Microsoft Word Mexanizm III. Doc


Xarici subpodratçılara vergi qoyulması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
165
 
Xarici subpodratçılara vergi qoyulması.  İşlənmə  və 
hasilat  dövrünün başlandığı gündən sonrakı 30 gündən sonra 
başlayan təqvim ayının birinci günündən sonra və ya belə bir 
gün təqvim ilinin oktyabrın 1-dən sonra, lakin dekabr ayının 1-
dən  əvvəl baş verərsə, sonrakı  təqvim ilinin yanvar ayının 1-
dək bütün xarici subpodratçılara vergi qoyulur. 
Xarici subpodratçılar karbohidrogen fəaliyyəti ilə bağlı 
Azərbaycanda görülən işlər və ya göstərilən xidmətlər üçün 
aldıqları ödəniş  məbləğlərinin 25 faizi qədər vergi qoyulan 
mənfəət  əldə edirlər və  həmin mənfəətə onun 32 faizi 
həcmində vergi qoyulur ki, bu vergi də ümumən həmin 
məbləğin 8 faizini təşkil edir. Belə ödəniş  məbləğlərini verən 
hər hansı şəxs həmin ödənişlərdən 8 faiz həcmində vergi tutur 
və tutulan vergiləri ödənişlər edildiyi təqvim ayının sonundan 
başlayaraq 30 gün müddətində dövlət büdcəsinə keçirir. 
Nəzərdə tutulan müəyyən müddətlər istisna olmaqla, bu 
vergilər həmin subprodratçıların vergi məsuliyyətini, habelə 
onun bəyannamə təqdim etmək və bütün belə vergiləri ödəmək 
öhdəliklərini tamamilə əhatə edir. 
Hər bir xarici subpodratçı bu sazişlə qeyd edildiyi kimi, 
tətbiq edilən Azərbaycan qanunlarına uyğun olaraq bütün vergi 
bəyannamələrini, hesabatları  və maliyyə hesablarını  (şəxsi 
gəlirdən tutulan Azərbaycan gəlir vergisi haqqında hesabatlar, 
gömrük sənədləri üçün ödənilən pulların qəbzlərini, ictimai 
fondlara göstərilən yardımların qəbzlərini və xarici subpo-
dratçılara verilən ödənişlərdən tutulan vergilərə dair  hesabat-
ları əhatə edən, lakin təkcə bunlarla məhdudlaşmayan) təqdim 
etməlidir. 
Hər hansı subpodratçının hər hansı vergi bəyannaməsini, 
hesabatını  və maliyyə hesablamasını  təqdim etməməsi, vergi 
tutan tərəfə qarşı  hər hansı faiz ödənilməsi, cərimə, yaxud, 
digər cəza növləri tətbiq etməklə nəticələnməməlidir. 
Hər bir podratçı  tərəf və  əməliyyat  şirkəti öz subpo-


 
 
166
dratçılarının hər hansı vergiləri tutmadıqları  və ödəmədikləri 
üçün, göstərilən subpodratçıların Azərbaycan Respublikası 
qanunlarını  hər hansı  şəkildə yerinə yetirmədikləri üçün 
məsuliyyət daşımır və ya bu barədə öhdəlik götürmür. Sazişdə 
göstərilənlərdən savayı xarici subpodratçılardan ödənişlərlə 
əlaqədar vergi tutulmur. 
Ya işlənmə  və hasilat dövrünün başlandığı gündən son-
rakı 30 gündən sonra başlayan təqvim ayının birinci günündən 
sonra və ya belə bir gün təqvim ilinin oktyabr ayının 1-dən 
sonra, lakin dekabr ayının 1-dən  əvvəl baş verərsə, sonrakı 
təqvim ilinin yanvar ayının 1-dək xarici subpodratçılardan 24 
dekabr 1996-cı il tarixli və bu sazih imzalanan tarixdə qüvvədə 
olan «Hüquqi şəxslərin mənfəətinə və müəyyən tip gəlirlərinə 
vergi qoyulması barədə Azərbaycan Respublikasının 
Qanununa» müvafiq olaran hesablanmış  mənfəət vergisi tutu-
lur. Belə vergi xarici subpodratçıların vergi tutulmasına  əməl 
etməsini, sənədlərin hazırlanması ilə bağlı daşıdığı öhdəlikləri 
və bütün vergi mükəlləfiyyətlərini tamamilə  əhatə edir. Lakin 
müqavilələrin müəyyən edilmiş müddəti 6 aydan az olan və ya 
Azərbaycan Respublikasında iş  və xidmətlərinə görə aldıqları 
ödənişlərin məcmusu 100 min dollarda az olan xarici subpo-
dratçılardan yuxarıda göstərilmiş  şərtlərinə müvafiq olaraq 
vergi tutulur. 
Yuxarıda göstərilənlərə baxmayaraq, əgər belə xarici 
subpodratçı üçün bu sazişdə göstərilmiş vergi tutulması sanksi-
yasından daha əlverişli  şərait yaradarsa, onlar ikiqat vergi 
haqqında müqavilənin müddəalarına 
əməl etmək 
səlahiyyətlərinə malikdirlər. 
Nə  əməliyyatçı, nə  də podratçı  tərəf vergi tutulması ilə 
bağlı  hər hansı bir subpodratçının öhdəliklərini yerinə 
yetirməməsi üçün məsuliyyət daşımır. Xarici subpodratçılardan 
Azərbaycan Respublikası ərazisindən kənarda həyata keçirilən 
neft-qaz əməliyyatları ilə bağlı vergi tutulmur. 
Xariсi subyektlərə ödənişlərdən vergi tutulması. 


 
 
167
Sazişdə  nəzərdə tutulanlar istisna olmaqla, podratçı  tərəfin və 
ya  əməliyyat  şirkətinin Azərbaycan Respublikası hüdudların-
dan kənarda təşkil olunmuş  hər hansı subyektə verdiyi 
ödənişlərə vergi qoyulmur və ya onlardan vergi tutulmur. 
Bununla bərabər, aşağıdaılardan 8 faizə  qədər vergi tutula 
bilər: 
 
-podratçı  tərəfin karbohidrogen fəaliyyəti ilə bağlı 
Azərbaycan Respublikası hüdudlarından kənarda 
yerləşən bir xarici bankdan, yaxud dolayı yolla başqa 
bir maliyyə  təşkilatından götürülən pul borcu ilə 
əlaqədar olara birbaşa podratçı tərəfə ödədiyi faizdən və 
belə vergitutma ölkənin hüdudlarından kənarda 
yerləşən belə subyektin vergi məsuliyyətini, habelə 
onun bəyannamə  tətbiq etmək və bütün belə vergiləri 
ödəmək öhdəliklərini tamamilə əhatə edir; 
 
-karbohidrogen fəaliyyətində Azərbaycan Respublikas-
ınnı sakini olmyan müəlliflərin  əsərlərindən, ixtira-
larından və digər qeyri-maddi mülkiyyətlərindən 
istifadə üçün (belə  əsərlər, ixtiralar və intellektual 
mükiyyətlərə 
əlaqəsi olan və karbohidrogen 
fəaliyyətində istifadə edilən mallar, avadanlıqlar və 
məhsullar istisna olmaqla) podratçı  tərəfin ödədiyi 
müəllif haqlarından; 
 
-ölkənin hüdudlarında kənarda yerləşən hər hansı sub-
yekt sazişin müvafiq bəndlərinə uyğun olaraq hər hansı 
vergi bəyannaməsini, hesabatını və maliyyə hesablama-
sını təqdim etməməsi, vergitutan tərəfə qarşı hər hansı 
faiz ödənilməsi, cərimə, yaxud digər cəza növləri tətbiq 
etməklə nəticələnməməlidir. 
Yuxarıda göstərilənlərə baxmayaraq, Azərbaycan Re-
spublikasından kənarda təşkil olunmuş  təşkilatlar tətbiq edilə 
bilən ikiqat vergi haqqında müqavilənin müddəaları ilə və əgər 
belə müqavilə yoxdursa, 1 noyabr 1997-ci ildə yenidə işlənilən 
«IƏIT» (OESD) modelli gəlir və kapital üzrə vergi konvensi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə