Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

 
 
87
dürülür. Törəmə SC-lər isə bu prosesdə daha çox müstəqilliyə 
malikdirlər. Rusiyada mövcud elmi-texniki kadr və maddi po-
tensial neft-qaz sənayesində islahatların çevik aparılmasında 
mühüm rol oynayır. Lakin daha geniş miqyaslı islahatlar 
yüksək məbləğli investisiyalar tələb edir. Məhz investisiya 
çatışmazlığı Rusiya Federasiyasının neft-qaz sənayesində 
minlərlə reanimasiya gözləyən quyuların istismara qaytarıl-
masında  əsas maneə olaraq qalır. Mütəxəssislərin rəyinə görə 
bu quyulardan əlavə olaraq 70-80 milyon ton neft almaq müm-
kündür. 
Azərbaycanın da neft sənayesində  fəaliyyət göstərən 
müştərək müəssisələrdə  də heç şübhəsiz ki, struktur 
dəyişiklikləri baş verir, islahatlar təkmilləşir. Müştərək 
müəssisələrin manevrliliyinin artırılmasında «prodakşin-
şerrinq» tipli müştərək fəaliyyətlə üstünlük verilir. Zənnimizcə, 
belə praktikanın müsbət cəhətləri ilə yanaşı, mənfi çalarları da 
meydana çıxa bilər. Hər halda Rusiyada aparılan monitorinq və 
tədqiqatlar bu strategiyada səhmləşməni daha məqbul saymış-
dır. Səhmləşmənin müasir bazar prinsiplərini tam əks 
etdirməsi, dövlətlə bu müəssisələr arasında  şaquli deyil daha 
çox partnyorluq münasibətlərinin formalaşmasını üstün edir. 
Belə  cəhət ilk növbədə dövlətin özünün mənafelərini daha 
əsaslı qorunmasından irəli gəlir. Bazar islahatları müəssisələrin 
səmərəli fəaliyyətinin təmin edilməsində, rəqabət üstünlüyünün 
artırılmasında elmi-texniki nəaliyyətlərdən rasional 
istifadəetməni tələb edir. Müvafiq işlərin reallaşması 
müəssisənin təsərrüfat fəaliyyətinin müntəzəm təhlilinin apa-
rılmasını  şərtləndirir. Məhz bu aspekti müəssisənin strateji və 
taktiki inkişafını müəyyənləşdirən amil kimi qiymətləndirmək 
olar. Müəssisənin təsərrüfat fəaliyyətinin təhlili idarəetmə 
funksiyalarının səmərəli təhlilini, qərarların elmi 
əsaslandırılmış  qəbulunu təmin edir. Bu təhlil elmi xarakterli 
olması ilə yanaşı sistemli yanaşmada  əks olunan kompleks, 
ardıcıl, operativ komponentləri də ifadəsini tapır. 


 
 
88
Makroiqtisadi səviyyədə iqtisadi yaranışları və prosesləri 
öyrənən ümumi iqtisadi nəzəri təhlillə yanaşı mikroiqtisadi 
səviyyədə-təsərrüfat subyekti kontekstində müvafiq meylləri 
təsərrüfat fəaliyyətinin təhlili reallaşdırır.  İndiki mərhələdə 
müəssisə və təşkilatların səmərəli fəaliyyətinin təmin edilməsi 
məhz onun təsərrüfat fəaliyyətinin təhlili sayəsində mümkün 
olur. Bununla belə, müəssisənin təsərrüfat fəaliyyətinin təhlili 
prosesi idarəetmə sisteminə təcrübi tətbiqi planda mühüm təsir 
və  tənzimləmə vasitəsinə çevrilir. Bazar münasibətlərinə 
keçidlə iqtisadi mexanizmin təkmilləşdirilməsi və habelə, 
cəmiyyətimizdə baş verən yeni yaranışlar da bu proses də 
müsbət meylləri artırır. 
Milli neft-qaz sektorunda müəssisənin təsərrüfat 
fəaliyyətinin təhlili o qədərdə keyfiyyətli aparılmır. Bu bir çox 
amillərin təsiri ilə  əlaqədar olsa da, ilk növbədə özünü 
mütəxəssis bacarığında göstərir. NQÇİ-lərdə müvafiq 
peşəkarların azlığı  təhlil işinin aparılmasında  əks olunur. 
İqtisadi profilli kadrlar əvvəllər olduğu kimi indi də hesabat-
məlumat xarakterli işlərin görülməsini yerinə yetirirlər. 
Müəssisələrdə maliyyə proseslərini formalaşdıran, 
tənzimləyən, maliyyə planlaşdırılması, başqa sözlə maliyyə 
menecmentindən söhbət belə getmir. Lakin bu qəti fikir dey-
ildir. Sərbəst iqtisadi maliyyə statuslarında fəaliyyət göstərən 
müştərək müəssisələrdə maliyyə menecmentinin aparılması 
qaçılmazdır. Müasir tələblər belədir ki, ixtisaslı iqtisadçı, 
maliyyəçi, mühasib yalnız keçid iqtisadiyyatının, bazar 
münasibətlərinin, iqtisadi inkişafın ümumi qanunauyğunlu-
qlarını  və meyllərini bilməklə yanaşı, həm də bu yaranışları, 
inkişafı reallaşdıran spesifik və xüsusi iqtisadi qanunları, 
habelə, qanunauyğunluqları da dərk etməlidir.  İqtisad 
xidmətinin  əsas iş qayəsini istehsal xərclərinin azaldılması, 
iqtisadi artımın və səmərəliliyin yüksəldilməsində öz ifadəsini 
tapmalıdır. 
Neftqazçıxarma müəssisələrinin real bazar subyektinə 


 
 
89
çevrilməsində çevik maliyyə mexanizminin təşkili, borcların 
azaldılması  və digər maliyyə  və iqtisadi tədbirlərin görülməsi 
də vacibdir. Bunun üçün nəzəri reallıqları və iqtisadi alətlərin 
tətbiqi təhlildən keçirilməlidir. Burada ilk növbədə debitor bor-
clarının dövriyyəlilik  əmsalının azaldılmasına onların mini-
muma endirilməsinə səy göstərilməlidir. Müəssisə və təşkilatın 
istehsal gücünün düzgün əsaslandırılması, məhsul həcminin 
proporsiyalarını, rentabelliyini və  mənfəəti təmin edəcək 
parametrlərin müəyyən edilməsi idarəetmə  qərarlarının uğurlu 
həllində mühüm rol oynayır. Məhz fəal, elmi əsaslandırılmış 
idarəetmə prosesi səmərəli fəaliyyətin təminatçısıdı. 
Müəssisələrin maliyyə dayanıqlığı formalaşmış prakti-
kaya  əsasən aşağıdakı 4 əmsal göstəricisində  təhlilə  məruz 
qalır: 
1.
 
Müstəqillik (avtonom-muxtariyyat
əmsalı: 
Mülkiyyətçilərin  əmlakının alınmasına vəsait qoyu-
luşunun məbləğini, onun kreditorlardan asılılıq 
dərəcəsini xarakterizə edir. Müvafiq əmsal  şəxsi 
vəsaitlərin mənbəyinin aktivlərin yekununa 
bərabərliyində  əks olunur. Optimal hədd 0,5-0,7 
sayılır. 
2.
 
Maliyyə dayanıqlılığı əmsalı. Bu əmsal stabillik əmsalı 
da adlanır və maliyyə mənbələrinin tam xüsusi çəkisini 
göstərir. Müvafiq əmsal xüsusi vəsaitlərin mənbəyinin 
və uzun müddətli kreditlərin məbləğinin balansın ak-
tivinin yekununa bərabərliyi ilə ölçülür. Standart 0,5-0,7 
qəbul edilir. 
3.
 
Borc  əmsalı  və yaxud maliyyə riski. Təsərrüfat 
subyektinin xüsusi vəsaitləri ilə borc vəsaitlərinin 
nisbətində  təyin olunur. Dünya təcrübəsi 0,5-1,0 
həddini qəbul edir. 
4.
 
Dövriyyə kapitalının manevrliliyi. Xüsusi vəsaitlərin 
daha mobil aktivlərə qoyuluşunu xarakterizə edir. Cari 
aktivlərin qısamüddətli öhdəliklərə  fərqinin xüsusi 
vəsait mənbələrinə nisbəti ilə müəyyən olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə