Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

 
 
50
sahibkarlığın inkişafı,  əsas yerlərdən birini təşkil edir. 
Beynəlxalq maliyyə institutlarının təmsilçiləri öz ölkələrinin 
maraqlarına uyğun olaraq Azərbaycanın xammal ölkəsi və satış 
bazarı kimi qalmasında maraqlıdır. Odur ki, neft fondunda to-
planacaq vəsaitin səmərəli istifadə olunması tə’min edilməlidir. 
Məlumdur ki, bağlanan neft kontraktlarına əsasən Azərbaycana 
1994-cu ildə 180 mln., 1995-ci ildə 175,3 mln., 1996-cı ildə 
36,6 mln., 1997-ci ildə 64,2 mln., 1998-ci ildə 74,7 mln., 1999-
cu ildə isə 30 mln. ABŞ dolları həcmində, ümumi məbləği 560 
mln. dollardan çox bonus şəklində pul vəsaiti daxil olmuşdur. 
Bununla belə, «Azəri-Çıraq-Günəşli» yatağının 
işlənilməsindən də ilk gəlirlər Azərbaycanın hesabına çatmış-
dır. Gələcəkdə Azərbaycandakı ehtiyatların 
mənimsənilməsində  əldə olunacaq gəlirin miqyası artacaqdır. 
Bütün bunlar isə əsas maddi milli sərvətimiz olan neft və qaz 
resurslarından daha səmərəli istifadə olunmasını  şərtləndirir. 
Müvafiq fondlar bir çox ölkələrdə intişar tapsa da, əksər 
məmləkətlər iqtisadi gerilikdə qalmaqda davam edir. 
Mineral resurslar, xüsusən neft kimi təbii sərvətlər 
bəxtiyarlığı tam ifadə etmir. ABŞ, Kanada, Norveç öz təbii 
ehtiyatlarından səmərəli istifadə edərək, ümumi sənaye inkişaf-
ının formalaşmasını  təmin etsələr də, digər ölkələrdə  təbii 
sərvətlər korrupsioner hökumətəlrin, hərbi rejimlərin 
möhkəmləşdirilməsi mənbəyinə çevrilmiş, yaxud da üçüncü 
tərəfə verilərək mükafatlaşmaya xidmət etmişdir. Nağıllardakı 
zənginliyə bənzər faydalı qazıntılar bir çox ölkələrdə insani və 
fiziki kapitalın trasformasiyasına səfərbər edə bilməyərək ta-
mahkar hakimlərin  şəxsi mənfəət və hakimiyyət quruluşunun 
möhkəmləndirilməsinə xidmət etmişdir. 
D.Yergin
4
 hesab edir ki, sənaye üsullu neft hasilatı XIX 
əsrin 2-ci yarısında təşəkkül tapsa da o məhz XX əsrin simasını 
                                                           
4
 
Дениел  Ергин. «Добыча»  Всемирная  история  борьбы  за  нефть, 
деньги и власть. М.: Издателство «Денево». 1999. səh 15-17. 


 
 
51
dəyişən əsaslı amil olmuşdur. Onun fikrincə, neft tarixi inkişaf-
ını 3 mühüm problemin fonunda tapır: 
1.
 
Kapitalizmin, müasir biznesin yüksəliş və inkişafında; 
2.
 
Neftin  əmtəə kimi milli strategiya, hakimiyyət və 
dünya siyasəti ilə bağlılığında; 
3.
 
dünyanın «Karbohidrogen cəmiyyəti»nə 
və 
antropoloqların dilində bizim «karbohidrogen 
insanları»na çevrilişimizdə. 
Aparılan müqayisəli təhlili yekunlaşdıraraq qeyd 
etməliyik ki, təbiətin bizə  bəxş etdiyi bu əvəzsiz sərvətdən 
yetərincə istifadə olunmalı, çıxarılan neftin gəlirinin  əksər 
hissəsini təkrar istehsala, yığım fondlarına yönəltməklə 
fasiləsiz davamlı inkişafı təmin etməliyik. Neftdən əldə edilən 
gəlir üstün texnologiyalara əsaslanan rəqabətə davamlı istehsal 
sahələrinin yaradılmasına yönəldilməli, xarici bazarların fəth 
edilməsində qüdrətini nümayiş etdirməlidir. Aparılan uğurlu 
siyasət gələcək nəsillərin işgüzarlıq fəaliyyətində  əsas faktora 
çevrilərək davamlı inkişafı stimullaşdıracaqdır. Müəyyən 
zaman kəsiyindən sonra biz də postneft erasına daxil olacağıq. 
Yeni erada yenə  də xalqın  əzmkarlığı, iqtisadi fəallığı, 
təfəkkürü ön mövqedə dayansa da maddi resurslarsız keçinmək 
çətin olacaqdır. Yeni resursları isə indidən kapitallaşmağa 
doğru irəliləyən neft neft-qaz sərvətlərimiz təmin edəcəkdir. 


 
 
52
II FƏSİL 
 
KOMPLEKSDƏ DAVAMLI 
INKIŞAFIN TƏMIN EDİLMƏSİNİN İQTİSADI 
ASPEKTLƏRİ 
 
2.1. Neft-qaz sənayesində iqtisadi islahatların dərinləşməsi 
və təkmilləşməsinin aktual problemləri 
 
Neftqazçıxarma sənayesində 1990-cı illərdən start 
götürən islathatlar prosesi köklü dəyişikliklərə  məruz qalacaq 
yeni mərhələyə  qədəm qoyur. Respublika prezidenti 
H.Ə.Əliyev tərəfindən əsası qoyulan neft strategiyasının uğurlu 
nəticələri bu gün daha geniş spektrdə təcəssüm olunur. «Əsrin 
müqaviləsi» çərçivəsində hasil ediləcək neftin illik parametrləri 
çox keçməyəcək ki, 10 milyon tonluq xətti aşacaqdır. 
Azərbaycan Xəzərin enerji resurslarının Avropa bazarlarına 
çıxarılacağı  ən mühüm əraziyə, gerçəkləşən böyük İpək Yolu 
aspektində isə  həm də bütün Xəzərhövzəsi regionunun tranzit 
məkanına çevriləcəkdir. Bütün bu əlamətdar hadisələr bizi heç 
də Azərbaycan nefti ilə bağlı probemlərin həllində bütün 
detalların mühərrikə  pərçimləndiyi ovqata kökləməməlidi. 
Şübhəsiz ki, burada islahatlar prosesi dərinləşməli, 
təkmilləşməli davamlı xarakter daşımalıdır. Bununla belə, biz 
yeni yataqlarda xarici investorlarla iş birliyi qurduğumuz 
zaman köhnə istismar sahələrində  də hasilatın sabitliyinin və 
artırılmasının təmin olunmasının xiffətini çəkməliyik. 
İslahatlar nəyə  gətirilməlidir? Bu yalnız adaptasiyadırmı? 
Məntiqi nəticə nədən ibarət olacaqdır? 
Bizim fikrimizcə, neft sənayesində islahatların 
dərinləşməsi aşağıdakı nəticələri ifadə etməlidir: 
 
səmərəliyin və rentabelliyin artırılmasını; 
 
servis xidmətinin genişləndirilməsi, yaxşılaşdırılması 
və yeni standartlı iş yerlərinin açılışını; 
 
kadr-təlim strategiyasının gücləndirilməsini; 


 
 
53
 
maliyyə sabitliyinin təinatını; 
 
inteqrasiya, rəqabətin gücləndirilməsi və 
infrastrukturun yeniləşməsini; 
 
elmi texniki nəaliyyətlərin müntəzəm və geniş 
tətbiqini; 
 
sosial təminatın yaxşılaşmasını və yüksəlişi təmin edən 
digər adekvat iqtisadi tədbirlərin reallaşmasını; 
 
təsərrüfat subyektlərinin manevr və transformasiya 
qabiliyyətinin artırılmasını. 
Bazar iqtisadiyyatının prinsipləri neftqazçıxarma 
müəssisələrinin təsərrüfat fəaliyyətinə bilavasitə  təsir edir. Bu 
təsirin az itkilərlə başa gəlməsi üçün isə sahədə iqtisadi 
islahatların aparılması 
hər bir istiqamət üzrə 
müəyyənləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, neft 
sənayemiz həm güclü istehsal və  həm də müvafiq sosial 
infrastruktura malikdir. Bununla belə, istehsalının 
səmərəliyinin artırılması üçün burada güclü maddi-texniki, 
təchizat nəqliyyat, servis və digər sektorlarının paralel inkişafı 
da tələb olunur. Bu sahələrin hər birində iqtisadi islahatların 
özünəməxsus xüsusiyyətləri, prioritetləri vardır. Kompleksdə 
əvvəllər aparılmış islahatlar prosesi əsaslı, proqramlı, ardıcıl 
olmamış, xaotik səciyyə daşımışdır. Təşəbbüslərin 
dəstəklənməməsi, konkret islahat konsensiyasının, olmaması, 
islahatların sürətli inkişafını  təmin edə bilməmişdir. Bəlli 
haldır ki, milli neft sənayesində islahatlar prosesi qurudakı 
yataqların işlənməsində müştərək müəssisələrin təşkilindən 
başlanğıc almışdır. Sahədə belə müəssisələrin sayı ilbəil 
artmaqdadır.  İndi «Muradxanlı», «Cəfərli», «Zərdab», 
«Kürsəngi-Qarabağlı»i Kəlaməddin-Mişobdağ» kimi qurudakı 
yataqların işlənməsi daha iri sərmayələr obyektinə çevrilmişdir. 
Qeyd etmək lazımdır ki, müştərək fəaliyyətdə pay bölgüsündən 
asılı olmayaraq iki tərəf iştirak edir. Paradoksal vəziyyət ondan 
ibarətdir ki, pay bölgüsündə  iştirak edən xarici firmalar yerli 
neftqazçıxarma müəssisələrinə nisbətdə özəl statusda daha 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə