50
sahibkarlığın inkişafı, əsas yerlərdən birini təşkil edir.
Beynəlxalq maliyyə institutlarının təmsilçiləri öz ölkələrinin
maraqlarına uyğun olaraq Azərbaycanın xammal ölkəsi və satış
bazarı kimi qalmasında maraqlıdır. Odur ki, neft fondunda to-
planacaq vəsaitin səmərəli istifadə olunması tə’min edilməlidir.
Məlumdur ki, bağlanan neft kontraktlarına əsasən Azərbaycana
1994-cu ildə 180 mln., 1995-ci ildə 175,3 mln., 1996-cı ildə
36,6 mln., 1997-ci ildə 64,2 mln., 1998-ci ildə 74,7 mln., 1999-
cu ildə isə 30 mln. ABŞ dolları həcmində, ümumi məbləği 560
mln. dollardan çox bonus şəklində pul vəsaiti daxil olmuşdur.
Bununla belə, «Azəri-Çıraq-Günəşli» yatağının
işlənilməsindən də ilk gəlirlər Azərbaycanın hesabına çatmış-
dır. Gələcəkdə Azərbaycandakı ehtiyatların
mənimsənilməsində əldə olunacaq gəlirin miqyası artacaqdır.
Bütün bunlar isə əsas maddi milli sərvətimiz olan neft və qaz
resurslarından daha səmərəli istifadə olunmasını şərtləndirir.
Müvafiq fondlar bir çox ölkələrdə intişar tapsa da, əksər
məmləkətlər iqtisadi gerilikdə qalmaqda davam edir.
Mineral resurslar, xüsusən neft kimi təbii sərvətlər
bəxtiyarlığı tam ifadə etmir. ABŞ, Kanada, Norveç öz təbii
ehtiyatlarından səmərəli istifadə edərək, ümumi sənaye inkişaf-
ının formalaşmasını təmin etsələr də, digər ölkələrdə təbii
sərvətlər korrupsioner hökumətəlrin, hərbi rejimlərin
möhkəmləşdirilməsi mənbəyinə çevrilmiş, yaxud da üçüncü
tərəfə verilərək mükafatlaşmaya xidmət etmişdir. Nağıllardakı
zənginliyə bənzər faydalı qazıntılar bir çox ölkələrdə insani və
fiziki kapitalın trasformasiyasına səfərbər edə bilməyərək ta-
mahkar hakimlərin şəxsi mənfəət və hakimiyyət quruluşunun
möhkəmləndirilməsinə xidmət etmişdir.
D.Yergin
4
hesab edir ki, sənaye üsullu neft hasilatı XIX
əsrin 2-ci yarısında təşəkkül tapsa da o məhz XX əsrin simasını
4
Дениел Ергин. «Добыча» Всемирная история борьбы за нефть,
деньги и власть. М.: Издателство «Денево». 1999. səh 15-17.
51
dəyişən əsaslı amil olmuşdur. Onun fikrincə, neft tarixi inkişaf-
ını 3 mühüm problemin fonunda tapır:
1.
Kapitalizmin, müasir biznesin yüksəliş və inkişafında;
2.
Neftin əmtəə kimi milli strategiya, hakimiyyət və
dünya siyasəti ilə bağlılığında;
3.
dünyanın «Karbohidrogen cəmiyyəti»nə
və
antropoloqların dilində bizim «karbohidrogen
insanları»na çevrilişimizdə.
Aparılan müqayisəli təhlili yekunlaşdıraraq qeyd
etməliyik ki, təbiətin bizə bəxş etdiyi bu əvəzsiz sərvətdən
yetərincə istifadə olunmalı, çıxarılan neftin gəlirinin əksər
hissəsini təkrar istehsala, yığım fondlarına yönəltməklə
fasiləsiz davamlı inkişafı təmin etməliyik. Neftdən əldə edilən
gəlir üstün texnologiyalara əsaslanan rəqabətə davamlı istehsal
sahələrinin yaradılmasına yönəldilməli, xarici bazarların fəth
edilməsində qüdrətini nümayiş etdirməlidir. Aparılan uğurlu
siyasət gələcək nəsillərin işgüzarlıq fəaliyyətində əsas faktora
çevrilərək davamlı inkişafı stimullaşdıracaqdır. Müəyyən
zaman kəsiyindən sonra biz də postneft erasına daxil olacağıq.
Yeni erada yenə də xalqın əzmkarlığı, iqtisadi fəallığı,
təfəkkürü ön mövqedə dayansa da maddi resurslarsız keçinmək
çətin olacaqdır. Yeni resursları isə indidən kapitallaşmağa
doğru irəliləyən neft neft-qaz sərvətlərimiz təmin edəcəkdir.
52
II FƏSİL
KOMPLEKSDƏ DAVAMLI
INKIŞAFIN TƏMIN EDİLMƏSİNİN İQTİSADI
ASPEKTLƏRİ
2.1. Neft-qaz sənayesində iqtisadi islahatların dərinləşməsi
və təkmilləşməsinin aktual problemləri
Neftqazçıxarma sənayesində 1990-cı illərdən start
götürən islathatlar prosesi köklü dəyişikliklərə məruz qalacaq
yeni mərhələyə qədəm qoyur. Respublika prezidenti
H.Ə.Əliyev tərəfindən əsası qoyulan neft strategiyasının uğurlu
nəticələri bu gün daha geniş spektrdə təcəssüm olunur. «Əsrin
müqaviləsi» çərçivəsində hasil ediləcək neftin illik parametrləri
çox keçməyəcək ki, 10 milyon tonluq xətti aşacaqdır.
Azərbaycan Xəzərin enerji resurslarının Avropa bazarlarına
çıxarılacağı ən mühüm əraziyə, gerçəkləşən böyük İpək Yolu
aspektində isə həm də bütün Xəzərhövzəsi regionunun tranzit
məkanına çevriləcəkdir. Bütün bu əlamətdar hadisələr bizi heç
də Azərbaycan nefti ilə bağlı probemlərin həllində bütün
detalların mühərrikə pərçimləndiyi ovqata kökləməməlidi.
Şübhəsiz ki, burada islahatlar prosesi dərinləşməli,
təkmilləşməli davamlı xarakter daşımalıdır. Bununla belə, biz
yeni yataqlarda xarici investorlarla iş birliyi qurduğumuz
zaman köhnə istismar sahələrində də hasilatın sabitliyinin və
artırılmasının təmin olunmasının xiffətini çəkməliyik.
İslahatlar nəyə gətirilməlidir? Bu yalnız adaptasiyadırmı?
Məntiqi nəticə nədən ibarət olacaqdır?
Bizim fikrimizcə, neft sənayesində islahatların
dərinləşməsi aşağıdakı nəticələri ifadə etməlidir:
səmərəliyin və rentabelliyin artırılmasını;
servis xidmətinin genişləndirilməsi, yaxşılaşdırılması
və yeni standartlı iş yerlərinin açılışını;
kadr-təlim strategiyasının gücləndirilməsini;
53
maliyyə sabitliyinin təinatını;
inteqrasiya, rəqabətin gücləndirilməsi və
infrastrukturun yeniləşməsini;
elmi texniki nəaliyyətlərin müntəzəm və geniş
tətbiqini;
sosial təminatın yaxşılaşmasını və yüksəlişi təmin edən
digər adekvat iqtisadi tədbirlərin reallaşmasını;
təsərrüfat subyektlərinin manevr və transformasiya
qabiliyyətinin artırılmasını.
Bazar iqtisadiyyatının prinsipləri neftqazçıxarma
müəssisələrinin təsərrüfat fəaliyyətinə bilavasitə təsir edir. Bu
təsirin az itkilərlə başa gəlməsi üçün isə sahədə iqtisadi
islahatların aparılması
hər bir istiqamət üzrə
müəyyənləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, neft
sənayemiz həm güclü istehsal və həm də müvafiq sosial
infrastruktura malikdir. Bununla belə, istehsalının
səmərəliyinin artırılması üçün burada güclü maddi-texniki,
təchizat nəqliyyat, servis və digər sektorlarının paralel inkişafı
da tələb olunur. Bu sahələrin hər birində iqtisadi islahatların
özünəməxsus xüsusiyyətləri, prioritetləri vardır. Kompleksdə
əvvəllər aparılmış islahatlar prosesi əsaslı, proqramlı, ardıcıl
olmamış, xaotik səciyyə daşımışdır. Təşəbbüslərin
dəstəklənməməsi, konkret islahat konsensiyasının, olmaması,
islahatların sürətli inkişafını təmin edə bilməmişdir. Bəlli
haldır ki, milli neft sənayesində islahatlar prosesi qurudakı
yataqların işlənməsində müştərək müəssisələrin təşkilindən
başlanğıc almışdır. Sahədə belə müəssisələrin sayı ilbəil
artmaqdadır. İndi «Muradxanlı», «Cəfərli», «Zərdab»,
«Kürsəngi-Qarabağlı»i Kəlaməddin-Mişobdağ» kimi qurudakı
yataqların işlənməsi daha iri sərmayələr obyektinə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, müştərək fəaliyyətdə pay bölgüsündən
asılı olmayaraq iki tərəf iştirak edir. Paradoksal vəziyyət ondan
ibarətdir ki, pay bölgüsündə iştirak edən xarici firmalar yerli
neftqazçıxarma müəssisələrinə nisbətdə özəl statusda daha
Dostları ilə paylaş: |