Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

 
 
47
latı tarixinin Azərbaycanla mümkün paralelliyi və oxşarlığı 
vardır. Ölkədə 100 ildən çox neft hasil edilməsinə baxmayaraq 
böyük iqtisadi tərəqqi əldə olunmamışdır. 1999-cu ildə ölkədə 
baş vermiş sel, torpaq sürüşmələri ölkənin təsərrüfatına ciddi 
ziyan vurmuş, zəngin neft potensialı ölkə  təbii fəlakətin 
nəticələrini aradan qaldırmaq üçün xarici dövlətlərin böyük 
yardımlarına ehtiyacı olduğunu nümayiş etdirmişdir. Uzun illər 
dövlətin inhisarında formalaşan neft sənayesi Latın Amerikası 
ölkələrində yen ədə  əsasən dövlətin sərəncamında olaraq qal-
maqdadır. Belə meyl neftdən əldə olan gəlirin tam əksəriyyətlə 
yenidən neftin təkrar istehsalına istiqamətləndirir və korrupsi-
yanın genişlənməsinə rəvac verir. 
Region ölkələrinin xarici borcu son 10-15 il ərzində 2-2,5 
dəfə artaraq 60 milyard dolları ötmüşdür. Son onilliklərdə 
dünya bazarında baş verən qiymət böhranı neft sənayesinin ba-
zar konyukturuna adaptasiyasında özünü göstərir. Təkrar isteh-
sala yönələn neft strategiyası böhranlı meyllərlə müşayiət ol-
unur. Bu arada Beynəlxalq Valyuta Fondunun lokal böhranı 
aradan qaldırmaq cəhdləri uğurlu nəticələrə  gətirməmişdir. 
Aparılan terapiya sabitləşməyə rəvac versə də, bu ölkələrin xa-
rici borclarını yüksək həddə qaldırmışdır. Borclar siyahısında 
dünyada birinci yeri tutan Braziliya və regionun digər ölkələri 
neftdən əldə etdikləri gəlirləri indi borcların qaytarılmasını sərf 
edir. Digər tərəfdən region ölkələri milli bazarın ehtiyaclarını 
təmin etmək üçün neftayırma sahəsində kifayət qədər istehsala 
malik deyildirlər. Belə ki, Meksikada istehlak olunanm neft 
məhsullarının 
1
/
4
 hissəsi xaricdən idxal olunur. 
Neft iqtisadiyyatının Avropa variantında  əks meyllər 
mövcuddur. Burada da neftə dövlətin iqtisadi inkişaf yolu kimi 
baxılır. Neftdən istifadə  də Norveç modeli xarakterik 
xüsusiyyətlərə malikdir. Ərəblərlə müqayisədə norveçlilərin 
nefti az və xeyli yüksək istehsal xərclidir. Bununla belə ölkənin 
dünya bazarına yaxın  əlverişli mövqeyi vardır. Norveçdə neft 
Azərbaycan fərqli olaraq ölkənin müstəqil həyatını, iqtisadiy-


 
 
48
yatının formalaşması çağında kəşf edilmişdir. Yəni ölkə 
iqtisadi inkişaf yolunu qət etdikdə burada neft fontan vurmuş-
dur. Dünyanın zəngin neft təcrübəsi ölkənin düşünülmüş neft 
strategiyası aparmağa kökləmiş, ehtiyatlardan səmərəli istifadə 
bacarığı aşılamışdır. Ölkədə neft strategiyası beynəlxalq baza-
rın konyukturuna hesablanıb və əldə edilən gəlir iqtisadiyyatın 
rəqabətədavamlı sahələrinin yaranışına və inkişafına 
yönəldilmişdir. 
Qeyd olunduğu kimi enerji geosiyası aspekti şərtləndirən 
amil olmaqla, həm də ayrı-ayrı ölkələrdə iqtisadi təhlükəsizliyi 
təmin edən  əsas faktordur. Dövlət özünün energetik 
təhlükəsizliyinin qorunmasında bütün imkanları ilə  səfərbər 
olur. Ölkənin təbii energetik resurslarının mövcudluğundan 
böyük və kiçikliyindən asılı olmayaraq enerji sabitliyinin təmin 
edilməsi diqqət mərkəzində durur. Buna görə də neftin ixracın-
dan qidalanan ölkələr öz büdcələrini dünya bazarındakı 
konyuktura, qiymətin enmə və yüksəlişini nəzərə alaraq qurur-
lar. Bir məqamı qeyd etmək lazımdır ki, hələ yüz il öncə neft 
özünün strateji əhəmiyyətini bəyan etdikdə texnoloji imkanlı 
böyük dövlətlər ona sahib olmaq istiqamətində böyük rəqabətə 
çıxdılar. Bu rəqabət bəzən gərginliklərə  səbəb olaraq «neft-
güc» formulunda döyüş meydanlarında sınaqdan çıxdı.  İndi 
tarixçi alimlərin birmənalı  rəyinə görə XX əsrin ikinci cahan 
müharibəsi və digər irili-xırdalı müharibə  və münaqişələr 
yetərli dərəcədə neft amilindən təsirləşmişdir. 
Yaşadığımız zəmanə bizim üçün keçid dövrü olaraq 
qalır. Keçid vəziyyəti indiki məqamda digər onlarca ölkələrə 
də xasdır. Bu dövr ayrı-ayrı ölkələr üçün müxtəlif müddətli ola 
bilər. Onun ömrünün qısaldılması isə bizim səylərimizdən, 
strateji planlarımızdan asılıdır. Bizim üçün keçid epoxasının 
mümkün qədər qısa olması müstəqilliyimizi gücləndirən  əsas 
şərtlərdən biridir. 
Respublikamızın beynəlxalq aləmdə neftə istinadən əldə 
etdiyi mövqeyinin möhkəmləndirilməsi ehtiyatların 


 
 
49
uzunmüddətli istismarına  əsaslanan siyasətin ardıcıl təmin 
edilməsindən asılıdır. Yeni yataqlarda müştərək iş birliyi 
Azərbaycanın payının yüksək tutumu ilə seçilməlidir. 
Mütəxəssis fikri ondan ibarətdir ki, yataqların işlədilməsində 
xarici investorların payı 50%-lik baryeri aşmamalıdır. Belə 
istiqamət Yaxın  Şərq ölkələrinin, Norveçin neft siyasətinin 
aparıcı xəttini təşkil edir. Hətta bu dövlətlərdə xarici müştərək 
fəaliyyətdə yerli tərəfin iştirak payının yarıdan aşağı olması 
qanunla qadağan edilir. Respublikamızda bağlanan kontraktlar 
üzrə Azərbaycan tərəfinin orta payı ümumi həcmin 
1
/
3
-dən 
kiçikdir. Bunlar azmış kimi bəzi kontrakt sahələrində yenidən 
təşkil olunma prosesində Azərbaycanın payının payı azalmağa 
meyl edir. Respublika prezidenti H.Ə.Əliyev cənablarının neft 
strategiyasında ardıcıl səyləri nəticəsində ölkəmizdə müvafiq 
neft fondunun yaradılması haqqında fərman vermişdir. 
Fərmana əsasən Azərbaycana çatacaq mənfəət neftinin və qaz-
ının satışından  əldə edilən gəlirlər, bonus ödənişləri, xarici 
şirkətlərlə imzalanmış müqavilələr çərçivəsində dövlət 
əmlakından istifadə üçün icarə haqqı, 2001-ci ildən başlayaraq 
akrhesabı ödənişləri, xarici şirkətlərlə bağlanmış müqavilələrə 
uyğun olaraq Azərbaycan tərəfinə verilən aktivlərin satışından, 
fondun fəaliyyətindən və başqa daxilolmalardan əldə edilən 
valyuta vəsaiti müvafiq fondda cəmləşməlidir. BVF-in 
təmsilçiləri neft fondunun yaradılmasında həm beynəlxalq 
təcrübəni, həm də regionun xüsusiyyətlərini ön plana çəkirlər. 
Neft gəlirlərini daha çox xarici banklarda və ya neft fondunun 
avuarlarında saxlanılmasını  məqsədəmüvafiq bilən BVF 
Azərbaycanda yüksəlişin təmin edilməsində fondun missiyası-
nın  əhəmiyyətli olacağını qeyd edir. Digər tərəfdən neft 
fondunun yaradılmasında BVF-in tələbi heç də Azərbaycanın, 
yüksək iqtisadi potensiallı ölkəyə çevrilməsini nəzərdə tutmur. 
Təcrübə göstərir ki, BVF-nin dirçəliş  hərəkatı heç bir ölkəyə 
səadət bəxş etməmişdir. Azərbaycanda neft fondundan istifadə 
məsələsində əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, milli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə