75
verilməlidir. Ümumi nəzəri baxışda, kompleksdə struktur isla-
hatlarının aparılması sadə görünə bilər. Lakin daha dərinliklərə
nüfuz etdikdə, struktur islahatlarını əhatə edən layihələrin nə
qədər mürəkkəb olduğunu görmək olar. Bu gün kompleksdə
həlli vacib olan yeni islahatlar prosesinə başlamağa mane olan
bir çox obyektiv və subyektiv amillər mövcuddur. Uzun
müddət dövlətçilik ənənələri pozulmuş bir məmləkətdə
tamamilə tanış olmayan bir sistemin prinsiplərinə uyğun, kom-
pleksli, ardıcıl, proqramlı islahatların aparılması çətin bir işdir.
Keçmiş ittifaqı təmsil edən ölkələrdə analoji proses müxtəlif
çalarları ilə inkişaf tapmaqdadır. Şübhəsiz ki, bu strategiyada Ru-
siyanın adaptasiya imkanları daha yüksəkdir.
Azərbaycanın neft kompleksində, bütünlüklə yanacaq
sənayesində başlanan islahatlar ləng templərdə ifadə olunsa da,
inkişaf məqamlarını yaşayır. Artıq energetik sektoru «bir bay-
raq» altında birləşdirmək istəkləri gerçəkləşməyə doğru
istiqamət alır. Bu işə müxtəlif xarici şirkətlər də cəlb edilmiş-
dir. Əsas ideya isə ondan ibarətdir ki, neft və qazın hasilatını,
emalını və satışını təmin edən ARDNŞ enerji istehsalı və satış-
ının reallaşdırdı. «Azərenerji» SC, təbii qazın saxlanılması,
nəqli və təhcizatının özündə birləşdirən «Azəriqaz» QSC vahid
Yanacaq Energetika Nazirliyində birləşməsidir. Yeni qurumun
adı o qədər də prinsipial səviyyə daşımır. Əsas cəhət ondan
ibarətdir ki, bu layihənin üstün cəhətləri və praktiki nəticələri
haqqında nümunə olacaq oxşar təsisatların səmərəli fəaliyyəti
məlumdur. Lakin bununla belə onun reallaşmasında gecikmələr
mövcuddur və bu səbəb o qədər də aşkar deyildir. Apardığımız
tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, müvafiq bir
qurumun yaradılması səmərəli olardı. Əvvəla ona görə ki, belə
təşkilat paralel funksiyaları yerinə yetirən strukturlardan azad
olaraq, lüzumsuz iş yerlərini təcrid etməklə, daha səmərəli
fəaliyyət göstərər, ağır borclar probleminin həllinə mülayimlik
gətirərək təsərrüfat subyektlərinin maliyyə dayanıqlığını artı-
rar. Birləşmə geniş sferanı əhatə etsə də, bizim tədqiqatımız bu
76
konteksdə daha çox neft-qaz sənayesinə daxil olan qurumlarda
bazar iqtisadiyyatına uyğun strukturunun formalaşmasına
yönəlmişdir.
Fikrimizcə, struktur islahatları ilk mərhələdə neft
şirkətini təmsil edən ayrı-ayrı aparıcı neft istehsalat
təşkilatlarını əhatə etməli idi. Bunun üçün öncə ehtiyatları, po-
tensial gücü, əmlakı, insani resursları, dəyişkənliyin miqyasını
dəqiqləşdirərək, bazar iqtisadiyyatı qaydaları inkişaf tapan
xarici neft kompaniyalarına uyğun strukturun konturlarını
müəyyənləşdirmək lazımdır.
ARDNŞ-də islahatların radikal aparılmasında məşğulluq
problemi qorxu mənbəyi hesab edilir. İndi burada 80 mindən
çox işçi heyəti çalışır ki, onların da yalnız 70%-ə qədəri neft-
qaz hasilatının təminatına cəlb olunmuşlar. İslahatların
dərinləşməsi, bazar prinsiplərinə uyğun təkmilləşməsi isə bir
çox müəssisə və təşkilatlarda iş yerlərini itirilməsi ilə nəticələ
bilər. Onsuz da gec-tez ənənəvi planlı iqtisadiyyata söykənən
struktur öz yerini yeniləşən mütərəqqi bazar subyektinə təhvil
verəcəkdir. Lakin hakimiyyət orqanları cəsarət nümayiş
etdirərək, bu prosesin sürətləndirilməsini gerçəkləşdirə bilərlər.
Burada ilk növbədə, istehsalatda mühüm olmayan obyektlərdə
işə qəbulu məhdudlaşdırmaq olar. İş yerlərinin ixtisarına belə
yanaşma kompleksdə çoxdan tətbiqini almışdır. Lakin «protek-
sionist» və «lobbist» meyllər belə qərarların ciddiliklə yerinə
yetirilməsinə əngəllər törədir. Bu təzahür islahatlar prosesinə
ayrı-ayrı fərdlərin biganə münasibətindən irəli gəlir. Təkrarən
müqayisəli təhlil obyekti seçdiyimiz Rusiya Federasiyasında
neft-qaz sektorunda islahatların sürəti respublikamızda
müvafiq templəri qat-qat üstələyir. Artıq neçə illərdir ki, bu-
rada neft-qaz təmin edən iri istehsal birlikləri səhmdar
cəmiyyət formasında fəaliyyət göstərirlər. Ölkədə yaxşı dərk
edilir ki, hər hansı bir qurumun, strukturunun
təkmilləşdirilməsi permanent prosesidir. Belə ki, nəhəng
«Qazprom» SC indi növbəti daxili struktur dəyişikliklərinə
77
təşəbbüs edərək, yeni restruktizasiyaya hazırlaşır. Nəqliyyat-
texnoloji, təmir, servis strukturlarının şirkətin tərkibində çıx-
arılması və onlarla müqavilə əsasında münasibətlərin qurul-
ması nəzərdən keçirilir. Milli neft sənayemizdə müvafiq
istehsal qurumları səhmdar cəmiyyət quruluşuna daxil olma-
salar da, burada onları təmsil edən təşkilatların tərkibindən çıx-
arılması, ayrılması nəzərdə tutula bilər. Belə olan halda,
istehsalat prosesini iki prinsip üzərində qurmaq olar:
1.
Münasibətlərin üfqi sistemlə müqavilə əsasında
qrulması;
2.
Onların özəlləşdirilməsi.
Lakin bunlar da görüləcək əsaslı işlərin sütununu təşkil
etmir. Möhkəm bazar rejiminə çıxış daha dərin, elmi
əsaslandırılmış islahatlar prosesinə təşəbbüs tələb edir. Bizim
fikrimizcə, neft-qaz sektorunda struktur islahatlarını aşağıdakı
tezislərdə ifadə etmək olar:
istehsalın restruktizasiyasının aparılması;
bazar prinsiplərinə müvafiq çevik infrastrukturun for-
malaşdırılması;
xidmətçi təşkilatların özəlləşdirilməsi;
neftqazçıxarma müəssisələrinin real bazar subyektinə
çevrilməsinin sürətləndirilməsi;
köhnə yataqlarda kontrakt və lisenziya sisteminə keç-
idin təmin edilməsi;
iqtisadi artımın mümkün sahələrində investisiyaların
cəlb edilməsinin yaxşılaşdırılması;
məhsulun maya dəyərini aşağı salınması tədbirlərinin
həyata keçirilməsi;
məhsulun satışı prosesində nəğd ödəmənin və ya ak-
reditiv sistemin tətbiqinə nail olunması;
müəssisələrdə partnyorluq münasibətlərinə əsaslanan
işgüzar bazar qaydalarına uyğun əməkdaşlığa keçilməsi
müəssisələrin maliyyə çevikliyi və ya dayanıqlığının
Dostları ilə paylaş: |