Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
171
tərəfindən təyin olunan bu cür rüsumlar ödəyirlər, bu şərtlə ki, 
belə rusumların məbləği sırf nominal məbləğ olsun və onlar 
ayrı-seçkilik qoyulmadan təyin edilsin. 
 
İştirak payının satılması. Mənfəət vergisi satan podratçı 
tərəfin üçüncü tərəfə öz iştirak payının hamısını və ya onun bir 
hissəsini satması  nəticəsində  əldə etdiyi xalis gəlirlərdən 
məfəət vergisi dərəcəsi ilə ödənilir. 
Məcmu gəlir-satan podratçı  tərəfin bu saziş üzrə ona 
məxsus olan iştirak payının hamısının və ya onun bir hissəsinin 
satışından  əldə etdiyi ödənişdir. Xalis gəlir-məcmu gəlirə  və 
iştirak payının təshih edilmiş  əsası arasındakı  fərqdir.  İştirak 
payının təshih edilmiş əsaslarına daxildir: 
 
satan podrtaçı 
tərəfin yığılmış neft-qaz 
əməliyyatları  məsrəflərindəki payı  (o cümlədən, 
təkcə bununla məhdudlaşmadan), podratçı  tərəfin 
öz iştirak payının satdığı tarixədək bu sazişə əsasən 
çəkdiyi maliyyələşdirmə məsrəfləri; 
 
podratçı tərəfin öz iştirak payını satmasında çəkilən 
məsrəflər; 
 
neft-qaz əməliyyatlıra məsrəflərinə daxil edilməyən 
yığılmış çıxımların cəmi. 
 
Satış-satan podratçı tərəfin iştirak payının hamısının 
və ya bir hissəsinin üzərindəki mülkiyyət hüqu-
qunun göstərilənlər istisna edilməklə alınmış 
ödənişin əvəzinə üçüncü tərəfə verilməsidir: 
 
sazişlə bağlı götürülmüş borcdan və ya borcun 
ödənilməsindən irəli gələn verimlər;  
 
ortaq şirkətə ötürülən hər hansı verimlər; 
 
podratçı tərəfin saziş üzrə neft-qaz əməliyyatları ilə 
bağlı işinin və ya öhdəliklərinin hamısının və ya bir 
hissəsinin maliyyələşdirilməsini öz üzərinə 
götürməsi ilə bağlı verimlər; 
 
mənfəət  əldə olunmaya digər neft və qaz 


 
 
172
layihələrində iştirak payının mübadiləsi;  
 
hüquqarın hər hansı könülsüz verilməsi. 
Saziş üzrə podratçı tərəfin iştirak payının hamısının və ya 
bir hissəsinin satışından  əldə edilmiş xalis gəlirdən hər hansı 
mənfəət vergisinin ödənişi satan podratçı  tərəfdən onun satış-
ından ödəniş aldığı  təqvim ili üçün mənfəət vergisi 
bəyannaməsinin son variantı təqdim edildikdən sonra mənfəət 
vergisinin öədinlməli olduğu vaxtda Azərbaycan Respublikası-
nın dövlət büdcəsinə ödənilir. Satışdan  əldə edilən ödəniş 
vəsaiti bir təqvim ilindən çox təqvim ilində almırsa, satışdan 
mənfəət vergisi satan podratçı tərəfin ödənişi aldığı hər təqvim 
ilində  həmin təqvim ilində alınan ödənişin satışından alınan 
ödənişin məcmusuna olan nisbətində ödənilir
Qüvvədə qalma. Sazişə xitam verildikdən sonra vergi ilə 
bütün müddəalar podratçı tərəflərin vergilər üzrə öhdəliklərinə 
aid bütün məsələlər qəti həll edilənədək qüvvədə qalır. 
Bonusun ödənilməsi, akrhesabı ödənişlər.  Əgər saziş 
həyata keçirilərkən podratçı  şirkət öz iştirak payının bir 
hissəsini hər hansı üçüncü tərəfə  və ya digər podratçı  tərəfə 
verərsə və bunun nəticəsində digər podratçı tərəflərin payı bo-
nusun növbəti mərhələsinin ödənilməsi anında 50 faizi 
ötərsə,onda digər podratçı  tərəfin ödədiyi bonusun ümumi 
məbləği digər podratçı  tərəflərin iştirak məbləğinə müvafiq 
olaraq artacaqdır. 
Bonusun məbləğini hesablamaq məqsədilə  işlənmə pro-
qramında göstərilmiş xam neftin 1 barrelinin təbii qaz ekviva-
lenti həcmini müəyyənləşdirmək üçün kəşf olunmuş yataqda 
götürülən karbohidrogen nümunəsinin bu cür hesablamadan 
ötrü tətbiq edilən beynəlxalq metodlardan istifadə olunmaqla 
müəyyənləşdirilən enerji ekvivalenti əsas götürülür. 
Bonus ARDNŞ-in yüksək beynəlxalq nüfuza malik bank-
da göstərdiyi hesaba ödənilir və  hər hansı vergidən azad olan 
tam məbləğin bank hesabına qəbulundan sonra ödənilmiş hesab 
olunur. 


 
 
173
Kəşfiyyat dövrü, habelə  əlavə  kəşfiyyat dövrü ərzində 
digər podratçı tərəflər kontrakt sahəsinin hər kvadrat kilometri 
üçün müəyyən məbləğdə  (məsələn: «İnam» perspektiv struk-
turu üçün 2000 ABŞ dolları) illik akrhesabı haqq ödəyirlər. 
Digər podratçı  tərflər həmçinin kəşfiyyat dövrü və seçilən 
sahədə  kəşfiyyat işlərinin yerinə yetirilmə dövrü ərzində 
seçilən sahənin hər kvadratkilometri üçün illik akrhesabı haqq 
ödəyirlər. Bu ödənişlər hər il qüvvəyəminmə tarixinin 
ildönümündə həyata keçirilir. 
İdxal və ixrac əməliyyatolarının tənzimlənməsi. Kon-
traktlarda podratçı xarici şirkətlərin, onların ortaq şirkətlərinin 
və subpodratçılarının heç bir vergi tutulmadan və heç bir 
məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına öz ad-
larından hər cür avadanlıq, materiallar, dəzgahlar və alətlər, 
nəqliyyat vasitələri, ehtiyat hissələri idxal etmək və yenidən 
ixrac etmək hüququna malikdirlər. Podratçının əsaslandırılmış 
rəyinə görə, neft-qaz əməliyyatlarının lazımınca aparılması və 
yerinə yetirilməsi üçün zəruri mallar və başqa predmetlər 
(ərzaq məhsulları, spirtli içkilər və tütün məhsulları istisna ol-
maqla) yerli tədarükçülərdən alına bilərsə  və onların müvafiq 
məhsulları öz qiymətinə, keyfiyyəti, görkəmi, həmçinin çat-
dırılma və digər vacib şərtlərlə bağlı parametrlərinə görə xarici 
tədarükçülərin təklif etdiklərindən  əsaslı surətdə  fərqlənmirsə, 
həmçinin onların müqavilə qiymətləri arasında fərq 10 faizdən 
çox deyilsə, onda podratçı  həmin malların satın alınmasında 
üstünlüyü müstəsna olaraq Azərbaycan  tədarükçüsünə 
verməlidir. Bundan ötrü Azərbaycan tədarükçüsü heç olmasa, 
əməliyyat  şirkətinin göndərdiyi bildirişdən sonrakı 48 saatdan 
gec olmayaraq təklif olunan xidmətləri göstərmək arzusunda 
olduğunu təsdiq etməlidir. Sazişə görə Azərbaycan tədarükçüsü 
dedikdə, sahiblik formasından asılı olmayaraq Azərbaycan 
Dövlət Statistika Komitəsində  və Vergi Nazirliyində müvafiq 
qeydiyyatdan keçmiş, qanuni fəaliyyət göstərən kommersiya 
subyekti nəzərdə tutulur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə