Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

 
 
107
hökümətinin qərarı ilə ehtiyatları 1,75 milyard barrel 
qiymətləndirilən «Azəri» yatağının istismarı üzrə layihəyə 
digər  şərtlər də  əlavə olundu və «AMOKO» şirkətinin 
rəhbərliyi ilə «JUNOKAL», «Bipi-Statoyl» alyansı, 
«MAKDERMOT» və «RAMKO» şirkətlərinin iştirakı ilə ilk 
neft konsorsiumu yarandı. 
1991-ci ilin payızında, artıq müstəqilliyini elan etmış 
Azərbaycan Respublikası höküməti qərar qəbul edərək hələ 
Sovetlər dövründə keçirilən tenderin qalibi olan «AMOKO» 
şirkəti ilə müştərək neft müəssisəsinin yaradılması üzrə 
təkliflər işləyib irəli sürdü. «AMOKO» şirkəti ilə aparılmış 
danışıqların nəticələrinə görə «AMOKO» nun payı 12-15%, 
ARDNŞ-in payı 85-88% olur, geoloji kəşfiyyatda 
Azərbaycanın tarixi məsrəfləri nəzərə alınır və  və 
Azərbaycanın qoymalı olduğu 1,5-1,7 milyard dollarlıq 
sərmayədən azad olunurdu. «AMOKO» şikəti isə Azərbaycan 
iqtisadiyyatına 650 milyon dollarlıq vəsait qoymasının 
öhdəsinə götürürdü. Müştərək müəssisə yaradıldıqdan sonra 
«AMOKO» müqavilənin layihəsini və texniki iqtisadi 
əsaslarını hazırlamalı idi. 1992-ci il sentyabr 7-də «BiPi» - 
«Statoyl» alyansı ilə «Çıraq» və  «Şahdəniz», 1992-ci il okty-
abrın 1-də isə «PENNZOYL-RAMKO» alyansı ilə «Günəşli» 
neft yataqlarının birgə işlənməsinə dair saziş imzalandı. 1993-
cü il mayyın 6-da isə ARDNŞ  və konsorsium arasında 
yataqların işlənilməsinin vahid proqramı haqqında memoran-
dum imzalandı  və bununla bağlı 1993-cü il iyunun 4-də 
ARDNŞ-in Direktorlar Şurasının iclasında iki işçi qrupu: 
1.
 
ARDNŞ-in mütəxəssislərindən və  qəragah mənzili 
Londonda olan «Morqan Qrinfil» bankı, «Rene end 
Qamp» hüquq firması məsələhətçilərindən ibarət qrup; 
2.
 
Konsorsiumun üzvü olan şirkətlərin 
mütəxəssislərindən ibarət qrup. Sonuncu qrupun işi 
1993-cü il iyun 10-dan iyulun əvvəlinədək ABŞ-ın 
Hyuston şəhərində davam etmişdi. 


 
 
108
Lakin 1993-cü ilin ayında respublikamızda cərəyan edən 
hərbi-siyasi böhran müqavilənin  şərtlərini həyata keçirmək 
üçün Londonda sentyabr ayında nəzərdə tutulmuş danışıqların 
baş tutmasına səbəb oldu. Həmin vaxt Azərbaycan Respub-
likası Prezidenti səlahiyyətlərini həyata keçirən H.Əliyev 
hazırlanmaqda olan müqavilə layihəsində müəyyən nüqsanlar 
olduğunu bəyan edərək xarici neft şirkətləri ilə danışıqların 
dərhal dayandırılması barədə  qərar qəbul etdi. 1994-cü il 
fevralın 4-də prezident H.Əliyev «Azərbaycan Respublikasında 
dəniz, neft və qaz yataqlarının işlənməsini sürətləndirilməsi 
haqqında» qərar verdi. Həmin qərarda xarici neft şirkətləri ilə 
aparılan danışıqlarda ARDNŞ-in təkliflərinin bəyənilməsi 
ARDNŞ-ə müqavilələrin hazırlanması  və bağlanması 
səlahiyyətlərinin verilməsi və iki həftə  ərzində «Günəşli» 
yatağında neft hasilatının sabitləşdirilməsi proqramının hazır-
lanıb Respublika Prezidentinə  təqdim edilməsi göstərilirdi. 
1994-cü il iyunun 21-də ARDNŞ-in danışıqlar aparan həyəti 
Qərb neft şirkətləri konsorsiumunun dəvəti ilə Hyuston 
şəhərinə getdilər və 45 kün layihənin hazırlanması üzərində 
işlədirlər. Bu layihə ilə tanış olduqdan sonra prezident 
H.Əliyev 1994-cü il sentyabrın 14-də «Xəzərin Azərbaycan 
sektorunda neft yataqlarının birgə  işlənməsi haqqında xarici 
neft  şirkətləri konsorsiumu ilə danışıqların yekunları 
barəsində» fərman imzaladı. Fərmanda hazırlanmış sazışın 
layihəsi bəyənilməklə «AMOKO Kaspian Si Petroleum İQD», 
«BiPi Eksploreşn (Kaspian Si)  İQD», «DEN NORSKE Stas 
Olyesslskap A.S.», «Lukoyl», «RAMKO», «Xəzər enerji 
İQD», «Türkiyyə petrolları A.O.», «YUNOKAL Xəzər  İQD» 
şirkətləri ilə saziş imzalanmasına göstəriş verilirdi. 
1994-cü ilin sentyabrın 20-də Azərbaycanla Amerikanın 
«AMOKO», «Yunikal», «Pennzoyl», «Makdermon», Böyük 
Britaniyanın «Britiş Petroleum» və «Remko», Norveçin «Sta-
toyl», Rusiyanın «LUKoyl», Türkiyənin «Türk Petrolları», 
Səudiyyə Ərəbistanının «Delta» şirkətlərinin yaratdığı konsor-


 
 
109
sium arasında tarixə  «Əsrin müqaviləsi» kimi daxil olan neft 
müqaviləsi imzalandı. Sonradan müqaviləyə Yaponiyanın 
«İqoçu», Amerikanın «Eksson» və «Amerada Hess» şirkətləri 
də qoşuldular. 
«Əsrin müqaviləsi» nin əhatə etdiyi «Azəri», «Çıraq», 
«Günəşli» sahəsində ilkin neft ehtiyatları 511 milyon ton 
səviyyəsində qiymətləndirilirdi. Qazma nəticəsində müəyyən 
olundu ki, neft ehyiyatları 640 milyon ton, səmt qazı ehtiyatları 
100, milyard kubmetr, sərbəst təbii qaz ehtiyatları isə 100-150 
milyard kubmetrdir. Ehtimal olunan sərmayə 10 milyard dollar 
həcmində nəzərdə tutulurdu. 
«Əsrin müqaviləsi»ni həyata keçirmək üçün Azərbaycan 
Beynəxalq Əməliyyat Şirkəti yaradıldı. Azərbaycan parlamenti 
tərəfindən təsdiq edildikdən və Azərbaycan Respublikasının 
Prezidenti müvafiq fərman imzaladıqdan sonra müqavilə 
Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. 
Neft müqaviləlarının imzalanması  təkcə Azərbaycanın 
deyil, həm də regionun başqa dövlətlərinin tarixində dönüş 
mərhələsi olmüş, onların səmərəli və qarşılıqlı faydalı 
əməkdaşlığının təməlini qoymuş, Böyük İpək Yolu ideyasının 
dirçəltmiş, eyni zamanda gələcək sülhün, sabitliyin 
təminatçısına çevrilmişdir. «Əsrin müqaviləsi» sayəsində 
Azərbaycan Xəzər dənizinin dərinliklərində yerləşən nəhəng 
enrji potensialını Avropa və Asiya arasında siyasi və ticarət 
əlaqələrinin möhkəmləndirilməsində, Qafaqaz nəqliyyat 
dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və Böyük İpək 
yolu kimi nəhəng layihələrin gerçəkləşməsində  Xəzəryanı  və 
Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə 
çevrilmişdir. 
«Əsrin müqaviləsi» nin reallaşması sayəsində 
Azərbaycan neftinin ixrac boru kəmərləri vasitəsilə dünya 
bazarlarına çıxarılması  təmin ediləcək, beynəxalq maliyyə 
təsisatlarında respublikamızın kredit daha yüksək və etibarlı 
qəbul ediləcək, respublika iqtisadiyyatının digər sahələrinə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə