Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

 
 
143
tutuldu. Həmin dövrdə  İngiltərənin neft-mədən sənayesində 
yaranmış  kəskin durğunluq cəmi 2 il ərzində aradan 
qaldırıldı. Norveçdə xüsusi vergilərin səviyyəsi 30-%-ə 
endirildi və eyni mədənlərə lisenziya haqqı  ləğv olundu və 
bunun sayəsində  qısa müddətdə ölkənin neft sənayesində 
əlavə olaraq xeyli kapital qoyuluşları cəlb olundu. Vergilərin 
aşağı salınması ABŞ, Çin, Argentina və digər neft hasil edən 
ölkələrdə də həyata keçirildi. 
1985-ci ildən sonra OPEK-in qərarına uyğun olaraq 
85%-lik vergi dərəcəsi faktiki nominal olaraq qalmaqdadır. 
Neft hasil edən ölkələrdə bu dərəcə xeyli aşağı salınmışdır. 
Məsələn, Nigeriyada neft şirkətinin xərcləri ödənənə  qədər 
vergi dərəcəsi 65% meəyyən edilmiş,  İndoneziya isə 
ümumiyyətlə  əvvəldən 85%-lik dərəcədən imtina edərək, 
48%-lik dərəcəni tətbiq etmişdir. 
Hazırda dünaynın bəzi ölkələrində dövlətin xarici 
podratçının  əvəzinə vergi ödəməsi paraktikası  tətbiq olunur 
və bunlar müqavilədə öz əksini tapır. Dövlət bunun əvəzində 
podratçıdan daha çox öz ölkəsində vergi krediti almaq üçün 
istifadə edə bilir. Belə sazişlərin bağlanmasına Rumıniya və 
Əlcəzairin qanunvericiliyində 1992-ci ildən  əcazə verilir və 
son vaxtlar dünyanın bir sıra ölkələrində  də müəyyən 
istisnalarla tətbiq olunmağa başlayır. 
Qeyd etmək lazımdır ki, bəzən gəlir vergisinin faktiki 
dərəcəsi nominal dərəcədən aşağı ola bilər. Bir sıra ölkələr 
vardır ki, xarici neft şirkətlərinə  ağlabatan vergi dərəcələri 
tətbiq etmək o qədər də asan olmur və yerli hökümət bunun 
həssaslıqla qarşılamalıdır. Məsələn, çıxardılan neftin 
müəyyən hissəsini özünə tabe olan və ya «qaz» şirkətlərə 
sata bilir və bu zaman ümumi gəlir göstəricisini hesablamaq 
xeyli çətinlik yaradır. Bu dolaşıqlığı aradan qaldırmaq üçün 
bir çox ölkələrdə «elan olunmuş» və ya «dayaq» qiymətləri 
sistemi tətbiq edilir. Bundan bağqa, bəzi ölkələrdə xərclərin 
müxtəlif həcmdə  və müxtəlif  şərtlərə amortizasiyaya 


 
 
144
silinməsi kimi kapital aktivləri məsrəfləri ilə bağlı vergi 
öhdəliklərindən çıxımlar nəzərdə tutulmuşdur. Belə 
yanaşmalar da faktiki vergi dərəcələrinə  təsir edə bilir. 
Adətən  əsas kapital dəyərinin sürətli silinməsinə ancaq o 
hallarda icazə verilir ki, mənfəətlilik az, risq isə yüksək 
olsun. Bi qayda olaraq, bəzi ölkələrdə  əsas kapitalın 
dəyərinin formalaşdığı ildə, yaxud daha tez müddətdə 
silinməsinə baxmayaraq, dəuərin tam silinmə müddəti 6 
ildən 10 ilə  qədər olur. Yaxın vaxtlaradək bəzi ölkələrdə, 
məsələn, ABŞ-da kapital aktivləri ilə bağlı vergi çıxımlarını 
hesablayarkən ona tükənmə güzəştləri əlavə edilirdi. Bu ona 
görə edilirdi ki, neft və qaz ehtiyatları tükəndikcə, onun 
dəyəri də  aşağı düşür və belə ehtiyatların sahibi buna hər 
hansı kompensasiya almalıdır. Belə güzəştlər vaxtaşırı 
dəyişdirilirdi və sonralar onun büdcəyə vergi daxilolmalarına 
əhəmiyyətli təsiri aşkara çıxarıldıqda azaldılmağa başlamış 
və tədricən ləğv edilmişdi. 
Kapital aktivləri xərclərinə aid edilən çıxımlarla bağlı 
bəzi  əlavə üstünlüklər, xüsusən konsessiya əldə edilənədək 
(yaxud müqavilə bağlananadək), yaxud ölkənin xaricində 
çəkilən xərclərə aid edilən çıxımlara nəzarət baxımından 
problemlər yaranır. Buna görə də bir şox ölkələrin höküməti 
güzəştlər tətbiq edilən xərcləsin müəyyən edilməsinin geniş 
prosedurlarını  işləyib hazırlamışdır.  Əlbətdə, burada da 
ifratçılığa yol vermək olmaz və yüksək dərəcədə diqqətli və 
konkret olmaq lazımdır. Məsələn, axtarış və istismarla bağlı 
xərclərdən müxtəlif çıxımlar hesabatları daha da dolaşdıra 
bilir və neft şirkətlərinin özü də konkret hallarda hansı çıxım 
növündən istifadə edilməsini müəyyən etməyə xeyli mənasız 
vaxt sərf etməli olurlar. Buna görə  də neftin kəşfiyyatı  və 
istismarı üzrə  xərclərə aid olan güzəştlər eyni müəyyən 
edilməlidir. 
İstismar xərclərinin düzgün müəyyən edilməsi üzərində 
dövlət tərəfindən ciddi nəzarət təmin edilməlidir. Neft 


 
 
145
şirkətlərinin filialları  və  şöbələri arasında işgüzar  əlaqələrlə 
bağlı problemlərin aradan qaldırılması üçün müxtəlif 
mexanizmlər mövcuddur: Məsələn, əlavə xərclərin, «ana» və 
«qız»  şirkətlərə göstərilən texniki müəyyən və digər 
xidmətlərin haqqının yuxarı  həddinin müəyyən edilməsi, 
göndərilən avadanlıq və materiallara qiymət qoyulması və s. 
Xərclər üzərində  nəzaərtinin yaxşılaşdırılması  və onun 
səmərəliliyinin yüksəldilməsi üçün bir-birindən asılı 
olmayan müxtəlif neft şirkətləri ilə müavilə bağlayarkən, 
onlardan birinin bütün digər neft şirkətləri qrupunun 
xərclərini təftiş formasında nəzarət etməsini nəzərdə tutmaq 
məqsədəuyğundur. Neft emal sahəsində böyük təcrübəyə  və 
xüsusi mütəxəssislərə malik neft şirkətləri belə ixtisaslı təftiş 
işlərini aparmaqda daha səriştəlidirlər. 
Respulika höküməti xarici neft şirkətlərinə vergi 
növləri və onun dərəcəsini müəyyən edərkən çox vacib bir 
amili nəzərə, almalıdır ki, xarici şirkətlərin  əksəriyyəti öz 
ölkələrində  gəlir vergisi ödəməkdə müəyyən güzəştlərə 
malikdirlər. Yəni onlar bağqa ölkələrdə ödədikləri gəlir 
vergisində  (royaltiyə aidiyyatı yoxdur) müvafiq öz 
ölkələrində vergi güzəşti ildə edilir. Buna görə  də neft 
şirkətkəri və onların hökümətləri xaricdə  (o cümlədən 
Azərbaycanda) də ölkənin qanunvericilik aktlarında 
maksimal vergi güzəştləri  əldə etməkdə eyni dərəcədə 
maraqlıdırlar. Bunu nəzərə alaraq respublika höküməti xarici 
neft  şirkətləri ilə belə müqavilələr bağlayarkən həmin 
ölkələrin müvafiq qanunvericilik aktları haqqında müfəssəl 
məlumatı olmalı  və bunlar istər danışıqların gedişində, 
istərəs də müqavilələrin bağlanması zamanı ciddi sürətdə 
nəzərə alınmalıdır. 
ABŞ-ın neft şirkətləri üçün vergiqoymada güzəştin 
rolunu aşağıdakı  əyani misaldan da görmək olar (mənfəət 
100$, vergi dərəcəsi 50% götürülür). 
Misaldan aşkar göründüyü kimi, vergi güzəşti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə