Microsoft Word mitelov ravan doc



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix20.09.2018
ölçüsü0,54 Mb.
#70077
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

 

38

 - vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinə nəzarət; 



- vergi hüquq pozuntularının müəyyənləşdirilməsi və qarşısının alınması; 

-  aşkar  edilmiş  pozuntular  üzrə  qismən  və  ya  tam  ödənilməmiş  məbləğlərin 

tutulması; 

-  yol  verilmiş  qanun  pozuntularına  görə  müqəssir  şəxslərin  vergi  və  inzibati 

məsuliyyətə cəlb edilməsi; 

 - səyyar vergi yoxlamalarının keçirilməsi üçün vergi ödəyicilərinin seçilməsinin 

ə

saslandırılması üçün informasiyanın hazırlanması. 



Kameral  vergi  yoxlamaları  vergi  ödəyiciləri  tərəfindən  vergilərin  hesablanması 

və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün 

müddətində keçirilir. 

Kameral    yoxlama  aparmaq  üçün  vergi  ödəyicisindən  təqdim  olunmuş 

bəyannamə  ilə  bağlı  sənədlərdə  olan  məlumatlar  əsasında  ziddiyyət  və  ya  səhv  aşkar 

edildikdə  vergi  orqanı  vergi  ödəyicisindən  əlavə  məlumat,  sənəd  və  izahat  tələb  edə 

bilər. 

Kameral    yoxlama  zamanı  vergi  bəyannaməsində  vergilərin  düzgün 



hesablanmaması  (vergi  məbləğinin  az  və  ya  artıq  göstərilməsi)  aşkar  edildikdə,  vergi 

ödəyicisinə  5  gün  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 

qaydada  vergilərin  hesablanmasına  dair  bildiriş  göndərilir.  Bildirişdə  hesablamanın 

səbəbləri  və  vergi  ödəyicisinin  qanunvericiliyə  uyğun  olaraq  şikayət  etmək  hüququ 

göstərilməlidir. 

Kameral  yoxlama  aparmaq  üçün  zəruri  olan  vergi  bəyannaməsi  üzrlü  əsas 

olmadan və müəyyən edilmiş müddətlərdə təqdim edilmədikdə, Vergi Məcəlləsinin 67-

ci maddəsinə müvafiq olaraq vergilər hesablanılır. 

Kameral vergi yoxlaması zamanı vergi orqanı qanunvericiliklə müəyyən edilmiş 

qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman 

vergi  orqanının  təklifi  əsasında  həmin  yoxlamanın  keçirildiyi  vaxta  qədər  yol  verdiyi 

və  kameral  yoxlama  zamanı  müəyyən  edilə  bilən  səhvləri  (o  cümlədən  vergi 

məbləğinin  düzgün  hesablanmaması,  vergi  məbləğinin  azaldılması  və  sair)  30  gün 

müddətində  düzəltmək  (aradan  qaldırmaq)  hüququ  vardır  və  o,  həmin  müddət 




 

39

bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi 



istisna olmaqla) məsuliyyət daşımır.  

Səyyar  vergi  yoxlaması  adından da göründüyü  kimi,  vergi orqanlarının vəzifəli 

şə

xsləri tərəfindən bilavasitə vergi ödəyicisinin yerləşdiyi yerdə həyata keçirilir. 



Kameral  yoxlamadan  fərqli  olaraq,  səyyar  vergi  yoxlaması  vergi  orqanının 

qərarına əsasən həyata keçirilir. 

Səyyar vergi yoxlamasının əsas vəzifələri aşağıdakılardır:  

- vergilərin tam və vaxtında ödənilməsi, onların düzgün hesablanması məqsədilə 

yoxlanılan şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin hərtərəfli           tədqiqi; 

- tədqiq edilən sənədlərin məzmunundakı uyğunsuzluqların, hesabatların və vergi 

bəyannamələrinin  tərtib  edilməsində,  mühasibat  uçotunun  aparılması  qaydalarında 

pozuntu faktlarının aşkar edilməsi; 

- müxtəlif növ vergilər üzrə vergitutma bazasının formalaşmasına aşkar edilmiş 

pozuntuların təsirinin təhlili; 

-  aşkar  edilmiş  vergi  qanunvericiliyinin  pozulması  faktları  üzrə  dəlillərin 

toplanması və bu pozuntuların sənədlər əsasında öz əksini tapmasının təmin edilməsi; 

-  vergi  ödəyicisinin  vergitutma  bazasını  azaltması  və  ya  vergini  düzgün 

hesablanmaması nəticəsində qismən və ya tam ödənilməmiş vergilərin hesablanması; 

- aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün təkliflərin hazırlanması; 

- vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi. 



Səyyar vergi yoxlamasının hazırlanması və aparılması prosesi aşağıdakı ardıcıllıqla 

həyata keçirilir 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Səyyar vergi yoxlamasının keçirilməsinə həzırlıq 

 

Vergi ödəyicisinin ərazisində yoxlamanın aparılması 

 

Səyyar vergi yoxlaması aktının tərtib edilməsi 

 

Yoxlama materiallarına baxılması və qərarın qəbul edilməsi 

 

Aktın imzalanması və onun vergi ödəyicisinə təqdim edilməsi 

 

Qəbul edilmiş qərarın həyata keçirilməsi 

 



 

40

Səyyar  vergi  yoxlaması  növbəti  və  növbədənkənar  ola  bilər.  Növbəti  səyyar 



vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir və adətən bir ay davam edir. 

Müstəsna hallarda səyyar vergi yoxlaması 90 günə qədər uzadıla bilər. 

Növbəti  səyyar  vergi  yoxlaması  keçirildikdə  vergi  orqanı  tərəfindən  vergi 

ödəyicisinə yoxlama başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 

Növbədənkənar səyyar vergi yoxlamaları aşağıdakı hallarda keçirilə bilər: 

-

  Verginin  hesablanması  və  ödənilməsi  üçün  zəruri  olan  hesabat 



sənədləri  müəyyən  edilmiş  müddətdə  və  bu  barədə  vergi  orqanlarının 

xəbərdarlığından sonra da təqdim edilmədikdə; 

-

  Vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan 



və ya təhrif edilmiş məlumatlar aşkar olunduqda; 

-

  əlavə  dəyər  vergisi  üzrə  ödənilmiş  vergi,  faiz  və  maliyyə  sanksiyası 



digər  vergilərin,  faizlərin  və  maliyyə  sanksiyalarının  ödənilməsi 

hesabına  və  ya  sonrakı  öhdəliklər  üzrə  ödəmələrin  hesabına  aid 

edildikdə; 

-

  artıq  ödənilmiş  vergilərin,  faizlərin  və  maliyyə  sanksiyalarının 



qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 

-

  vergi  orqanının  əldə  etdiyi  mənbəyi  bəlli  olan  hər  hansı  məlumat 



ə

sasında  vergi  ödəyicisinin  gəlirlərinin  və  ya  vergitutma  obyektinin 

gizlədildiyi (azaldıldığı) aşkar edildikdə; 

-

  cinayət-prosesual  qanunvericiliyinə  uyğun  olaraq  məhkəmənin  və  ya 



hüquq-mühafizə  orqanlarının  vergi  yoxlamalarının  keçirilməsi  barədə 

müvafiq qərarı olduqda; 

-

  vergi  qanunvericiliyinə  uyğun  olaraq  vergi  ödəyicisi  tərəfindən 



sənədlər  göstərilən  müddətlərdə  təqdim  edilmədikdə  və  ya  dürüst 

olmayan, yaxud təhrif edilmiş məlumatlar təqdim edildikdə; 

-

  vergi  ödəyicisi  olan  hüquqi  şəxsin  ləğv  edilməsi,  yenidən  təşkil 



edilməsi  vəya  fiziki  şəxsin  hüquqi  şəxs  yaratmadan  sanibkarlıq 

fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda. 

Səyyar  vergi  yoxlaması  keçirən  vergi  orqanının  vəzifəli  şəxsləri  vergi 

ödəyicisinin  sahibkarlıq  fəaliyyətini  həyata  keçirmək  üçün  istifadə  etdiyi  ərazisinə  və 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə