Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   2   3   4   5   6   7   8   9   ...   58

 
 
14
dövri məqalə  və yazılarda  şəhərin sürətli inkişafı haqqında 
təəsürratlar diqqəti cəlb edir. Bu baxımdan bolşeviklərin 
rəhbəri V.İ.Leninin «Neftin demək olar ki, hamısı Bakı 
quberniyasında hasil edilir, buna görə  də Bakı  şəhəri 
əhəmiyyətsiz bir şəhər ikən dönüb Rusiyada 112 min əhalisi 
olan birinci dərəcəli sənaye mərkəzinə çevrilmişdir»
1
-
söyləməsi sürətli yüksəlişi təsdiq edən yetərli ifadədir. 
XIX  əsrin son illərində Azərbaycan neft hasilatında 
planetdə liderliyi ələ aldı. Əsrin ilk illərində dünyada çıxarılan 
neftin yarısını Abşeronun neft yataqları verirdi. Lakin bu 
yüksəliş uzun sürmədi. Baş verən siyasi çəkişmələr, I Dünya 
müharibəsi neft hasilatında templərin azalmasında ciddi əks 
olundu. Oktyabr çevrilişi  ərəfəsində-1917-ci ildə Azərbaycan 
Rusiyada hasil edilən neftin 76%-ni verirdi. Bu 1901-ci ildəki 
şöhrət zirvəsindən 40% aşağı  həddə idi. Böyük siyasi 
çevrilişlər  ərəfəsində Azərbaycanda artıq bütün neft 
dövriyyəsini-hasilatdan son satış  məhsuluna qədər ifadə edən 
müvafiq sənaye infrastrukturu mövcud idi. Dünyanın tanınmış 
neft eksperti Deniel Yergin özünün məşhur «Hasilat»
2
 əsərində 
Bakı neftinin əks-sədasına rəğmən yazmışdır: «Həqiqətdə bir 
neçə ilin axınında Bakı  ətrafı rayon neft hasilatında dünyada 
birinci yeri tutmuşdur. O nəhəng hasiledici rayon kimi bolşevik 
inqilabından sonra da qalmış və 1941-ci ilin iyununda Sovetlər 
İttifaqına nasist müdaxiləsinin strateji məqsədlərindən biri ol-
muşdur». Lakin siyasi çaxnaşmalar neft işi ilə ciddi məşğul 
olmağa imkan vermirdi. Azərbaycan Demokratik Respub-
likasının mövcudluğu  illərində hakimiyyət orqanlarının neft 
sənayesində azalan templərin bərpası  səyləri də vaxt 
məhdudluğundan nəticəsiz qaldı. Sovet hakimiyyəti quruldu-
qdan sonra isə bu strateji istiqamət başqa bir müstəvidə davam 
etdirildi. Neft iqtisadiyyatı milliləşdirildi. Ədalət naminə qeyd 
                                                           
1
 Lenin V.İ.. Əsərləri. 3-cü cild. Səh. 523. 
2
 Дэниел Ергин «Добыча» Всемирная история борьба за нефть, деньги 
и власть. М.: Издательство «Денево» 1999. səh. 139. 


 
 
15
olunmalıdır ki, bolşevik hakimiyyətində bu əvəzsiz enerji re-
surslarının sonrakı istismarını  təmin etmək üçün mümkün 
cəhdlər, təşəbbüslər edildi və yeni perspektivli neftli-qazlı 
yataqların kəşfinə, hasilatın artmasına nail olundu. Lakin 
möhtəşəm ölkənin sürət götürən mühərrikini qüvvətləndirmək 
üçün aramsız daha geniş  həcmli hasilat tələb olunurdu. Bu 
tələblərin gerçəkləşməsi isə Abşeronun neft yataqlarının 
vəhşicəsinə istismarı ilə müşayiət olunurdu. II Dünya 
müharibəsinə Sovetlər  İttifaqı  cəlb olunduqdan sonra mərkəzi 
hökumət Azərbaycan hakimiyyət orqanları qarşısında neft hasi-
latının daha da artırılması  tələblərini qoymuşdu. 1941-ci ildə 
23541 min ton hasil edildi. Bütün Azərbaycan tarixi ərzində bu 
ən yüksək hasilat göstəricisi idi. Sonralar 1966-cı ildə dəniz və 
quru sahələrində ümumi hasilat pik nöqtəyə-21729 min tona 
yüksəlsə  də, 1941-ci ildəki hədd təkrarlanmada Respublikam-
ızda bu qədər və bundan çox neft hasilatının yaxın 4-5 il 
ərzində gerçəkləşməsi ehtimal olunur. 
Sovet hakimiyyəti illərində Azərbaycanın neft 
sənayesində mötəbər işlərin görülməsi danılmaz faktdır. Yeni 
yataqların kəşfi geniş, istehsal sahələrinin yaradılması, infra-
strukturun yeniləşməsi, elmi texniki nəaliyyətlər, dünyada ilk 
dəfə açıq dənizdə neft hasilatına başlanması bu tarixin şanlı 
səhifələrindəndir. Bununla yanaşı potensialına görə ABŞ-dakı 
müvafiq təşkilatdan sonra ikinci yerdə dayanan 
Xəzərdənizneftdonanmasının yaradılması da bu tarixi dövrə 
təsadüf edir. Ümumi istehsal gücü 18 mln.ton olan neftayırma, 
emal zavodları kompleksi, analoji olaraq qazın təmizlənməsi və 
istehsalı müəssisələri, dənizdə qazma, hasilat və istehsalı real-
laşdıran nəhəng Dərin Dəniz Özülləri Zavodu, qaz yığım an-
barları, müəyyən nisbətdə müvafiq tələbatı ödəməklə yanaşı, 
izafi neftin və qazın tranzitini təmin edəcək geniş  nəqletmə 
şəbəkəsi, indiki iqtisadi potensiala müvafiq energetik və yana-
caq-enerji kompleksləri, nəqliyyat və rabitə vasitələri, inşaat 
idarələri, sosial xidmət, mənzil-komunal təsərrüfatları  həmin 


 
 
16
illərdə  təşəkkül tapan və bizə miras qalmış milli neft 
sənayemizin gücünü xarakterizə edən konturlarıdır. Neft 
sənayesinin inkişafının artan tə’siri həm də respublikada yeni 
sənaye sahələrinin yaranışına təkan vermişdir.  İndi böhranlı 
vəziyyətlə  əhatə olunsa da, ölkədə iqtisadiyyatı müəyyən 
kəsikdə stimullaşdıracaq səviyyədə neft-kimya kompleksi 
fəaliyyət göstərir. Bununla belə ölkə hüdudlarından kənarda 
yerləşən bazarlara daim məhsul çıxarmış neftmaşınqayırma 
zavodları  şəbəkəsi də öz istehsal gücünü milli neft amilindən 
qaynaqlandırmışdır. Lakin daha uğurlu və qiymətli fakt isə 
Azərbaycan alimlərinin, mütəxəssislərinin, mühəndislərinin 
neft elminin fundamental əsasda təşəkkülü, formalaşması  və 
inkişafında göstərdikləri xidmətdə, apardıqları  tədqiqatlarda, 
cəhd və  səylərdə aramaq olar. Həm yanacaq energetika 
kompleksində  və  həm də Elmlər Akademiyası  nəzdində 
fəaliyyət göstərən müvafiq Elmi-Tədqiqat  İnstitutlarında indi 
minlərlə neft mütəxəssisi çalışır. Təhsil sahəsində çox geniş 
bazaya elmi potensiala malik Neft Akademiyasının şöhrəti isə 
artıq çox illər öncə  sərhədlərdən kənarda qiymətini almışdır. 
Azərbaycan neftçiləri və alimləri 3 qitədə neftin axtarışı, 
kəşfiyyatı  və  işlənməsi prosesində mütəxəssis qismində 
fəaliyyət göstərmiş, bir çox yeni yataqların kəşfinə yardımçı 
olmuşlar. 
Respublikamızın müasir neft infrastrukturu 
müstəqilliyimiz illərində yeni tikintidərə sövq etmişdir. Bakı-
Supsa, Bakı-Novorossiysk neft kəmərləri, Səngəçal, Dübəndi 
terminallarının bərpası  və inşası, dərin dəniz qazma qurğu-
larının modifikasiyası, beynəlxalq neft kontraktları ilə əlaqədar 
inkişaf tapmış yeni servis şəbəkəsi, bu infrastrukturu daha 
güclü və müasir etmişdir. Mövcud infrastrukturu dəyərincə 
qiymətləndirərək onun potensialının artan neft-qaz hasilatına 
uyğunlaşdırılması sahəsində geniş miqyaslı işlər görülməsi da-
vam edir. Bakı-Ceyhan neft, Xəzəraşırı qaz kəmərlərinin real-
laşan inşaası, yeni sənaye və xidmət sahələrinin yaranışı bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə