Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

 
 
159
çıxım kimi baxılan hər hansı  məbləğ amortizasiya edilmir. 
Əsas fondlar üzrə  təqvim ili ərzində  çəkilən bütün məsrəflər 
iyulun 1-ə qədər çəkilən məsrəflər sayılır və bunun nəticəsində 
xərclərin 50 faizi əvvəlki təqvim ilindən keçirilən, amortizasiya 
olunmağın məbləğlərin saldosuna əlavə edilir. Sonra əsas fond-
ların satışından  əldə olunan hər hansı  məbləğlər həmin saldo-
dan çıxılır ki, bu da təshih edilmiş Saldo əmələ gətirir. Həmin 
saldo aşağıdakı qaydada amortizasiya edilir: 
a)
 
əvvəlki təqvim ilindən keçirilmiş saldo-x; 
b)
 
üstəgəl təqvim ili ərzində əsas fondlar üzrə çəkilən 
məsrəflərin əlli faizi-x; 
c)
 
çıxılsın təqvim ili ərzində əsas fondların satışından 
alınan faktik vəsaitin tam məbləği-(x); 
d)
 
təshih edilmiş saldo-x; 
e)
 
çıxılsın amortizasiya: təshih edilmiş saldonun 25 
faizi-(x); 
f)
 
üstəgəl təqvim ili ərzində əsas fondlar üzrə çəkilən 
məsrəflərdən çıxılmış 50 faiz saldo-x; 
g)
 
sonrakı təqvim ilinə keçirilən saldo-x. 
Əgər Azərbaycan Respublikasında olan, sazişin 
məqsədləri üçün karbohidrogen fəaliyyətində istifadə olunan 
əsas fondlar hər hansı  təqvim ilində satılırsa (o cümlədən 
əmlakın ləğv olunmasından ödənişər olursa) onda: 
1)  əgər təshih edilmiş saldo üstəgəl istisna olunmuş 
«Təqvim ili ərzində  əsas fondlar üzrə  çəkilən məsrəflərdən 
çıxılmış 50 faiz saldo müsbətdirsə, onun tam məbləğinə bu 
təqvim ilində çıxılma kimi baxılır; 
2)  əgər təshih edilmiş saldo üstəgəl istisna olunmuş 
«Təqvim ili ərzində  əsas fondlar üzrə  çəkilən məsrəflərdən 
çıxılmış 50 faiz saldo» mənfidirsə, onun tam məbləğinə bu 
təqvim ilində digər gəlirlər kimi baxılır. 
Binanın satılması və ya tərk edilməsindən (satış) podratçı 
tərəfin təqvim ili ərzində  qəbul etdiyi mənfəətinin və ya 
zərərlərinin cəmi digər gəlirlər və ya çıxılma kimi baxılır və 


 
 
160
aşağıdakı qaydada hesablanır: 
a)
 
binaların satışından  əldə olunan vəsait (əgər 
beləsi varsa)-x; 
b)
 
çıxılsın binanın təshih edilmiş dəyəri-(x); 
c)
 
binanın satışından mənfəət (zərər)-x; 
Binanın təshih edilmiş  dəyəri aşağıdakı qaydada hesa-
blanır: 
a) binanın ilkin dəyəri-x; 
b) üstəgəl əsaslı təkmilləşdirmənin dəyəri-x; 
v) çıxılsın yığılmış amortizasiya çıxımlar-(x); 
q) binanın təshih edilmiş dəyəri-x. 
Podratçı  tərəfin vergi qoyulan mənfəətini və ya zərərini 
hesablamaq məqsədləri üçün həmin podratçı  tərəfin karbo-
hidrogen fəaliyəti ilə  əlaqədar olaraq qüvvəyəminmə 
tarixinədək çəkdiyi bütün məsrəfləri (o cümlədən, təkcə 
bunlarla məhdurlaşdırılmadan Azərbaycan Respublikasında və 
ya digər yerlərdə texniki işlə bağlı  çəkilən birbaşa, yaxud 
dolayı  məsrəflər, habelə podratçı  tərəfin Azərbaycan 
Respublikasındakı nümayəndəlik ofislərinin məsrəfləri) həmin 
tarixə  çəkilən məsrəflər hesab edilir. Yuxarıda deyilənlərə 
baxmayaraq saziş barəsində danışılara, yardımçı tibbi, mədəni 
və xeyriyyəçilik fəaliyyətinə saziş bağlananadək çəkilən 
birbaşa və dolayı  məsrəflər həmin podratçı  tərəfin vergi 
qoyulan mənfəəti və ya zərəri hesablanarkən nəzərə alınır. 
Podratçı  tərəf özünəməxsus hər hansı  əsas fondu onun 
qalıq dəyərindən asılı olmayaraq bazar qiymətləri ilə satmaq və 
ya başqasına vermək hüququna malikdir. 
Hər hansı podratçı  tərəf özünün sazişdə  iştirak payını 
tamamilə və ya qismən başqasına verdiyi halda, onun-əgər cari 
təqvim ili üçün vergi qoyulan zərər olduqda, həmin zərərin 
hamısına və ya iştirak payını qismən verdikdə, vergi qoyulan 
zərərin iştirak payına mütənasib hissəsinə  həmin təqvim ili 
üçün çıxımlar kimi baxmasına ixtiyarı vardır. 
 


 
 
161
Mənfəət vergisinin uçotu və vergi bəyannamələri. 
Sazişdə  mənfəət vergisinin uçotu və vergi bəyannamələrinin 
tərtib olunma qaydaları da reqlamentləşdirilmişdir. Bu qay-
dalara görə podratçı  tərəf vergilərin uçotu jurnalını  və 
yazılışları, həmçinin vergi qoyulan mənfəətin və  zərərin 
hesablanmasını ancaq ABŞ dolları ilə aparır. Satışdan  əldə 
edilən vəsaitləri, digər gəlirləri və çıxımları hesaba Azərbaycan 
Respublikasında qüvvəyəminmə tarixinədək tətbiq edilən kassa 
mədaxilləri və  məxaricləri metodu ilə qeydə alır. Maliyyə 
hesablarını  və  mənfəət vergisi haqqında bəyannamələri ancaq 
dollarla tərtib edir və vergiqoyma məqsədi üçün balansdan, 
mənfəət və zərərlər haqqında hesabatdan ibarət təqvim ili üçün 
mühasibat komplektini, habelə özünün karbohidrogen 
fəaliyətini  əks etdirən təqvim ili üçün mənfəət vergisi 
məbləğinə dair bir hesablamanı təqdim edir. 
Podratçı hər təqvim ili üçün öz maliyyə hesabatlarının və 
mənfəət vergisi haqqında bəyannəmələrinin özünün təyin et-
diyi və  Azərbaycan Respublikasının təftişləri aparmaqdan ötrü 
müvafiq icazələri (lisenziyaları) olan auditor tərəfindən təftiş 
olunmasını təmin etməlidir. Hər təqvim ili üçün vergi-maliyyə 
hesabatlarını, ilkin və ya yekun (son) mənfəət vergisi haqqında 
bəyannamələri (podratçı  tərəfin mülahizəsi görə) auditorun 
müvafiq arayışı ilə birlikdə sonrakı təqvim ilinin 15 martından 
gec olmayaraq vergi müfəttişliyinə  təqdim etməlidir.  Əgər 
mənfəət vergisi bəyannaməsinin ilkin variantı təqdim olunarsa, 
mənfəət vergisi bəyannaməsinin son variantı ilkin variantın 
təqdim olunduğu təqvim ilinin 15 aprelindən gec olmayaraq 
təqdim edilməlidir. 
Podratçı  tərəf vergi qoyulan mnəfəət  əldə edəcəyini 
nəzərdə tutuduğu birinci təqvim ilindən başlayaraq belə təqvim 
rübü üçün və ya belə təqvim ilinin əvvəlki təqvim rübləri üçün 
vergi qoyulan mənfəətin qabaqcadan hesablanmış  məbləğinə 
əsasən hər təqvim rübü üçün, eləcə  də  həmin təqvim ilinin 
əvvəlki təqvim rübündə qabaqcadan hesablanmış mənfəət ver-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə