Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

 
 
54
geniş imkanlara malikdirlər. Digər bir amil isə milli neft 
iqtisadiyyatını konseptual ifadə edən qanunlar şəbəkəsinin hələ 
də tam işlənib hazırlanmaması ilə bağlıdır. Belə ki, yeni neft 
sənayesi uzun müddətdir ki, «Neft haqqında» qanununun 
mövcudsuzluğu ucbatından xarici investorların fəal iştirakı ilə 
formalaşmaqdadır. Yerli mütəxəssislər müştərək prosesə 
muzdlu işçilər kimi cəlb edilir, ənənəvi neftçıxarma 
müəssisələri isə köhnə rejimdə işi davam etdirirlər. Səlahiyyət 
imkanları və maliyyə potensialı geniş olan xarici sərmayədarlar 
isə daha çevik manevrlər edərək təşəbbüsü  ələ alır, rəqabət 
üstünlüyü qazanırlar. 
Neft sənayesində bazar iqtisadiyyatına uyğun struktur 
dəyişiklikləri dərinləşmədə  və genişlənməkdədir. Müasir 
şəraitdə dövlətin neft sənayesinə müdaxiləsi mülayimləşməyə 
doğru istiqamət alır. Bəlli haldır ki, yataqların «apstrim» 
(axtarış, kəşfiyyat və istismar) mərhələsində dövlətin 
tənzimləyici rolu mühümdür. Lakin sonrakı neftin nəqli, 
toplanması və satışı mərhələsində, xüsusən də bazar mexanizmi 
özünü tənzimləməyə qadir sferada dövlətin müdaxiləsi 
zəifləməyə meyllidir. Neftqazçıxarma müəssisələrinin real 
bazar subyektinə çevrilməsi perspektivində səhmləşmə, «şaquli 
inteqrasion» 
şirkətlərin yaranması islahatların yeni 
mərhələsində  məqsədəuyğun hal kimi qiymətləndirilə bilər. 
Bununla belə, inkişaf etmiş bazar mexanizminin 
yaradılmasında müəyyən vacib metodiki və praktiki 
məsələlərin həlli də mühümdür. Burada yeni bazar 
infrastrukturunun, azad rəqabət mühitinin formalaşdırılması, 
səmərəli müqavilə  şəbəkəsinin genişləndirilməsi, neft-qaz 
kompleksinin ayrı-ayrı sahələri üzrə müvafiq istehsal xərcləri 
standartlarının işlənməsi, vergi prosesinin təkmilləşdirilməsi və 
sair bu kimi tədbirlər  əhəmiyyətlidir. Daha vacib problem isə 
müasir, çevik maliyyə mexanizmi, menecmenti şəbəkəsinin 
ərsəyə  gətirilməsidir. Eyni zamanda burada dövlətlə 
müəssisələr arasında partnyorluq münasibətlərini ehtiva edən 


 
 
55
şəraitin yaradılması reallaşmalı, onun inzibatçılıq xüsusiyyətli 
münasibətlərdən üstünlüyü qiymətləndirilməlidir. 
Sovetlər  İttifaqının dağıldığı  ərəfədə neft hasilatında 
sürətlənən enmə prosesinin qarşısının alınmasına çoxlu cəhdlər 
edilirdi. Avadanlıq və qurğuların köhnəlməsi, təhcizatın 
pisləşməsi, maliyyə imkanlarının sarsılması  həqiqətdə neft 
generallarını  çətin vəziyyətə salmışdı. Dərinləşən böhranın 
qarşısını almaq üçün vəsait çatışmırdı. Bu arada strateqlər 
investisiya resurslarını ittifaqın sərhədlərindən kənarda 
axtarmağa üstünlük verirdilər.  İlk təşəbbüslər xarici kapitalın 
iştirakı  əsasında NQÇİ-lərdə müştərək fəaliyyətin təşkili ilə 
nəticələndi. Respublikamızın neftqazçıxarma kompleksində ilk 
müştərək müəssisə olan «Azərpetroyl»un da əsası  məhz 
Sovetlər  İttifaqının mövcudluğu zamanı qoyuldu. Quruda 
NQÇİB-də indi 6 belə neftqazçıxarma müəssisəsi hasilatı 
davam etdirir. Bu müəssisələrin səmərəli fəaliyyəti haqqında 
fikirlər mübahisəlidir. Çünki ötən 10 il ərzində bu 
müəssisələrdə strateji planda əsaslı islahatlar aparılmamışdır. 
Rusiyadakı analoji müəssisələr isə artıq bir neçə ildir ki, yeni 
statusa-səhmdar cəmiyyət formasına transformasiya olmuşlar. 
Məhz bu istiqamət həmin müəssisələrin iqtisadi-maliyyə 
manevrliyini artırmış, səmərəliliyin yüksəlişinə  rəvac 
vermişdir. Lakin bunun əksinə olaraq Azərbaycanda müştərək 
müəssisələrin fəaliyyətində  səmərəlilik aspektində «prodakşn-
şerninq» modelinə keçidə rəğbət bəslənilir. Aydındır ki, Rusiya 
modeli daha çox özəl xarakter daşıyır. Üstün cəhətləri ilə 
fərqlənən müvafiq modelin fərqli xüsusiyyəti ondan ibarətdir 
ki, tamamilə bazar strukturuna əsaslanan səhmdar cəmiyyətdə 
tərəflər geniş  təmsil olunmaqları ilə yanaşı, həm də çox özəl 
mənafeləri və ciddi müştərək məsuliyyəti ifadə edirlər. Risk 
dərəcəsi mülayim, mənfəət  əldə etmək  şansı isə yetərincə 
güclüdür. Yüzilliklərin sınağından çıxmış  səhmləşmə 
strategiyası real bazar ölkələrində iqtisadi inkişafa təsir edən 
mühüm faktorlardan sayılır və iqtisadiyyatın təməli yetərli 


 
 
56
dərəcədə bu formulaya əsaslanır. Azərbaycanda bu mütərəqqi 
sistemə keçid zənnimizcə daha çox subyektiv amillərin təsirilə 
baş verir. İqtisadiyyatın böyük hissəsini mümkün qədər 
dövlətin nəzarətində saxlanması meyli solçu təmayüllü, 
konservativ fikirliləri müvafiq addımlar atmağa maraqlı etmir. 
Qloballaşmanın və inteqrasiyanın genişləndiyi məqamda gec-
tez perspektivsiz mühafizəkarlıq, fərdiyyətçilik özünə qapılma 
iflasa uğrayacaq, səhmləşmə daha çox intişar tapacaqdır. Bu 
sahədə prezident H.Əliyevin qətiyyətli addımları, xüsusən də 
qiymətli kağızlar üzrə dövlət komitəsinin fəaliyyətinin 
yaxşılaşdırılması haqqında məlum fərmanı respublikada 
müvafiq bazarın tam formalaşmasını sürətləndiriləcək, 
səhmləşmə yeni gerçəkliklərdə təmin olunacaqdır. 
İslahatların dərinləşməsi və təkmilləşdirilməsində hüquqi 
bazanın yeniləşməsi və genişlənməsi də mühüm şərtdir. 
Analitik şəbəkənin genişliyində təhlil və müşahidələr bir daha 
əsas verir ki, islahatlar prosesində  işin təşkilati aspektlərinə 
diqqət artırılmalıdır. Bir vacib xüsusiyyət nəzərə alınmalıdır ki, 
neft sektorunda iqtisadi islahatların reallaşmasını  ləngidən 
başlıca səbəb sahə üçün tələb olunan əsaslı maliyyə vəsaitinin 
çatışmazlığı problemidir. Problemin həlli isə kompleksin bazar 
iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulmasını, geniş 
iqtisadi islahatların aparılmasını  tələb edir. Azərbaycan 
respublikası klassik neft ölkəsi olduğundan burada mövcud 
istehsal, elmi təcrübə ilkin meyarların təməlində dayanmış, 
mövcud potensial sonrakı inkişafın da indikatoru olmuşdur. 
Respublikamızda formalaşan  ənənəvi neftçilər ordusu bütün 
dövriyyəni  əhatə edən kadrlar şəbəkəsinin özəyini təşkil 
etmişdir. Məhz Azərbaycan neftçisinin ənənəvi qüdrəti planetin 
1
/
6
 hissəsini əhatə edən məmləkətdə müvafiq sahədə daim yeni 
innovasiyalara adaptasiyada liderlik edənlər sırasında 
olmuşdur. Aqonik vəziyyətdə olan qüdrətli dövlətdə durğunluq 
vəziyyətindən, böhrandan çıxışda tədbirlər çələngi rəngarəng 
və mübahisəli idi. Kooperativ hərəkatı, fermer təsərrüfatı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə