Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

 
 
131
2.
 
neftin suda və ya quruda çıxarılmasından asılı olaraq 
diferensial metod (məsələn, Nigeriyada); 
3.
 
dənizin dərinliyindən və ya sahildən uzaqlıqdan asılı 
olaraq deferensial metod (məsələn, Qambiyada, 
Qayanada, Qabonda, Seyşel adaları və Tailandda); 
4.
 
xam neft və  təbii qaz üçün müxtəlif  şkala, bu zaman 
qaz üçün royalti nisbətən aşağı müəyyən edilir. Bu 
sistem demək olar ki, bütün ölkələrdə tətbiq edilir; 
5.
 
xam neftin keyfiyyyətindən (sıxlığından) asılı olaraq 
diferensial metod, məsələn, Qayana və Qvetemalada 
tətbiq edilir. 
Royaltini həcminin sürüşkən şkala ilə müəyyən edilməsi 
bir sıra üstünlüklər də yarada bilər. Bu yanaşma inkişaf 
xarakterrinə malik olduğuna və sonrakı mərhələdə royaltinin də 
artmasına səbəb olduğuna görə, neft hasilatının optimal 
səviyyədəsaxlamağa stimulu zəiflədə bilər. Bundan başqa, o da 
doğru deyil ki, iri mədənlər həmişə  xırda mədənlərdən daha 
mənfəətli olur və buna görə  də burada royaltini daha çox 
artırmaq olar. Buna görə  də  bəzi ölkələrin qanunvericiliyində 
hökümətə royaltinin həcmini müəyyən edərkən istisnalar etmək 
hüququ (məsələn,  İngiltərə  və Niderlandda), yaxud hər bir 
konkret hal üçün müvafiq çirkətlə razılaşmaq imkanı (məsələn, 
Banqladeşdə) nəzərdə tutulur. 
1985-ci ildə dünya bazrında neftin qiymətinin düşməsüi 
ilə əlaqədar, neftlə bağlı bir sıra digər maliyyə məsələlərində, o 
cümlədən lisenziya ödənişlərində  də  dəyişikliklər edilmiş, 
lisenziya ödənişləri dərəcələri aşağı salınmış, yaxud onların 
strukturu dəyişdirilmişdir.  İngiltərə  və Norveç yeni mədənlər 
üçün lisenziya ödənişlərini ləğv etmiş, Nigeriya sahildən 
uzaqlığa görə  dərəcəni aşağı salmış, Çin aşağı  və yuxarı neft 
hasilatı həcmi üçün «pilləli» şkala tətbiq etməyə başlamışdır. 
Yataqların işlənməsi hüququna görə haqq-ölkəyə 
ödənilən  ənənəvi haqq sayılır. Müvafiq neft sektoru üçün bu 


 
 
132
haqq adətən quyuların mənsəbinin dəyərindən faizlə ayırma 
kimi tutulur. Burada gəlirlər hasilatdan əvvəl alındığına, vergi 
inzibatşılığı daha sadə olduğuna və  həm də  gəlirlər  əvvəldən 
məlum olduğuna görə bu fiskal mexanizminə üstünlük verilir. 
Lakin bu haqq bilavasitə diferensial rentaya əsaslanmadığına, 
kapital qoyuluşları  və hasilat xərclərinə ayırmalara güzəştlər 
nəzərdə tutmadığna və kapital üçün zəruri gəlirləri nəzərə 
almadığına görə müəyyən nöqsanlara da malikdir. Həm də 
yataqların işlənməsi hüququqna haqqın bərabər həcmi 
rentabelliyi müəyyən edən amillərə o qədər də  həssas olmur. 
Buna görə  də neftin qiyməti  əhəmiyyətli dərəcədə qalxdıqda, 
yaxud neftin çıxarılmasına xərclər çox aşağı olduğda hökümət 
yaranmış diferensial rentadan müvafiq payını ala bilmir. 
Yaxud, əksinə, neftin qiyməti xeyli aşağı düşdükdə və xərclər 
də çox artdıqda cəzbedici yataqlar belə yüksək haqq 
müqabilində qeyri-rentabelli ola bilər və yatağı müaavilə ilə 
icarəyə götürən şirkət vaxtından əvvəl neftçıxarma işlərindən əl 
çəkə bilər. 
Son illərdə yataqların işlənmə hüququndan haqq 
tutulması sahəsində daha mükəmməl mexanizmlər tətbiq 
edilməkdədir. Bir sıra ölkələrdə bu haqq sürüşkən  şkala ilə 
tutulur, yəni haqqın həcmi hasilatdan asılı olaraq artırılır. 
Kanadada yataqların işlənmə hüququna görə haqq 
quyuların məhsuldarlığına, neftin mövcud qiymətinə  və 
mədənin işlənmə vaxtına görə müəyyənləşdirilir. Bu sistem 
kifayət qədər mürəkkəb olmaqla, onun hesablanmasına xeyli 
inzibati xərclər, ixtisaslı işçilər tətl edir. 
Bütün bu deyilənlər onu göstərir ki, fiskal mexanizmlər 
dövlətə müəyyən gəlir daxil olmasının təmin etməklə məhdud 
sürətdə  tətbiq edilməlidir. Çünki bu mexanimzlər diferensial 
rentaya az aidiyyatı olduğuna görə diferensial renta əldə 
edilməsi üçün əsas sayıla bilməz. 
Neft  şirkətləri üçün yataqların işlənmə hüququna görə 
haqqla yanaşı, mənfəətdən vergi və  tətbiq edilir. Mənfəətə 


 
 
133
vergiqoyma ilə bağlı fiskal sistemi daha çox neftin 
işlənməsindən diferensial renta əldə etməyə yararlıdır. Bu, ən 
çox yayılmış sistemdir. Lakin neftin qiyməti qalxıb-endiyi 
şəraitdə  və  işlənmə  xərclərinin geniş variantlarında mənfəətə 
vergiqoyma ilə bağlı fiskal mexanizmlərdən istifadə etmək də 
məqsədəuyğundur. Ondan istifadə edərkən xərclərin ödəmə 
tempi verginin nominal ölçüsü qədər  əhəmiyyətli ola bilər. 
Mənfəətdən vergi onlar istismar vaxtı  dəyişməyə az məruz 
qalır. Bu o deməkdir ki, kapital qoyuluşları üçün şərait daha 
cəzbedici olur. 
Mənfəətdən vergilərin xərclərə aid edilə bilməsi onu 
yataqların işlənmə hüququna görə haqqdan daha əlverişli edir. 
Lakin gəlirlərə  və kapital qoyuluşlarına güzəştlər dəqiq 
olmadığna görə kapital qoyuluşları  xərclərinin ödənmə sürəti 
nominal qiymətləndirmənin və yol verilən amortizasiya 
dərəcisinin tərkib hissəsi olan vacibdir. Neft sektorunun 
investorları pulun müvəqqəti dəyərinə  əsaslanan kapital 
qoyuluşlarının qiymətləndirilmə texnikasından istifadə 
etdiklərindən, bu yanaşma səmərəli tarif baxımından da məqbul 
bilər. 
Qiymətləndirmə praktikasında yataqların işlənməsinə 
güzəştlər birinci il üçün xüsusi uğursuz nəticələr olduğda, 
100% təşkil edir. Bəzən işlənmənin uğurlu nəticəsi bir neçə 
ildən sonra özünü göstərir. 
Mənfəətdən vergilər adətən eyni normada müəyyən 
edildiyindən hər hansı  mədənin rentabelliyinin dəyişməsinə o 
qədər də həssas olmur. Təbii ki, bu mexanizmə də diferensial 
renta əldə etmək üçün əsas alət kimi baxmaq olmaz. Buna görə 
də bəzi ölkələrdə yatağın işlənməsi və neft hasilatı bir-birindən 
ayrılır və bu prosseslərin hər birinə ayrılıqda mənfəətdən 
vergilər müəyyənləşdirilir. Bunun nəticəsində dövlətə daxil 
olan vergi gəlirlərinin hasilatdan asılılığı aradan qalxır. 
Yatağın işlənmə hüququqna görə haqqın və  mənffətdən 
vergilərin tətbiqindəki məhdudiyyətlər və nöqsanlar bəzi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə