Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

 
 
57
servisdə kiçik müəssisələr  şəbəkəsi, daha geniş miqyasda 
dirçəliş üçün «500 gün»lər strategiyası  əməli nəticələrlə 
səciyyəvi olmadı. Müxtəlif məqamlarda Azərbaycan neft 
sənayesində peşəkar neftçilər sahənin reabilitasiyasında yeni 
təşəbbüslərlə  çıxış etdilər. Köhnə yataqlarda azdebitli 
quyularda istehsalın artmasında icarə meyarlı addımlara cəhd 
etdilər. Yüz il öncə mövcud olmuş  uğurlu metodlar yeni 
situasiyada görünməyə başladı. 
Tarixdən məlumdur ki, Azərbaycanda ötən  əsrdə neft 
sənayesinin inkişafının detanatoru iltizam sisteminin ləğvi 
prosesi olmuşdur. XIX əsrin 70-ci illərindən başlayaraq neftin 
istismarında  əsas hərəkətverici qüvvəyə çevrilən sahibkarların 
əldə etdiyi nəaliyyətlər bütün neft salnaməsində möhtəşəm 
izlər qoymuşdur. Sona yetən yüz illikdə elmi nəaliyyətlərin ən 
ali təltifi Nobel mükafatı öz kapital mənbəyini əsaslı dərəcədə 
Azərbaycan neftindən qaynaqlandırmışdır. Genetik və irsi 
xüsusiyyətlər tənəzzül məqamında yenidən Azərbaycan 
neftçisinin yeni təşəbbüslərə sövq etmişdir. Belə ki, işgüzar 
mütəxəssislər Azərbaycan neft sənayesnin  ənənəvi üsullarla 
dirçəltməyi qarşıya qoymuşlar. Sərt planlaşdırma sistemində 
neft sənayesini müvafiq üsullarla dirçəlişinin reallaşması 
imkanı geniş olmamışdır. Məqsədin mahiyyəti azdebitli
təchizat problemli, rentabellik səviyyəsi aşağı olan quyuları 
şəxsi  əllərə verilməsindən ibarət olmuşdur. Müvafiq 
qanunvericilik bazasının tam formalaşmaması, bürokratik 
məneələr belə  təşəbbüslərin qiymətləndirməsində öz mənfi 
təsirini göstərmişdir. Çox illər ötsə də, belə təşəbbüslər qiyməti 
əhəmiyyətini itirməmiş yeni reallıqlar kontekstində müvafiq 
ideyaların həyata keçirilməsində daha aktual xarakter almışdır. 
Bizim fikrimizcə, indiki situasiyada da hasilatın artımını təmin 
etmək məqsədi ilə köhnə quru və dəniz yataqlarında lisenziya 
və konsessiya üsuluna, o cümlədən səhmləşmə  və özəlləşmə 
strategiyasının reallaşmasına qapılar geniş açılmalıdır. 
Fikrimizcə, yeni reallıqlar islahatların indiki mərhələsində 


 
 
58
aşağıdakı 
tədbirlər toplusunu nəzərdən keçirməyə 
köklənməlidir: 
 
sahədə yeni iqtisadi-hüquqi münasibətləri təmin edən 
qanunvericilik bazasının təkmilləşdirilməsi və 
genişləndirilməsi; 
 
konsensiya və lisenziya sisteminə, səhmləşmə  və 
özəlləşdirmə strategiyasına keçidin tam 
formalaşması; 
 
rentabelliyi təmin edən, risqləri azaldan vergi 
prosesinin təkmilləşdirilməsi; 
 
istehsalın yenidən strukturlaşdırılması 
diversifikasiyası; 
 
investision mühitin yaxşılaşdırılması; 
 
iqtisadi mexanizmlərlə tənzimlənən, müəyyən dərəcə 
şaquli inteqrasiya olunan idarəetmə  şəbəkənin 
yaradılması. 
Bununla belə qeyd olunmalıdır ki, sahədə  fəaliyyət 
göstərən xarici şirkətlərin hüquq və 
vəzifələrini 
reqlamentləşdirən qanunvericilik aktlarının qəbulu  əvvəllər 
qeyri-müəyyən, mübahisə obyekti olan prinsipial məsələlərin 
legitimləşdirilməsini təmin edə bilər. Neft sektorunda 
qanunvericilik şəbəkəsi bütün istehsal tsiklini-axtarış işlərindən 
yanacaq doldurma məntəqələrinə  qədər prosesləri  əhatə 
etməlidir. Sahədə kontrakt siteminin səmərəliliyini 
aydınlaşdırmaq üçün nəzəri akseplərlə yanaşı, həm də 
təsərrüfat subyektlərində pilot müəssisələrinin təşkili digər 
layihələrin gerçəkləşməsi nəzərdə tutula bilər. 
Layihə bir eksperimentdir. İslahatçılar isə onu 
gerçəkləşdirməyə  həmişə  məmnundular. Kontrakt sistemində 
üstün tərəf və  əsas iştirakçı kimi kollektivlər, yerli 
mütəxəssislər, banklar və milli sahibkarlara istinad daha çox 
milli məqsədləri ifadə edər. Bu prosesdə dünya təcrübəsinə 
əsaslanan, lakin daha çox sahənin xüsusiyyətləri, milli-regional 
ovqat, hazırlıq səviyyəsi, keçid dövrünün prinsipial tələbləri 


 
 
59
kimi kateqoriyaların üstün cəhətləri nəzərə alınmalıdır. Bir sıra 
dövlətlər, o cümlədən beynəlxalq energetika assosiasiyasının 
üzvləri neft-qaz yataqlarının kəşfiyyatı  və  işlənməsində 
lisenziya və konsessiya üsulundan istifadəyə üstünlük verirlər. 
İstehsalçı dövlətlərdə hakimiyyət orqanları  həm də yataqların 
işlənməsində strateji maraqları ifadə edərək iqtisadi renta 
strategiyasına müvafiq tənzimləmə  işini həyata keçirirlər. Bu 
da konsessiya prosesinə müsbət təsir göstərir. Respublikamızda 
neft sənayesində iqtisadi inkişafı  ləngidən amillər arasında 
daha çox inzibati idarəetmə sisteminin qeyri-səmərəliliyi, 
texniki-iqtisadi  şəraitin pisləşməsi, təhcizatda destruktiv 
pozucu meyllərin artması, ixtisaslı kadrların maddi və mənəvi 
stimullaşdırılmaması, istismar templərinin yüksək səviyyəsi və 
sair nəzərə çarpır. Yaranmış  vəziyyətdən çıxış yolunu bütün 
kompleksdə bazar prinsiplərinin tam bərqərar edən mexanizlər 
həll edə bilər. Vahid bazar mexanizmin təşkili, biznes 
sferasında mütərəqqi qərarların qəbul edilməsi, mülkiyyətçinin 
hüquqlarının müdafiəsi, iqtisadi artımı təmin edən düşünülmüş 
vergi, kredit siyasəti sahənin inkişafına, təsir göstərəcəkdir. 
Belə yanaşma heç şübhəsiz ki, səmərəliliyin yüksəlməsinə 
xidmət edər. Buna görə  də sahədə davamlı inkişafın tə’min 
edilməsində müəyyən  əlahəddəlik də istisna deyil. Xüsusi 
diqqət obyekti isə  məhsulun bölgüsü üzrə sazişlər prinsipinin 
müəyyən edilməsindədir. Neft-qaz biznesində  əməkdaşlığın 
yeni formalarının tətbiqi zamanı yetişmişdir. Bütün 
kompleksdə hasilatı  və istehsalı sabitləşdirən, dirçəlişi təmin 
edən idarəetmə sistemini təkmilləşdirən proqramlar işlənib 
hazırlanmalı  və  mərhələ-mərhələ  həyata keçirilməlidir. 
Operativ qaydada müəyyən olunmalıdır ki, daxili imkanlar 
hesabına hansı sahələrin sürətli inkişaf imkanı yüksəkdir. 
İstehsalın səmərəliliyi həmişə mühüm olmuş  və o bazar 
iqtisadiyyatı  şəraitində  əhəmiyyətini daha da artırmışdır. 
Müasir 
şəraitdə istehsalın səmərəliliyinin 
qiymətləndirilməsinin 
əsas göstəriciləri mənfəət, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə