Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

 
 
81
1.
 
şəxsiyyətlər arası münasibətlərin idarə edilməsi. Bu 
təşkilatdaxili və ondan xaric müxtəlif insanlarla 
münasibətlərin yaradılması və müdafiə edilməsində əks 
olunur.  Şəxsiyyətlərarası münasibətlərdə  rəhbər sosial 
və hüquqi öhdəlikləri, təntənəli tədbirləri, xarici və dax-
ili münasibətləri, liderlik funksiyalarını əks etdirir. 
2.
 
informasiyanın idarəedilməsi-bu məlumatların to-
planılması və yayılmasında özünü göstərir. 
3.
 
qərarların qəbul edilməsi. 
Bu funksional mahiyyət, prinsip etibarı ilə  əvvəlki me-
todologiyalardan  əsaslı  dərəcədə  fərqlənməsə  də, daha geniş 
çərçivədə bazar formalı müasir təşkilatın rəhbərinin  əsas iş 
prinsipini canlandırır.  İndiki məqamda idarəetmədə  uğurun 
ətrafını strateji planlaşdırma tələblərinə uyğun maliyyə 
menecmentində, rasional informasiya şəbəkəsinin işlənib hazır-
lanmasında, idarəetmə bacarığının inkişaf etdirilməsində 
müəyyən olunur. Strateji planlaşdırma dəyişkənlikləri qa-
baqcadan düşünmək, məqsəd və vəzifələri geniş spektrdə uzun 
müddətli mahiyyətdə kerçəkləşdirməyi ifadə edir. Səmərəli 
idarəetmə bütün resursların cəm olunması, onların 
məqsədyönlü bölgüsündə qiymətini alır. Müvafiq bölgü isə 
təcrübədən geniş bilikdən qaynaqlanır. 
Görkəmli ABŞ alimi Piter Drukerin «iqtisadi resursların 
yeganə mahiyyəti bilikdə ehtiva olunur və ya bilik iqtisadi 
rsursların yeganə mahiyyətidir» tezisi biliyin idarəetmədə əsas 
amil olduğunu təsdiq edən daha bir istiqamətdir. 
Neft-qaz sənayesində struktur islahatlarının sürətləndiril-
məsi, kompleksin elmi əsaslarla, bazar prinsiplərinə müvafiq 
idarə edilməsi apardığımız tədqiqatda bir daha əksini taparaq 
belə bir qənaətə  əsas verir ki, islahatların uğurlu nəticələri 
təkmilləşən struktur dəyişikliklərindən, səmərəli idarəetmə 
mexanizmlərinin tətbiqindən  əsaslı  dərəcədəndə asılıdır. Bu 
asılılığın zəiflədilməsi davamlı praktiki tədbirlərin reallaşması 
ilə mütənasibdir. 


 
 
82
2.4. Neftqazçıxmarma müəssisələrinin yeni bazar 
subyektinə çevrilməsi problemləri 
 
Neft-qaz sənayesi istehsalat birliklərinin struktur 
vahidləri-neftqazçıxarma idarələri abreviaturada NQÇİ-lər 
neft-qaz hasilatının bilavasitə təmin edən iri kompleks istehsal 
təşkilatlarıdır. Yataqların ölçüləri, istehsal tsikli və sair 
parametrlərdə  əks olunaraq NQÇİ-lər 1000-dən 5000-nədək, 
bəzən daha çox işçi qüvvəsini əhatə edir. Onların da strukturu 
geniş  şəbəkəlidir. Dəniz və qurudakı istehsalat birliklərində 
müvafiq olaraq DNQÇİB və QNQÇİB Sovetlər  İttifaqından 
miras qalmış 15 müvafiq təşkilatdan, indi klassik formada 11-i 
fəaliyyət göstərir. Digər 4 müəssisə bir neçə NQÇİ-lərdən 
qopmuş kiçik mədənlər indi keçid iqtisadiyyatının prinsiplərinə 
uyğun səciyyə daşıyan müştərək müəssisələr formasında 
fəaliyyət göstərirlər. Müvafiq NQÇİ-lərin yeni bazar 
subyektinə çevrilməsi perspektivin məqbul cəhətlərini təhlil və 
təqdim etmək üçün bu silsilədə olan və daha çox özəl formasını 
saxlayan Balaxanıneft NQÇİ-nin strukturuna və  fəaliyyət 
prizmasına həm tarixi, həm də müasir rakursda nəzər yetirək. 
Azərbaycan neftinin beşiyi sayılan «Balaxanıneft» 
NQÇİ-də  sənaye üsulu ilə istismar XIX əsrin ikinci yarısında 
təşəkkül tapır. Bu ərazilərdə tapılan daş kitabədə Balaxanılı 
usta Allahyar Nurməmməd oğlunun 1594-cü ildə inşa etdiyi 60 
metrlik quyunun tarixi əks olunmuşdur. 1871-ci ildə Bakılı sa-
hibkar Ağamirzə Mirzəyevin burada texniki üsulla qazdığı qu-
yunun fantan vurması isə  ümumiyyətlə, Azərbaycanda sənaye 
üsulu ilə neft hasilatının əsası sayılır. Sonrakı 10 il ərzində belə 
quyuların sayı 200-ü ötüb keçmişdi. Tezliklə Balaxanı neftli-
qazlı yatağı iri sərmayədarların diqqət obyektinə daxil olur. 
Müvafiq yataqların istismarında «Nobel qardaşları», «Rotşild» 
şirkətləri, Mantaşov, Nağıyev,  Əsədullayev kimi məşhur sa-
hibkarlar fəaliyyət göstərmişlər. Müasir mərhələdə Balaxanı, 
Sabunçu, Ramananı yataqlarının istismarını  həyata keçirən 


 
 
83
Balaxanıneft NQÇİ-nin inzibati binasını vaxtı ilə «Nobel qar-
daşları»  şirkəti inşa etmiş, zamanın mövcud istehsal prosesi 
buradan idarə və nəzarət olunmuşdur. 
1901-ci ildə bu yataqlarda rekord səviyyədə 8 milyon 
821 min ton neft hasil edilmişdir ki, bu da Rusiyada istehsal 
olunan bütün neftin 73,8 faizinə  bərabər olmuşdur. Sovet 
hakimiyyəti illərində «Leninneft» adlanan bu təşkilat samballı 
yataqların, əsas istehsal fondlarının nəhəngliyi və digər texniki-
iqtisadi göstəricilərə görə anoloji neftqazçıxarma idarələrinin 
avanqardı olaraq milli neft sənayemizin  ən qabaqcıl təşkilatı 
kimi indiyə qədər liderliyini qoruyub saxlamışdır. İkinci dünya 
müharibəsi zamanı Azərbaycanın Sovet cəbhəsinə verdiyi 75 
milyon ton neftin 17%-dən çoxu bu yataqlarda hasil edilmişdir. 
Bütün tarix ərzində NQÇİ-nin istismar etdiyi yataqlardan 330 
milyon tondan çox neft hasil olunmuşdur ki, bu da müvafiq 
dövr  ərzində bütün respublikada çıxarılan neftin 75, quru 
sahələrindəki hasilatın 35%-i həcmindədir. Buradakı laylarda 
hələ  də kifayət qədər ehtiyatların qaldığı söylənilir. Bununla 
belə köhnə yataqlar çox sulu olması ilə  fərqlənir. NQÇİ-nin 
təhvil verdiyi neftin əksər hissəsi I qrupa aid, yüksək 
keyfiyyətli xammal hesab edilir. Hətta mütəxəssis rəyi zərərli 
qatışıqlıqlardan xeyli dərəcədə azad olan bu neftin dünyada 
analoqu olmadığı fikrini bəyan edir. Vaxtı ikən 7-8 min kollek-
tivin çalışdığı, hər il milyon tondan çox neft hasil edildiyi 
NQÇİ-də  işçi sayı indi 2300 nəfərə, gündəlik hasilat isə 600 
tona enmişdir. Lakin buna baxmayaraq müvafiq göstəricilər 
baxımından NQÇİ yenə  də  həmkarları arasında  ən böyüyü 
olaraq qalır. 
«Balaxanıneft» NQÇİ-nin müasir strukturuna 7 
neftqazçıxarma sexi (neft mədəni), istismar avadanlıqlarının 
təmiri və prokatı, elektrik avadanlıqlarının təmiri və prokatı, 
quyuların  əsaslı  və yeraltı  təmiri, elmi-tədqiqat və istehsalat 
işləri, istehsalın avtomatlaşdırılması, neftin və texniki suyun 
kompleks hazırlanması, xüsusi texnika, qazın yığılması  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə