Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

 
 
38
Qərbi Avropanı  təmsil edən 21 neft istehlakçısı dövlətləri en-
ergetik təhlükəsizliyi yaxşılaşdırmaq üçün vahid təşkilat 
altında birləşmişlər. Sonradan Avropada neft məhsullarına olan 
tələbatı  və enerji balansını  təmin etmək məqsədi ilə yeni 
təsisatın formalaşması ideyası ortaya çıxmış və bu məqsədlərdə 
ifadə olunan 1991-ci ildə Avropa Energetika Xartiyası 
yaradılmışdır. OPEK ölkələri iştirak etmədiyi bu müqaviləyə 
əsasən istehsalçılar istehlakçı ölkələrdə baş verəcək enerji 
böhranına çatışmayan hissəsinin konpensasiyasını  həyata 
keçirməyi öhdəyə götürürlər. 
1997-ci ildə baş verən neft böhranında dünya bazar-
larında xam neftin bir barellinin orta qiyməti bir il ərzində 20-
22 ABŞ dolları həcmindən iki dəfə aşağı düşərək, 10-11 dollar 
arası həddə tərəddüd etmişdir. Lakin 1999-cu ilin sonunda xam 
neftin qiyməti dinamikasında yüksəlmiş, böhran dəf edilmiş, 
2000-ci ilin fevralında bu qiymət 30 dolları belə  aşmışdır. 
2000-ci ilin payızı  ərəfəsində birjalarda neftin barrelinin 35 
dollardan da yüksək həddə qalxması Avroatlantik məkanda 
yeni yanacaq böhranına gətirmişdir. 
Dünyada neftin qiymətini son dərəcə ciddi inhisarda sax-
layan tənzimləyən mərkəzi təşkilat yoxdur. Neftin qiymətinin 
aşağı düşməsinə tarixi proseslərin iqtisadi maraqların, siyasi 
gerçəkliklərin təsiri böyükdür. Şübhəsiz ki, bu təsirin nüfuz 
dairəsi uzun müddət səngiməyəcəkdir. Bununla belə qiymət 
məsələsində OPEK hələ ki, yetərli söz sahibi hesab edilir. 
Qiymətin mülayimləşdirilməsi, tarazlıq halına gətirilməsi heç 
də hamının mənafelərinə uyğun gəlmir. Bu prosesdə ixracatçı 
dövlətlər ümumi məqsədləri ifadə etməkdə o qədər də yekdil 
hesab etmək olmaz. 2000-ci il yeni qiymət tendensiyasında 
Venesuella və İranın yaxın mövqeləri neftin hasilatının artırıl-
masına yönəlmiş, bazarın idarə edilməsində «Riyad» Qrupunda 
birləşən Səudiyyə  Ərəbistanı Meksika və Venesuella birliyi 
hasilatın artımına ciddi cəhdlər etmişlər. Nəhayət, OPEK-in 
2000-ci il Vyana mart görüşü hasilatın artımına qərar vermiş-


 
 
39
dir. Sonrakı aylarda neftin qiyməti müəyyən qədər enməyə do-
ğru start götürmüş, bir ay ərzində 20-22 dollar səviyyəyə ensə 
də, avqust ayında yenidən yüksələrək böhranlı həddə çatmışdır. 
Qiymətin enməsi daha çox Rusiya üçün təhlükəlidir. 2000-ci 
ilin dövlət büdcəsinin mühüm hissəsi neftin xarici bazarda 
satışında  əldə ediləcək gəlir hesabına formalaşdıran ölkədə 
qırmızı xətt kimi 1 barreli18-dollar ekvivalentində nəzərdə tu-
tulmuşdur. Bundan yuxarı  hədd isə büdcə  kəsrinin ödənişinə 
yönəldilməlidir. Azərbaycanda da anoloji vəziyyət mövcuddur. 
Burada da büdcə hesabında neftin 1 barreli 18 dollar nəzərdə 
tutulduğu qeyd olunur. Elə istehsalçı ölkələr vardır ki, onların 
neft tələbləri üzrə büdcə dayaqları daha aşağı həddə əsaslanır. 
Küveytdə bu 5 dollar təşkil edir. Lakin ölkədə neftin bu 
keyfiyyəti ciddi nəzərə alaraq büdcəni neftin iradəsinə 
müştərək etməmişdir. Büdcəni neftə  əsaslandıranların aqibəti 
məlumdur. Hollandiyadakı  məşhur sindrom buna parlaq bir 
örnəkdir. Məhz bu reallıq ölkədə  təsərrüfatın geniş diversifi-
kasiyasının aparılmasını milli məhsul istehsalının çeşidinin, 
yeni istehsal-xidmət sahələrinin açılışının genişləndirilməsini 
zəruri edir. Bu strategiya ilə büdcəni neft yükündən müəyyən 
qədər xilas etmək mümkündür. 
Sovetlər İttifaqında qiymət məsələsində aparılan siyasətə 
görə neftin qiyməti ilə istehsal xərcləri arasında uyğunsuzluq 
var idi. Böyük dövlətin iqtisadi dirçəlişi, stabil inkişafı neft 
faktoruna istinad edilirdi. Bazara çıxarılan neft əsasən daxili 
sosial-iqtisadi problemlərin həllinə yönəlirdi. Mövcud proses 
hasilat templərinə təsir edir, neftqazçıxarma müəssisələri qeyri-
rentabelli planlar əsasında fəaliyyət göstərirdilər. Belə halların 
artıq tarixə qovuşduğunu söyləmək hələ tezdir. Qurudakı neft 
kompleksində analoji vəziyyət müəyyən özəllikləri ilə hələ də 
qalmaqda davam edir. «Azneft» İstehsalat Birliyinin sələfi olan 
QNQÇİB-də  əsaslı bazar mexanizmləri qurulmadığından bu-
rada istismar xərcləri orta dünya qiymətlərindən o qədər də 
fərqlənmir. 


 
 
40
Respublikamızda müstəqillik  əldə etdikdən sonra neftin 
qiyməti istehsal xərcləri məsələsi yeni xarakter almışdır. Bazar 
iqtisadiyyatına keçid sahədə  əsaslı  dəyişikliklərin və islahat-
ların aparılmasını  tələb edirdi. Strateji proqramlarda təcəssüm 
olmayan, radikal tədbirlər istehsal xərclərində ciddi əksini 
taparaq qiymətlərin müqayisə edilməz yüksək artması ilə 
nəticələnmiş, istehsalın aşağı düşməsi ilə qiymətlərin sürətli 
artımı arasında kəskinləşən fərq isə  sənaye məhsulun 
qənaətbəxş olmayan mübadiləsi  şəraitində qiymətin ölçüyə 
gəlməz artımına şərait yaratmışdır. Respublika iqtisadiyyatının 
digər sahələri ilə sıx əlaqədar olan neft sənayesində qiymətlərin 
sürətli artımı məhsulun keyfiyyətinin o qədər də yüksək olması 
ilə  fərqlənməyən digər sənaye sahələrinin vəziyyətini xeyli 
pisləşdirdi. Hasilatı sabitləşdirmək, onun azalmasının qarşısını 
almaq üçün isə küllü miqdarda vəsait tələb olunurdu. 1997-
1998-ci illərdə dünya bazarında neftin qiymətinin aşağı 
düşməsinin Azərbaycan iqtisadiyyatında ciddi əks olundu. 
Qeyd etmək lazımdır ki, bir çox dövlətlər belə halları qa-
baqcadan nəzərə alaraq təhlükəsizlik indikatorları  işləyib 
hazırlayırlar. 
Enerji faktoru ölkənin təhlükəsizliyinin, sosial rifah 
halının məhək daşını təşkil edir. 1970-ci illərdəki antiamerikan 
isteriyası vaxtı ərəb dövlətləri müharibədən sonrakı dövrdə bu 
yataqların işlənməsində iştirak etmiş iri Qərb kompaniyalarını 
ərazilərindən qovaraq öz neft şirkətlərini milliləşdirmişlər. Bu-
na cavab olaraq böyük şirkətlər coğrafi uzaq, korrupsiya, 
səfalət, zorakılığın geniş yayıldığı siyasi sabit olmayan yeni 
neft ehtiyatlarına malik ölkələr-Nigeriya, Anqola, İndoneziya, 
Kolumbiyaya, 1980-cı illərdə isə Rusiya, Azərbaycan, Qazax-
stan, Türkmənistana meyl etdilər. Bununla belə, indi dünyada 
neftin alternativləri axtarışı digər enerjidaşıyıcılarından fay-
dalanmaq meyli sürət alır. Karbohidrogenlərin karbohidratlarla 
əvəz edilməsi etonolun imkanlarında təcəssüm olunur. Burada 
xərclər ölçüsü hələ ki etonolun neftlə  rəqabətinə mülayimlik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə