Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

 
 
103
edilir ki, belə sahələrin dirçəldilməsində böyük kapital axını 
tələbi yüksək deyildir. İri neft kompaniyalarını  təmsil edən 
mütəxəssislərin fikrincə, köhnə yataqlarda hasilatın artırıl-
masında tələb olunan cüzi sərmayənin ayrı-ayrı sahibkarlar və 
ya orta potensiallı  şirkətlər həyata keçirə bilərlər. Hələ Sovet 
İttifaqının iflası ərəfəsində bir çox neft mütəxəssisləri yaranmış 
kooperativ hərəkatının imkanlarına istinad edərək fəaliyyətsiz 
quyu fondunda quyuları icarəyə götürməklə onun bərpa olun-
masına təşəbbüs etmişlər. Onlar quyuların bərpası üçün 
dövlətdən vəsait tələb etməyən çox mülayim şərtlər irəli 
sürürdülər. Bu isə  hər bərpa edilmiş quyudan əldə olunacaq 
mənfəətin müəyyən hissəsinin 
şəxsi ehtiyaclarına 
ödənilməsində  əksini tapırdı. Sərt planlaşma sistemi belə 
təşəbbüsləri vüsət alınmasına imkan verməmişdir. Lakin bazar 
iqtisadiyyatı müvafiq işlərin həyata keçirilməsi üçün geniş 
ikanlar açmış  və hazırda hüquqi şəraitlə belə  təşəbbüsləri 
müdafiə etmək vaxtı çatmışdır. İndiki əlverişli bazar mühitində 
xüsusi nəzarət altında neft mədənlərində bu kimi ideyaları real-
laşdırmaq böyük iqtisadi səmərə ilə  nəticələnər, ölkədə neft 
sənayesində milli sahibkarlığın inkişafına təkan verərdi. Bu 
baxımdan Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 
fevral tarixli fərmanı ilə təsdiq edilmiş «Dövlət müəssisələrinin 
(obyektlərinin) müqavilə  əsasında idarəetməyə verilməsi 
haqqında»  əsasnamə islahatları  həyata keçirmək nöqteyi-
nəzərdən diqqəti cəlb edir. Müəssisələrin və obyektlərin fərdi 
layihələr  əsasında dirçəldilməsini təmin etmək üçün müvafiq 
tədbirlərin həyata keçirilməsi nəzərdə tutan əsasnamədə 
idarəetməyə verilməni o obyektin özəlləşdirilməsi iqtisadi 
cəhətdən məqsədəuyğun olmadığı  və yaxud hələ vaxtı çat-
mamadığı halda məqsədə uyğun hesab edilir. Eyni zamanda, 
«İcarə haqqında» qanunun da imkanlarından bu istiqamətdə 
istifadə olunmasına  şərait yaradılmalıdır. Bütün bunlarla 
yanaşı, xarici kapitallı müştərək müəssisələrə verilən hüquq və 
imtiyazlar çərçivəsində neftqazçıxarma müəssisələrini ya 


 
 
104
bütövlükdə, yaxud da bir mədən və ya yataq çərçivəsində 
yenidən təşkil edərək müvafiq idarəetməyə verilməsi məsələsi 
nəzərdən keçirilməlidir. 
Azərbaycanda neft sənayesində sahibkarlıq və biznesi 
inkişaf etdirmək üçün dövlət öz sahibkarlarına geniş imkanlar 
açmalıdır. Bunun üçün respublikada əlverişli iqtisadi mühit 
yaranmaqdadır. Neftqazçıxarma sənayesinin inkişafı xarici in-
vestorların sərmayələrinin hesabına təmin olunmaqla yanaşı, 
daxili imkanlar hesabına da inkişaf etdirilməli, yataqların, 
fəaliyyətsiz, aşağı debitli quyuların sahibkar əllərə verilməsi 
prosesi başlamalıdır. Hazırda Azərbaycanda neftçilər arasında 
neftqazçıxarma müəssisələrinin kollektivlərə verilməsi və ya 
səhmdar cəmiyyətlərə çevrilməsi fikirləri daha çox 
səslənməkdədir. 
Zənnimizcə, böyük sərmayələr tələb etməyən yeni kon-
trakt üsullarını geniş tətbiq ediləcəyi sahə qurudakı neftqazçıx-
arma kompleksi olacaqdır. Bu ondan irəli gəlir ki, son istismar 
mərhələsini yaşayan bu yataqlarda hasilat tezliklə qeyri-
rentabelli olacaqdır. Bu baxımdan konsessiyaya götürülmüş 
köhnə  mədənlərdə sahibkarlar özəl maraqları ifadə edərək, 
kiçik xərclərlə qalıq ehtiyatlarını hasil etməyə  səfərbər ol-
unacaqlar. Belə praktika ABŞ-da köhnə yataqların 
işlənməsində sınaqdan çıxmış və indi də səmərəli tətbiq olun-
maqdadır. Müvafiq ideyanın gerçəkləşməsi Rusiyadakı analoji 
sahələrdə də tətbiqini gözləyir. Əslinə baxdıqda burada heç bir 
Amerika açılmır. Sadəcə olaraq söhbət niyyət enerjisi tükənmiş 
ölü yataqları dövlət vəsaitindən kənar reabilitasiyasından gedir. 
Möhkəm hüquqi bazanın və  nəzarət mexanizminin mövcud-
luğu  şəraitində bu sahədə yüksələn meylləri gerçəkləşdirmək 
mümkündür. Konsessiya üsulundan qurudakı yeni yataqların 
istismarında da istifadə edilə bilər. Bununla yanaşı xidmətedici 
sahələrdə lisenziya üsulunun da genişləndirilməsi səmərəliliklə 
nəticələnər. Qazma sahəsində  də müvafiq addımlar keyfiyyət 
dəyişiklikləri gətirər. Kooperativ hərəkatı zamanı quru sahə 


 
 
105
lərində qazma prosesində müvafiq kooperativ təşkilatlar 
mövcud olmuşdur. Onların səmərəli fəaliyyəti haqqında 
mülahizələr başqa söhbətin mövzusudur. Fakt isə ondan 
ibarətdir ki, qazma sahəsində özəl imkanlar sınaqdan 
keçirilmişdir.  
Hasilatda enmə prosesi qazmanın sürətinin səngiməsinə 
də mühüm təsir etmişdir. Hətta qazmanın aşağı düşmə meyli ilə 
hasilatın enmə tempi arasında qeyri-proporsionallıq müşahidə 
olunmuşdur. 1999-cu ilin qazma planına nəzər yetirdikdə 
(ARDNŞ plan 148231 m. fakt 91583 m. fərq 56648 m. 
müqayisə üçün 1970 750900 m.) bunu görmək çətin deyildir. 
İndi quruda fəaliyyət göstərən 6 qazma idarəsinin fəaliyyəti 
heçə enmişdir. Fikrimizcə, bu idarələrdən bir və ya bir neçəsi 
lisenziyalaşdırıl ması sınaq obyekti ola bilər. 
Yeni iqtisadi münasibətlər, dərinləşən inteqrasiya onsuz da 
milli neft-qaz sektorunda kontrakt üsullarının tətbiqini həll 
edəcəkdir. Lakin indidən müvafiq işlərin başlaması ən qiymətli 
resurs-vaxt resursuna meydan oxumasına bərabər olacaqdır.  


 
 
106
III FƏSİL 
 
NEFT MÜQAVİLƏLƏRİNDƏ TƏTBİQ EDİLƏN 
FİCKAL-VERGİ MEXANİZMLƏRİNİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ 
PROBLEMLƏRİ 
 
3.1. Neft müqavilələrinin Azərbaycanın iqtisadi dirçəlişində 
rolu 
 
Hazırda neft ehrji mənbələləri arasında mərkəzi rol oy-
anmaqda davam edirş Beynəxalq Enerji Agentliyin tərəfindən 
dünyanın enerji perspektivlərinə dair hazırlanmış hesabata görə 
Asiya regionunda artan tələbatı  nəzərə alaraq, bütün dünyada 
neftə olan tələbatın növbədi iki onillik ərzində təqribən gündə 
30 milyon barrel səviyyəsində artacağı gözlənilir. Mövcud 
şəraitdə dünya Xəzər bölgəsinə, xüsusilə Azərbaycana neft və 
qaz ehtiyatları ilə zəngin bir region və ölkə kimi böyük ümidlər 
bəsləyir. 
Azərbaycanın neft ehtiyatlarına Qərb ölkələrinin marağı 
təzə deyildir. Hələ 1989-cu ilin mayında «Ramko enerji» 
şirkətinin prezidenti Stefen E.Remp (Şotlandiya) Azərbaycana 
gəlmiş, vaxtı ilə 70-ci illərin axırı 80-ci illərin  əvvəllərində 
kəşf olumuş «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının 
işlənməsi üzrə danışıqlar aparmışdı. 1991-ci ilin yanvarında isə 
SSRİ Nazirlər Soveti Azərbaycan SSR-in Nazirlər Soveti ilə 
birlikdə  həmin yataqların işlənməsi üzrə  Qərbin iri transmilli 
neft  şirkətləri arasında tender aparılması barədə  qərar qəbul 
etmişdi. 
1991-ci ilin iyun ayında ABŞ-ın «AMOKO» və 
«YUNOKAL» Böyük Britaniyanın «Bipi» şirkətləri arasında 
xüsusi komisiyanın rəhbərliyi və  nəzarəti altında tender 
keçirildi və iyun ayında müqavilə  şərtləri daha əlverişli olan 
(50%+50%) «AMOKO» şirkəti tenderin qalibi elan olundu. 
Tenderin nəticələri bəlli olduqdan sonra respublika 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə