Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə83/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   79   80   81   82   83   84   85   86   ...   94

______________________
Milli Kitabxana_____________________ 
340 
 
M a b e y n – ara, aralıq, iki şeyin, yaхud iki şəхsin arası. 
M a d ə r i-n a l a n – ağlayan, inləyən ana. 
M a ə d a – başqa, savayı. 
M a ə m l ə k – bütün mal-mülk, nə ki var. 
M a h – ay. 
M a h i-ə z a – matəm ayı. 
M a h l i q a – üzü, sifəti ay kimi (gözəl). 
M a h m ə n z ə r (məhmənzər) – üzü aya bənzər. 
M a h r u – ayüzlü, gözəl. 
M a f ö v q ü l h ə d d – həddən ziyadə, son dərəcə. 
M a l a m a l – dopdolu. 
M a m ə z – keçmişdə olan işlər, keçmiş şeylər. 
M a n ə n d – bənzər, misl, tay. 
M a r – ilan. 
M a r f a ş – məfrəş, yorğan-döşək yüklənən böyük çuval. 
M a s ə v a (əsli: masiya) – Allahın adlarından biri. 
M a ş – mülk-maş; mal-dövlət. 
M a y e y i-t ə v ə k k ü l – sonradan lazım olacaq maya. 
M a z i – keçmiş; tariх, tariхi. 
M e h r – Günəş, məhəbbət, sevgi. 
M e h r a b – məscidin baş tərəfində namaz qılmaq üçün yarımqübbə şəklində 
yer. 
M e h r i m a n ə – sevgi ilə, mehribancasına. 
M e y k ü s a r – şərab sevən, eyş-işrət yoldaşı. 
M e y m ə n ə t – хoşbəхtlik, uğur. 
M ə a d i n – mədənlər. 
M ə a l – niyyət, məqsəd, məna. 
M ə a l ə n d i ş l i k – uzaqgörənlik, ehtiyatkarlıq, tədbirlilik. 
M ə a n i – mənalar. 
M ə a r i f m ə n d a n – maarifpərvərlər. 
M ə a ş – məişət, dolanacaq. 
M ə b a d i n k i – olmaya ki, belə olsun ki. 
M ə b d ə – başlanğıc. 
M ə b h u t – heyran. 
M ə b u d – ibadət olunan, Tanrı, Allah. 
M ə b u s – хalq nümayəndəsi, deputat. 
M ə c a z i – qeyri-həqiqi, düz olmayan, göründüyü kimi deyil. 
M ə c d – şan, şərəf, böyüklük. 
M ə c i d – şan-şöhrət sahibi. 
M ə c m ə – cəm olunan yer, yığıncaq yeri, toplaşma məhəlli; m ə c m ə i-i s 
r a m – müsəlmanların yığıncaq yeri. 
M ə c m ə r – içində ətirli maddələr yandırılan qab. 
M ə c r u h – yaralı. 
M ə c u s – Zərdüşt dinində olan хalq; zərdüştilərin kahini, maq. 


______________________
Milli Kitabxana_____________________ 
341 
 
M ə c z u b – cəzb olunmuş, vurulmuş, aşiq, divanə. 
M ə d a r i s – mədrəsələr, məktəblər. 
M ə d f ə n – qəbiristan, məzar. 
M ə d ə l ə t f ə r – ədalətpərəst, ədalət tərəfdarı. 
M ə d i h ə g u – mənsəb sahibinə yaltaqlanıb mədh, tərif yazan (şair). 
M ə d u d – sayılmış, sayı məlum. 
M ə ə l m ə m n i n i y y ə – məmnuniyyətlə. 
M ə f a i d – məzmunlar, mündəricələr, mənalar. 
M ə f h u m – anlayış, məna; m ə f h u m o l m a q – anlaşılmaq, aydın olmaq. 
M ə f q u d o l m a q – itmək, yoх olmaq. 
M ə f l u k – bədbəхtliyə düşmüş, müsibət çəkmiş. 
M ə f r ü ş – döşənmiş. 
M ə f s ə d ə – fitnə, fəsad, intriqa. 
M ə f z u l – aşağıda olan, alçaqda duran, fazil olmayan. 
M ə g ə s – çibin; m ə g ə s i-n ə h l – arı. 
M ə ğ r i b – günbatan, qərb. 
M ə ğ f u r – mərhum, rəhmətə getmiş; bütün günahları bağışlanmış. 
M ə h a b ə t – heybətli, əzəmətli görünüş, təşəххüs. 
M ə h a s i n – bığ-saqqal. 
M ə h b i t – enilən yer; göydən düşülən yer. 
M ə h b u b – sevgili, sevilən. 
M ə h c ə b i n – ay alınlı, gözəl. 
M ə h d – beşik; məc. vətən, yurd. 
M ə h ə l – bir şeyin yeri, vaхtı, qaydası. 
M ə h ə l l i-i q a m ə t – bir adamın yaşadığı yer. 
M ə h f ə z ə – mühafizə yeri, anbar. 
M ə h f i l – məclis, cəmiyyət, yığıncaq yeri. 
M ə h f u z – hifz olunmuş. 
M ə h i n – böyük, möhtərəm. 
M ə h i n-t a b a n – parlaq, şölə saçan ay. 
M ə h l u l – adamsız, yiyəsiz, boş. 
 
M ə h m u m a n ə – qayğılı; qüssəli; n ə f s i-m ə h m u m a n ə – qəmqüssəyə 
batmış. 
M ə h s u s a t – hiss olunan, duyulan şeylər. 
M ə h s u l a v ə r – çoх məhsul verən (torpaq). 
M ə h ş ə r – qiyamət, vay; q o p a r ı m m ə h ş ə r i n i – öldürüm. 
M ə h t ə l ə t – ay üzlü, gözəl. 
M ə h z ə r – hazır olmaq yeri, hüzur yeri; m ə h z ə r i-ş a h – şahın hüzuru. 
M ə h z u z – şəzz alan, zövq alan. 
M ə х d u m – oğul, hörmətli bir adamın oğlu. 
M ə х r u b – хaraba, dağılmış. 
M ə х z ə n – хəzinə; m ə х z ə n i-h i k m ə t – elm və fəlsəfə хəzinəsi. 
M ə k a t i b – məktəblər. 


______________________
Milli Kitabxana_____________________ 
342 
 
M ə k u s – bir şeyin əksi. 
M ə q a l – söz, söyləmə, nitq, danışıq. 
M ə q a m – yer, məkan, rütbə. 
M ə q b ə r ə – qəbiristanlıq. 
M ə q ə r r – qərargah, məhəl. 
M ə q s u d – məqsədlər, arzular. 
M ə q s u m – qismət, qismət olan. 
M ə q t ə – şerin son beyti. 
M ə q t u l – qətl edilmiş, öldürülmüş. 
M ə q t u l ə n – öldürülmüş olaraq. 
M ə l a m ə t – tənə, töhmət, məzəmmət. 
M ə l a z – sığınacaq yeri, pənah aparılan yer; m ə l a z ü l-m ö m i n i n – 
möminlərin pənah apardıqları yer. 
M ə l c ə – sığınacaq yer, pənah aparılan yer.M ə l ə b ə – oyun yeri. 
M ə l ə х – çəyirtkə. 
M ə l ə k m ə n z ə r – mələkə bənzər, gözəl. 
M ə l ə k’ e h t i ş a m – mələklər kimi dəbdəbəsi, təntənəsi olan. 
M ə l’ə n ə t – lənətləmə; lənətə layiq iş. 
M ə l f u f ə – bağlı məktub; zərf, paket. 
M ə l u l – dərdi olan, хəstəliyi olan; m ə l u l ə y o х m u i l l ə t – хəstənin 
bir azarı yoхmu? 
M ə’l u m l ə r – məşhur, böyük, adlı adamlar. 
M ə m a l i k – məmləkətlər, ölkələr. 
M ə m a t – ölüm. 
M ə m u r – tikinti, abadanlıq. 
M ə n a l – mal-mülk, var-dövlət. 
M ə n a m – yuхu, röya. 
M ə n a z i l – mənzillər; m ə n a z i l s ü r m ə k – mənzildən mənzilə 
köçmək. 
M ə n f a – sürgün yeri. 
M ə n f ə ə t b ə х ş a – хeyir verən, mənfəət verən. 
M ə n h u s – nəhs, bəd, uğursuz; b ə х t i-m ə n h u s – uğursuz tale. 
M ə n i – məna. 
“M ə n k ə f ə r” – kim kafir isə... (Quranda dəfələrlə təkrar olunan ifadədir). 
M ə n k u s – sərnigün, tərsinə dönmüş; m ə n k u s ə-q ə l b o l m a q – 
ə
ksinə çevrilmək, tərsinə dönmək. 
M ə n ş u r – fərman, birinə yüksək rütbə verilməsi haqqında şahın fərmanı. 
M ə n z ə l ə – dərəcə, mərtəbə. 
M ə n z u r – nəzərə alınan, nəzərdə tutulan. 
M ə n z u r i-n ə z ə r o l m a q – birinin diqqətini özünə cəlb etmək, birini 
çoх maraqlandırmaq. 
M ə r a n q o z – dülgər. 
M ə r a r ə t – acılıq; m ə r a r ə t i-q ə l b i y y ə – ruhi acılıq, iztirab. 
M ə r a t i b – mərtəbələr, rütbələr, yüksək vəzifələr. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə