Microsoft Word Mashtaqa ziyali qadınlar meclisi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8462
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 
18
İBRƏTNAMƏ 
 
Bu fələk çoxlarının bağrını al-qan elədi, 
Neçə abad könülü yıxdı o, viran elədi. 
Kimini dərdə salıb, kimləri sultan elədi
Varmadı fərqinə o, xak ilə yeksan elədi. 
 
Ana bətnində ikən aldı balanın canını, 
İnsanın faciələrlə bürüdü dörd yanını. 
Axıtdı din yolunda on iki imamın qanını, 
Həzrəti Fatimənin qəbrini pünhan elədi. 
 
Çox bəlalar yaşanıbdır bu fəna dünyada, 
Kimi aşkarda gedib, kimisi gedib röyada. 
Can verən vaxtda Əli yetsin özü imdada, 
Oğlu ölmüş ananın qəmləri tüğyan elədi. 
 
Necə bel bağlasın insan qohuma, övlada, 
Son nəfəsdə çatan olmur haraya, imdada. 
Necə qərq olmadı Nuhun gəmisi dəryada, 
Suya döndü bu cahan, yer üzü tufan elədi. 
 
Özünə zülm eləyib uyma cahanın malına, 
Sal Həsəni yadına, ağla Hüseyn əhvalına. 
Can verən vaxtda Əli yandı mələklər halına, 
Lənətə gəlmiş onu qanına qəltan elədi. 
 
Əzəldən axıradək cövrü-cəfadır dünya, 
İnanmaz İnsaf ona, çün bivəfadır dünya. 
Bəlası çoxdur onun, xövfi-xətadır dünya, 
Əcəl gələndə kimin dərdinə dərman elədi? 


 
 
19
ATACAN 
 
Cahanda olmaz inan sən kimi insan, atacan, 
Səni tənha yaradıb gərdişi-dövran, atacan. 
 
Kor olum zəhmətini, haqqını dansam mən əgər, 
Çünki qanındır axan şah damarımdan, atacan. 
 
Göydə Rəbbimdir, fəqət yerdə sən allahımsan, 
Bu, bir hikmətdi, deyir sahibi-Quran, atacan. 
 
Etsə övladlar əgər şövq ilə imdad anama, 
Səndən özgə kim olar bəs ona sultan, atacan. 
 
Qürbətə düşsəm əgər, zərrə qədər kar eləməz, 
Sənin hicrində yanıb mən verərəm can, atacan. 
 
Ağaran saçlarını oxşayaraq ah çəkərəm, 
Səni möhnətdə görüb, ağlaram hər an, atacan. 
 
Yüz bəla gəlsə əgər, özgələr imdad eləməz
Sənsən hər dərdə dəva, dərdimə dərman, atacan. 
 
Ömrünü sərf elədin dəhrdə övladın üçün, 
Səni illər eləyib, gör necə piran, atacan. 
 
Qüdrətim yoxdur, ata, bil ki, çıxam borcundan, 
Rahat ollam, ola bilsəm sənə qurban, atacan. 
 
Mənə lütf etsə Xuda, haqqını qaytarsam əgər, 
Bəlkə rahat köçərəm mən bu cahandan, atacan. 
 
Halal et İnsafa, nolar, atalıq zəhmətini, 
Gəlsə naqafil əcəl, kaş ola imkan, atacan. 


 
 
20
YETİM 
 
Yetimin taleyi gülməz üzünə, 
Gen dünya dar olar onun gözünə. 
Bir kimsə yanaşıb baxmaz üzünə, 
Baxıb öz-özünə xar olar yetim. 
 
Dəyməz qulağına ana laylası, 
Anasız dünyanın olmaz mənası. 
Qövr edər könlündə illər yarası, 
Ağlayar, bimarü zar olar yetim. 
 
Bir kimsə dar gündə gərəyi olmaz, 
Axşamlar ac yatar, çörəyi olmaz. 
Allahından başqa köməyi olmaz, 
Acı xəyallara yar olar yetim. 
 
Bayram axşamları geyinməz təzə, 
Utanar, sıxılar, görünməz gözə. 
Sönük lampaları oxşayar közə, 
Yoxsul daxmasında saralar yetim. 
 
SÖNMÜSƏN DAHA 
 
Sən mənim könlümdə aydın səhərdin, 
Qaranlıq gecəyə dönmüsən daha. 
Ömür yollarıma nur çiləyərdin, 
Günəş tək yanardın, sönmüsən daha. 
 
Hər axşam mən səni salırdım yada, 
Pərişan könlümü yandırdın oda. 


 
 
21
Tək səni sevirdim, səni, dünyada, 
Ucaydın gözümdə, enmisən daha. 
 
Sirrimi deməzdim dosta, yoldaşa, 
Günüm həsrətinlə gələrdi başa. 
Xəyalən mənimlə gəzərdin qoşa, 
Könlümdən eşqini silmisən daha. 
 
MƏNİM DEYİL 
 
Nə vaxtdır dostlarım dəyməyir gözə, 
Həsrətəm, İlahi, bir şirin sözə. 
Bəlkə bilməyirəm, gəlmişəm gözə? 
Süstləşib bədənim, can mənim deyil. 
 
Kinli baxışlardan gəlmişəm zara,  
Nə edim, sağalmır sinəmdə yara. 
Aydın səhərlər də gözümdə qara, 
Sübh çağı sökülən dan mənim deyil. 
 
Dünyaya gəlmişəm bir ilk baharda, 
Həmişə olmuşam çətində, darda. 
Elə bil qalmışam dolaşıq torda, 
Zaman mənim deyil, an mənim deyil. 
 
Ürək rəhimlidir, bu can neyləsin, 
İnsaf, sənin üçün loğman neyləsin. 
Çarəsiz bir dərdə dərman neyləsin, 
Demə can üzülür, can mənim deyil. 
 


 
 
22
 
ÖYÜNMƏ, INSAN 
 
Dünyanın malı ilə öyünmə, insan, 
Varlı da, varsız da gedər dünyadan. 
Həmişə Tanrıya ibadət eylə, 
Səni xəlq eyləmiş ulu Yaradan. 
 
Bil ki, gedəcəyin mənzil haradır, 
Bütün canlıları Allah yaradır. 
Arif ol sən, ağa demə, qaradır, 
Bacar ayırmağı ağı qaradan. 
 
Qardaş ol düzlüyə, səmimiyyətə, 
Mömin ol düşəsən ta ki, cənnətə. 
Bir gün qovuşarsan əbədiyyətə
Bu fani dünyaya uyma, ey insan. 
 
Qeybətlə korlama xasiyyətini, 
Səbr elə, həyatın keçər çətini. 
Şahlar qoyub getmiş səltənətini, 
Bir kömək olmamış puldan, paradan. 
 
İnsaf, çox eyləmə sən də ahu-zar, 
Bir gün səninçün də qazılar məzar. 
Haçansa göylərə edərkən güzar, 
Ruhunu qarşılar ulu Yaradan. 
 


 
 
23
BAĞIŞLA MƏNİ 
 
Məni cananımdan ayırma, ya Rəbb, 
Sevdiyim canana bağışla məni. 
Mən illər boyunca həsrət çəkmişəm 
Həsrətə, hicrana bağışla məni. 
 
Nə yaxşı, bu dərddən olmadım dəli, 
Bəzən öz-özümə gəldim gülməli. 
Yetişsin haraya Həzrəti Əli
O Şahi-mərdana bağışla məni. 
 
Bir az da, İlahi, ver mənə dözüm, 
Hüseyn məzarında qalıbdır gözüm. 
Müqəddəs yerləri qoy gedim gəzim, 
Şahi-Xorasana bağışla məni. 
 
Bağışla, nə qədər etmişəm günah, 
Mənə mərhəmət et, ey qadir Allah. 
Üz tutub mən sənə gətirdim pənah, 
Rövzeyi-rizvana bağışla məni. 
 
DÜNYA 
 
Bu dünya bağçadır, hər kəs gül dərir, 
Gedənlər gedibdir, gələnlər gəlir.  
Onun adətini müdriklər bilir
Dərk edən insana zindandır dünya. 
 
Haqqı deyənlərin boynundan vurur, 
Fəqirin, kasıbın qəsdinə durur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə