Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

 
 
113
inkişaf strategiyasının, Azərbaycan qazının dünya bazarlarına 
ixracı strategiyasının hazırlanması  və  həyata keçirilməsi 
vəzifəsi durur. 
Hazırda Türkmənistan və Azərbaycan qazının Türkiyə və 
Avropa bazarına nəql olunması üçün ciddi işlər aparılır. Bu 
kəmərin uzunluğu təxminən 2 min kilometr, nəqletmə imkanı 
ildə 30 milyard kubmetr, dəyəri isə 2,5-3 milrd ABŞ dolları 
həcmində olacaqdır. Bu layihənin reallaşması uzansa belə, artıq 
Azərbaycan tərəfi 2003-xü ilin əvvəlindən Türkiyəyə qaz ucrac 
etməyi planlaşdırır. İlk mərhələdə Azərbaycan ərazisindəki 490 
km. uzunluğunda və ildə 9-10 milyard. m
3
 qaz nəql etməyə 
imkan verən qaz kəmərlərinin bərpa edilməsi nəzərdə tutulur. 
Güncüstan Respublikasının  ərazisində  də Türkiyə  sərhəddinə 
kimi ildə 16-24 milyard. m
3
 qaz nəql etməyə imkan verən qaz 
kəmərinin inşası planlaşdırılır.  İlkin hesablamalara görə, bu 
işlərin görülməsinə təxminən 700-800 milyon dollar investisiya 
qoyulacaqdır. Bu mərhələdə 2003-cü ildə Türkiyəyə ildə 2-4 
milyard. m
3
 qazın ixrac artırmaqla, ixracın maksimum 10 
milyard. m
3
 göstəricisinə çatdırılması planlaşdırılır.  İkinci 
mərhələdə daha çox gələcək perspektivə yönəldilmişdir və 
2006-cı ilədək Azərbaycanh ərazısındə ildə 16-24 milyard. m
3
 
qaz nəql etməyə imkan verən yeni qaz kəmərinin inşasını 
nəzərdə tutur. 
Artıq bu sahədə  işlər görülməkdədir. Azərbaycan 
Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan 
hökümətinin, Dövlət Neft Şirkətinin və layihə iştirakçıları olan 
xarici  şirkətlərin nümayəndələrindən ibarət işçi qrupu 
yaradılmışdır. İşçi qrupuna Azərbaycan qazının ixrac marşrutu 
və beynəxalq bazarlara nəqli üzrə danışıqlara başlamaq və 
danışıqların nəticələrinə uyğun olaraq lazımı  qərarların qəbul 
edilməsi üçün respublika Prezidentinə  təkliflər təqdim etmək 
səlahiyyətləri verilmişdir. 
Azərbaycana böyük sərmayə qoyuluşlarına rəvac verən 
əsas səbəblərdən biri də burada neft infrastrukturunun kifayət 


 
 
114
qədər inkişaf etməsidir. Təsadüfi deyildir ki, xarici şirkətlər 
artıq mövcud olan qazma qurğularının, tikinti-quraşdırma 
kəmilərinin, həcminin digər obyektlərinin tikilməsinə nisbətən 
daha çox üstünlük verirlər. 
Əgər xarici neft şirkətləri Azərbaycanda öz 
fəaliyyətlərini sıfırdan başlamalı olsaydılar, Azərbaycanda neft 
müqavilələrinin belə sürətlə reallaşması mümkün olmazdı. 
Çünki platformaların tikintisi üzrə obyektləri yenidən 
yaratmaq, dünyanın digər ölkələrindən dəniz qazma qurğuları 
alamaq və onları  Xəzərə  gətirmək, bir çox digər oxşar 
problemləri həll etmək üçün lazım olardı və təbii ki, bu işlərin 
layihə dəyəri də xeyli artardı. 
Lakin xarici neft şirkətləri dəniz neft-qaz 
əməliyyatlarının aparılması üçün 70-80-ci illərdə yaradılmış 
infrastruktura və güclü elmi kadrlara, mühəndis və ixtisaslı 
fəhlə kadrlarına malik Azərbaycanda bu işləri görmək üçün heç 
bir çətinliklə qarşılaşmadılar. Məhz həmin dövrdə dərin dəniz 
özülləri zavodu tikilmiş, burada «Çıraq-1» platforması 
qurulmuşdur. Həmin dövrdə «Dədə Qorqud», «İstiqlal» dəniz 
qazma qurğuları «Suleyman Vəzirov» və  «İsrafil Hüseynov» 
borudüzən barjları, nadir kran gəmiləri, təchizat kəmiləri və bir 
çox obyektlər yaradılmışdır. Həmin qurğular və obyektlərin 
neft müqavilələrinin belə yüksək sürətlə həyata keçirilməsində 
əvəzsiz rolu olmuşdur. 
1995-ci ilin yanvar ayından 1997-ci ilin noyabr ayınadək 
xarici tərəfdaşlarımız Azərbaycan Dövlət Neft Şirkətinin və 
Azərbaycan hökümətinin fəal dəstəyi ilə «Dədə Qorqud» 
yarımdalma qazma qurğusunun, təchizat kəmilərinin, bordüzən 
barjların, kran gəmisinin yeniləşdirilməsini başa çatdırdılar. 
«Dədə Qorqud» qazma qurğusu vasitəsilə üç kəşfiyyat 
quyusunun qzılması, «Çıraq-1» dəniz platformasının tikintisi 
başa çatdırıldı və neft hasil edən ilk quyu qazılmışdır. «Çıraq-
1» platformasından Səngəlçaldakı sahil terminalınadək 177 
km. uzunluğunda sualtı neft kəməri, eyni zamanda həmin 


 
 
115
platformadan Neft daşlarındakı kompressor stansiyasınadək 48 
kilometr uzunluğunda sualtı qaz kəməri çəkilmiş, Səngəçalda 
sahil terminalı tikilmişdir. «Çıraq-1» platformasından ilkin 
neftin ixracı üçün Bakı-Novrossiysk neft kəmərində 
yenidənqurma işləri aparılmış  və 1997-ci ilin oktyabr ayında 
bu neft kəməri istifadəyə verilmişdir. 
Hazırda Bakı-Novrossiysk və Bakı-Supsa neft kəmərləru 
vasitəsilə dünya bazarlarına neft ixracına başlanmışdır. Həmin 
kəmərlərin nəqletmə imkanları gündə 220 min barreldir. 
Bu gün ixrac kəmərləri də daxil olmaqla qaz 
layihələrninin həyata keçirilməsi üçün ciddi işlər götürülür. 
Bakı-Novrossiysk, Bakı-Supsa istiqamətləri bu çoxvariantlı 
sistemin fraqmentləridir. Təbii ki, başqa istiqamətlər də 
öyrənilir və nəzərdə keçirilir. Bunlardan ən vacibi Bakı-Tbilisi-
Çeyhan istiqamətləridir. Bakı-Tbilisi-Çeyhan əsas ixrac kəməri 
üzrə danışıqlar prosesi üçün başlıca təkan 1998-ci il oktyabrın 
29-da Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və 
Özbəkistan prezidentlərinin, ABŞ-ın energetika nazirinin 
imzaladıqları Ankara bəyannaməsi olmuşdur. 
Əlbətdə bu layihə istər coğrafiyası, istərsə  də  dəyəri 
baxımından çox geniş miqyaslı layihədir və onun reallaşması 
üçün müəyyən vaxt tələb olunur. 
Sərmayəçilərə münasibətdə ayrı-seçkilik qiyulmaması, 
qarşılıqlı  əlaqələrin düzgünlüyü, təmizliyi,  ədalətli olması 
Azərbaycan iqtisadiyyatının başqa sagələrinə  də  sərmayə  cəlb 
olunmasına yardım edir, eləcə  də ölkələrimiz arasında siyasi, 
mədəni  əməkdaşlığın genişlənməsinə, müstəqil Azərbaycanın 
beynəxalq möhkəmlənməsinə xidmət edir. 
Azərbaycanda  əməliyyat  şirkətlərinə xidmət göstərən 
xarici  şirkətlərin coğrafiyası daha genişdir. Azərbaycanda 
fəaliyyət göstərən belə  şirkətlər arasında 130-dan artıq Böyek 
Britaniya  şirkəti, 110-a yaxın Amerika Şirkəti və Norveçdən, 
Fransadan, İtaliyadan, Almaniyadan, Yaponiyadan, Rusiyadan 
və digər ölkələrdən gəlmiş neçə-neçə şirkət vardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə