Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

 
 
119
həyətinin təhlükəsizliyinə öz diqqətli münasibətləri, yerli 
xalqlara, onların dini etiqadları və mədəniyyətlərinə hörmətlə, 
qayğı ilə yanaşmaları ilə fərqlənirlər. 
Müqavilələrdə  nəzərdə tutulmuş xüsusi bəndə  əsasən 
xarici mütəxəssislərlə müqayisə Azərbaycan mütəxəssislərin 
faiz nisbəti ilədn-ilə artacaqdır. Yalnız neft əməliyyat 
şirkətlərində prezidentlər,  şöbə  rəisləri, mühəndislər, 
maliyyəçilər, mühasiblər və digər vəzifələrdə 2500-ə yaxın 
Azərbaycan vətəndaşı çalışır və onların orta aylıq əmək haqqı, 
bütün vergilər çıxıldıqdan sonra, 750 dollar təşkil edir. Neft 
əməliyyat  şirkətləri üçün xidmətlər göstərən  şirkətlərdə 10 
minədək Azərbaycan vətəndaşı çalışır. 
Əgər neft 
müqavilələrinin həyata keçirilməsi ilə bağlı  nəqliyyat, 
mehmanxana, ticarət, tikinti, məişət və s. Kimi sahələrdə 
yaradılmış yeni iş yerlərini də  nəzərə alsaq, yeni iş yerlərini 
sayı 30 mini ötüb keçir. Həmin işçilər bilik, təcrübə 
qazanmaqla yanaşı, qabaqçıl texnologiyalara yiyələnir, dünya 
standartlarına cavab verəcək mütəxəssislərə çevrilirlər. 
Azərbaycan işçi həyətindən minlərlə  gənc mütəxəssis xaricdə 
və xarici şirkətlərin Azərbaycanda təşkil etdiyi kurslarda təlim 
keçmiş, ixtisaslarını artırmışlar. 
Ətraf mühitin mühafizəsi  ən yüksək səviyyədə  təmin 
olunmuşdur. Məlum olduğu kimi Sovat İttifaqı dövründə 
ekoloji problemlərlə o qədər də diqqət yetirilmirdi gətirib 
Xəzərin sənaye tullatıları ilə çirklənməsinə  gətirib çixarmışdı. 
«Əsrin müqaviləsi» çərçivəsində ekologiya problemlərinə 
xüsusi fikir verilmişdir. Hazırda Xəzərdə xarici neft şirkətləri 
tərəfindən demək olar ki, Şımal dənizində  və Meksika 
körfəzində tətbiq olunan ekoloji standartlar tətbiq edilir. 
Azərbaycanda çalışan xarici neft şirkətləri böyük xeyriyə 
işləri götür, qaçqınlar üçün evlər, məktəblər və tibb 
məntəqələri tikir, yetim uşaqlara, müharibə  əlillərinə yardım 
edir, Azərbaycanda idmanın inkişafına və olimpiya hərəkatına 
böyük xidmət göstərir, mədəni tədbirlərin keçirilməsinə yardım 


 
 
120
edirlər. 
Azərbaycanın tarixində ilk dəfə olaraq bizim Xəzər 
Gəmiqayırma  Şirkəti müştərək müəssisə, Bakıda 170 milyon 
dollar dəyərində yeni özüqalxan qazma qurğusu tikir. 700-dən 
artıq Azərbaycan vətəndaşı bu layihənin həyata keçirilməsinə 
cəlb edilmişdir. Demək olar ki, indi Xəzər bölgəsində yeni 
qazma qurğularının və  gəmilərinin inşası üzrə  təzə bir sahə 
təşəkkül tapmaqdadır. 
Neft müqavilələrində  nəzərdə tutulan ən vacib 
məsələlərdən biri neft şirkətlərinin sifarişlərinin yerinə 
yetirilməsinə Azərbaycan müəssisə  və  təşkilatlarının cəlb 
edilməsidir. Hazırda respublikamızın müəssisə  və  təşkilatları 
Beynəxalq Əməliyyat Şirkəti və digər əməliyyat şirkətləri üçün 
115 milyon dollar dəyərində müqavilə  işləri yerinə yetirirlər. 
Neft layihələrinin həyata keçirilməsi üçün 10 müştərək 
müəssisə  fəaliyyət göstərir, həmin çüştərək müəssisələrdə 2 
mindən artıq Azərbaycan vətəndaşı çalışır. Bu müəssisələr 
tanınmış xarici şirkətlərlə  rəqabət mübarizəsində 381 milyon 
dollar dəyərində müqavilə işləri almışlar. 
Bonuslar və digər oxşar ödənişlər  şəklində Azərbaycan 
artıq 700 milyon dollar almışdır. 1999-cu ilin sonunadək 
gözlənilən ödənişlər də  nəzərə alınmaqla, bu məbləğ 815 
milyon dolları ötəcəkdir. Vergilər, icarə haqları, boru kəməri 
tarifləri, pensiya və digər sosial fondlara ödənişlər  şəklində 
Azərbaycan  əlavə olaraq 154 milyon dollar və ya 
göstərilənlərin hamısı  nəzərə alınmaqla 855 milyon dollar 
almışdır. 
Neft müqavilələrindən daxil olan vəsaitlər respublika 
Prezidentinin fərmanı ilə yaradılan Dövlət Neft Fonduna 
yığılacaqdır. Rəsmi məlumatlara görə 1999-ci il dekabrın 29-
dan 2000-ci il dekabrın 29-dək həmin Fondun hesabına 270,96 
milyon ABŞ dolları həcmində vəsait daxil olub. Həmin vəsait 
ölkənin payına düşən mənfəət neftinin satışı, bonuslar, neftin 
nəqli üzrə tariflər və icarə ödənişləri hesabına əldə edilib. 


 
 
121
2000-ci il dekabrın 29-dək «Əsrin müqaviləsi»indən 
Azərbaycanın payına düşən 967,8 min ton mənfəət nefti satılıb. 
Ümumi dəyəri 166,98 milyon dollar olan neftin satışından 
qanunvericilikdə  nəzərdə tutulan ödənişlər çıxıldıqdan sonra 
162,35 milyon dolları neft fonduna köçrülüb. Qalan vəsait isə 
yanvarın 11-dək daxil olacaq və müvafiq qaydada həmin fonda 
köçrüləcək. 
Neft Fondunun hesabına ödənişlər çıxıldıqdan sonra 100 
milyon dollara yaxın bonus daxil olub. Bunun 2 mln. dollarını 
«Şell»  şirkəti («İnam» bloku), 45 mln. dollarını «Ekson» 
şirkəti və 52 mln. dollarını «Konoko» şirkəti («Zəfər-Məşəl» 
bloku), 1 mln dollarını isə «Monkrif» şirkəti («Padar» bloku
ödəyib. 
«Əsrin müqaviləsi» üzrə  çıxan neftin Bakı-Supsa 
kəmərilə nəqlinə görə Neft Fonduna 8,26 milyon dollar tranzit 
tarifi daxil olub. 2000-ci ildə Neft Fonduna icarə ödənişləri 
şəklində isə 360 mln. dollara yaxın vəsait köçrülüb. Bu vəsaiti 
ABƏŞ ofisin icarəsi üçün ödəyib. 
Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının 
xarici şirkətlərlə birgə kəşfiyyatı, işlənilməsi və hasilatının pay 
bölgüsü barəsində imzalanmış müqavilələr üzrə 1992-1999-cü 
illər ərzində Dövlət Neft Şirkətinin bank hesablarına xarici neft 
şirkətlərindən 537,7 mln. dollar həcmində bonuslar daxil olub. 
Bu məbləğin 32 mln dolları 1992-ci ildə  və 19993-cü ilin 
birinci yarasında sərf edilib 462,1 mln. dolları isə 1995-1999-
cu illərdə Dövlət Neft Şirkəti tərəfindən Milli Bankın 
ehtiyatlarına köçürülüb və tam həcmdə qorununb saxlanılır. 
Müqaviləyə görə 2000-ci ildən etibarən Azərbaycan 
tərəfi «Azəri», «Çıraq», «Günəşli» yataqlarından mənfəət nefti 
alacaqdır. Bu mənfəət neftinin satışından ölkənin xalic büdcə 
gəliri həmin ildə 100-150 milyon dollar təşkil edəcəkdir. Yaxın 
illərdə bu məbləğ 300, 500, 700 milyon dollaradək artacaq. 
2005-ci ildən sonra isə ildə 1 milyard dolları ötəcəkdir. 
Beləliklə, təkcə göstərilən yataqlar üzrə 2000-2005-ci illərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə