Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   44   45   46   47   48   49   50   51   ...   58

 
 
149
 
 
3.4. Azərbaycanın xarici neft şirkətləri ilə bağladığı 
müqavilələrdə vergiqoyma məsələləri 
 
Azərbaycan bu vaxtdadək 13 ölkəni təmsil edən 33 
şirkətlə 20 beynəlxalq kontrakt imzalamışdır. Bunların 15-i 
dənizdə, 5-i isə quruda tətbiqi nəzərdə tutulan layihələrdir. İn-
vestisiyaların proqnozlaşdırılan həcmi 57 milyard ABŞ dolları 
təşkil edir. Respublikaya birbaşa xarici investisiyaların ümumi 
həcmində neft kontraktlarından daxilolmalar əsas hissəni təşkil 
edir. 1994-cü ildən başlayaraq təkcə neft sənayesinə 3,2 
milyard həcmində investisiya qoyulmuşdur. 
Azərbaycanın xarici neft şirkətləri ilə müvafiq dəniz blo-
kunun (yatağın) kəşfiyyatı, işlənməsi və hasilatın pay 
bölgüsünə dair bağladığı kontraktlarda vergiqoyma şərtlərinə 
dair müddəalar ən əhəmiyyətli məsələlərdən sayılır. Kontrakta 
görə podratçılar, onların ortaq şirkətləri,  əməliyyat  şirkəti və 
subpoddratçılardan ancaq mənfəət vergisi tutulur. Bu sazişlə 
həm də ikiqat vergi haqqında müqavilələrə uyğun olaraq
vergilərə güzəştlər qoyulması təmin edilir. 
Mənfəət vergisi qoyulması haqqında qaydalar. İndiyə 
qədər bağlanmış kontraktlarda podratçı tərəfin saziş imzalanan 
vaxt Azərbaycan Respublikasında 1 yanvar 1997-ci ildən 
qüvvədə olan «Hüquqi şəxslərin mənfəətinə  və müəyyən tip 
gəlirinə vergi qoyulması haqqında» Azərbaycan Respublikası-
nın Qanununa müvafiq surətdə, bu sazişin müddəalarından irəli 
gələn dəyişiklər nəzərə alınmaqla, öz karbohidrogen 
fəaliyyətindən mənfəət vergisi üçün bu sazişdə ayrıca maddə 
ilə  («Mənfəət vergisi») ifadə olunan hüquqi bəndlərlə  tənzim 
olunur. Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə 
bu saziş arasında hər hansı ziddiyyət yaranarsa, sazişin 
maddələri üstün tutulur. Təbii ki, 2001-ci ilin yanvarın 1-dən 
«Vergi Məcəlləsi»nin qüvvəyə minməsindən sonra «Hüquqi 
şəxslərin mənfəətinə  və müəyyən tip gəlirinə vergi qoyulması 


 
 
150
haqqında» Qanununu Məcəllənin müvafiq maddələri  əvəz 
edəcəkdir. 
Hər podratçı  tərəf özünün Azərbaycan Respublikasında 
karbohidrogen fəaliyyətinə görə Azərbaycan Respublikasında 
tətbiq edilən qanunlara və reqlamentlərə uyğun şəkildə mənfəət 
vergisi ödəmək üçün məsuliyyət daşıyır. Bu o deməkdir ki, 
həmin müəddalar fərdi qaydada hər podratçı tərəfə aid edilir və 
hər bir podratçı tərəfin mənfəət vergisi üzrə fərdi məsuliyyətini 
tənzimləyir. 
ARDNŞ  hər təqvim ili üçün hər podratçı  tərəf adından 
dövlət büdcəsinə dollar ifadəsində  mənfəət vergisini, o 
cümlədən qabaqcadan  hesablanmış mənfəət vergisini və onları 
vaxtında ödənilməsi nəticəsində qoyulan faizləri, cərimələri, 
tutmaları (podratçı tərəfin lazımi bəyannaməni vaxtında hazır-
lamaq iqtidarında olmaması nəticəsində qoyulan faizlər istisna 
olmaqla) ödəyir. Bununla ARDNŞ podratçı  tərəflərə  zəmanət 
verir ki, hər podratçı  tərəfin mənfəət vergisini, o cümlədən 
onlara aid faizləri, cərimələri, tutmaları  həmin saziş üzrə 
ARDNŞ-ə çatacaq karbohidrogen payının satışından əldə etdiyi 
gəlirlərdən ilk növbədə dövlət büdcəsinə ödəyəcəkdir. ARDNŞ 
belə ödəniş üçün vergi müfəttişliyinin müvafiq podratçı tərəfə 
rəsmi qəbzlər verməsini təmin edir. Podratçı  tərəflərdən hər 
hansı birinin sorğusu alındıqdan sonra 10 gün ərzində  həmin 
podratçı  tərəfə ARDNŞ-ın adı  çəkilən öhdəliklərinə uyğun 
olaraq dövlət büdcəsinə  həqiqətən keçirildiyini təsdiqləyən 
sənəd təqdim edir. ARDNŞ-in gəlirlərinə və ya mənfəətinə aid 
vergilər olduğu hallarda ARDNŞ ödəniləsi vergilərin 
məbləğini hesablamaq məqsədilə öz vergi öhdəliklərini 
müəyyən edərək bilavasitə  və ya dolayısı ilə heç bir mənfəət 
götürmür və yuxarıda nəzərdə tutulduğu kimi podratçı 
tərəflərdən hər birinin əvəzinə  və onların adından ödəmiş 
olduğu mənfəət vergisini hesaba almır. ARDNŞ  mənfəət 
vergisindən qaytarılan məbləğləri (podratçı  tərəfin ödədiyi 
faizlərdən və  cərimələrdən qaytarılan məbləğlər istisna ol-


 
 
151
maqla) hər podratçı tərəfin adından və onun əvəzinə almaq və 
özündə saxlamaq hüququna malikdir, ARDNŞ qaytarılan bu 
məbləğləri almağı haqqında müvafiq podratçı  tərəflərə 
təsdiqedici sənəd verir. 
Azı 30 cün qabaqcadan yazılı bildiriş göndərməklə, hər 
podratçı tərəfin istənilən vaxt, hər hansı təqvim ilində ARDNŞ-
in mənfəət karbohidrogenlərində payından alınan vəsaitindən 
həmin podratçı  tərəfin mənfəət vergisinə dair ARDNŞ-in 
öhdəliklərinin podratçı tərəfin seçdiyi beynəlxalq nüfuza malik 
müstəqil müsahibat firmasına təftiş etdirmək ixtiyarı vardır. 
Podratçı  tərəf bu təftişin xərclərini çəkir və belə  məsrəflər 
əvəzi ödənilən məsrəflər sayılmır. Lakin belə bir təftiş son və 
qəti şəkildə müəyyən olunan təqvim ilinə şamil oluna bilməz. 
Bu son təftiş elə keçirilməlidir ki, ARDNŞ-in işinə  əsassız 
əngəl törətməsin. ARDNŞ özünün mənfəət karbohidrogenlərdə 
payından alınan vəsitdən hər hansı  təqvim ili üçün podratçı 
tərəfin mənfəət vergisinin tamamilə ödənildiyini təsdiq 
etməkdən ötrü auditora mümkün ola bilən hər cür şərait yarat-
malı  və lazımi təminatlar verməlidir. Mənfəət vergisinin 
ARDNŞ  tərəfindən vaxtında ödənilməməsi nəticəsində hesa-
blanmış    faiz  və  cərimələri podratçı ARDNŞ-in mənfəət 
karbohidrogenləri payından çıxır. 
Sazişdə xüsusi olaraq vurğulanır ki, ARDNŞ-in mənfəət 
karbohidrogenləri payı onun podratçı  tərəflər adından dövlət 
büdcəsinə mənfəət vergisi ödəmək üçün kifayət edən məbləğdə 
olmalıdır. Buna görə, yuxarıda qeyd edilən şərtə uyğun olaraq 
ARDNŞ-in podratçı  tərəflər adından mənfəət vergisinin 
ödəməsini ARDNŞ  və vergi müfəttişliyi bu verginin podratçı 
tərəflərin ödədiyi kimi qəbul edir və podratçı  tərəfləri karbo-
hidrogen fəaliyyətindən mənfəət vergisi ödəmək öhdəliliyindən 
tamamilə azad edirlər. Sazişdə başqa hallar nəzərdə tutulmay-
ıbsa, vergi müfəttişliyi podratçının mənfəət vergisini ödəməsi 
məsələsini ancaq ARDNŞ-lə həll edir. 
Əgər ARDNŞ podratçı  tərəfin mənfəət vergisi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə