Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

 
 
78
atırılması tədbirlərinin sürətləndirilməsi
 
inteqrasion proseslərə  və dünya bazarında gedən 
meyllərə müvafiq olaraq, maliyyə uçot sisteminin 
beynəlxalq standartlara uyğun olaraq uyğunlaşdırılması, 
vergi və qanunvericilik şəbəkəsinin təkmilləşdirilməsi. 
Təqdim olunan nəzəri prinsiplərin həyata keçirilməsi, is-
lahatlar prosesinin yalnız neft kompleksində reallaşmasının 
nəzərdə tutmur. Buradakı islahatlar prosesi ümumrespublika 
kontekstində  dərinləşən, təkmilləşən islahatların tərkib hissəsi 
sayılır. Onların həyata keçirilməsi isə islahatların hüquqi ba-
zasının tam formalaşması ilə bağlıdır. Burada şübhəsiz ki, neft 
iqtisadiyyatının bütün fəaliyyətini  əhatə edən qanunlar işlənib 
hazırlanaraq həyata vəsiqə almalıdır. Struktur islahatları ilə 
yanaşı kompleksdə həm də səmərəli idarəetmə mexanizmi for-
malaşdırılmalıdır. Burada idarəetmə  qərarlarının hazırlanması, 
işlənməsi, informasiya mübadiləsi qaydalarını  əks etdirən 
idarəetmə alqoritmləri hazırlanmalıdır.  Əməyin elmi təşkilinə, 
üfqi münasibətlərin qurulmasına, proqramlılıq prinsiplərinə 
üstünlük verilməli, bazar qaydalarına uyğun ayrı-ayrı 
istiqamətlərdə səmərəli idarəetməni həyata keçirən menecerlər 
hazırlanmalıdır.  İstehsal özü özlüyündə idarə olunmur, onun 
idarə olunması yüksək təşkilatçılıq hesabına başa gəlir. Mene-
cer hazırlığı Azərbaycan üçün yeni təzahür olsa da, klassik ba-
zar ölkələrində özünün möhkəm yerini artıq qazanmışdır. Bu 
sahədə yetərli təcrübə toplamış, çoxlu elmi ədəbiyyatlar 
yaradılmışdır. 
Müasir menecmentdə amerikalı idarəetmə mütəxəssisi 
Deyl Korneqinin natiqlik sənəti üzrə yazdığı «Necə dostları 
qazanmaq və insanlara təsir etmək?!» kitabı, insanların 
ünsiyyəti, o cümlədən işgüzar aləmdə münasibətlər qurmağı 
əks etdirən prinsiplər şəbəkəsi hesab olunur. Müasir idarəetmə 
elmində əvvələr olduğu kimi, amerikalı alim və mütəxəssislər 
idarəçiliyi yeni nəzəri keyfiyyət çaları ilə  zənginləşdirirlər. 


 
 
79
Məşhur ABŞ alimi Piter Sencin
5
 idarəetmədə uzun elmi ax-
tarışlar sahəsində  əldə etdiyi nəticələri özünün 5 sayda inti-
zamında əks etdirir. Bu 5 intizam təşkilatın uğur qazanmasının 
əsas prinsiplərini ifadə edir: 
1.
 
sistemli düşüncə-mahiyyətcə bu «ümumi nəzəriyyə» 
ilk növbədə  hər kəsin və hamısının düşüncələrinin 
yönəlməsində ifadə olunur. Bu prinsip sonrakı 
prinsiplərin reallaşmasında müəyyən məlumat 
verərək onları vahid bir şəbəkədə birləşdirir; 
2.
 
məqsədin ümumi görünüşü-məqsədin ümumi 
anlamının inkişafı  və  işdə  nəaliyyətlərin  əldə 
edilməsinə sədaqət; 
3.
 
düşüncənin modellərə-insanların birlikdə  işləməsinə 
mane olan güclü yalnışlıqlarına əks fikirlərin aşkar və 
təcid edilməsi; 
4.
 
kollektiv təlim-kollektiv üzvlərinin qarşıya qoydu-
qları  məqsədlərin ümumi saylar nəticəsində  əldə 
edilməsi; 
5.
 
şəxsi məharət-peşəkar bacarığının lazımi səviyyəsi. 
6.
 
P.Sencin intizam prinsipləri müasir üstün rəqabətli 
təşkilatın uğur strategiyasının işlənməsində  nəzəri 
əhəmiyyətə malikdir. 
Keçmişin və dünya təcrübəsindən  əldə olunan nəticələr 
idarəetmənin təkmilləşməsində qarşıya qoyulan məqsədlərin 
özəyini təşkil edərək, səmərəliyin artırılmasında  əksini tap-
malıdır. Bazar münasibətləri  şəraitində iqtisadiyyatda yeni 
tələblər, sosial sifariş idarəetmədə, səmərəliyin və çevikliyin 
yüksəldilməsini  şərtləndirir. Müasir mərhələdə növbəti 
təşkilatlanma yüksək ixtisaslı mütəxəssislərsiz mümkün dey-
ildir. Məhz buna görə də, idarəetmənin təkmilləşdirilməsi ardı-
cıl kadr hazırlığı strategiyası ilə müşayiət olunmalıdır. 
                                                           
5
 Питер  Сендж  «Пятая  дисциплина - искусство  и  практика  в 
деятельности обучающейся организации». NY.Donbbeday. 1990/95. 


 
 
80
İdarəetmənin  əsas funksional qayəsi yaradıcı, təhlilçi 
prinsiplərdə ifadə olunur. Elm yeni idarəetmə metodları işləyib 
hazırladığı kimi onun praktiki tətbiqində iştirak edir. Elmi me-
todların idarəetmədə  tətbiqi səmərəliliyin, iqtisadi artımın 
yüksəlişini təmin etdiyi kimi istehsal xərclərində azalmasına 
yardımçı olur. Təşkilatın rasional strukturu səmərəli 
idarəetmənin şərtləndirən cəhətlərdəndir. İdəraetmənin təşkilatı 
metodoloji prinsiplərini rəhbər tutaraq, onun tərkibi, quruluşu, 
sistemi daim təkmilləşdirilməlidir. Kadrların qayğısına qalmaq, 
onların hüquq və vəzifələrini təşkilatın məqsədlərinə uyğunlaş-
dırmaq rəhbərliyin əsas və yenilməz borcudur. Məhz buna görə 
də neft-qaz sənayesində təşkilatın layihələndirilməsində hüquq 
və  vəzifələri ifadə edən proses daim təkmilləşdirilməli, 
müvafiq prinsipləri ifadə edən mütərəqqi metodlardan, o 
cümlədən funksional matritsa və digər idarəetməni yaxşılaş-
dıran formalardan istifadəyə yer verilməlidir. 
İdarəetmə  təkcə kollektiv həmrəyliyi ifadə etmir. 
Məsələnin təşkilati aspektini rəhbərlik yerinə yetirir. 
Azərbaycan reallıqları, milli-mental xüsusiyyətlər ənənəvi ola-
raq müəssisələrin səmərəli idarə edilməsində daha çox rəhbər 
şəxsiyyətini önə  çəkir. Bazar iqtisadiyyatı müəssisənin idarə 
edilməsini əvvəlki sistemdən fərqli olaraq sahənin texniki bili-
cisi mühəndisə deyil, iqtisadi bilikləri təşkilatçılıq bacarığı olan 
menecerlərə havəla edir. İdarəetmədə menecer strategiyası öz 
mühümlüyünün təsdiqini almışdır. Menecer öz məharətini 
istehsalın səmərəli təşkilində yeni ideyaların, innovasiyaların 
tətbiqində, işgüzarlıq və  səriştəliyində, daha ümumilikdə isə 
istehsalın məqsədəmüvafiq nəticəliyində göstərir. Adlan-
mağından asılı olmayaraq, rəhbər təşkilatın səmərəli idarə 
edilməsini, məqsədlərə nail olunmasını operativ qaydada təmin 
etməlidir. Amerikalı alim Henri Linsberqə görə
6
 təşkilati 
baxımdan rəhbər 3 fuknsiyanı yerinə yetirir: 
                                                           
6
 Генри Линцберг «Суть руководителей работы». NY. Harper Ray. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə