Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
178
qatlarda yerləşir. Mütəxəssis rəyincə bu ehtiyatlar ən azı 60-80 
ilə kifayət etməlidir. 
Geoloji məlumatlara  əsasən respublika ərazisinin  ən azı 
15%-i neft-qaz yataqların mövcudluğu baxımdan hələ tam 
öyrənilməmşdir. Bu ərazilərdə  də xeyli ehtiyatların olması 
güman edilir. Bununla belə, hələ  də neft ehtiyatlarının 40-45, 
qaz resurslarının 80%-i kəşf edilməmiş qalır. Kəşf edilmiş 
neftin 24%-i, təbii qazın isə 15%-i qurunun payına düşür. Son 
vaxtlar aşkarlanan neft-qaz ehtiyatları 5000-7000 metr 
dərinlikdədir. Respublikamıza məxsus karbohidrogen 
yataqlarının ümumi sahəsi təxminən 64,5 min kvadrat 
kilomaetr quru və su ərazisini əhatə edir. 
1999-cu ARDNŞ  xətti ilə 13,8 milyon ton neft hasil 
edilmişdir. Bunun 4,8 milyon tonu «Azəri-Çıraq-Günəşli» 
yatağından çıxarılmışdır. 
Neft-qazçıxarma sənayesində 1990-cı ilin əvvəlindən 
start götürən islahatlar prosesi köklü dəyişikliklərə  məruz 
qalacaq yeni mərhələyə  qədəm qoyur. Burada aparılacıq 
islahatlar neft-qaz hasilatının səmərəliliyinin və rentabelliyini 
artmasına; sahəyə serviç xidmətinin yaxşılaşdırılmasına; yeni 
standartlara cavab verəcək iş yerlərinin açılmasına və kadr 
hazırlığının gücləndirilməsinə; konssesiya və lisensiya 
sisteminə, səhmləşmə  və özəlləşdirmə strategiyasına keçidin 
tam formalaşmasına istehsalın yenidən strukturlaşdırılması  və 
diversifikasiyasına; elmi-texniki nailiyyətlərin müntəzəm və 
geniş  tətbiqinə; investisiya mühitinin yaxşılaşdırlımasına və 
maliyyə dayanaqlığının qorunmasına; inteqrasiya proseslərinin 
və  rəqabətin genişlənməsinə; işçilərin sosial təminat 
məsələlərinin yaxşılaşdırılmasına; neft-qaz sənayesində ayrı-
ayrı  təsərrüfat subyektlərinin manevr və  dəyişilmə 
qabiliyyətinin artırılmasına; iqtisadi mexanizmlərlə 
tənzimlənən idarəetmə 
şəbəkəsinin yaradılması ilə 
nəticələnməlidir. Hazırda bu sahədə struktur dəyişiklikləri 
dərinləşməkdə  və genişlənməkdədir. Burada yeni bazar 


 
 
179
infrastrukturunun, azad rəqabət mühitinin formalaşdırılması, 
səmərəli müqavilə  şəbəkəsinin genişləndirilməsi, neft-qaz 
kompleksinin ayrı-ayrı sahələri üzrə müvafiq istehsal xərcləri 
standartlarının işlənməsi, vergiqoyma prosedurlarının 
təkmilləşdirilməsi daha əhəmiyyətli sayılsa da, müasir maliyyə 
mexanizmlərindən istifadə, menecment və digər yeni iqtisadi 
tədbirlər və metodların şəbəkəsinin genişləndirilməsinin rolunu 
da azaltmaq yolverilməzdir. Eyni zamanda, islahatların 
dərinləşməsi və  təkmillləşdirilməsində hüquqi bazanın 
yeniləşməsi və genişlənməsi də mühüm şərtlərdəndir. Aparılan 
təhlil və müşahidələr bir daha əsas verir ki, islahatlar 
prosesində  işin təşkilatı-idarəetmə aspektlərinə  də diqqət 
artırılmalıdır. 
Neft-qazçıxarma sənayesində iqtisadi islahatların 
strategiyasında mühüm istiqamətlərindən biri də əməyin təşkili, 
məşğulluqla bağlı problemlərdir. Belə ki, milli neft sektoru 
izafi işçi kütləsi ilə boş olan sahələrdir. Təbii ki, sahənin 
xüsusiyyətləri  əməyin mühafizəsi və texniki təhlükəsizlik 
tədbirlərin, iş  şəraitinin yaxşılaşdırılması, erqonomika 
məsələlərinin də gücləndirilməsini tələb edir. 
Neftçıxarma sənayesində iqtisadi yüksəlişin təmin 
edilməsi 
əhəmiyyətli dərəcədə aparılan amortizasiya 
siyasətindən asılıdır. Yüksək fond tutumu ilə seçilən 
neftçıxarma kompleksində yeni texniki və texnologiyanın 
mənimsənilməsinə 
tələbat məhz sürətləndirilmiş 
amortizasiyanın tətbiqini zərürətə çevirir. Sürətləndirilmiş 
amortazasiya prosesində kombinasiyalı  və ya reqrissiv şkala 
metodu daha cəlbedici görünür. Bu metod amortazasiya 
ayırmaları  şkalası ilə hasilatın dinamikası arasında  əlaqəni 
göstərərək, yataqların işlənməsinin sonrakı mərhələsində daxil 
olmuş  əsas istehsal fondlarının tam amortazasiya olunmasını 
maya dəyərində əks etdirir. 
Aparılan amortazasiya strategiyası  təkcə köhnə 
yataqlarda səmərəliliyi yüksəltməklə kifayətlənməməli, həm də 


 
 
180
yeni açılan yataqlarda eyni qüvvə ilə texnoloji yüksəlişi təmin 
etməlidir. Bütün bunlar nəzərə alınaraq, neft-qaz sənayesini 
əhatə edən amortazasiya strategiyasının hüquqi bazası 
yaradılması, onun müasir dünya standartlarına çatdırılması 
üçün  əməli tədbirlər görülməlidir. Müvafiq amortazasiya 
fondlarının təşkili yığılan amortizasiya ayırmalarının təkrar 
istehsalına, yeni əsas vəsaitlərin alınmasına, onun yenidən 
qurulmasına, istehsalın texniki təchizatının yaxşılaşmasına 
çərait yaratmalıdır. Bu sənayesinin bəzi müəssisələrinin 
amortizasiya prosesində hüquqları genişləndirilə də bilər. 
Azərbaycanın neft sənayesinə güclənən xarici kapital 
axını neft biznesində qanunvericilik şəbəkəsinin 
təkmilləşdirilməsini, vergiqoymanın mülayiləşdirilməsini tələb 
edir. Son dövrlərdə neft-qaz sektpruna xarici investiyasiların 
cəlb olunması ilə bağlı vahid  dövlət siyasətinin təmin 
olinmasında müəyyən əməli tədbirlər görülməsinə baxmayaraq, 
bu sektorun səmərəli fəaliyyətini gücləndirmək, burada biznes 
işinin, sahibkarlğı genişləndirmək məqsədilə neft 
iqtisadiyyatını 
əlaqələndirən qanunlar dairəsi daim 
təkmillləşdirilməli, yataqların işlənməsində konssesiya 
üsülunun tətbiqinin, lisenziyaların verilməsini normalaşdıran 
qanunlar qəbul edilməlidir. Bütün bunlarla yanaşı, xarici 
kapitallı müştərək müəssisələrə verilən hüquq və imtiyazlar 
çərçivəsində neftqzçıxarma müəssisələrini ya bütövlükdə 
yaxud da bir mədən və ya yataq çərçivəsində yenidən təşkil 
edərək müvafiq idarşiliyə verilməsi məsələsi müvafiq 
qanunlarda  əks olunmalıdır. Euni zamanda, neftqazçıxarma 
müəssisələrinin mülkiyyət formasının dəyişdirlməsi 
kollektivlərə icarəyə verilməsi və ya səhmdar çəmiyyətlərə 
çevrilməsi ideyası da cəlbedici görünür. Qurudakı 
neftqazçıxarma kompleksində yeni kontrakt üsüllarının 
tətbiqini daha az sərmayə ilə reallaşdırmaq mümkün olacaqdır. 
Konssesiyaya götürülmüş kühnə  mədənlərdə sahibkarlar özəl 
maraqlarını ifadə etdiklərinə görə müvəffəq olacaqlar. Belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə