Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

 
 
93
müxtəlif metodlardan istifadə edilir. Apardığımız müqayisəli 
təhlildə daha çox aydınlığı təmin etmək üçün bizim tədqiqatda 
bu metodlardan bir neçəsinin xarakterikası verilir: 
Dəyərin silinməsinin bərabərölçüsü və düzxətli metodu. 
Bu metoda görə amortizasiyaya uğrayan obyektin dəyəri 
bərabər olaraq onun istismar müddəti  ərzində istehsal 
xərclərindən silinir və  aşınma üzrə  yığım bərabər artır. Qalıq 
dəyəri isə müvafiq olaraq azalır. Bu metod iqtisadiyyatımızda 
geniş tətbiq edilir. 
Görülmüş  işlərin həcminə proporsional olaraq 
köhnəlmənin hesablanması metodu. Bu metod belə bir ehtimala 
əsaslanılır ki, müəyyən obyektlərin əsas vəsaitlərinin aşınması 
yalnız onların istismarının nəticəsidir və obyektin varlığı bu 
zaman diqqətə  gətirilmir. Aşınma aşağıdakı formulada təyin 
edilir. 
 
,
100%
p
H
Y
A
ld
×
=
 
 
 
Burada 
A
 
aşınma faizi 
 
Y
LD
 
ilkin dəyər - likvid dəyəri 
 
 
H
P
 
planlaşdırılan və güman edilən işinhəcmi 
 
Dəyərin məbləğ miqdarı ilə silinməsi və ya komulyativ 
metod. Bu metod zamanı  aşınmanın məbləği amortizasiyaya 
uğrayan obyektin dəyərini hər il müvafiq əmsala vurulması 
ilə müəyyən olunur. Əmsal illərin miqdarının obyektin 
xidmət müddətinin sonuna qalmış illərin kommulyativ sayına 
nisbətindən hesablanır (miqdarı, məbləği - istismar illəri). 
Metodun mahiyyətində mürəkkəbliliyi nəzərə olaraq əyani 
nümunədən istifadə olunmasına məqsədəuyğun hesab edirik. 
Misal olaraq göstərək ki, obyektin istismar müddəti 4 ildir. 


 
 
94
Onda məbləğ miqdarı  və ya istismar ili 10 (1+2+3+4) ola-
caqdır. Birinci il əmsal 4/10 sonrakı illər 
3
/
10

2
/
10

1
/
10
 
bərabər götürələcək. Obyektin illik dəyəri 1800000 manat, 
likvid 200000 manatdır. Bu zaman amortizasiya qiyməti 
1600000 manat (1800000-200000) olacaqdır. 
Aşağıdakı  cədvəldə bu metodla köhnəlmənin hesa-
blanması verilir. 
 
Cədvəl 2 
 
Məbləğ miqdarı metodu ilə köhnəlmənin hesablanması 
 
Dövr 
Köhnəlmənin illik 
məbləği 
Toplanmış 
köhnəlmə 
məbləği 
Qalıq 
dəyəri 
birinci ilin sonuna 
1600000x4/10=64000

640000 1160000 
ikinci ilin sonuna 
1600000x3/10=48000

1120000 680000 
ücüncü ilin 
sonuna 
1600000x2/10=32000

1440000 360000 
dördüncü ilin 
sonuna 
1600000x1/10=16000
00 
1600000 200000 
 
Cədvəldən göründüyü kimi hər il aşınma məbləği azalır. 
Azalan qalıq metodu. Komulyativ metodla azalan qalıq 
metodu sürətli silinməyə aid edilir. Azalan qalıq metodunda 
istənilən artan möhkəm əmsal qəbul edilsə də, daha çox ikiqat 
amortizasiya normasına üstünlük verilir. İstismar müddəti 5 il 
olan düzxətli metodda amortizasiya norması 20% qəbul 
edilirsə, azalan qalıq metoduna istinadən amortizasiya norması 
müvafiq olaraq 40% (20% x 2) olacaqdır. Burada güman edilən 
likvid dəyəri illik aşınma hesablanarkən nəzərə alınmır. Yalnız 
axırıncı ildə köhnəlmənin məbləği sonuncu ilin əvvəlinə olan 
qalıq dəyərindən likvid dəyərini çıxmaqla hesablanır. 
Aşağıdakı  cədvəldə azalan qalıq metodu ilə köhnəlmə 


 
 
95
komulyativ üsuldan istifadə etdiyimiz rəqəmlər  əsasında 
verilmişdir: 
 
Cədvəl 3 
 
Azalan qalıq metodu ilə köhnəlmənin hesablanması 
 
Dövr 
Köhnəlmənin illik 
məbləği 
Yığılan 
aşınma 
məbləği 
Qalıq 
dəyəri 
birinci ilin sonuna 
1800000x40%=72000

720000 
108000

ikinci ilin sonuna 
1080000x40%=43200

11520000 648000 
ücüncü ilin sonuna 
6480000x40%=25920

1411200 388800 
dördüncü ilin 
sonuna 
388800x40%=155520 
1566720 233280 
 
Kumulyativ metodda olduğu kimi azalan qalıq 
metodunda da köhnəlmə məbləği hər il azalmaya məruz qalır. 
ABŞ-ın iri şirkətlərində aparılan təhlil zamanı müəyyən 
edilmişdir ki, amortizasiya siyasətində  əksər  şirkətlər düzxətli 
bərabər silinməyə üstünlük verirlər. Neftqazçıxarmada istehsal 
xərclərində prioritet komponentlərindən sayılan 
amortizasiyanın yaratdığı fond kompleksdə  ƏİF-larının 
renovasiyanı stimullaşdıran mühüm faktordur. Amortizasiya 
siyasəti dünya iqtisadiyyatının bütün sferalarında, o cümlədən 
neftqazçıxarmada da keyfiyyət fərqləri ilə seçilir. Bu fərq ilk 
növbədə  şirkətlərin fəaliyyətinin nəticələri ilə bağlılıqda,  əsas 
kapitalın amortizasiyasının elastikliyində, risklərin uçotunda, 
investisiyaların səmərəliliyində  və başqa parametrlərdə daha 
çox özünü biruzə verir. ABŞ, Böyük Britaniya, Fransa və digər 
inkişaf etmiş ölkələrdə amortizasiya həm mühasibat, həm də 
maliyyə hesabatlarında bütün aktivlərə müvafiq qəbul olunmuş 


 
 
96
şkala üzrə  aşınma nəzərə alınaraq hesablanır. Lakin Fransada 
neft sənayesində ABŞ-dan fərqli olaraq, bu strategiyada 
nəzərdə tutulan güzəştlər nisbətən daha əlverişli şərait yaradır. 
Çox vaxt bütün elementlər sadəcə bir maddə - qiymətsizləşmə 
və ya aşınma adı altında birləşdirilir. Xərclərin belə birləşməsi 
vergi yükünün minimuma endirilməsi məqsədini ifadə etsə də 
şirkətin təkrar istehsal siyasətində müvafiq təhlilə mane olur. 
Sürətli amortizasiya prosesində kombinasiyalı  və ya 
reqressiv  şkala metodu daha cəlbedici görünür. Bu metod 
amortizasiya ayırmaları  şkalası ilə hasilatın dinamikası 
arasında  əlaqəni göstərərək, yataqların işlənməsinin sonrakı 
mərhələsində daxil olmuş  əsas istehsal fondlarının tam 
amortizasiya olunmasını maya dəyərində əks etdirir. 
Tükənən aktivlər hesab edilən və uzunmüddətli aktivlər 
kateqoriyasına aid edilən təbii resursları amortizasiyası 
dipelyasiya məfhumunda ifadə olunur. Digər mənada 
dipelyasiya təbii resursların qiymətinin məhsul vahidinə 
proporsional yerləşməsidir. Məhz buna görə  də, amortizasiya 
prosesi dipelyasiya ilə mütənasiblik təşkil edir. Qeyd olunduğu 
kimi Azərbaycan respublikasında bazar iqtisadiyyatına keçiddə 
amortizasiya hesablanmasının açıq metodundan istifadəyə 
başlanmışdır. Bu sahədə  tətbiq edilən müvafiq təlimat köhnə 
rejimdən miras qalmış qaydalara nisbətdə mütərəqqi 
üstünlüklərə malikdir. Sürətli amortizasiya prinsiplərinin 
bərqərar olunması çoxlu digər  şərtlərlə  əhatəlidir. Özəl 
sektorda yeni metodların tətbiqi dövlət sektorunda nisbətdə 
daha yüksək templərlə irəliləyir. Bir cəhəti də qeyd etmək 
lazımdır ki, bizim iqtisadi məkanda amortizasiya strategiyası 
əsasən iki sahədə  əsas vəsaitlərin və qeyri-maddi aktivlərin 
fəaliyyət dairəsində  əks olunur. Qeyri-maddi aktivlərdən 
faydalı istifadə müddəti «Mühasibat uçotu haqqında» 
respublika qanununa əsasən müəssisələr tərəfindən 
müəyyənləşdirilir. Belə  təyinetmə mümkün olmadıqda, qeyri-
maddi aktivlərə on illik köhnəlmə norması  şamil edilir. Qeyd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə