Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

 
 
35
güsünün düzümündə  təsbit olunmuşdur. Ümumi tələb və 
təklifin dayanaqlıqlı qarşılıqlı münasibətlərinin qlobal 
şəbəkəsinin təmsil olunduğu dünya bazarının başlıca fəaliyyət 
mexanizmini qiymətlərin daxili milli bazara nisbətdə yüksək və 
azad olmasını  fərqləndirən xüsusiyyət təşkil edir. Lakin bu o 
deyil ki, dünya bazarı tam sərbəst fəaliyyət obyektidir. Belə ki, 
onu təmsil edən ölkələr burada ciddi məhdudiyyətləri qay-
dalaşdırmaq imkanına malikdirlər. Belə imkanlar isə izafi 
ölçüdə daha güclü siyasi-iqtisadi potensiala malik ölkələrə
birliklərə xasdır. Son dövrdə dünya bazarında xarici ticarətin 
tənzimlənməsində başlıca meyl liberallaşmada  əksini tapır. 
Uzumüddətli planda məhz azad beynəlxalq ticarət iştirakçı olan 
dövlətlərə daha geniş  səmərəlilik gətirir. Bununla belə indiki 
mərhələdə beynəlxalq ticarətin liberallaşmasında protek-
sionizmin  əks təsiri güclənməkdədir. Kömrük üsullarının orta 
səviyyəsinin azaldılması fonunda neoproteksionizmin ölçüləri, 
xüsusən də subsidiya ixracatının, sərt texniki standartlar, nor-
malar və sair yeni tələb və tədbirlərin tətbiqi genişlənir. 
Dünya bazarının  əsas tərkib hissələri içərisində  əmtəə 
bazarı xüsusi çəkiyə malikdir. Onun komponentləri arasında 
isə neft və neft məhsullarının ticarəti böyük və stabil çəkisini 
saxlamaqdadır. 
XX  əsrdə yüksəliş tapan neft-qaz hasilatı özünün 
beynəlxalq ticarət infrastrukturunu və bazar şərtlərini for-
malaşdırmışdır. Lakin bu formalaşmanın tam başa çatmasını 
söyləmək hələ tezdir. İri neft-qaz rayonlarının kəşfi, xüsusən 
də  Xəzər  şelfində  aşkarlanan böyük potensiallı karbohidrogen 
yataqları dünya neft ticarətində yeni üfuqlər açmışdır. Sürətlə 
artan hasilat neft və qazın qiymətinin yüksəliş  və enmə mey-
linin dövriyyəsini gödəltmiş, daha çox qeyri-stabillik törədərək 
onu bir qədər də çətin idarə edilən hala salmışdır.  
Dünya neft satışının əsas mərkəzlərindən biri və başlıcası 
Fars körfəzi regionudur. Dünyanın ən böyük neft istehsalçıları, 
daha dəqiq isə dünya əhəmiyyətli yataqlar bu körfəz ətrafında 


 
 
36
cəm olmuşlar. İraq Küveyt qarşıdurması son körfəz böhranı bu 
regionun  əhəmiyyətini, bir daha qlobal səciyyə daşıdığını 
nümayiş etdirmişdir. Körfəzdəki Hörmüz boğazının  İranın 
nəzarətində olması buradakı yataqlardan Qırmızı dənizin Yan-
bu portuna Transərəb neft magistralının çəkilişinə  rəvac ver-
mişdir. Bununla belə BMT-nin İraq üzrə embarqolarının real-
laşmasında körfəzə ABŞ-ın rəhbərliyi altında nəzarət mex-
anizmi tətbiq edilmişdir. Bütün bu çətinliklərlə yanaşı Fars 
körfəzi dünyəvi neft ticarətinin  ən böyük bazarı olaraq qal-
maqdadır. Hər gün yüzlərlə neft dolu tankerlər dünyanın  ən 
müxtəlif regionlarına daşınmanı  həyata keçirirlər. Burada Av-
ropa bazarlarına aparılan neftlə yanaşı  Cənub-Şərqi Asiya 
ölkələrinə, xüsusən də Yaponiyaya daşınan neftin miqdarı ol-
duqca yüksəkdir. Neftə olan ehtiyacların demək olar ki, hamısı 
idxal hesabına ödənilən ölkələrdə  tələbatın  əksər hissəsi bu 
körfəzdən  əldə edilir. Yaponiya ABŞ-la birlikdə dünyanın  ən 
böyük neft ixracatçısı olaraq qalır. Burada neftə olan illik 
tələbat 230-240 milyard tona bərabərdir. Bu isə İran və Küvey-
tin birgə illik neft hasilatında bir qədər azdır. Daşınan neft isə 
nə ucuz başa gələn üzən anbarlarda və ümumi yük qabiliyyəti 
15 milyon ton olan tankerlərdə saxlanılır. Belə ehtiyatlar 180 
gün üçün nəzərdə tutulur. Bununla yanaşı Avropanın da 
sənayesini, elektrik stansiyalarını xam neftlə təmin edən müva-
fiq məntəqələr mövcuddur. Rusiyadan, Şimali Afrikadan elə 
Avropanın qüdrətli neft ölkəsi Norveçdən gələn neft buradakı 
bazarı keyfiyyət dəyişikliklərinə  uğradır. Karib hövzəsi 
ölkələri, xüsusən Meksika, Venesuella regional dövlətləri ener-
jidaşıyıcıları ilə  təmin etməklə yanaşı, ara-sıra Avropa bazar-
larına da neftin ixracını reallaşdırırlar. İngiltərə neft ixrac edən 
ölkə kimi həm də ABŞ-dan xam neft də idxal edir. Bunu 
ölkədəki neftin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə həyata 
keçirirlər. 
Dünya qaz ticarəti də yüksəliş erasına daxil olmuşdur. 
Avropanın qaza olan tələbləri çoxaldıqca, buraya yeni 


 
 
37
göndərişlər reallaşır. Rusiya, «mavi axın» layihəsini 
kerçəkləşdirməklə Türkiyənin  əsas qaz təminatçısı olmağa çal-
ışır. Bu arada Türkmənistan və Azərbaycan da Türkiyənin, ay-
rıca olaraq Avropanın yeni tələblərindən bəhrələnməyə  səy 
edirlər. Afrikadan qablaşdırılmış qaz Avropa bazarlarında 
geniş istifadə tapır. 
Neft iqtisadiyyatının təməlində xam neftin qiyməti durur. 
Qiymət məsələsi əsasən satış bazarındakı meyllərdə və istehsal 
xərclərində ehtiva olunur. Bununla belə qiymət orbitində digər 
amillər də dövr edir və bu amillərin əksəriyyəti obyektiv xarak-
terlidir. Qloballaşma, inteqrasion proseslərin geniş axını nefti 
dünya bazarının mühüm məhsuluna çevirir, onun qiyməti isə 
buradakı meyllərdən asılı olur. Tarixə nəzər yetirdikdə görərik 
ki, haçansa bazarda neftin qiymətinin «Standartoyl» 
müəyyənləşdirirdi. Sonradan ABŞ-da bu işi Texas dəmiryolu 
komitəsi, digər ölkələrdə isə neft inhisarçıları müəyyən 
edirdilər. Sonra hakimiyyət OPEK-in əlinə keçdi. İndi belə 
təyinat hər gün ani olaraq Nyü-York NÜMEKS, London IPE 
birjalarının ticarət zalında açıq bazarda treyderlərlə alıcıların 
birbaşa qarşılıqlı  təmasında, yer kürəsinin müxtəlif 
ərazilərindən kompüter ekranlarına gətirilən vasitələrlə  həll 
edilir. 
Dünya bazarında neftin qiymətinin sonuncu dəfə  kəskin 
aşağı düşməsi 1997-1998-ci illərin qovşağına təsadüf edir Bir 
çox ölkələr bu vəziyyətdə böyük məbləğdə ziyanlara məruz 
qalmışlar. Bununla belə qiymət özünün mənfi çalarları ilə 
yanaşı  məqbul xüsusiyyətlərinə  də malikdir. Belə ki, qiymət 
meyllərinin idxalçı  və istehsalçı qütblərdə dayananlara təsir 
aspekti müxtəlifdir. Neft emalının həyata keçirən, elektrik en-
erji istehsalı neftə  əsaslan ölkələr qiymət amilindən zərər 
çəkənlər siyahısındadırlar. Bütün bu proseslər istehsalçı  və 
istehlakçıları ortaq mövqedən çıxış etməyə səfərbər edir. 1973-
cü ilin ümumdünya neft böhranı Beynəlxalq Energetika 
Agentliyinin (BEA) - təsisinə  rəvac vermişdir. Başlıca olaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə