Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

 
 
134
ölkələrdə xüsusi vergilər müəyyən etməyə vadar etmişlər. 
Şimal dənizi hövzəsində neft çıxaran  İngiltərə, Norveç, 
Danimarka və Hollandiyada xüsusi vergilər-əlavə ayırmalar 
üçün nəzərdə tutulan artım (kapital qoyuluşları  xərclərinin 
normal dəyərinə əlavə haqq) kimi vergi nəzərdə tutulur. 
Yataqdan əldə edilən gəlirlər imkan verdikdə İngiltərədə 
yataqlara kapital qoyuluşlarının 35%-i həcmində artım, 
Norveçdə mədənlərə 6 il müddətində kapital qoyuluşlarına 5% 
artım (ümumilikdə 30%), Danimarkada mədənlərə 10 il 
müddətində kapital qoyuluşlarına 25% artım nəzərdə 
tutulmuşdur. Bu güzəştlər vergi sisteminin mədəndən  əldə 
edilən mənfəətə nisbətən daha mütərəqqi edir, yəni mənfəət 
artdıqda vergilərin payı da artır, yaxud mənfəət azaldıqda 
vergilərin payı da azalır. Bu vergi tipi dolayı da olsa, 
diferensial rentaya səmtləndiyinə görə daha asan və  səmərəli 
tətbiq edilə bilər. Diferensial renta əldə etmək məqsədilə xüsusi 
olaraq işlənmiş vergi növlərindən biri də resursların icarəsində 
görə vergidir (RRT). Bu vergi növü birbaşa diferensial rentaya 
səmtlənməklə, investora vergi ödəyənədək neft layihəsi ilə 
bağlı bütün xərcləri çıxarmağa və  əlavə olaraq onun kapitalı 
üçün müəyyən edilmiş  gəlir norması  səviyyəsinə çatmağa 
xidmət edir. İnvestor neft layihəsi ilə bağlı bütün xərclərini 
fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq 
cəmləyir və  əldə edilmiş  mənfəətə görə müsbət nəticə olan 
kimi vergi ödəməyə başlayır. 
Bu vergi tipinin üstünlüyü layihənin rentabeliyini 
müəyyən edən bütün amillərə çox həssas olmasında və 
mənfəətin həcmindən asılı olaraq mütərəqqi xarakterə malik 
olmasındadır. Yəni mənfəət artıqda həmən vergi də artır, yaxud 
əksinə olduqda azalır. RRT şirkətin optimal kapital 
xərclərindən yuxarı izafi gəlirinə toxunduğu üçün o investisiya 
hallarına təhrif etmir və buna görə  də royaltidən daha üstün 
fiskal alət sayılır. Onun bir üstünlüyü də istənilən halda dövlətə 
heç bir zərər gətirməməsindədir.  Əlavə olaraq, yüksək gəlir 


 
 
135
əldə edən  şirkətlərdən avtomatik olaraq gəlir daxilolmasının 
təmin etməklə müqavilənin möhkəmliyinə  və sabitliyinə  də 
xidmət etmiş olur. 
Bütün bu üstün cəhətlərinə baxmayaraq, RRT axtarış 
işlərinə mane ola bilər. Yəni investorlar əvvələcədən bilirlər ki, 
çox uğurlu layihələrdə iştiraklarına görə bu vergi növünə cəlb 
olunacaqlar, halbuki daha uğursuz layihəyə görə onlardan heç 
nə  tələb olunmayacaq. Bundan başqa RRT-nin kümulyativ 
dərəcəsi  şirkətin diskont dərəcəsindən yuxarı olsa, şirkət 
həddən yüksək kapital investisiyalarının və ya istehsal tempini 
aşağı salmağa təhrik oluna bilər. Bu dərəcə tamamilə şirkətdən 
asılı olduğundan onu əvvəlcədən görmək mümkün deyildir. 
Tutaq ki, şirkətin diskont dərəcəsi-15%, kümultayiv dərəcəsi 
20% təşkil edir. RRT olmadığı halda şirkət bir ildən sonra 1,15 
milyon dollar əldə edərsə, bu gün 1 milyon dollar investisiya 
qoymağa razıdır.  Əgər  şirkət RRT ödəyəcəksə, bu investisiya 
marjinal olmayacaqdır, çünki, RRT kimi bu il ödənilən 1 
milyon dolar gələn ildə 1,2 milyon dollar olacaqdır və nəticədə 
şirkət 0,05 milyon dollar ziyan çəkməklə gəlirini azaldacaqdır. 
Döğrudan da kümulyativ dərəcə çox yüksək müəəyən edilərsə, 
şirkət layihənin işlənməsini uzatmağa meyl edəcəkdir. 
Resurslara malik olmaq hüququndan gəlir gəlir gətirən 
dövlət üçün RRT həm də özündə yüksək risqi əks etdirir. 
Müəyyən  əlverişli  şəraitdə daxilolmalar kifayət qədər yüksək 
olduğu kimi, başqa şəraitdə çox az gəlir daxil olması ehtimalı 
da yüksəkdir. RRT dövlətə ancaq standartdan yuxarı kapital 
layihələri üçün normal gəlir daxil olmasını təmin edir. Ola bilər 
ki, layihəyə yüksək nəticələrə malik bir layihə kimi baxılısın, 
lakin ondan daxil olan vergilər çox az olsun. Belə olan halda 
təbii ki, yerli hökümət müqavilə  şərtlərinə yenidən baxmağı 
tələb edə bilər. Buna görə  də fikrimsizcə, RRT vasitəsilə 
royaltidə  nəzərə tutulmayan icarə  şərtlərin  əhatə    etmək və 
yüksək gəlir gətirən layihələrdən daxilolmaları artırmaq 
vasitəsilə müqavilə sabitliyinin gücləndirmək olar. Belə 


 
 
136
hallarda səhmdar iştirakdan dividendlər vergiqoymadan 
mümkün daxilolmalardan daha sərfəsiz ola bilər. Bundan başqa 
dövlət səhmdar kimi iştirak edətkən layihəyə xeyli vəsait 
ayırmış olur və  uğursuz nəticə ölkə iqtisadiyyatının digər 
prioritet sahələrinin inkişafına da zərbə vurmuş olur. Əgər 
dövlət öz səhmdar payını xarici borclar hesabına ödəyərsə, bu 
dah açınacaqlı sonluqla bitər, layihədən bir qəpik belə dividend 
götürməyən hökümət, uzun illər borca görə faiz ödəməli olur. 
Resursların icarəsinə görə verginin həcmi elə müəyyən 
edilməlidir ki, o, investoru yeganə  çıxış yolu kimi öz 
xərclərinin artırmağa sövq etməsin və bu xərclərin 
artırılmasının nə  dərəcədə real olması ekspert yoxlaması ilə 
dəqiqləşdirilməlidir. 
Buna görə də respublika höküməti elə fiskal mexanizmlər 
işləyib hazırlamalıdır ki, onun sayəsində respublika büdcəsinə 
daxilolmalar səhmdar iştirak nəticəsində əldə ediləcək gəlirdən 
az olmasın. Məsələn, yuxarıda qeyd edilən RRT dövlətin pay 
iştirakında az gəlir vəd etmir. Sadəcə olaraq RRT-yə mülkiyyət 
hüququndan gəlir götürülməsində buna başlıca fiskal alət kimi 
istinad etmək düzgün olmazdı. 
Dünyada neft çıxaran ölkələrin  əksəriyyətində yerli 
hökümət müəyyən payla neft layihələrində  iştirak edir. 
Əlbətdə, dövlətin səhmdar kapitalla neft layihəsində  iştirak 
etməyinin müsbət və  mənfi cəhətləri var. Nəzərə almaq 
lazımdır ki, dövlət səhmdar kimi boynuna müəyyən xərclər və 
həm də risq götürü. Hər hansı gözlənilməz hadisələr, məsələn, 
dünya bazarında neftin qiymətinin aşağı düşməsi (son iki ildə 
dünya neft bazarında baş verənlər buna sübütdür) çox faydalı 
görünən səhmdarlığı  qısa müddətdə böyük məbləğdə dövlər 
borcuna çevirə bilər. RRT kümulyativ gəlir dərəcəsinə 
çatdıqdan sonra daxil olmağa başlayır və layihə  zərərli 
olacaqsa, dövlət buna heç bir məsuliyyət daşımır və  təbii ki, 
həm də ziyan çəkmir. 
Dövlət neft layihəsində  iştirak edərsə, o ancaq aparıcı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə