Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

 
 
63
hadisələri bu torpağa dünyanın  ən qədim dinlərindən biri
atəşpərəstlərin səcdəgahına çevirmişdi. hələ ötən yüzilliklərdə 
inşa olunan məşhur Suraxanı məbədgahı buna bariz misaldır. 
XX  əsrin  əvvəllərində qaz hasilatında yüksələn templər 
Azərbaycanda yeni bir sahənin, ona müvafiq sfera və 
strukturun formalaşmasına təkan verdi. Bu zaman hasil edilən 
qaz nisbətən artıq dərəcədə  məişət problemlərinin həllinə 
yönəldilirdi. Sonralar təbii energetik xammal kimi ekoloji 
təmizliyi ilə fərqlənən, üstün kaloriyə malik, asan nəql olunan 
təbii qaza maraq artmağa meyl etdi. 1950-ci illərdə 
Azərbaycanda qazdan elektrik enerjisi istehsalında, yüksək 
enerji tutumlu sənaye sahələrində istifadə edilməyə başlandı. 
Bütün bunlar həmin illərdə Xəzərdə aşkarlanan ayrıca təbii qaz 
yataqları «Bahar», «Bulla-Dəniz», «Günəşli»nin məhsul 
verməsi ilə bağlı idi. Hasilat artdıqca, respublika sənayesində 
qazın istifadəsi diapazonu genişlənir, ucqar ərazilərdə 
qazlaşdırma inkişaf edirdi. Lakin bununla belə yerli yataqlarda 
hasil edilən qaz respublika tələbatını tamamilə ödəmirdi. 
İstehlak isə hasilatı ötməkdə davam edirdi. Azərbaycanın 
dövlət müstəqilliyi  əldə edildiyi ərəfədə 1990-1991-ci illərdə 
respublikada qaz istehlakı 17 milyard m
3
-ə yüksəlmişdi ki, 
bunun da 30-35%-i elektrik stansiyalarda enerji istehsalını 
təmin edirdi. Dağılan ittifaqın möhtəşəm qaz kompleksindən 
Azərbaycana geniş imkanlı müvafiq infrastruktur qalmışdı. Bu 
şəbəkə illik gücü 20-25 milyard kubmetr olan altı şaxəli, 4 min 
km. uzunluqda magistral, 36 min km kiçik və orta təzyiqli qaz 
kəmərlərindən ibarətdir. Azərbaycanın qaz nəqletmə 
infrastrukturu  İrana, Dağıstana, Gürcüstana, Ermənistana 
çıxışlara, geniş tranzit imkanlarına malikdir. Xəzərin 
karbohidrogen ehtiyatlarının xarici şirkətlərin iştirakı ilə 
işlənməsi prosesi Azərbaycanın qaz sənayesinə  də yeni 
reallıqlar gətirmişdir. Axtarışlar içərisində  Xəzər dənizin 
Azərbaycana mənsub sektorunda «Əşrəfi», «Qarabağ», 
«Şahdəniz» strukturunda böyük qaz və qaz kondensat yataqları 


 
 
64
aşkar olunmuşdur. 45 il öncə Azərbaycan geoloqlarının kəşf 
etdikləri «Şahdəniz» yatağında 1999-cu ildə  zəngin qaz 
ehtiyatları aşkarlanmışdır. 
Təbii qaz ehtiyatları digər strukturlarda da böyük 
miqyaslıdır. Mütəxəssis hesablamaları indiki gerçəkliklər 
kontekstində Azərbaycanda 3 trilyon kubmetr qaz ehtiyatının 
olmasına əsas verir. Belə ehtimal edilir ki, yaxın 10 il ərzində 
Azərbaycanda qaz hasilatı 20-25 milyard m
3
-ə  qədər 
yüksələcəkdir. Respublikada qaz sənayesinin formalaşmasında 
onun potensialı  təkcə adekvat ehtiyatlar və infrastrukturla 
qiymətləndirilmir. Qaz sənayesinin inkişafı ölkəmizdə müvafiq 
sahəni əhatə edən elmlərin inkişafı, elmi-tədqiqat institutlarının 
yaranması ilə müşayiət olunmuşdur. Bir çox azərbaycanlı 
mütəxəssislər SSRİ qaz sənayesinin formalaşması  və 
inkişafında mühüm rol oynamışlar. 
Təəsüflə qeyd etməliyik ki, Azərbaycanda qaz 
sənayesinin bütün tarixi dövrü ərzində müvafiq kompleksi 
vahid qurumda, bütün dövriyyədə təmsil edən, nəzarəti həyata 
keçirən təşkilat mövcud olmamışdır. Azərbaycanda qaz 
ehtiyatlarının  əksər hissəsi dəniz sektorunda cəmləşdiyi üçün 
buradakı neft-qaz hasilatını 
təmsil edən 
«Xəzərdənizneftqazsənaye» istehsalat birliyi SSRİ qaz 
sənayesi nazirliyinin tabeliyində idi. Qazın nəqlini, 
saxlanmasını  təmin edən müvafiq istehsalat birliyi, qazın 
təchizatı kompleksi ayrı-ayrı  təşkilatların nəzdində  fəaliyyət 
göstərirdi. Müstəqillik  əldə edildikdən sonra qazın hasilatı, 
emalı prosesləri neft şirkətinə, nəqletmə  və  təchizat  şəbəkəsi 
isə yeni qurumda- «Azəriqaz» təşkilatında birləşmişdir. Bu 
vəziyyət-milli qaz sənayemizi tamamilə bir mərkəzdə idarə 
etməyə imkan yaratmır. Yeni təşkilatın- «Azəriqaz» QSC-nin 
fəaliyyət prinsipləri isə bu çərçivədə bazar iqtisadiyyatının 
tələblərinə uyğun və effektli hesab edilmir. 
Artıq iki onillikdir ki, Azərbaycanda qaz hasilatında 
enmə prosesi baş verir. İndi respublikamızda 6 milyard kub 


 
 
65
metr həcmində qaz hasil edilir. Bununla belə əlavə olaraq artıq 
2 ildir ki, «Azəri-Çıraq-Günəşli» yatağından da qaz hasil edilir. 
Burada çıxarılan qazın ümumi qaz hasilatındakı payı indiki 
məqamda 14-15%-dir. 2000-ci il üçün Azərbaycanda qaz 
hasilatının sabit saxlanılması, yəni 6 milyard kub metr 
həcmində qalması planlaşdırılmışdır. 
Keçid dövrünün indiki mərhələsində Azərbaycanda qaz 
hasilatında və böyük qaz axınında müasir idarəetmə 
strukturunun, müvafiq infrastrukturun yenidən təşkili, qaz 
təsərrüfatında mövcud neqativ halların təcrid edilməsi mühüm 
vəzifələrdəndir. Daha mühüm vəzifə isə ehtiyatlardan səmərəli 
istifadədə ifadə olunur. Təcrübədən məlumdur ki, təbii 
ehtiyatları bol, izafi olan ölkələrə istehlakda təsərrüfatsızlıq və 
israfçılıq xasdır. Azərbaycanın da tarixən qaz ehtiyatları ilə 
zəngin olması bu ehtiyatlardan gen-bol, qeyri-rasional istifadə 
edilməsinə  səbəb olmuşdur. Bütün bunlara baxmayaraq 
ittifaqın mərkəzi orqanları  təbii ehtiyatlardan, o cümlədən 
qazdan səmərəli istifadəni normallaşdıran normativ aktlar 
qəbul etmiş  və müvafiq nəzarət mexanizmi işləyib 
hazırlamışdır.  
1990-cı ildə Azərbaycanda qaz itkisi planı ittifaq 
tərəfindən 1,13-1,21% həddində planlaşdırılmışdı. Müstəqillik 
əldə edildikdən sonra bir çox sahələrdə olduğu kimi 
Azərbaycanın qaz təsərrüfatında da reqressiv, dağıdıcı meyllər 
müşahidə olunmuş, mərkəzi hökumət orqanlarının zəif 
nəzarəti, qeyri-professionallıq meylləri qaz təsərrüfatında 
itkilərin 5-6 dəfə artırılmasına rəvac vermişdir. Analoji 
vəziyyət elektrik enerjisinin istehsalı  və  təhcizatına da xasdır. 
Qaz təchizatını  nəzarətdə saxlayanlar müvafiq qurumlar 
avadanlıq və qurğuların köhnəliyini bəhanə edərək texnoloji 
itkilərin faizini faktiki olaraq daha çox göstərməklə 
koordinasiya təşkilatlarını inandıraraq 1993-cü ildə qaz itkiləri 
planının 8,6%-ə  qədər yüksəldilməsinə nail olmuşlar. Qaz 
itkilərinə müvafiq olaraq məişət qaz cihazları  və müvafiq qaz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə