Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   2   3   4   5   6   7   8   9   ...   58

 
 
7
çalarlı davamlı izlər qoymuşdu. 
XX  əsrin sonunda əldə edilən bənzərsiz siyasi 
nailiyyətAzərbaycanın müstəqillik faktoru, yeni geopolitik 
vəziyyət milli neft sənayemizin inkişaf etdirilməsində dönüş 
nöqtəsinə çevrildi. Ötən illərdə  Xəzərdə  kəşf olunan lakin 
işlənməsi müvəqqəti rentabelsiz hesab edilmiş nəhəng karbhi-
drogen ehtiyatlarına fərqli rakursda nəzərin artması kapital 
dünyasında yeni təlatümlərə  səbəb olaraq 1994-cü ildə neft 
aləmində «Əsrin müqaviləsi» kimi şöhrət tapan «Azəri-Çıraq» 
və «Günəşli» dəniz neft strukturlarının birgə  işlənməsi üzrə 
beynəlxalq müqavilənin imzalanması hadisəsi ilə  nəticələndi. 
İndi artmaqda olan müvafiq beynəlxalq neft kontraktlarının, 
buradakı  iştirakçı dövlət və  şirkətlərin sayı uzun bir siyahını 
xatırladır. Ölkəyə çox milyardlı investisiya axını hər il armaqda 
davam edir. «Şahdəniz» yatağında nəhəng qaz ehtiyatlarının 
aşkarlanması isə daha böyük əks-səda doğururaraq dövlətin 
neft-qaz strategiyasına növbəti konturlar gətirmiş, iqtisadi 
təhlükəsizliyin möhkəmləndirilməsində yeni mühüm amilə 
çevrilmişdir.  İndi neftin nəqli prosesləri ilə  həmahəng daha 
strateji, samballı layihələrin reallaşması  məqamı  gəlmişdir. 
Bakı-Ceyhan  Əsas Neft, Xəzəraşırı qaz ixrac kəmərlərinin 
gerçəkləşəcək inşaasının üfüqləri uzaqda deyildir. Bütün bunlar 
isə heç də respublikada neft və qaz sənayesinin  əhatə edən 
işlərin sona yetməsi təəsürratını doğurmamalıdır. Quru 
sahələrində  və  dənizdə ehtimal olunan çeşidli yataqların kəşfi 
imkanları gündəlikdən çıxmamış, həm də eyni zamanda hər iki 
müstəvidə  əzəli istismar olunan laylarda iqtisadiyyatı 
gücləndirəcək toplumda xeyli ehtiyat qalmışdır. Bununla belə 
neftdən  əldə ediləcək gəlirin rasional bölgüsü, onun təkrar is-
tehsala yönəldilməsi, yeni istehsal-xidmət sahələrinin açılının 
genişləndirilməsi, digər bu kimi texniki-iqtisadi, təşkilatı xa-
rakterli məsələlər aktual səviyyə daşımaqdadır. Elə bu strateji 
aspektdə müasir neft iqtisadiyyatımızın inkişafı sahədə yeni 
bazar mexanizmlərinin formalaşmasını diktə edir. Bütün bunlar 


 
 
8
isə əsaslı dərəcədə neft-qaz sektorunda başlanan iqtisadi islhat-
lar prosesinin ardıcıl davam etdirilməsindən, təkmilləşdirilməsi 
və dərinləşdirilməsindən asılıdır. Yeni yataqların işlənməsində 
Qərbin innovasion-texniki, qabaqcıl iqtisadi nəaliyyətləri  əsas 
götürülsə  də, köhnə istismar sahələrində idarəetməyə, hasilat-
istehsal prosesinə yanaşmada totalitar iqtisadiyyatın direktiv 
inzibati metodları müəyyən nisbətdə  nəzərə çarpmaqdadır. 
Şübhəsiz ki, bu strategiyada müəyyən solçu qüvvələrin 
müvafiq normativ-hüquqi bazanın möhkəmləndirilməməsini 
ləngitmək, iqtisadiyyatı daha çox dövlətin  əlində saxlamaq 
meylləri, islahatçı  təşəbbüskarlığın yetərli qiymətləndirilməsi, 
daxili maliyyə resurslarının azlığı, təcrübə kasadlığı, konserva-
tizm, risq və sair obyektiv və subyektiv amillər öz təsirini 
göstərir. Lakin qlobal axın, inteqrasiya prosesləri, hadisələrin 
dinamikliyi radikal olmasa da, sahədə islahatların 
dərinləşməsini kəskinliyi ilə qarşıya qoyur. Məhz bu cəhətləri 
nəzərə alan müəlliflər mövcud monqrafiyada neft-qaz 
sənayesində yeni bazar mexanizmlərinin formalaşdırılması 
istiqamətində müvafiq araşdırmalar, təhlil işi apararaq 
kompleksdə islahatların dərinləşməsi və  təkmilləşdirilməsinə 
uyğun gələn nəticələrin  əldə olunmasına səy etmiş, sahənin 
inkişafına təkan verəcək üstün iqtisadi təsir və  tətbiq 
vasitələrinin müəyyənləşdirilməsinə cəhdlər göstərmişlər. Neft-
qaz sənayesinin mövcud potensialının yeni reallıqlar baxımın-
dan qiymətləndirilməsi, inteqrasiya, struktur islahatları, 
mütərəqqi idarəetmə formalarının tətbiqi qaz sektrunun mobil 
vahid qurum altında birləşməsi, sahədə lisenziya və kontrakt 
sisteminin genişləndirilməsi, neftqazçıxarma müəssisələrinin 
yeni bazar subyektinə çevrilməsi, neft-qaz sənayesində fiskal 
tələblər, amortizasiya, vergi, investisiya özəlləşdirmə strategi-
yasının prinsipial cəhətləri və sair bu kimi iqtisadi alət və 
mexanizmlərinin işlənib hazırlanması  təhlil obyekti seçilmiş-
dir. 
Müəlliflər səmimiyyətlə etiraf edirlər ki, respublikamızda 


 
 
9
neft-qaz sənayesinin inkişafının indiki mərhələsini  əhatə edən 
tədqiqatlar yeni vüsət almış, sahədə bazar quruculuğu prosesi, 
səmərəliliyin artırılması bir çox dəyərli elmi əsərlərdə  əksini 
tapmışdır. Böyük alim, akademik A.X.Mirzəcanzadə milli neft-
qaz sənayemizin dirçəlişini yeni reallıq konteksində  təcəssüm 
etdirən konseptual fikir müəlliflərindən ilki olmuşdur. Onun 
son illərdəki axtarış, elmi-tədqiqat işləri bu istiqamətdə  ən 
məhsuldar və keyfiyyətli  əsərlər siyahısının önündə gedir. 
Azərbaycanın neftçi, iqtisadçı alimlərinin nəzərdən keçirilən 
sahədəki elmi töhfələrini qədərincə qiymətləndirən müəlliflər 
mövcud tədqiqat işində məhz üstün meyarlara, müvafiq ideal-
lara və ideyalara istinad edərək neft-qaz sənayesində yeni bazar 
mexanizmlərinin formalaşdırılması istiqamətində araşdırma-
larını  bəzi nəzəri-metodoloji baxışları ilə bir daha 
zənginləşdirməyi məqsədlərindən biri hesab edirlər. 
Keçid iqtisadiyyatının obyektiv reallıqlarında ifadə tapan 
respublika neft-qaz sənayesinin inkişaf templərinin yüksəlişi 
islahatlar prosesinin inamlı addımları ilə müşayiət olun-
maqdadır. Sahədə yeni istehsal münasibətlərinin qurulması, 
iqtisadi artımı  təmin edən qabaqcıl bazar mexanizmlərinin 
tətbiqi isə bu prosesə yeni impuls gətirərək davamlı iqtisadi 
inkişafın təminatçısı olacaqdır. 
3 fəsildən ibarət monoqrafiyada-neft-qaz sənayesinin 
müasir vəziyyəti və onun dayanıqlı inkişafının təmin 
edilməsinin iqtisadi aspektlərini  əhatə edən I və II fəsil i.e.n. 
E.M.Hacızadənin, Neft müqavilələrində  tətbiq edilən fiskal-
vergi mexanizmlərinin təkmilləşdirilməsi problemlərinə  həsr 
olunmuş III fəsil isə T.Ə.Paşayevin elmi axtarışlarının 
məhsuludur. Giriş  və  nəticə  və  təkliflər hissəsi müəlliflərin 
birgə tədqiqatının ümumi yekununu əks etdirir. 
 
Azərbaycan Elmlər Akademiyasının  İqtisadiyyat  İnstit-
tunun Elmi Şurasının qərarı ilə çap olunan kitab elmi-nəzəri, 
metodik məramları ifadə edərək, neft-qaz sənayesində çalışan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə