Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

 
 
84
hazırlanması sexləri daxildir. Nəqliyyat təşkilatı konyuktura 
müvafiq olaraq ayrı-ayrı vaxtlarda NQÇİ-nin strukturuna daxil 
edilsə  də, 1997-ci ildən müstəqil təşkilat kimi fəaliyyət 
göstərir. Bundan başqa NQÇİ-nin strukturuna 7 məktəbə qədər 
uşaq müəssisəsi, 3 körpələr evi və 40 minədək əhaliyə xidmət 
göstərən mənzil kommunal təsərrüfatı da daxildir. Analoji 
struktur cüzi fərqlərlə QNQÇİB, QNQÇİB-nin müvafiq neft-
qaz çıxarma müəssisələrində də vardı. 
Quru sahələrində yerləşən NQÇİ-lər respublika inzibati 
ərazi bölgüsündə bir və bəzən bir neçə rayonun ərazisini əhatə 
edir. Böyük ərazi tutumlu bu müəssisələr tarixən qərar tutduğu 
rayonun sosial problemlərini, şəhər təsərrüfatını stimullaşdırır. 
Bu  ərazilərdə salınan qəsəbələr,  şəhərlər buradakı kommuni-
kasiya xətləri, mədəni-məişət obyektləri öz mənbəyini neftdən 
qaynaqlandırmışdır. Paytaxt Bakının müasir siması köklü 
surətdə neft amili ilə bağlıdır. Bütün bunları ərsəyə gətirən, onu 
normal vəziyyətdə saxlayan enerji mənbəyi indi özünün «ixti-
yar» çağlarını yaşayır. Beləki qeyd olunduğu kimi, layların en-
erjisi tükənmiş, istismar çətinləşmiş, məhsulun istehsal xərcləri 
olmazın dərəcədə artaraq ayrı-ayrı yataqlarda hasilatı rentabel-
siz səviyyəyə  gətirmişdir. Artan çətinliklər sosial sferanı 
əvvəlki vəziyyətdə stimullaşdırma gücündən salmışdır. Ehti-
yatların kəskin tükənməsi sahədə  məşğulluq prosesinə  də 
yetərli təsir etmişdir.  İndi hər iki istehsalat birliyində hasilatı 
tənasüb bölgüdə ümumi olaraq 55-56 min işçi hey’əti təmin 
edir. Lakin 30-40 il öncə  təkcə qurudakı kompleksdə keçmiş 
Azneft  İB-də 50 mindən çox işçi çalışmışdır. Sovetlər  İtti-
faqından miras qalmış, öz klassik formasını saxlayan müasir 
NQÇİ-lərin strukturunu, müşahidə olunan mənzərəni təqdim 
etməkdə  məqsədimiz onların real bazar subyektinə 
çevrilməsində müvafiq konturları müəyyən olunmasını 
canlandırmaqdır. 
Heç  şübhəsiz ki, köhnə sistemdə formalaşan NQÇİ-lər 
bazar yönümlü müasir təsərrüfat subyektini ifadə etmir. 


 
 
85
Şübhəsiz ki, bu ehtiyatlar amilinin və iqtisadi potensialın 
zəifləməsi ilə  əlaqədardır.  İndi 20-30 il öncəki qüdrəti  əks 
etdirən heç bir NQÇİ qalmamışdır. Bəzi NQÇİ-lərin istehsal 
gücünün aşağı düşməsi onların rentabellik səviyyəsini  şübhə 
altına almışdır. 
Uzun müddət hasilatda müşahidə edilən enmə prosesi 
neft strateqlərin 1980-ci illərdə, xüsusən quru sahələrində 
fəaliyyət göstərən NQÇİ-lərin rentabellik səviyyəsini qaldır-
maq üçün müxtəlif səylər edilmişdir. Bu zaman NQÇİ-nin 
birləşməsi ideyası ortaya çıxmış  və belə birləşmələr həyata 
keçirilmişdir. T.Z.Tağıyev adına NQÇİ  (keçmiş  Əzizbəyovneft
ilə Suraxanıneft NQÇİ  (keçmiş Orconikidzeneft),  Ə.Əmirov 
adına NQÇİ  (keçmiş Qaradağneft) ilə Bibiheybət NQÇİ-nin 
(keçmiş 26 Bakı Komissarı adına NQÇİ) birləşməsi heç bir 
sineqerik nəticə vermədi. Onların simbioz həyatı uzun sürmədi. 
Yenidən ilkin vəziyyətə qayıtmaq qərarı alındı. Bununla belə
proses işçilərin sayının azalmasına yetərli təsir etdi. Ayrılıb 
yenidən təşkil olunan müəssisələr öz sələflərinin malik olduğu 
işçi sayından qismən məhrum oldular. İşlək quyu fondunun 
azalması, istehsalın aşağı düşməsi təchizat prosesinin 
zəiflənməsində  əks olundu. Amortizasiya müddətlərinin sona 
yetməsi, xüsusi texnika və  nəqliyyat vasitələrinin silinməsini 
tezləşdirdi. Potensialın itməsi ilə  əlaqədar dərinləşən 
problemlər ciddi xarakter aldı. 1980-cı ilin ortalarında 
istehsalın həcmi 60-cı illərin müvafiq dövrünə nisbətdə quruda 
hasilat 3 dəfə aşağı enmiş, dəniz sahələrində isə 3 milyon ton 
fərq olmuşdur. İstehsalın artırılması, sabitliyin təmin edilməsi, 
çoxlu investisiya tələb edirdi. Mərkəz-Moskva tərəfindən idarə 
olunan neft sənayemizdəki vəziyyət ittifaqın digər neft-qaz 
rayonlarında da özünü biruzə verirdi. Lakin Azərbaycanda 
istismarın yaşı çox olduğundan buradakı proseslər o qədərdə 
elmi  əsaslara, strateji proqramlara söykənmirdi. Yataqların 
ehtiyatlarının azalması neft hasilatına  əlavə  xərclərin 
yönəldilməsinə səbəb olmuşdur. Bu vaxtlar neft sənayesinə xa-


 
 
86
rici investisiyaların cəlb edilməsi məsələsi nəzərdən 
keçirilməyə başladı. Qeyd etdiyimiz kimi, artıq ittifaqda, o 
cümlədən, respublikamızda da xarici kapitallı müştərək 
neftqazçıxarma müəssisələrinin yaradılması ideyası 
gerçəkləşməyə doğru istiqamət almışdır. Azərbaycanda neft 
sənayesinin reabilitasiya edilməsində müvafiq planlar daha çox 
bəyənilməkdə idi. Sovetlər İttifaqı süqutu isə prosesə yeni ça-
larlar gətirdi. QNQÇİB-də ilk müştərək müəssisələr fəaliyyətə 
başladı.  Ə.Əmirov adına NQÇİ-nin Bakı  və Korgöz 
yataqlarında isə ilkin formalardan fərqli olaraq hasilatın pay 
bölgüsünü ifadə edən «prodakşin-şerrinq» tipli BMB OYL 
İNK birgə müəssisəsi təsis edildi. 
Neft sənayesində müştərək müəssisələrin təşkili strategi-
yası bütün possovet ölkələrində intişar tapmışdır. Rusiyada isə 
bu templər daha sür’tlə inkişaf etməkdə idi. İndi burada NQÇİ-
lər ilk təsisat formasından çıxaraq yeni fəaliyyət formasına 
qədəm qoymuşlar.  Əksər belə müəssisələr səhmləşmə erasına 
daxil olaraq öz istehsal gücünü artırmışlar. Bu baxımdan 
nəhəng qaz şirkəti «Qazprom»da islahatlar prosesinə bir  daha 
nəzər yetirmək zərurəti yaranmışdır. Səhmdar cəmiyyət olan bu 
konqlomerant iki tip təsərrüfat subyektinə-kommersiya 
təşkilatına, «qız» törəmə  və törəmə  səhmdar cəmiyyətlərə 
malikdir ki, bunların da arasında NQÇİ-lər, xüsusi müəssisələr 
yetərlidir. Törəmə müəssisələr hüquqi şəxs statusunda 
təsərrüfat subyekti olaraq ölkənin vahid qaz sistemini təmin 
edən, fəaliyyətləndirən təşkilatları, istehsalı, hasilatda davamlı 
texnoloji prosesi və qaz nəqletməni  əhatə edir. Bu təşkilatlar 
texnoloji və iqtisadi müstəqilliyə malik deyildir. Onların 
əmlakının sahibi «Qazprom» SC-nin özüdür. Belə  vəziyyət 
istehsal həcminin planlaşdırılması, məhsulun satışını 
mərkəzdən idarə etməyi qərarlaşdırır. Mənfəətin sərbəst qalığı, 
heç də törəmə müəssisənin ixtiyarına tamam keçmir. Burada 
əmək haqqının ölçüləri vahid metodologiyada işlənib hazır-
lanır. Maliyyələşmə, kapital qoyuluşları mərkəzi fondan bölüş-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə