Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

 
 
162
gisini ödəmək üçün məsuliyyət daşıyır. Qabaqcadan hesablan-
mış mənfəət vergisi dövlət büdcəsinə podratçı  tərəfin adından 
müvafiq təqvim rübü qurtarandan sonra 25 gündən gec ol-
mayüaraq ARDNŞ  tərəfindən ödənilir. Təqvim ili üçün qa-
baqcadan qoyulan mənfəət vergisi hesablanarkən hər podratçı 
tərəf illik iş proqramından və özünün rəyincə, lazım olan hər 
hansı digər informasiyadan istifadə edə bilər. 
Təqvim ili üçn mənfəət vergisinə dair yekun (son
bəyannamə  təqdim ediləndən sonra həmin təqvim ili ərzində 
təqvim rübləri hesabına ödənilən, qabaqcadan hesablanmış 
mənfəət vergisi ona dair yekun bəyannamədə hesablandığı ki-
mi, yekun mənfəət vergisi məbləğinə daxil edilir və ya sonrakı 
təqvim rübü (və ya rübləri) üçün qabaqcadan hesablanmış 
mənfəət vergisi ödənişi hesabına aid edilir. Əskik ödən-miş hər 
hansı  məbləğ uyğun surətdə, mənfəət vergisinin yekun 
bəynnaməsi təqdim ediləndən sonra 10 gün müddətində 
ARDNŞ  tərəfindən dövlət büdcəsinə ödənilir. Bütün hallarda 
təqvim ili üçün mənfəət vergisinin məbləği mənfəət vergisinə 
dair ilkin və ya yekun bəyannamədə hesablandığı kimi, sonrakı 
təqvim ilinin 25 martından gec olmayaraq ARDNŞ tərəfindən 
ödənilir.  Əgər mənfəət vergisinə dair ilkin bəyannamə  tədqim 
edilirsə, belə ödənişə  mənfəət vergisinə dair yekun 
bəyannaməsinin təqdim edilməsindən 10 gün sonra borclu 
qalmış əlavə mənfəət (əgər varsa) əlavə edilir. 
İlkin və yekun hesablanmış mənfəət vergisi, habelə artıq 
ödənmiş  məbləğin qaytarılması üzrə, həmçinin ona hər hansı 
faizlər, cərimə sanksiyaları üzrə bütün ödənişlər də dollarla 
həyata keçirilir. Təqvim ili üçün mənfəət vergisinə dair 
bəyannamə  təqdim edilməsi və  mənfəət vergisinin müvafiq 
şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi 
haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndə sonra 
həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün 
öhdəliklərin tam və son nizamlanması hesab edilir. 
 


 
 
163
Vergi orqanları podratçı  tərəfin hər təqvim ili üçün 
mənfəət vergisinə dair bəyannamələrini təftiş etmək 
səlahiyyətinə malikdir. Təftiş qurtarandan sonra vergi 
müfəttişliyi təklif olunan hər hansı  təshihi podratçı  tərəf ilə 
müzakirə edir və lazım gələrsə, mənfəət vergisi çərçivəsində 
əlavə ödəniləsi məbləğ  və ya artıq ödənilmiş  məbləğin qay-
tarılması haqqında bildiriş  məktubu verir. Mənfəət vergisinin 
razılaşdırılmış  hər hansı  əskik və ya artıq ödənişləri podratçı 
tərəfin müvafiq bildiriş  məktubu alınandan sonra ARDNŞ 
tərəfindən 10 gün müddətində ödənilir. Əgər podratçı tərəf və 
vergi müfəttişliyi mənfəət vergisinin əskik və ya artıq verilmiş 
məbləğinin, yaxud bununla bağlı hər hansı məbləğləri razılaş-
dıra bilməsələr, həmin məsələnin tənzimlənməsi sazişin 
müvafiq bəndlərində  nəzərdə tutulan prinsiplərə uyğun olaraq 
arbitraja verilir. 
Podratçı  tərəfin təqvim ili üçün yekun bəyannaməsində 
göstərilən mənfəət vergisinin əskik və ya artıq ödənilməsi tam 
müəyyən olunandan sonra uyğun olaraq ARDNŞ  əksik və ya 
artıq verilmiş  məbləğə görə, ödənişdən 1 gün əvvəl üstünlük 
təşkil edən LIBOR dərəcəsi üstəgəl 4 faiz hesabı ilə dövlət 
büdcəsinə faiz ödəyir və ya artıq verildiyi halda büdcədən faiz 
alır. Həmin faizlər martın 25-dən başlayaraq mənfəət vergisinin 
öədinildiyi və ya qaytarıldığı tarixədək hesablanır. 
Ödənilən faizlərdən əlavə olaraq podratçı tərəfə vergilərə 
aid aşağıda göstərilən cərimə sanksiyaları tətbiq edə bilər: 
 
əgər podratçı  tərəf mənfəət vergisinə dair yekun 
bəyannaməni təqdim etmirsə, ondan həmin mənfəət 
vergisinə dair bəyannamə üzrə ödəyəcəyi mənfəət ver-
gisi məbləğinin 10 faizi həcmində cərimə alınır; 
 
əgər təqvim ili üçün mənfəət vergisinə dair yekun 
bəyannamədə əks etdirilən ödənilməli mənfəət vergisi-
nin məbləği podratçı  tərəfin qəsdən aldatması 
nəticəsində az göstərilmişdirsə, azaldılmış  məbləğin 
200 faizi həcmində  cərimə alınır. Qəsdən aldatmaq 


 
 
164
məqsədilə podratçı  tərəfin göstərilmiş vergiləri tutma-
ması eyni həcmdə cərimə edilir
 
podaratçı tərəf vergi müfəttişliyinin yuxarıda göstərilən 
hər hansı  qərarından  şikayət edə bilər və mübahisəli 
məsələ sazişini müvafiq bəndində  nəzərdə tutulan 
prinsiplərə uyğun olaraq tənzimlənmək  üçün arbitraja 
verilir; 
 
təftişin podratçı  tərəf,  əməliyat  şirkəti və ya subpo-
dratçının xarici subpodratçıya etdiyi ödənişlərdən 
düzgün həcmdə vergi tutulmasını müəyyənləşdirdiyi 
təqdirdə, (müvafiq bəndlərdə nəzərdə tutulan hallardan 
başqa) lazım olduğundan çox və ya az ödənilmiş belə 
məbləği tutulmanı həyata keçirən tərəf dövlət büdcəsinə 
ödəyir və ya dövlət büdcəsi tutulmanı  həyata keçirən 
tərəf lazım olduğundan çox və ya az ödənilmiş məbləği 
qəti olaraq müəyyənləşdirdikdən sonra 30 gün ərzində 
ödəyir. Bü ödəniş birgə ödənişin həyata keçirildiyi 
gündən 1 gün əvvəl 4 faiz əlavə olunmaqla, LIBOR 
dərəcəsi ilə faizlə ödənilir. Bu faizlər verginin 
ödənilməsi və ya qaytarılması üçün təyin olunan 
gündən ödənişin faktiki olaraq aparıldığı günədək hesa-
blanır. 
Hər podratçı  tərəf öz maliyyə hesabatlarını  və  mənfəət 
vergisi haqqında bəyannamələri vergi müfəttişliyinə  təqdim 
edir. Mənfəət vergisinin qabaqcadan hesablanmış və ya yekun 
məbləğləri dövlət büdcəsinə  hər podratçı  tərəfin adından və 
əvəzində ARDNŞ tərəfindən ödənilir. 
Vergi müfəttişliyi hər podratçı  tərəfə ödənişin həyata 
keəçirildiyindən sonra 14 gün müddətində  mənfəət vergisinin 
qabaqcadan hesablanmış  və ya yekun məbləğinin ödənildiyi 
haqqında rəsmi vergi qəbzləri təqdim edir. Bu vergi 
qəbzlərində ödənişin tarixi, məbləği, hansı valyuta ilə apa-
rıldığı  və Azərbaycan  Respublikasında bu cür vergi 
qəbzlərində adətən göstərilən başqa məlumatlar göstərilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə