Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

 
 
32
Dünya təsərrüfatı müasir mərhələdə genişlənən qlobal-
laşma prosesində inkişaf tapır. Nəhəng TMK-lar milli 
sərhədləri aşaraq iqtisadiyyatın qloballaşdırılmasını 
dərinləşdirir. Onlar arasında neft sektorunu əhatə edən TMK-
lar ayrı-ayrı ərazilərdə ölkə və regionlarda neft iqtisadiyyatının 
müəyyən qədər inhisarda saxlamaq imkanına malikdirlər. 
Dünya neft iqtisadiyyatında 13 aparıcı neft ölkəsini təmsil edən 
OPEK təşkilatı daha güclü mövqedə dayanır. Fəaliyyətinin 40 
ili ərzində bu təşkilat neft qiymətlərinin, dünya neft iqtisadiy-
yatının tənzimlənməsində ciddi qüvvə olmuşdur. Lakin digər 
regionlarda kəşf edilən böyük ehtiyatlar OPEK-in dünyəvi 
hökmranlığına müəyyən zəiflik gətirsə  də, o bu gün də neft 
aləmində, xüsusən də dünya neft bazarının idarə edilməsində 
ciddi qüvvə sayılır. OPEK-i təmsil edən ölkələr arasında bu 
təşkilatdan kənardan gələn təsirlər hesabına müəyyən 
incikliklər mövcud olsa da, o hər zaman dünyəvi neft 
məsələlərini həll etməyə  səfərbərdir. Buradakı ölkələrin 
istehsal gücü müxtəlif olduğundan bəzən daha güclülər OPEK 
sərhədlərindən kənardakı istehsalçılarla dünya neft biznesinin 
idarə edilməsində müəyyən qruplaşmalara meyl edirlər. Dünya 
neft hasilatında Fars körfəzi ölkələrində ehtiyatların bolluğu 
yataqların nəhəngliyi baxımından çevik iqtisadi göstəricilərə 
malikdirlər. Burada neftin hasilatı son dərəcə ucuz-tonu 12-15 
dollar həcmində başa gəlir.  Ən səmərəli neft şirkətləri belə 
digər regionlarda hasilatı ən azı 2-3 dəfə yüksək səviyyədə sax-
layırlar. Neft ehtiyatlarına malik, onun hasilatını  təmin edən 
ölkələrlə yanaşı onun emalını, reallaşdıran ölkələr də güclü 
mövqeyə malikdirlər. Neft emalında ABŞ, Yaponiya, Al-
maniya, İtaliya daha yüksək potensial nümayiş etdirirlər. Dün-
yanın ən iri neft emalı zavodları Qərbi Avropada cəmlənmişdir. 
İllik neft hasilatı son dərəcə zəif olan, hər il bir neçə milyon ton 
neft hasil edən Yaponiya dünyanın ən böyük neft ixracçıların-
dan sayılır. Bu ölkədə geniş intişar tapmış üzən dəniz neft an-
barlarında ölkənin istehlak ehtiyatının yarısı cəmlənmişdir. Bu 


 
 
33
isə 100 milyon tondan çox neft deməkdir. 
Neft biznesi yalnız kəşfiyyat və hasilatla bağlı prosesləri 
əhatə etmir. Burada tranzit nəql, satış, daşınma, servis, kon-
saltinq, marketinq və elmi-tədqiqatları əhatə edən nəhəng neft 
korporasiyaları da çıxış edirlər.  Əsrin sonunda baş verən neft 
böhranı neft nəhənglərinin birləşməsinə  rəvac vermişdir. Ek-
son-Mobil, BP-Amoko, Royal-Şell, Teksako, Elf-Agiten, Yu-
nokol,  Şevron, Armaka, Peteks, Lukoyl, Qazprom və sair bu 
kimi neft şirkətləri dünya neft-qaz biznesində böyük sambala 
malikdirlər. Məlumatlara görə dünyanın 20 aparıcı korporasi-
yaları siyahısına 7 nəhəng neft şirkəti də daxildir. Bununla belə 
bu TMK-lar yeni coğrafi  əraziləri fəth etməkdədirlər. Bu 
dünyəvi neft nəhənglərinin əksəriyyəti Azərbaycanda neft hasi-
latının təmin edilməsinə cəlb olunmuşlar. Dünya bazarına çıx-
ışda vacib amillərdən biri də neft sənayesinin inhisarlaşmasının 
qiymətləndirilməsidir. Lakin iri neft şirkətlərinin fəaliyyətinin 
tədqiqi belə bir qənaəti vermişdir ki, hətta bir sıra iri şirkətlərin 
bazarın müəyyən hissəsinə nəzarət etməsinə baxmayaraq dünya 
neft sənayesi o qədər də inhisarlaşmamışdır. 
İri neft şirkətləri, böyük investorlar sərmayə qoyuluşunda 
investisiya obyekti olan ölkədəki vəziyyəti dərin təhlil edirlər. 
Tərəqqinin indiki mərhələsində ölkədə  və regiondakı inkişafı 
səngidən amilləri aşağıdakı kimi qruplaşdırırlar: 
 
demoqrafik-coğrafi; 
 
-resurslar-(insanlar, maliyyə, təbii); 
 
beynəlxalq bazardakı vəziyyət; 
 
siyasət və hakimiyyət; 
 
ciddi xarici tədbirlər-(Beynəlxalq bank, TMK, re-
gionla qruplar); 
 
inkişaf strategiyası-(tərəqqi, investisiya, səmərəlilik); 
 
rəsmi strukturlar-(bürokratik bazar, mərkəzləşmənin 
səviyyəsi, inteqrasiya, kadr siyasəti, informasiya və 
nəzarət  şəbəkəsi, qərarların qəbulu və yerinə 
yetirilməsində ictimaiyyətin və  vəzifəlilərinin işti-


 
 
34
rakı). 
İnvestisiyaları  məhdudlaşdıran digər cəhətlər də ölkə 
daxilində özünü göstərir. Bu sırada respublikamız da əlverişli 
mövqedə dayanmasa da, indi yeni investisiya axınının 
təminatında böyük işlər vüsət almaqdadır. Təsis edilən  İnves-
tisiyalar Agentliyi müvafiq məqsədləri ifadə edəcək işlərin 
fövqündə dürür. Bu təsisat investision prosesə  təkan verəcək 
çevik amil kimi qiymətləndirilir. Bununla belə respublikaya 
sərmayələrin cəlb edilməsində ABŞ-Azərbaycan Ticarət 
Palatasının fəaliyyəti qiymətli hesab olunmalıdır. 
Energetik resursların yerləşməsi, bölgüsü, aspekti 
dinamizmlə xarakterikdir. Böyük ehtiyatların kəşf edilməsi 
perspektivi yeni əsrin gündəliyində yer alır. Bu konteksdə 
Xəzərin enerji ehtiyatları da dəqiqləşməyə məruz qalır. Qazma 
işlərinin genişlənməsi regionun potensialının yetərli olduğunu 
təsdiqləməkdədir. Aparılan tədqiqat işləri yaxın zamanlarda 
Xəzərin karbohidrogen ehtiyatlarının miqyasına yeni cizgilər 
gətirəcəkdir. Bununla da onun Şimal dənizi ilə Fars körfəzi 
arasındakı mövqeyi öz yerini tapacaqdır. Yeni neft erası təkcə 
Xəzərdəki ehtiyatlarla bitmir. Arktika, Alyaska sahillərində 
aşkarlanan böyük ehtiyatlar rentabelliyi təmin edən texnoloji 
nəaliyyətləri gözləyir. 
Beynəlxalq neft biznesi özünün oyun qaydalarını 
müəyyən etsədə inteqrasion proseslər dürüstləşdirici təsirini 
göstərir. Qloballaşma meyli neft biznesinə  də yeni əlamətlər 
gətirir. Respublikamızın neft sənayesinin dayanaqlı inkişafı da 
bu keyfiyyət dəyişikliklərində möhkəmlənməyə doğru dövrü 
irəliləyir. 
 
 
 
1.4. Dünya neft bazarı və qiymətlərdəki meyllər 
 
Dünya təsərrüfatının müasir coğrafiyası  əhəmiyyətli 
dərəcədə dünya bazarında reallaşan beynəlxalq  əmək böl-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə