Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

 
 
155
üçün çıxımlar kimi baxmır və göstərilən halda müva-
fiq şəkildə təshih edilməlidir); 
 
əldə edilmiş, podratçı  tərəfin tam sərancamında ol-
mayan və  həmin podratçı  tərəfin varidatını artırma-
yan məbləğlər; 
 
mənfəət vergisi tutulan gəlirlər. 
Təshih edilmiş  mənfəət vergisi uyğun olaraq təqvim ili 
üçün podratçı tərəfin mənfəətindən ARDNŞ-in həmin podratçı 
tərəf adından ödədiyi mənfəət vergisi öhdəliyinin ümumi 
məbləğinə bərabər məbləğ kimi müəyyən edilir və bu məbləğ 
podratçı tərəfin vergi qoyulan mənfəətinə daxil edilir və sazişin 
ayrıca  əlavəsində verilən kimi hesablanaraq, ondan mənfəət 
vergisi tutulur. 
Təqvim ili ərzində podratçı  tərəfin vergi qoyulan 
mənfəətinin və ya vergi qoyulan zərərinin məbləğini müəyyən 
etmək məqsədilə  çıxımlara karbohidrogen fəaliyyəti ilə 
əlaqədar olaraq podratçının Azərbaycan Respublikasında və ya 
başqa yerlərdə  çəkdiyi bütün xərclər, o cümlədən yalnız 
bunlarla məhdudlaşdırılmayan, aşağıdakılar daxildir: 
 
podratçı  tərəfin  əməkdaşlarına və onların ailələrinə 
mənzil, yemək verilməsi, kommunal xidmət 
göstərilməsi, uşaqların təhsil almaları ilə bağlı bütün 
xərclərin, habelə yaşadıqları ölkədən gəlmələri və 
geriyə qayıtmaları üçün çəkilən yol xərclərinin 
ödənilməsi ilə birlikdə bütün əməkdaşlara verdiyi 
əmək haqqlarının tam məbləğləri və digər məbləğlər; 
 
Azərbaycan Respublikasında dövlət sosial sığortasına 
çəkilən bütn xərclər, o cümlədən, təkcə bunlarla 
məhdudlaşdırılmayan-məşğulluq fonduna, sosial sı-
ğorta fonduna, tibbi sığorta fonduna ayırmalar və  və 
podratçı 
tərəfin Azərbaycan Respublikasının 
vətəndaşları olan işçiləri üçün bütün digər sosial 
ödənişlər; 
 
kəşfiyyat və qiymətləndirmə  işlərinə  çəkilən bütün 


 
 
156
məsrəflər; 
 
quyuların qazılması ilə bağlı bütün məsrəflər; 
 
sıtaş məntəqəsinədək nəqletmə və realizə üçün çəkilən 
bütün məsrəflər, o cümlədən, təkcə bununla 
məhdudlaşdırılmayan boru kəməri tarifləri, komisyon 
və broker haqları; 
 
Bir ildən artıq (əgər varsa) müddətə bağlanmış icarə 
müqavilələri  əsasında müqavilənin qüvvədə olduğu 
illərin sayına mütənasib olaraq çıxılan ödənişlərlə cari 
icarə ili üçün icarə müqavilələri üzrə bütün ödənişlər; 
 
sığorta üzrə bütün xərclər; 
 
işçilərin peşə hazırlığına çəkilən bütün xərclər; 
 
hər podratçı    tərəfin ofislərinin və ya təsərrüfat 
fəaliyyət göstərdiyi başqa yerlərin fəaliyyəti ilə bağlı 
çəkdiyi bütün xərclər, o cümlədən idarə  xərcləri, 
tədqiqatlara və elmi araşdırmalara çəkilən xərclər və 
ümumi inzibati xərclər; 
 
əsas fondlar olmayan hər hansı avadanlıq və  əmlak 
vahidinə çəkilən xərclər; 
 
neft-qaz 
əməliyyatlarının həyata keçirilməsi 
nəticəsində  əmələ  gəlmiş  hər hansı borca və bu bor-
cların hər hansı  təkrar maliyyələşdirilməsinə görə 
ödənilən faizlərin, haqların və  əlavələrin göstərilənlər 
istisna olmaqla bütün məbləğləri: 
1) ortaq şirkətin borcu olduqda bu cür 
vəziyyətlərdə müstəqil tərəflərin razılaşdıra 
biləcəkləri faiz dərəcəsindən artıq faizlər; 
2) borcun qaytarılmasının gecikdirilməsi 
üzündən ödənilməli olan faizlər. 
 
podratçının ortaq şirkətləri tərəfindən Azərbaycan Re-
spublikasının hüdudlarından kənarda göstərilən və 
karbohidrogen fəaliyyətinə dolayısı ilə fayda verən in-
zibati xidmətlərə ümumi məsrəflərin ödənilməsi üçün 
ayrılan hissə. Bu xidmətlərə inzibati, ictimaiyyət və 


 
 
157
hökumətlə əlaqədar və kadr məsələləri ilə məşğul olan 
işçilərə xidmətlər və ekspertizalar təmin edilməsi 
mümkün olmayan digər qeyri-texniki funksiyalar dax-
ildir. Bu sazişə görə təqvim ilində həmin xərclərin hər 
podratçı  tərəf üçün ayrılan hissəsi aşağıdakı düsturla 
müəyyən edilən həcmə bərabərdir: 
 
a= v/s x d 
 
Burada: a 
təqvim ilində podratçı tərəf üçün ayrılan 
hissə; 
v təqvim ilinin axırı üçün podratçı  tərəfin iştirak 
payının faizi; 
s təqvim ilinin axırı üçün podratçı  tərəfin iştirak 
payının faizlərinin cəmi; 
d təqvim ilində podratçı tərəflərin əlaə ümumi və 
inzibati xərclərinin cəmi. 
 
Təqvim ilində podratçı tərəflərin əlavə ümumi və inzibati 
xərclərinin cəmi aşağıdakı düsturla müəyyən edilən məbləğə 
bərabərdir: 
 
d=W+X+Y+Z 
 
Burada:  d  
təqvim ilində podratçı  tərəflərin  əlavə 
ümuminzibati xərclərinin cəmi; 
W 
təqvim ilində podratçı  tərəflərin  əsaslı 
məsrəfləri 15 milyon dollara qədər olarsa, 5 faizi; 
X 
təqvim ilində podratçı  tərəflərin  əsaslı 
məsrəfləri 15 milyon dollardan 30 milyon dollara qədər 
olarsa, məbləğin 2 faizi; 
U 
təqvim ilində podratçı  tərəflərin  əsaslı 
məsrəfləri 30 milyon dollardan çox olarsa, məbləğin 1 
faizi; 


 
 
158
Z 
təqvim ilində podratçı 
tərəflərin 
əməliyyat məsrəfləri məbləğinin 1,5 faizi; 
 
 
ləğvetmə işləri fonduna bütün ödəmələr; 
 
tələf edilməsi və ya zərər vurulması nəticəsində ma-
terial və ya əmlak itkiləri; təqvim ili ərzində  ləğv 
edilən və ya imtina olunan əmlak, ümidsiz borclar 
və itkilərə görə üçüncü tərəflərə kompensasiya he-
sabına ödənilməsi; 
 
bütün digər itkilər, o cümlədən valyuta 
mübadiləsindən dəyən itkilər və ya karbohidrogen 
fəaliyyəti ilə bilavasitə bağlı olan rüsumlar; 
 
karbohidrogen fəaliyyətini həyata keçirərkən po-
dratçı tərəfin çəkdiyi bütün digər məsrəflər; 
 
akrhesabı ödənişlərlə bağlı məbləğlər; 
 
karbohidrogen fəaliyyəti ilə  əlaqədar olaraq torpaq 
sahəsinin alınması və ya onlardan istifadə edilməsi 
üçün çəkilən bütün əlaqədar xərclər; 
 
podratçı  tərəfin iştirak payından irəli gələn 
öhdəliklər və onlarla bağlı  xərclərdən başqa po-
dratçı  tərəfin mühasibat kitablarına və hesablarına 
salınan bütün öhdəliklər və onlarla bağlı xərclər; 
 
mənfəət vergisinin tutulmasında aşağıdakı üsulla 
hesablanan amortizasiya ayırmaları: 
1) bonus ödənişləri, inzibati binalar, anbarlar və 
qurğular daxil edilməmiş əsas fondlar-təqvim ili 
binalar, anbarlar və qurğular üçün qalıq 
dəyərinin 25 faizi; 
2) bonus ödənişləri-təqvim ili üçün ilkin dəyərin 
10 faizi; 
3) inzibati binalara, anbarlar və qurğular-təqvim 
ili üçün ilkin dəyərin 2,5 faizi. 
Burada qeyd edilir ki, əsas fondlara  məsrəflər üzrə amor-
tizasiya məbləği  əsas fondların dəyərinə görə hesablanır və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə