, “Bütöv Azərbaycan” və digər qə-
zetlərdə çap olunub. Müxtəlif illərdə “Murovdağ”, “Pak-
lıq”, “Hikmət” “Respublika” qəzetlərinin  əməkdaşı olub. 
Hal-hazırda “Paklıq” qəzetinin baş redaktor müavinidir. 
Hacı Mailin sədrlik etdiyi “Füzuli ədəbi məclisi”nin və 
“Pərvanə”  ədəbi məclisinin üzvü olub. “İti qələm” res-
publika ədəbi birliyinin üzvüdür və dövri mətbuatda gedən 
yazılarına görə birliyin “İti qələm” diplomu ilə  təltif 
olunub. 2012-ci ildə “Bir nağıl var içimdə” adlı  şeirlər 
kitabı  işıq üzü görüb. Maştağa Mədəniyyət Evində  fəa-
liyyət göstərən “Gənc qələm” ədəbi birliyinin sədridir. 


 
 
26
 
ÇOX CAHİLLƏR  
GİRİB BƏHSƏ 
 
Adam var ki, canı–şöhrət, 
Adına bir cah yükləyər. 
Heç bilməz ki, nədir qeyrət,-  
Başına külah yükləyər. 
 
Bekarçılıqdan darıxıb, 
Adam var durub ev yıxıb. 
Bugündən salamat çıxıb, 
Ömrünə sabah yükləyər. 
 
Bir yol uzun, bir yol kəsə, 
Çox cahillər girib bəhsə. 
Çoxu tələsə-tələsə 
Boynuna günah yükləyər. 
 
Hələ yoxdur xəbər-ətər
Ancaq bir gün səbri bitər. 
Dəhrə bir-birindən betər 
Dərdləri Allah yükləyər. 
 
Bu şeytana uyan bəndə, 
Bugünçün yaşayan bəndə, 
Qiyamət günü gələndə 
Dilinə “eyvah” yükləyər. 
 
 
 


 
 
27
BU ARALAR, BİRCƏ, 
MƏNƏ DƏYMƏYİN 
 
Əzablardan yorğun düşən vaxtımdır, 
Bu aralar, bircə, mənə dəyməyin. 
Odda donan, buzda bişən vaxtımdır, 
Bu aralar, bircə, mənə dəyməyin. 
 
Əvəz olmaz itirdiyim kəsimə, 
Yas saxlaram öldürdüyüm hissimə. 
Dərsmi çatar həyat verən dərsimə?! 
Bu aralar, bircə, mənə dəyməyin. 
 
Qoyun, bir az səhvlərimi anlayım, 
Qoyun, bir az öz-özümü danlayım, 
Qoyun, çəkim nə qədər var qəm payım, 
Bu aralar, bircə, mənə dəyməyin.  
Bu aralar, bircə, mənə dəyməyin. 
 
ALIŞMIŞAM 
 
Ömrüm boyu bir sevincim olmadı, 
Ümid əkib, dərd biçərək böyüdüm. 
Dərddən başqa bir qazancım olmadı, 
Dərd yeyərək, dərd içərək böyüdüm. 
 
Alışmışam tapdığımı itirəm, 
Bügünümü dünənimdə bitirəm, 
Sabahıma yeni bir dərd ötürəm
Mən boyuma dərd ölçərək böyüdüm. 
Ümid əkib, dərd biçərək böyüdüm. 


 
 
28
 
ZİLƏ ÇIXMAQ  
MƏNLİK DEYİL 
 
İstər axşam, istər sabah 
Mən elə şeir yazıram. 
İşim-gücüm yoxmu, Allah,  
Bir belə şeir yazıram. 
 
Yar oldum bir vəfasıza, 
Bir baxın ha, mən arsıza. 
O əhdə etibarsıza 
Silsilə şeir yazıram. 
 
Haram tıxmaq mənlik deyil, 
Yuva yıxmaq mənlik deyil, 
Zilə çıxmaq mənlik deyil, 
Bəm ilə şeir yazıram. 
 
“Beşgünlük” ömürdü deyə
Hamı getdi “gün görməyə”. 
Gözlərimi döyə-döyə 
Mən hələ şeir yazıram. 
 
DÖZÜMÜNÜ ÖLÇDÜ ÖMRÜM 
 
Heç bir xoşbəxt gün görmədi, 
Acılarla keçdi ömrüm. 
Ürəyimdən dərd-qəm yedi, 
Gözümdən su içdi ömrüm. 
 


 
 
29
Ac da oldum, tox da oldum, 
Az da oldum, çox da oldum, 
Var da oldum, yox da oldum, 
Dözümünü ölçdü ömrüm. 
 
Səhər, axşam, gündüz, gecə, 
Dəqiq-dəqiq, incə-incə
Vaxtındaca, yerindəcə 
Tükü tükdən seçdi ömrüm. 
 
Mən ürəyi daş olmadım, 
Heç pis niyyət daşımadım, 
Özüm üçün yaşamadım, 
Ömürlərə köçdü ömrüm. 
 
SƏN MƏNƏ BİR DÜNYA 
SEVİNC GƏTİRDİN 
 
Sevinməyi çoxdan yadırğamışdım, 
Sən mənə bir dünya sevinc gətirdin. 
Həyat çox döymüşdü, çox ağlamışdım, 
Bütün dərdlərimə əlac gətirdin. 
 
Bir arzum var idi gözümdə qalan, 
Bir tilsim var idi arzumda çalan, 
Qəlbimdə illərdir yurd-yuva salan 
Ən böyük nisgili, qəmi itirdin. 
 
Ən ağır çağımda gəldin ömrümə, 
Sən hamıdan yaxın oldun könlümə. 
Bir “oğul” kəlməsi verdin dilimə, 
Övlad həsrətimi, oğlum, bitirdin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə