Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

 
 
60
investisiyaların istismarının son nəticəliliyi, kommersiya 
marjası, məhsulun rentabelliyi və istehsalla satışı xarakterizə 
edən digər parametrlərlə xarakterizə olunur. Bu göstəricilər də 
özü-özlüyündə  əsas vəsaitlərin dövrliliyi, fondverimi, 
fondtutumu, əmək məhsuldarlığı enerji və xammal tutumundan 
asılıdır.  İndiki  şəraitdə son nəticədə maliyyə amillərinin təsiri 
də mühümdür. Buraya bütün aktivlərin verimi, debitor 
borclarınnın dövriliyi, müəssisənin likvidliyi, iflas dərəcəsi 
xüsusi və borc vəsaitlərinin nisbəti və sair daxildir. Bütün 
bunlar bir daha belə bir qənaətə əsas verir ki, müasir mərhələdə 
müəssisənin səmərəli fəaliyyətinin qiymətləndirilməsi  əsaslı 
dərəcədə maliyyə  vəziyyəti ilə bağlıdır. Son zamanlar 
müəssisəsinin maliyyə  təsərrüfat fəaliyyətinə  təsir edən 
iqtisadi, ictimai-siyasi və texniki amillərin nüfuz sferası 
dəyişikliklərə məruz qalmışdır. Məlumdur ki, energetik sektor 
daha çox təsir obyektidir. Burada istehsalın təşkili və məhsulun 
satışı prosesi müəyyən dərəcədə  rəqiblərin imkanlarının 
öyrənilməsi, qiymət siyasətinin təminatı satışı stimullaşdıran 
reklam  şəbəkəsini  əhatə edən marketinq proqramlarından da 
asılıdı. Bununla belə müvafiq proqramlar nəzərdə keçirilən 
prinsipləri də özündə ehtiva etməlidir. 
Neft sənayesində iqtisadi islahatların strategiyasında 
indiki keçid mərhələsində mühüm istiqamətlərindən biri də 
məşğulluqla bağlı problemlərdir. Uzun illər kompleksdə 
hasilatda və istehsalda-enmə müşahidə olunmuş,  əmək 
məhsuldarlığı  dəfələrlə  aşağı düşmüş  və müvafiq olaraq işçi 
qüvvəsinə  tələb də azalmışdır. Bu problem yaxın illərdə neft 
sənayesində iqtisadi islahatların çətin və mürəkkəb, daha çox 
sosial  əhəmiyyət kəsb edən istiqamətlərindən biri olacaqdır. 
Buna görə  də sahədə  məşğulluqla bağlı ayrıca strategiya 
işlənməli və həm də bununla yanaşı problemi mülayimləşdirən 
operativ taktiki gedişlər də mütəmadi səviyyə daşımalıdır. 
Bazar münasibətlərinin qərarlaşdığı indiki mərhələdə 
ictimai tənzimləmənin xüsusi rolu nəzərə alınmalı  və o xalq 


 
 
61
təsərrüfatında sabitləşmə meyllərinin həllində, iqtisadiyyatın 
inkişafında mövcud disproporsiyaların təcrid olunmasında 
özünü göstərməlidir. Bu prosesdə qeyri-hökumət təşkilatlarının 
xüsusən də üçüncü sektorun əhəmiyyətli təsirini qeyd etmək 
lazımdır. Daha səmərəli tənzimləyici mexanizm isə  şübhəsiz 
ki, dövlətin iqtisadiyyata müdaxiləsidir ki, bu da fiskal, pul-
kredit siyasətdə özünü göstərir. 
Sərt vergi şərtləri ilkin mərhələdə  nəticəli olsa da, 
sonradan iqtisadi artımın təmin edilməsində müəyyən maneəyə 
çevrilir. Məhz buna görə də vergi siyasəti istehsala ağırlaşdırıcı 
təsir etdiyini büruzə verdikdə imtiyazların tətbiqi vacib sayılır. 
Bu həm də hesablaşmaları asanlaşdırır və rasional nəzarətə 
səbəb olur. Vergiqoymaya yanaşmada münasibətin 
dəyişdirilməsi vergi rejimində mülayimləşdirmə ilə xarakterik 
olmalıdır. Marginal yataqlarda vergi rejimi daha çox 
mülayimləşdirilməli və belə yataqlarda istismarın rentabelli 
olması  məqsədilə imtiyazlar sistemi işlənib hazırlanmalı 
proporsional-reqressiv vergiqoyma şərtləri tətbiq edilməlidir. 
İnteqrasiyanı gücləndirmək, xarici investisiya axınını artırmaq 
məqsədi ilə vergilərin harmonizasiyasının tətbiqinə  də 
imkanlar açılmalıdır. Vergi sistemində aparılan islahatlar uçot 
prosesini deformasiya etdirməməli, sahənin rəqabət 
qabiliyyətini artırmalı  və buraya cəlb edilən kapital axınını 
sürətləndirməlidir. Maliyyə prosesinin yaxşılaşdırılması, 
müəssisələrin manevrliliyinin yüksəldici faktorudur. Məhz 
buna görə  də istehsalının inkişafının maliyyə  təminatı  əsas 
qovuşdurucu mövqedə durur. 
Yataqların işlənməsində yerli bankların cəlb edilməsi də 
mühüm  şərtlərdən sayılır. Rusiyada yerli banklar bu 
istiqamətdə müəyyən prioritetlərə malikdirlər. Müşahidələr və 
təhlil göstərir ki, Rusiya banklarının investision prosesə  cəlb 
edilməsi qüvvəsi yüksəkdir. Hətta böyük lahiyələrin 
gerçəkləşdirilməsində regional və kiçik bankların birgə, 
konsorsium formalı əməkdaşlığı da diqqətə gətirilir. İnvestision 


 
 
62
partnyor kimi birgə  fəaliyyət ümidverici ovqat yaradır. Bu 
nəzəri aspektlərin gerçəkləşməsi üçün respublikamızda yeni 
bazar strukturunun formalaşmasının tam başa çatması həlledici 
əhəmiyyət daşıyır. Məhz buna görə  də strateji planlaşdırmada 
dünyada mövcud olan modellərdən birinin milli iqtisadi 
potensiala və konyukturaya uyğun olaraq qəbul edilməsinə səy 
edilməlidir. 
Hazırda dünyada çox qlobal dəyişikliklər baş verir. 
Bunlar iqtisadiyyata, xüsusilə neft-qaz sənayesinin inkişafına 
böyük təsir edir. Bazar iqtisadiyyatına keçid müəssisələrdə 
istehsalın səmərəliliyinin və 
rəqabət qabiliyyətinin 
artırılmasını, elmi-texniki nəaliyyətlərin, mütərəqqi forma və 
metodların tətbiqini, təsərrüfatsızlıq meyllərinin təcrid 
olunmasını və digər bu kimi keyfiyyətlərin reallaşmasını tələb 
edir. Apardığımız təhlilin məntiqi nəticəsi respublika neft-qaz 
sənayesində yeni bazar mexanizmlərinin formalaşmasını 
islahatların ardıcıl, prinsipial davamlı inkişafından asılı 
olduğunu bir daha diqqətə gətirir. 
 
 
2.2. Azərbaycanın qaz sektoru islahatların yeni 
mərhələsində 
 
Azərbaycanda qazdan geniş istifadə XIX əsrdə intişar 
tapmışdır. Bu illərdə qazın  əhəmiyyəti ilə bağlı keyfiyyətlər 
bütünlüklə dərk olunmurdu. Hasil edilən qaz əsasən səmt qazı 
olduğundan onun səmərəli tutulması  əlavə texnoloji proses 
tələb edirdi. Sonralar təbii qazın səmərəsi daha artıq dərk 
edildikdə ondan istifadə sferası da genişləndi. Azərbaycanın 
neft ölkəsi olması onun şöhrəti elə neftlə  də ehtiva olunurdu. 
Lakin qətiyyətlə demək olar ki, Azərbaycanın «Odlar ölkəsi 
kimi»  şöhrət qazanmasında daha çox qaz amili əhəmiyyət 
daşımışdır. Hələ min illər öncə Abşeron torpağında yanan 
ərazilər, hətta ara-sıra dənizdə belə müşahidə olunan alovlanma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə