Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

 
 
41
gətirmir. Bitumlaşmış qumdaşı, ağır neft, qaz-hidrat ehtiyatları 
rentabelliyi təmin edəcək texnoloji ixtiraları soraqlayır. Bütün 
bunların müqabilində neft öz qüdrətini saxlamaqda davam edir. 
Xəzərin, xüsusən Qazaxıstan  şelfində ehtiyatlarının miqyası 
dəqiqləşdikcə, regionun daha nəhəng enerji mənbəyinə ikinci 
Fars körfəzinə çevrilməsi ehtimalı artacaqdır. Bu isə neftin im-
kanlarının hələ  də 50-60 il güclü templərlə davam edəcəyini 
göstərir.  İraqdakı rejimin dəyişilməsi neft bazarını dahada 
ucuzlaşdıracaqdır. Bu arada nüvə enerjisi, günəş radiasiyası, 
termal, külək enerjisindən istifadə də yaxın-uzaq perspektivdə 
yeni bazar reallıqları gətirəcəkdir. Çernobıl AES-də baş verən 
qəza nüvə enerjisindən istifadəni qismən arxaya atsa da, 1990-
cı illərin sonunda bu istiqamətdə yeni inkişaf müşayiət olunur. 
Hətta yüksək seysmik zonada yerləşən Türkiyə  də AES-
tikintisini, ictimayətin narazılığına baxmayaraq həyata 
keçirmək niyyətindədir. 
Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən verilən 
məlumata görə, 1999-cu ildə 436 atom elektrostansiyası istismar 
olunub və enerji sisteminə Fransada, Hindistanda, Koreyada və 
Slovakiyada ümumi gərginliyi 2700 m/Vt olan 4 AES qoşulub. 
Məlumat üçün qeyd edək ki, elektrik enerjisinin istehsal olun-
masında atom standartlarından istifadə edən ölkələr sırasına 
Fransa 75%, Litva 73,1%, Belçika 57,7%, Bolqarıstan 47,1%, 
Slovakiya 47%, İsveçrə 46,8%, Ukrayna 43,8% və Ermənistan 
36,4% aiddir. 
Təhlil materialları belə  nəticəyə  gəlməyə  əsas verir ki, 
dünya neft bazarı yeni əsrin ortalarınadək dinamik inkişafda 
qalacaq, neftin qiyməti məsələsi dövləti mənafelərin, iqtisadi 
təhlükəsizlik aspektinin ən mühüm komponenti olacaqdır. 
1.5. İstehsalçı ölkələrdə energetik siyasət və postneft stragi-
yası 
 
İqtisadi təhlükəsizlik hər hansı bir ölkənin müstəqilliyini
davamlı inkişafını  təmin edən mühüm amildir. İqtisadi 


 
 
42
təhlükəsizlik şəbəkəsi özü də digər təhlükəsizlik atributlarından 
ehtiva olunur. Bu aspektlər, ölkənin energetik təhlükəsizliyində 
daha ciddi məna daşıyır. Energetik təhlükəsizliyi  şərtləndirən 
prinsip isə bu və ya digər ölkənin neft strategiyasında təsbit 
olunur. Müasir mərhələdə hələ ki, neft-qaz resursları energetik 
ehtiyatların mərkəzində durur. Neft ehtiyatlarına malik olub-
olmamasından asılı olmayaraq hər bir dövlət iqtisadiyyatının 
məhz bu amilə istinadən formalaşdırır. Ehtiyatlar amili hər bir 
ölkənin inkişafında müəyyən izlər qoyur. Lakin ehtiyatların 
planetimizmdə qeyri-bərabər paylanışı ölkələrin inkişafında 
fərdi təsirlərə malikdir. Təbiət bəzi ölkələr elə nəhəng ehtiyat-
lar bəxş etmişdir ki, onların miqyası neçə-neçə digər nəhəng 
ölkələrin ümumi potensialından xeyli çoxdur. Bu xüsusda 
Vətənimiz-Azərbaycan da əlverişli mövqedə dayanır. Bir 
cəhəti nəzər almaq lazımdır ki, ehtiyatların dəyişkənliyi də 
sonludur. Əksər ölkələrdə artıq axtarış-kəşfiyyat işlərinə xeyli 
sərmayə qoyulmuş, ehtiyatların parametri dəqiqləşdirilmişdir. 
Bu istiqamətdə intensiv işlər davam etdikdədir.  
Yaxın və Orta şərq regionu təbii ehtiyatların super 
nəhəngliyi, neft jarqonunda «fil» yataqları ilə  fərqlənir. Bu 
məlum həqiqətdir. Regionu təmsil edən ölkələrdə hər hansı bir 
xoşagəlməz vəziyyət istehlakçı dövlətləri çətin vəziyyətə salır, 
onların energetik təhlükəsizliyində  əks olunur. Belə  zərbələri 
dəf etmək üçün neft resursları olmayan inkişaf etmiş ölkələr 
yeni ərazilərdə kəşfiyyat işlərinə, hasilata böyük investisiyalar 
yönəldirlər. Geoloji şəraiti, zəngin neftliyi ilə üstün olan Yaxın 
Şərq regionu Avropanın, Cənub və  Şərqi Asiyanın  əksər 
ölkələrinin enerji təminatçısı rolunda çıxış edir. 
 
Böyük nefti ilə seçilən Xəzər hövzəsi dünyada neft ehti-
yatlarının yüksək cəm olduğu  ərazilərdən sayılır. Elə bu 
səbəblərdən də neft sərmayədarlarının buraya marağı daha da 
artmışdır. Bu gerçəklik regionun mərkəzində duran respub-
likamızı daha da əlverişli mövqeyə çıxarır. Milli neft iqtisadiy-


 
 
43
yatımızın yeni mərhələsində bu resurslardan səmərəli istifadə 
etmək ehtiyacı genişlənir. Artıq üçüncü ildir ki, «Əsrin 
müqaviləsi» çərçivəsində ölkəmizdə neft və qaz hasil 
edilməkdədir. Neft kontraktlarının əhatə etdiyi sahələrdə neftdol-
larının real axını başlamışdır. İndi neft ehtiyatlarının kapitalla-
şan hissəsindən səmərəli istifadə etmək vaxtıdır. 
Zəngin neft ehtiyatlarına malik olan ölkələr resursların 
mənimsənilməsindən əldə olunan gəlirin istifadəsində müxtəlif 
stratekiya qəbul etmişdir. Bunlar içərisində  Ərəb ölkələri, Af-
rika, Avropa, Latın Amerikası variantları fərqli xüsusiyyətlərlə 
inkişaflarını reallaşdırmaqdadırlar. Dünya neft ehtiyatlarının 
əksər hissəsinə  nəzarət edən Yaxın  Şərq ölkələri hasilat 
xərclərində də üstünlüklərə malikdirlər. Regionda ayrı-ayrı ya-
taqlarda və ölkələrdə bir ton neftin hasilat xərci iki dollar 
civarında hesablanır. Monarxiya quruluşu  əksəriyyət təşkil 
edən bu dövlətlərdə neftdən  əldə edilən gəlir, həm təkrar 
istehsala, həm də sosial-iqtisadi inkişafa məsrəf olunur. Uzun 
müddət iqtisadi hazırlığı  zəif olan bu ölkələrdə neft gəlirini 
geniş  təkrar istehsala yönəltmək imkanları da məhdud idi. 
Dünya neft hasilatında baş verən böhranlar, qiymət fəsadları bu 
ölkələri konyuktura müvafiq olaraq neft hasil etməklə yanaşı, 
həm də  gəlirlərdən rasional istifadədə  də  təcrübə vermişdir. 
İndi onların yaratdıqları industrial komplekslər, müasir infra-
strukturlar Dünya standartlarına uyğunluğu və  hətta rəqabət 
birinciliyi ilə seçilir. Dünyanın bir sıra nəhəng neft şirkətlərinin 
səhmlər paketində  Ərəb neftdolları  iştirak edir və o daha çox 
xaricdə daşınmaz  əmlakın alınmasına, servis xidmətinə, yeni 
innovasiyaların yaradılmasına xərclənir. Region ölkələri həm 
də qabaqcıl neft kompaniyalarından patent alınmış müasir tex-
nologiyalardan və habelə neft biznesinin marketinqindən də 
gəlir əldə etmək niyyətini nümayiş etdirirlər. 
Neft gəlirindən səmərəli istifadə olunması strateji səviyyə 
daşıyan bir məsələdir. Neftin milli sərvət aspektini nəzərə alan 
əksər ölkələr yaxşıca dərk edirlər ki, mövcud ehtiyatlar həm də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə