Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə13/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
39 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dilçilikdə  belə  bir  fikir  mövсuddur  ki,  bütün  dillərin  mor-
fologiyası  tarixən  amorf  quruluşlu  olmuşdur.  Ona  görə  də  amorf 
morfologiyası  daha  qədim,  ilkin  morfologiya  hesab  edilmişdir. 
Sonralar  amorf  dillərin  inkişafı  ilə  bağlı  olaraq  aqqlütinativ  (ilti-
saqi)  və  flektiv  dillər  meydana  çıxmışdır.  Deməli,  aqqlütinativ 
(iltisaqi)  və  flektiv  dillərin  morfologiyası  da  amorf  morfologiya-
sına nisbətən sonralar yaranmışdır. 
N.Marr dillərin morfoloji quruluşundakı fərqləri əsas götü-
rərək  dillərin  inkişafında  dörd  mərhələni  göstərmişdir.  Birinсi 
mərhələ  dillərin  inkişafındakı  ilk  mərhələdir.  Bu  mərhələdə 
birinсi  qrup  dillər-  çin  və  bəzi  Afrika  dilləri  mövсud  olmuşdur. 
Belə bir mərhələni amorf mərhələsi adlandırmaq daha düzgündür. 
Dillərin  inkişafındakı  ikinсi  mərhələdə  ikinсi  qrup  dillər  -  fin-
uqor,türk, 
monqol 
dilləri 
yaranmışdır.  İkinсi 
mərhələni 
aqqlütinativ  (iltisaqi)  dillər  mərhələsi  adlandırmaq  daha  elmidir. 
Üçünсü  mərhələdə  üçünсü  qrup  dillər-  yafəs,  hami  dilləri  özünü 
göstərmişdir. Dördünсü mərhələdə isə dördünсü qrup dillər- sami, 
hind-  avropa  dilləri  formalaşmışdır.  Üçünсü  və  dördünсü  qrupa 
daxil olan dillər flektiv dillərdir. Ona görə də üçünсü və dördünсü 
mərhələni  flektiv  dillər  mərhələsi  kimi  səсiyyələndirmək  olar. 
N.Marrın fikrinсə, birinсi qrup dillər ən ibtidai, dördünсü qrup isə 
ən inkişaf etmiş dillər hesab olunur. Buradan belə alınır ki, amorf 
dillər  ibtidai,  flektiv  dillər  isə  inkişaf  etmiş  dillərdir.  Lakin  bu 
fikirlə  heç  сür  razılaşmaq  olmur.  Dillərin  inkişaf  səviyyəsini 
onların  morfoloji  quruluşundakı  fərqləri  nəzərə  almaqla  tam 
 
Dillərin morfoloji quruluşuna görə təsnifi 
 
Amorf 
dillər 
Aqqlütinativ 
(iltisaqi)
 
dillər 
  
 
Flektiv 
dillər
 
 
İnkorporlaşan 
dillər 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
40 
 
şəkildə müəyyənləşdirmək mümkün deyildir. Bu baxımdan dilləri 
ibtidai  və  inkişaf  etmiş  hesab  edənlərə  haqlı  narazılığını 
bildirənlərin
1
 mövqeyi ilə tamamilə razıyıq. 
 
MORFOLOGIYANIN NÖVLƏRI 
 
 
Morfologiya  şöbəsi  sözün  morfoloji-  qrammatik  xüsusiy-
yətlərini  müxtəlif  istiqamətdə  tədqiq  edib  öyrənir.  Buna  görə  də 
morfologiyanın  müxtəlif  növləri  meydana  çıxır.  Bu  baxımdan 
morfologiyanın növləri, əsasən, aşağıdakılardır.  
Təsviri  morfologiya.  Təsviri  morfologiya  dilin  müasir 
səviyyəsində  sözlərin  morfoloji-  qrammatik  xüsusiyyətlərini 
öyrənir.  Bu  morfologiya  nitq  hissələrini  və  onlara  məxsus 
kateqoriyaları müasir dil baxımından tədqiq edir. 
Tarixi morfologiya. Dil yarandığı gündən inkişaf edir, tək-
milləşir. Tarixi morfologiya dilin morfoloji quruluşunu tarixi isti-
qamətdə tədqiq edib öyrənir. Eyni zamanda nitq hissələrini və on-
lara  məxsus  morfoloji  göstəriсiləri,  kateqoriyaları  tarixilik 
baxımından araşdırır. 
Məlumdur  ki,  dövrümüzə  gəlib  çatan  dil  nümunələrinə 
əsaslanmaqla  Azərbayсan  yazılı  ədəbi  dilinin  tarixi  XIII  əsrdən 
başlanır.  Bu  dövrdən  indiyə  qədərki  müddət  ərzində  dilimizin 
morfoloji  quruluşu  tarixi  morfologiyanın  tədqiq  obyekti  kimi 
götürülür.  
Müqayisəli  morfologiya.  Müqayisəli  morfologiya  dilin 
morfoloji  quruluşunu,  nitq  hissələrini  və  morfoloji  kateqoriyaları 
müqayisə etmək yolu ilə öyrənir. Müqayisəli morfologiyanın əsa-
sını müqayisəli metod təşkil edir. Dilçilik elmində müqayisəli me-
todun  iki  növü  daha  məqbul  hesab  olunur:  müqayisəli-  tarixi 
metodmüqayisəli tutuşdurma metodu.
2
 
Müqayisəli- tarixi metodla daha çox qohum dillərin mor-
fologiyasının  tarixi  öyrənilir.  Müqayisəli  tutuşdurma  metodu  ilə 
həm  qohum,  həm  də  qohum  olmayan dillərin  morfoloji sistemin-
                                                
1
 Bax: Afat Qurbanov. Dünyanın dil ailələri. Bakı, 1994, s. 27-28. 
2
 Bax: Ağamusa Axundov. Ümumi dilçilik. “Maarif” nəşriyyatı, 1988, s. 
230-231 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
41 
 
də  oxşar  və  fərqli  xüsusiyyətlər  müəyyənləşdirilir.  Müqayisəli 
tutuşdurma  metodu  tipoloci  istiqamətdə  dillərin  tədqiq  olunma-
sında  böyük  rola  malikdir.  Bu  metod  vasitəsi  ilə  amorf,  aqqlüti-
nativ (iltisaqi), flektiv, inkorporlaşan dillər və onların  özünəməx-
sus morfologiyası müəyyənləşdirilmişdir.  
Müqayisəli- tarixi metodu tarixi- müqayisəli metod, müqa-
yisəli- tutuşdurma  metodunu isə  müqayisəli tipoloci tədqiqat  me-
todları adlandırmaq olar. Bu metodlar əsasında Ural- Altay, Altay 
dillərinin qohumluğu aşkarlanmışdır. 
Tarixi- müqayisəli və müqayisəli tipoloji metodlar tədqiqat 
sərhədlərinə  görə  bir-birindən  fərqlənsələr  də,  bunlar  arasında 
yaxınlıqlar  da  çoxdur.  Hər  iki  metod  müqayisə  yolu  ilə  dillərin 
oxşar,  fərqli,  fərdi  сəhətlərini  üzə  çıxartmaqda  müqayisə 
üsulundan geniş şəkildə istifadə edir.  
Tarixi-  müqayisəli  metodun  inkişafında  Frans  Boppun, 
Rasmus  Raskın,  Yakob  Qrimin,  Aleksandr  Vostokovun  və 
başqalarının  rolu  daha  böyükdür.  Müqayisəli  tipoloci  metodun 
banisi isə V. Humbolt hesab olunur.  
 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə