Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

 

44

2.2.



  Beynəlxalq təcrübədə dövlət maliyyə nəzarətinin təşkili xüsusiyyətləri 

 

Beynəlxalq  təcrübə  göstərir  ki,  dövlət  maliyyə  nəzarəti  dövlətin  maliyyə 



siyasətinin  uğurla  həyata  keçirilməsi,  eləcə  də  ölkədə  maliyyə  stabilliyi  üçün  şərait 

yaradılmasına  xidmət  etməlidir.  Dövlət  quruluşunun  təşkili  xüsusiyyətlərindən  asılı 

olaraq bütün ölkələrdə özünəməxsus maliyyə nəzarəti sistemi formalaşır.   

 Beynəlxalq  təcrübədə  artıq  çoxdan    dövlət  maliyyə  nəzarəti  orqanları 

demokratik  cəmiyyətin  ayrılmaz  tərkib  hissəsi  və  ictimai  maliyyə  vəsaitlərinin  idarə 

edilməsinin  vacib  elementi  kimi  təşəkkül  tapmışdır.  Bu  baxımdan  digər  ölkələrdə 

dövlət maliyyə nəzarəti sisteminin formalaşması və fəaliyyətinin öyrənilməsi ölkəmiz 

üçün böyük maraq kəsb edə bilər. 

Xarici  ölkələrdə  dövlət  maliyyə  nəzarəti    qanunvericiliklə  müəyyən  edilən    və 

dövlət  hakimiyyət  orqanları  və  idarələri  tərəfindən  həyata  keçirilən    nəzarət  forması 

olmaqla  dövlətin  pul  və  material  resurslarının  idarə  olunmasında  səhv  və  yanlışların, 

sui istifadə hallarının, maliyyə-büdcə qanunvericiliyinin pozulmasının, dövlətin iqtisadi 

(o  cümlədən  maliyyə)  təhlükəsizliyi  üçün  yaranacaq  təhdidlərin    aşkar  edilməsi  və 

qarşısının alınmasına yönəldilir. 

Xarici  ölkələrin  əksəriyyətində  dövlət  maliyyə  nəzarəti  sisteminin  təşkili 

müxtəlif  modellərə  əsaslansa  da,  onları  birləşdirən  ümumi  cəhət  bu  sistemin  qeyri-

mərkəzləşdirilməsi    və  auditin  nəzarətin  müstəqil  bir  həlqəsi  kimi  fərqləndirilərək, 

inkişaf etdirilməsidir. 

Bu günkü gündə inkişaf etmiş ölkələrin əksəriyyətində  dövlət maliyyə nəzarəti 

orqanlarının bir çoxu dövlət büdcə nəzarətinin aparılmasında auditin effektivliyini əsas 

götürürlər.  Inkişaf  etmiş  ölkələrdə  ali  nəzarət  orqanlarının  həyata  keçirdiyi 

yoxlamaların ümumi sayında auditin effektivlik əmsalı 50% təşkil etməkdədir. 

Bir  çox  ölkələrdə  dövlət  maliyyə  nəzarətinin  əsas  həlqəsi  qanunverici  orqana 

tabe  olan  nəzarət  orqanıdır.  Bir  qayda  olaraq  bütün  ölkələrdə  dövlət  vəsaitlərinin 

xərclənməsinə  parlament  nəzarətini  həyata  keçirən  xüsusi  qurumlar  mövcuddur. 

Məsələn, RF-sı, Belorusiya, Litva, Moldaviya, Albaniya,  srail,  ndoneziya, Almaniya 

kimi  ölkələrdə  bu  məqsədlə  yaradılan  hesablama  palataları,  Braziliya,  Portuqaliya, 

Uruqvay kimi ölkələrdə isə hesablama tribunalları fəaliyyət göstərir.

 



 

45

Bəzi  ölkələrdə  isə  (Avstraliya,  Kanada,  Danimarka,  Hindistan,  Misir,  Böyük 



Britaniya,  rlandiya) dövlət maliyyə nəzarətinin funksiyalarını ayrı-ayrı vəzifəli şəxslər, 

konkret halda baş auditorlar həyata keçirirlər. 

Hesablama-nəzarət  orqanlarının  dünya  təcrübəsində  yaradılmasının  üç  modeli 

mövcuddur: 

•  Parlament  modeli  (onun  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  hesablama 

palatasının  formalaşdırılmasında,  onun  tərkibinin  və  sədrinin  müəyyən 

edilməsində  aparıcı rol parlamentə məxsus olur) ; 

•  Qeyri-parlament  modeli  (qeyri-parlament  modelində  isə,  hesablama  palatasının 

formalaşdırılmasında  əsas  rol  prezidentə  və  ya  hökumətə  məxsus                    

olur); 


•  Qarışıq  model  (qarışıq    model    yuxarıda  qeyd  olunananların  sintezi  şəklində 

müəyyən olunur) . 

Xarici  ölkələrin qanunvericilində hesablama  palatalarının vəzifələri  aşağıdakı  kimi 

müəyyən olunur: 

•  Dövlət  büdcəsinin  icrasına  nəzarət  etmək  (məsələn,  taliya  Hesablama  Palatası 

hökumət  aktlarının  qanuniliyinin  ilkin  nəzarətini  və  dövlət  büdcəsinin  icrasına 

nəzarəti həyata keçirir); 

•  Dövlət  gəlirləri  və  xərclərinə  nəzarət  (məsələn,  Bolqarıstanda  Hesablama 

Palatası  dövlət  gəlirləri  və  xərcləri  üzərində  nəzarəti  həyata  keçirir,  maliyyə 

hesabatlarının  aparılma  metodikalarını    müəyyən  edir  və  onların  icrasına 

monitorinqi həyata keçirir); 

•  Dövlətin  ayrı-ayrı  orqanlarının  maliyyə  fəaliyyətlərinə  nəzarət  (məsələn, 

Avstriyada  Hesablama  Palatası  federasiyanın,  torpaqların,  icmaların  və 

qanunvericiliklə  müəyyən  olunan  subyektlərin  maliyyə  fəaliyyətləri  üzərində, 

Polşada ali nəzarət orqanı isə dövlət qurumlarının və onlara tabe olan müəssisə 

və  təşkilatların  maliyyə-təsərüfat  fəaliyyətləri  üzərində  nəzarəti  həyata 

keçirirlər). 

Dünya  ölkələrinin    nəzarət-hesablama  orqanlarının  xarakterik  xüsusiyyətləri 

aşağıdakılardan ibarətdir: 



 

46

•  Maliyyə  nəzarəti  orqanlarının    qanunverici  və  icra  hakimiyyəti  qurumlarından 



asılı olmaması; 

•  Bu qurumların fəaliyyətində dövlətin maliyyə resurslarının məqsədli və effektiv 

istifadəsinə  nəzarətin əsas götürülməsi; 

•  Eləcə də nəzarət orqanlarının fəaliyyət səmərəliliklərinin və ya effektivliklərinin 

artırılması. 

Nəzarət  orqanlarının  fəaliyyət  effektivliyi  kriteriyası  aparılan  nəzarət  tədbirləri 

vasitəsilə  büdcəyə  qaytarılan  pul  vəsaitlərinin  həcmi  və  ya  büdcənin 

planlaşdırılmasında  analitik  fəaliyyət  nəticəsində  qənaət  olunan  vəsaitlətin  həcmi  ilə 

müəyyən olunur. 

 Yaponiyanın  timsalında  bunu  daha  aydın  göstərə  bilərik.  Yaponiyada  dövlət 

maliyyə nəzarətini həyata keçirən başlıca orqan Hesablama Palatası hesab olunur. Bu 

orqan  Yaponiya  konstitutsiyasına  əsasən  hakimiyyətin  hər  üç  (məhkəmə,  icraedici, 

qanunverici)  qolundan  asılı  deyildir.  Yaponiya  Hesablama  Palatasının  fəaliyyət 

effektivliyini  336 700  milyon  yena  həcmində  qiymətləndirmək  olar.  Keçən  ilin 

məlumatlarına  əsasən  məhz  bu  həcmdə  dövlət  vəsaitləri  palatanın  apardığı  nəzarət 

tədbirləri nəticəsində dövlət büdcəsinə qaytarılmışdır. 

ABŞ-da  isə  2010-cu  ilin  məlumatlarına  əsasən  ali  dövlət  maliyyə  nəzarəti 

orqanlarının  fəaliyyət  effetivliyini    49,9  milyard dollar səviyyəsində qiymətləndirmək 

mümkündür. 

Ə

ksər ölkələrdə parlament nəzarəti institutlarından başqa hökumət nəzarəti və ya 



icra hakimiyyəti orqanlarının xətti  ilə keçirilən nəzarət, eləcə də dövlət başçısına tabe 

olan (prezident nəzarəti) maliyyə nəzarəti orqanları fəaliyyət göstərir.  Məsələn ABŞ-

da  prezident    yanında  Administrativ-Büdcə  darəsi,  federal  nazirlik  və  idarələrdə 

nəzarət  xidmətləri,  Böyük  Britaniyada  hökumət  maliyyə  nəzarətinin  mərkəzi  orqanı 

olan    nazirlər  kabineti  yanında    ctimai  Hesablar  Komitəsi,  Almaniyada  Federal 

Maliyyə Orqanı və s.   mövcuddur. 

Yuxarıda  qeyd  olunanları  ümumiləşdirərək  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 

xarici ölkələrdə dövlət maliyyə nəzarəti orqanları bir qayda olaraq, dövlət maliyyəsinin 

idarə olunmasında vacib və aktiv rol oynayırlar. Mövcud olan dövlət maliyyə nəzarəti 

orqanlarının  əksəriyyəti  müstəqildir  və  onların  fəaliyyəti  kifayət  qədər  məhsuldar  və 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə