__________________
Milli Kitabxana_________________________
43
Fikirlər dolanır başımda min-min,
Görən doğrudanmı oxunmur şeir?
Görən doğrudanmı insan qəlbinin
İncə hisslərinə toxunmur şeir?
Bəlkə qan dəyişib insan canında,
Hər şeyi sevməmək bir adət olur.
Yox, şair, hər kiçik bir yalanın da
İçində bir kiçik həqiqət olur.
Artır söz yığını, artır çayır tək,
Hamı deyən olub, yazan olubdur.
"İlhama sarılmaq", qələm götürmək
Papiros çəkməkdən asan olubdur.
Gəlin gizlətməyək: hələ şeirimiz
Peyk ola bilməyib yer kürəsinə.
Gəlin gizlətməyək, gizlətməyək biz
Bu gün şeirimizin bülbul səsinə
Qurbağa səsini qatanlar da var;
Arpa
çörəyini lavaş yerinə,
Çürümuş ipliyi qumaş yerinə ,
"Köhnə dağarcığı tumaş yerinə"
Bu gün oxucuya satanlar da var;
Sən də, ey oxucu, Önümdə dayan!
Sən də çək ortaya günahmı bir!
Məncə qapısını kitab açrmayan
Bir ev müəllimsiz məktub kimidir.
Adam var fərqini bilməyir hələ
Böhtan yazan əllə, söz yazan əlin.
Qəlbi lal, beyni
kar adamlar ilə
Şeiri tərəziyə qoymayaq gəlin!
1964
__________________
Milli Kitabxana_________________________
44
UŞAQ SƏSLƏRİ
Mən bir uşaq tanıyırdım, dəcəl bır uşaq,
Xəyalının quş qanadı, yel atı vardı.
Arzusunun gecələrdə səmaya uçmaq,
Ulduzları sapa düzmək adəti vardı.
Ürəyində sərtlik olar, mərhəmət olar,
Bir ürəkdə sığışardı bunlar bir yerə.
Yaz olanda yuvasından didərgin salar,
Qış olanda dən səpərdi boz sərçələrə.
Ayağını şeh yuyardı, saçını yarpaq,
Bir aləmi dəyişərdi bir kəpənəyn.
Dırmaşardı dağ başına, buluddan papaq,
Şimşəklərdən qırmızı lent alacaq deyə.
Nə vaxt ömrün dan yerində güldü dünyaya,
Nə vaxt ömrün səmasında qüruba endi?
Qayaların qulağında batan sədaya,
Çiçəklərdə günəş yuyan şehəmi döndü?
Hərdən məni diksindirdi ayaq səsləri:
O qaçışlar qaçışına necə bənzəyir?
Boylanıram, soruşuram, uşaq səsləri
Elə bil ki, "o burdadır, darıxma" deyir.
Yüyürürəm dalısınca,
görəm onu bir;
Deyəm ona, uşaqlara dalaşmasınlar.
Çağırıram, uşaqlar da yığılıb gəlir,
Hər sorğuma, sualına qulaq asırlar...
Gülüşürlər: "Hansı uşaq, nə uşaq, əmi?" –
Əmi nədir, yoldaşıq ki, tay-tuşuq ki, biz...
Mən oyundan çıxarılan bir uşaq kimi
Pərt oluram, qayıdıram səssiz-səmirsiz.
__________________
Milli Kitabxana_________________________
46
QIRMIZI QƏLƏM
Bir
vaxt onu tapanda
olmazdı dərdim.
Qaşqa qulunu da,
Təpəl quzunu da
sevindirərdim.
Qırmızı zolaqlı yumurta
necə qəşəng olardı!
Qatarda uzaq gedən,
Döyüşdə bərk olardı...
Bir az da böyüdüm,
Bu qələmlə qırmızı
Alma çəkdim, cam çəkdim,
Qırmızı adam çəkdim.
Qiymətlər içində
Ən çox sevdiyim
qırmızı "beş"di.
Keçdi,
Qırmızı pionerlik
Dövrünü də keçdi.
Qırmızı qələmlə bir də
Sonralar qarşılaşdım,
Bu dəfə sevinmədim,
Titrədim, çaşdım.
Rəngi bilinməz
rəngdə
Gözümə dəydi
qırmızı qələm.
Bir bürokrat əlindəydi
qırmızı qələm...
1965
__________________
Milli Kitabxana_________________________
47
BİR OTAQDA
Bəlkə də bu günahmıdır:
Qələm aldım, şeir yazdım...
Sən olmasan mən bu qədər
Bir otağa qapanmazdım...
Sən olmasan bəlkə elə
Bir çobandım dağda-daşda.
Umu-küsü bilməzdi heç
Qohum-qardaş, dost-tanış da.
Kimisinin köynəkliyi,
Kimisinin əlcəkliyi,
Kimisinin bulaması,
Kimisinin dələməsi
Gələrdi də... Atam - anam
Göz yorğunu olmazdılar.
Məktubların, soraqların
Ümidimə qalmazdılar.
Sən olmasan bu titrəyən,
Bu ağrıyan ürək nəydi?
Bəlkə şair olmamağım
Olmağımdan gərəkliydi?!
Bəzisinə ürək qazıb
Söz ələmək
asan gəlir,
Düyün düşən fikirləri
Çözələmək asan gəlir,
Göz görməyən duyğuları,
Məhəbbəti, ehtirası,
kefi, yası
cilalayıb
Söz eləmək asan gəlir.
Bəzən olur: saatlarla
Danışıram ölü kimi.
Bəzən olur: saatlarla
Öz-özümə danışıram
dəli kimi.
Kiminləsə vuruşuram,
Kiminləsə barışıram,
Kiminləsə yarışıram,
__________________
Milli Kitabxana_________________________
48
Oda, közə qarışıram;
Elə bil ki, meteorlar
yağışını
Dəf edirəm bir otaqda.
Mən
özümü neçə dəfə
Dəfn edirəm bir otaqda.
Vəsf etdiyim gözəlliyə
Pəncarədən baxıram mən,
Neçə qızın sevgisinin
Orbitindən çıxıram mən;
Gözlərimin şirin yuxu
Damarını kəsirəm mən
Sevgilimin saçlarının
Tumarını kəsirəm mən,
Həyatımdan bezəndə də
Gəlib şer yazıram mən.
Bir dostumdan küsəndə də
Gəlib şeir yazıram mən.
Ömrü boyu körpə olan
körpəm sənsən.
Könüllərdə daşqınım sən, körpüm sənsən.
Neçə böhtan məclisinin
Şahmatında itsəm belə
fiqur kimi,
Sən varsan, mən əyilmərəm,
Əyilmərəm qürur kimi.
Sən olmasan bu dünyada, nəyəm, kiməm?
Sən olmasan
sonsuz ata,
Sən olmasan bir yetiməm.
Sən əzabım, sən havanın,
Sən fırtınam. sən avarım...
Ya səninlə bu sevdamın
Dalğasında batasıyam,
Ya səninlə öz arzumun
Sahilinə çatasıyam...
1965