Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
174
Eyni zamanda, podratçı neft-qaz əməliyyatları üçün 
alınmış  və  məsrəfləri neft-qaz əməliyyatları hesabına daxil 
edilmiş  hər hansı maddi sərvət vahidini-təmir və texniki 
xidmətlə bağlı  zəruri hallar istisna olmaqla, Azərbaycan Re-
spublikasından kənara çıxarmaq hüququna malik deyildir. 
Həmin təmir və texniki xidmət başa çatdıqdan sonra, ağlabatan 
şəkildə  əsaslandırılmış müddət keçdikdə bu maddi sərvət va-
hidi yenidən Azərbaycan Respublikasına qaytarılmalıdır. 
Hər bir podratçı, onun ortaq şirkətləri,  əməliyyat  şirkəti 
və subpodratçılar, onların bütün əməkdapşları  və ailə üzvləri 
vergi tutulmadan və  məhdudiyyət qoyulmadan, Azərbaycan 
Respublikasına istənilən vaxt, istənilən mebel, paltar, məişət 
texnikası, nəqliyyat vasitələri, ehtiyat hissələri gətirmək və 
bunları geri aparmaq hüququna malikdirlər. Podratçı və yaxud 
onun subpodratçıları və ya onların Azərbaycan Respubikasında 
çalışan  əməkdaşları  tərəfindən gətirilən mallarının hər hansı 
tərəfə 
şəxsi satışında Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun vergiqoyma tətbiq edilir. 
Qiyməti 250 min ABŞ dollarından artıq olan malların, 
işlərin və xidmətlərin satın alınması, tədarükçünün yeganə 
olduğu hallar istisna olmaqla, tender əsasında aparılmalıdır. 
Göstərilən qiymət həddi ÜDM-in hər il üzrə deflyator 
indeksinə müvafiq olaraq artırılır. 
Kontrakta görə  hər podratçı  tərəf, onun müştəriləri və 
onların nəqletmə agentlikləri sazişin müddəalarına uyğun ola-
raq ona çatası karbohidrogenləri heç bir vergi ödəmədən 
(mənfəət vergisindən başqa) istənilən vaxt, sərbəst  şəkildə 
ixrac etmək hüququna malikdir. 
Bütün idxal və ixrac əməliyyatları, müvafiq gömrük qay-
dalarının və  təminatlarının tələblərinə  əməl olunmaqla və 
lazımı sənədlər tərtib edilməklə həyata keçirilir və hər podratçı 
tərəf, onun ortaq şirkətləri, agentləri, əməliyyat şirkəti və sub-
podratçıları kömrük xidmətlərinin göstərilməsi
sənədləşdirilməsi müqabilində rüsumları  həmin xidmətlərin 


 
 
175
faktik dəyərinə uyğun, nominal məbləğdə  və heç bir ayrı-
seçkilik olmadan, müvafiq dərəcələrlə ödəyir. 
Sazişə görə  hər bir podratçı, onun ortaq şirkətləri və s. 
Azərbaycan Respublikasında qüvvədə olan xarici ticarət qay-
dalarında sazişin müvafiq bəndində göstərilən malların idxalına 
və ixracına, habelə istehsalçı ölkələrə dair qoyulmuş 
mədhudiyyətlərdən və sazişdəki şərtlərə görə podratçıya çatası 
karbohidrogenlərin ixracına aid qadağalar və müxtəlif 
məhdudiyyətlərlə bağlı tələblərə əməl etməkdən azaddırlar. 


 
 
176
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
 
Bizim dünya yeni yaranışların, texnologiyaların təsiri ilə 
daim transformasiyadadır. Qlobal rabitə sisteminin, 
informasiya təminatının kompyuterləşməsi, innovasion-texniki 
nailiyyətlərin artan vüsəti iqtisadiyyatın inkişafında yeni 
mərhələni göstərir. Yüz il öncə industrial cəmiyyətin mühüm 
hərəkətverici qüvvəsi qalmaqla, energetik mənbələr 
arsenalında öz mövqeyini daga da gücləndirməkdədir. 
Hazırda neft eherji mənbələri arasında mərkəzi rol 
oynamaqda davam edir. Beynəxalq Enerji Agentliyinin 
məlumatlarına gürə Asiya regionunda artan tələbatı  nəzərə 
alaraq, bütün dünyada neftə olan tələbatın növbəti iki onillik 
ərzində təqribən gündə 30 milyon barrel səviyyəsində artacağı 
gölənilir. Mövcud şəraitdə dünyz ehtiyatları ilə  zəngin bir 
region və ölkə kimi böyük ümidlər bəsləyir. 
Azərbaycanın  ən dəyərli və  zəngin təbii sərvətlərindən 
olan neft-qaz resursları dövlət quruculuğunu möhkəmləndirən, 
iqtisadi dirçəlişin mühüm faktoru kimi yenidən, lakin daha 
yüksək və  fərqli məzmunda qüdrətini nümayiş etdirməkdədir. 
Yeni iqtisadi münasibətlər, demokratik azad bazar mühitində 
açılan imkanlar bu əvəzsiz sərvətləri milli mənafelərə müvafiq, 
rassional istifadə edilməsini, onun iqtisadi gücündən daha çox 
faydalanmağı vacib məsələ kimi elmizin qarşısına çıxarır. 
Azərbaycan üçün əvəzsiz strateji əhəmiyyətə malik 
resurslardan, onun sənaye potensialından səmərəli istifadə 
olunması məramı ilə mövcud tədqiqat işində müəlliflərin neft-
qaz sektorunda yeni bazar mexanizmlərinin formalaşması 
istiqamətində apardıqları  təhlil ilk növbədə neft-qaz 
sənayesində yeni bazar mexanizmlərinin tətbiqinin 
genişləndirilməsi üçün islahatlar prosesinin dərinləşməsi və 
təkmilləşdirilməsini təmin edən hüquqi-normativ bazanın 
yaradılmasını önə çəkmişdir. 
 


 
 
177
Neft müqavilələrinin imzalanması  təkcə Azərbaycanın 
deyil, həm də regionun başqa dövlətlərinin tarixində dönüş 
mərhələsi olmuş, onların səmərəli və qarşılıqlı faydalı 
əməkdaşlığın təməlini qoymuş, bütövlükdə Azərbaycanı 
Avropa və Asiya arasında siyasi və ticarət  əlaqələrinin 
möhkəmləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin 
inkişafında, İNOQEYT, TRASEKA və Böyük İPƏK yolu kimi 
nəhəng layihələrin gerçəkləşməsində, Xəzəryanı  və Qafqaz 
regionunda mühüm rol oynayan bir dövlətə çevirmişdir. Bu 
kontraktlar sayəsində ölkəmizə qoyulan birbaşa investiyaların 
həcmi 5,2 milyard ABŞ dollarından artıqdır. 
Neft-qaz ehtiyatlatrı ilə  zəngin olan Azərbaycanın 
gələcəkdə fiskal daxilolmaları və xarici valyuta ehtiyatları neft-
qaz hasilatından xeyli dərəcədə asılı olacaqdır. Azərbaycan 
höküməti neft-qaz sektorunda sərmayə qoyan xarici 
investorlarla sabit münasibətləri təmin etmək üçün bu vaxtadək 
15 ölkənin təmsil edən 33 şirkətlə 20 beynəxalq müqavilə 
imzalamışdır. Həmin müqavilə layihələrinə görə Azərbaycana 
qoyulan investiyaların proqnozlaşdırılan həcmi 57 milyard 
ABŞ dolları təşkil edəcəkdir. 
Azəebaycanda neft-qaz hasilatı başlayandan indiyədək 
1,8 milyard tondan artıq neft, qaz və kondensatı ifadə edən 
karbohidrogen hasil edilmişdir. Ümumi hasilatda dənizdəki 
yataqlar 450 milyon ton neft, 330 milyard kubmetr qaz payına 
malikdir. 
Azərbaycan quru sahələrində mövcud neft-qaz 
yataqlarının əksəriyyəti istismarın son mərhələsindədir. İndi bu 
kompleksdə fəaliyyətsiz quyu fondu istismar fondu ilə tarazlıq 
həddindədir. Azdebitli quyuların sayı ilbəil yüksəlir, köhnə 
dəniz yataqlarında da bu sahədəki vəziyyəti qənaətbəxş saymaq 
olmaz. 
Lakin indi Azərbaycanın quru sahələrində ehtiyatların 
87%-nin mənimsənilməsinə baxmayaraq laylarda qalıq 
ehtiyatları yetirincədir. Bu ehtiyatların əksər hissəsi daha dərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə