Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

 
 
90
Bundan başqa müəssisələrdə rentabellik və risk 
əmsalından da istifadə edilir. Maliyyə dayanıqlılığının belə 
təyinatı  təsərrüfat subyektinin bazar şəbəkəsində real 
vəziyyətini xarakterizə edir. 
Neft-qaz sənayesində islahatlar prosesi nəzərdən 
keçirilərkən istehsalın diversifikasiyası aspektinə  də  nəzər 
yetirilməlidir. Ümumi aparılan geniş diversifikasiya yeni 
sahələrin yaranmasına, məhsul çeşidinin artımına imkanlar 
açır. Əvvəllər olduğu kimi indi də, köhnə istehsal sahələrində 
radikal dəyişiklikləri ləngidən,  ənənəvi direktiv sistemli 
idarəetmə  şəbəkəsi istehsalın bütün sahələrinə  təsir edir. Yeni 
bazar prinsiplərinə keçid isə  səmərəli bazar islahatlarını gedi-
şatı ilə bağlıdır. Bu baxımdan neft-qazçıxarma müəssisələrinin 
əsaslı bazar subyektinə uyğunlaşdırılması burada başlanan is-
lahatlar prosesinin dərinləşməsi ilə ahəngdardır. Zənnimizcə, 
bu keyfiyyətləri ifadə edərək NQÇİ-lərin real bazar subyektinə 
çevrilməsi aşağıdakılarda öz əksini tapmalıdır: 
 
hüquqi bazanın möhkəmləndirilməsi, qanunvericilik 
şəbəkəsinin genişləndirilməsi; 
 
izafi səmərəsiz əmlakın hesabdan silinməsi, satışı və 
mübadiləsinin həyata keçirilməsi; 
 
köhnə texnoloji proseslərə  əsaslanan səmərəsiz iş 
yerlərinin bağlanması; 
 
yeni məşğulluq siyasətinin formalaşdırılması; 
 
xidmətedici sahələri mərhələ-mərhələ 
özəlləşdirilməsi; 
 
istehsalat birliklərində diversifikasiya və restrukturi-
zasiya prosesinin aparılması; 
 
sınaq-pilot müəssisələrinin təşkili
 
səhmləşmə prosesinin sürətləndirilməsi; 
 
investision prosesdə daha çox milli sahibkarlara 
üstünlük verilməsi; 
 
hasilatı bitmiş  mədən sahələrinin rekultivasiyasının 
aparmaqla müvafiq torpaq cahələrinin balansdan çıx-


 
 
91
arılması. 
Nəzərdə tutulan proseslər spesifik dəyişikliklərlə həm qu-
ru, həm də köhnə  dəniz yataqlarında da reallaşdırıla bilər. 
Bütün bu işləri  əvvəllər də görmək mümkün idi. Lakin sa-
dalanan bir çox amillər bunların vaxtında görülməməsini 
ləngitmişdir. İndi müvafiq işlərin gerçəkləşməsi üçün daha real 
şərait yaranmışdır. Respublikamızda islahatlar prosesi 
dərinləşdikcə, neft-qazçıxarma müəssisələrinin də real bazar 
subyektinə çevriləcəyi yeni təzahürünü tapacaqdır. 
 
 
2.5. Amortizasiya prosesində mütərəqqi metodların 
tətbiqinin genişləndirilməsi 
 
Neftqazçıxarma sənayesində iqtisadi artımın təmin 
edilməsi 
əhəmiyyətli dərəcədə aparılan amortizasiya 
siyasətindən asılıdır. Yüksək fondtutumu ilə seçilən 
neftqazçıxarma kompleksi digər istehsal sahələrini bu 
konteksdə xeyli dərəcədə qabaqlayır. Yeni texnika və tex-
nologiyaların mənimsənilməsinə  tələb sahədə  uğurlu amorti-
zasiya siyasətinin aparılmasını diktə edir. Neftqazçıxarma 
sənayesində Əsas İstehsal Fondlarının (ƏİF) və digər aktivlərin 
amortizasiyasının strateji planda layihələləşdirilməsini dünya 
təcrübəsində müvafiq sahədə  əldə olunan nailiyyətlərlə uzlaş-
dırılmaqla müqayisəli təhlildə daha aydın görmək olar. Fiziki 
və  mənəvi aşınmaya məruz qalan əsas vəsaitlərin köhnəlməsi 
uçotda yalnız fiziki mahiyyətə görə qeydiyyatdan keçir və 
onların köhnəlməsi tam bərpaya yönələn amortizasiya norma-
larına uyğun olaraq qeydə alınır. Mənəvi aşınma üzrə trans-
formasiya isə rəqabət üstünlüyün saxlanmasında, yeni innova-
siyaların tətbiqində özünü nişan verir. Amortizasiya anlamı 
iqtisadi mühasibat və istehsal amortizasiyasında ehtiva olunur. 
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, hər bir 
əsas vəsait köhnəlmə aspektinə görə amortizasiya olunur. Re-


 
 
92
konstruksiya və texniki yenidən təhcizetmədə, konservasiya 
prosesində əsas vəsaitlərin digər tam hərəkətsizliyi zamanı am-
ortizasiya ayırmaları hesablanır. Bu zaman onların xidmət 
müddəti uzadılır. 
Keçid dövründə cilovlanmayan hiperinflyasiya prosesi 
əsas vəsaitlərin yenidən qiymətləndirilməsini zəruri etmişdir. 
Təkrar keçirilən tələsik yenidən qiymətləndirmə nöqsansız 
ötüşməmişdir. Prosesdə  əsas vəsaitlərin köhnəlməsinin bərpa 
qiymətləri ilə hesablanmasına üstünlük verilmişdir. Bu müddət 
arxada qalsa da, onun məqbul olmayan cəhətləri çeşidli mənfi 
izlər buraxmışdır. Yeni iqtisadi sistemə keçiddə bazar iqtisadi-
yyatının prinsipial tələbləri  əsas vəsaitlərin amortizasiyasında 
yeni metod və formalara, o cümlədən sürətli hesablamaya 
təkan vermişdir. Respublikamızda da bu istiqamətdə-1998-ci 
ildən köhnəlmə  (amortizasiya) hesablanmasının yeni (açıq
metodu tətbiq edilir. Sürətli amortizasiya prosesi istehsalı yeni 
texnika və texnologiyalarla təhcizatında geniş imkanlar açır, 
digər tərəfdən isə istehsal xərclərinin müvafiq elementinin 
əlavə yüksəlməsinə  səbəb olur. Təlimata  əsasən xidmət 
müddəti 3 ildən aşağı olan əsas vəsaitlərə bu metodun tətbiqi 
məqsədəuyğun sayılmır. 
Amortizasiya hesablanmasının seçim metodları uçot 
siyasətinin elementi kimi sənədləşdirilərək vergi orqanlarının 
nəzərinə çatdırılır. Qeyd etmək lazımdır ki, ənənəvi metodlar-
dan fərqli olaraq yeni amortizasiya formaları  məhsulun maya 
dəyəri, mənfəətin ölçüləri, təşkilatın davamlı maliyyə vəziyyəti 
təsir edərək, liberal təzahürdə  əks olunur. Amortizasiya ayır-
malarından səmərəli istifadə etmək üçün müvafiq amortizasiya 
fondları  təşkil edilir. Amortizasiya fondlarının yığımı  və 
istifadəsi mühasibat uçotunda əks etdirilməsində müəyyən pro-
sedur çətinlikləri mövcud olsa da, məhsulun satışı zamanı 
müvafiq normaya uyğun məbləğ bu fonda və yaxud digər xüsu-
si hesaba köçürülür. 
Dünya təcrübəsində amortizasiya strategiyasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə